Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                        Keşlədə kollektorun üzərində tikilən ev sökülür .....                        İntensiv yağıntılar davam edir .....                        Quba və Qusardan axan bəzi çaylardan sel keçib .....                        "Neftçi" "Sumqayıt"ı məğlub etdi .....                        Zaur Mikayılov kollektorun çökdüyü ərazidədir .....                       
18-10-2025, 11:26
Azərbaycanın Vatikandakı səfirliyinin inzibati ofisi açıldı - Mehriban Əliyeva iştirak etdi


Azərbaycanın Vatikandakı səfirliyