Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                        Keşlədə kollektorun üzərində tikilən ev sökülür .....                        İntensiv yağıntılar davam edir .....                        Quba və Qusardan axan bəzi çaylardan sel keçib .....                        "Neftçi" "Sumqayıt"ı məğlub etdi .....                        Zaur Mikayılov kollektorun çökdüyü ərazidədir .....                       
29-10-2025, 12:12
Astarada toydan sonra ölən 17 yaşlı qız 7 aylıq hamilə imiş - TƏFƏRRÜAT


Astarada toydan sonra ölən 17 yaşlı qız 7 aylıq hamilə imiş - TƏFƏRRÜAT

Astara rayonun Deqadi kəndində hamilə qadın toydan bir gün sonra ölüb. Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü Ə.İmanovanın dünən toyu olub. Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, Əfsanə İmanovanın 18 yaşı hələ gələn ilin yanvar ayında tamam olacaqdı.
Gəlin və bəy 9-cu sinifdən sonra təhsillərini davam etdirməyiblər. Hər iki şəxsin ailəsi son illərdə Bakıda istixanalarda çalışıb, kəndə isə yalnız arabir qayıdıblar.
Məlumata görə, toydan bir müddət əvvəl qızın ailəsi onun hamilə olduğu öyrənib. Ailə bundan sonra toy təşkil etməyə qərar verib.
Bir müddət əvvəl Ə. İmanovanın bətnindəki yeddi aylıq dölün artıq tələf olduğu məlum olub. Onun Deqədi kəndindəki "Ata Yurdu" restoranında baş tutan toy zamanı özünü pis hiss etdiyi, daha sonra xəstəxanaya aparıldığı, gecə saat 3 radələrində vəfat etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
28-10-2025, 23:03
Prezident şad xəbər verdi: “Hər birinizə 12 sot ayrılıb”


Prezident şad xəbər verdi: “Hər birinizə 12 sot ayrılıb”

“Biz daim iş yerlərinin yaradılması ilə bağlı işləyirik. Burada da kənd təsərrüfatı ilə, heyvandarlıqla məşğul olmaq üçün şərait yaradılacaq”.
Bu sözləri Prezident İlham Əliyev Cəbrayılın Horovlu kəndinin sakinləri ilə görüşündə deyib:
“Təbii ki, artıq istifadəyə verilmiş digər kəndlərdə olduğu kimi, həyətyanı sahələrdə də əkin-biçinlə məşğul olmaq mümkündür.
Hər biriniz üçün on iki sot həyətyanı sahə ayrılıb. Amma burada digər böyük yerlərdə, yəni, həm örüş, həm də ki, əkin üçün yararlı olan torpaqlarda kənd təsərrüfatı ilə məşğul olmaq mümkün olacaqdır.
Yəni, Qarabağda, Şərqi Zəngəzurda işsizlik olmamalıdır. Bütün bu şəhər və kəndlər tikiləndə bunu biz əsas vəzifə kimi qarşıya qoyuruq ki, burada yaşayan insanlar işlə təmin olunsunlar.”
28-10-2025, 22:35
Saleh Səmədovun üçüncü oğlu da İŞDƏN ÇIXARILDI


Saleh Səmədovun üçüncü oğlu da İŞDƏN ÇIXARILDI

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun üçüncü oğlu Mehralı Səmədov da vəzifəsindən uzaqlaşdırılıb.
Bu barədə müvafiq əmr imzalanıb.
O, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyindəki şöbə rəisi vəzifəsindən azad edilib. M.Səmədovun qardaşlarından biri Penitensiar Xidmətinin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi, digəri İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini idi. Bundan əvvəl onlar da işdən çıxarılıblar.
Həmçinin bir neçə gün öncə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi general-mayor İlqar Abbasov da vəzifəsindən azad edilib. Araşdırma nəticəsində generalın da Saleh Səmədovla əlaqəsi olduğu, ona qurumun yaradılmasının 30 illiyinə həsr edilmiş medalla təltif etdiyi üzə çıxıb.
Qeyd edək ki, Saleh Səmədov Faşizm üzərində Qələbə Günü-9 mayda keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış etmişdi. O, sonradan l Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mənimsəmə ittihamı ilə həbs edilib. Hazırda iş üzrə ibtidai istintaq aparılır.
28-10-2025, 22:10
Prezidentdən Türkiyənin milli bayramı ilə bağlı paylaşım


Prezidentdən Türkiyənin milli bayramı ilə bağlı paylaşım

Prezident İlham Əliyev Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə instaqram hesabında paylaşım edib.
Butov.az paylaşımı təqdim edir:
“Əziz qardaşım, qardaş Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram”.

28-10-2025, 21:32
Nazir müavini Hikmət Hacıyevlə görüşdü


Nazir müavini Hikmət Hacıyevlə görüşdü

Türkiyə Respublikasının ölkəmizdə səfərdə olan xarici işlər nazirinin müavini Ayşe Berris Ekinci Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib.
Görüşlər zamanı ikitərəfli münasibətlər, regional əməkdaşlıq və əlaqələrin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
28-10-2025, 18:06
İlham Əliyev Ərdoğanı təbrik etdi


İlham Əliyev Ərdoğanı təbrik etdi

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Qardaş Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram.
Sizin həyata keçirdiyiniz uzaqgörən və qətiyyətli siyasət nəticəsində bu gün Türkiyə bütün sahələrdə yeni zirvələr fəth edir, böyük uğurlara imza atır, beynəlxalq məsələlərdə söz sahibi olan güclü və qüdrətli dövlət kimi tanınır. Qlobal aləmdə və regionda cərəyan edən proseslərdə fəal və prinsipial mövqeyi, sülhün, sabitliyin bərqərar olması üçün səyləri Türkiyəyə dünyada böyük nüfuz və etimad qazandırmışdır. Biz qardaş ölkənin hər bir uğuruna sevinir və bundan fərəhlənirik.
Xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan və “Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək pillədə qərarlaşması böyük fəxr hissi doğurur. Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş dövlətlərarası əlaqələrimizin gündən-günə daha da dərinləşməsi və yeni məzmun kəsb etməsi qəti siyasi iradəmizin və ardıcıl birgə səylərimizin parlaq ifadəsidir.
Bu gün dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə qardaşlığı, birliyi və müttəfiqliyi eyni zamanda regionda sülhə, təhlükəsizliyə, rifaha və əməkdaşlığa xidmət edən mühüm amildir.
Oktyabrın əvvəlində Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün Qəbələyə səfərinizi ən xoş təəssüratlarla xatırlayıram. Sizin Türk Dünyasının birliyi və TDT-nin beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində əzmkar fəaliyyətinizi xüsusi qeyd etmək istərdim.
Əminəm ki, möhkəm təməllər üzərində qurulmuş və zamanın sınağından çıxmış qardaşlıq münasibətlərimizin və səmərəli əməkdaşlığımızın xalqlarımızın iradəsinə uyğun olaraq daha da genişləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul dövləti fəaliyyətinizdə uğurlar, qardaş Türkiyə Respublikasına və xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”.
28-10-2025, 17:50
Bugünkü reallıq ədalətin təntənəsidir - Prezident


Bugünkü reallıq ədalətin təntənəsidir - Prezident

Bugünkü reallıq, bugünkü gün, o cümlədən ədalətin təntənəsidir.
Bu barədə Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə bildirib.
Ədalətə inanmaq və onu təmin etmək lazım olduğunu söyləyən dövlət başçısı vurğulayıb: "Bax, bizim xalqımız həm ədalətə inanıb, həm də onu təmin edib. Bu torpaqların sahibləri bizik. Düşməni öz torpaqlarımızdan qovmuşuq və bu gün gözəl həyat qururuq".
28-10-2025, 17:43
Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır


Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır

Bu gün bütün Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır.
Bu sözləri Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə söyləyib.
Dövlətimizin başçısı qeyd edib: “Artıq 50 mindən çox insan Qarabağda, Şərqi Zəngəzurda yaşayır, çalışır, təhsil alır. Onlardan təqribən 20 mini keçmiş köçkünlərdir ki, öz vətəninə, doğma torpağına qayıdıblar. Qalanlar isə müxtəlif işlərdə işləyən vətəndaşlardır”.
28-10-2025, 17:39
Zəfər Günü bizim tariximizdə ən parlaq səhifədir


Zəfər Günü bizim tariximizdə ən parlaq səhifədir

Düz beş il bundan əvvəl bu ərazi (Horovlu kəndi) işğaldan azad edildi və bu şanlı tarix hər zaman bizim qəlbimizdə yaşayacaq.
Bu sözləri Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə deyib.
Bir neçə gündən sonra tarixi Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyimizi söyləyən dövlətimizin başçısı vurğulayıb: “8 Noyabr - Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir. Beş il bundan əvvəl tarixi Zəfərimiz bütün dünyaya səs salıb”.
28-10-2025, 17:36
Sahibə Qafarova Pakistan Senatının sədri ilə görüşdü - FOTO


Sahibə Qafarova Pakistan Senatının sədri ilə görüşdü - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusunda beynəlxalq parlament konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani ilə görüşüb.
Görüşdə beynəlxalq parlament konfransının əhəmiyyəti vurğulanaraq, konstitusiyanın dövlətin hüquqi təməllərinin möhkəmləndirilməsi, cəmiyyətin inkişafı, siyasi sabitliyin təmin olunması və vətəndaşların hüquq və azadlıqlarının qorunmasında mühüm rol oynadığı qeyd edilib.
Bildirilib ki, Azərbaycanın qazandığı Zəfər nəticəsində ölkəmiz Ermənistanın 30 illik işğalına son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Qeyd olunub ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi bu mənada həm mühüm siyasi əhəmiyyət, həm də rəmzi məna daşıyır.
Görüşdə ölkələrimiz arasında mövcud olan tarixi dostluq və qardaşlıq münasibətlərindən məmnunluq ifadə edilib, bu əlaqələrin dərinləşməsində ölkə liderlərinin xüsusi rolu vurğulanıb. Eyni zamanda, ikitərəfli münasibətlərin genişlənməsində qanunverici orqanların həm ikitərəfli əsasda, həm də müxtəlif platformalarda əməkdaşlığı yüksək qiymətləndirilib.
Söhbət zamanı, bu ay İslamabadda keçirilən Azərbaycan–Pakistan–Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşü məmnuniyyətlə xatırlanaraq, onun nəticələri yüksək dəyərləndirilib və həmin görüşün dövlətlərarası münasibətlərin daha da genişləndirilməsinə mühüm töhfə verdiyi bildirilib.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!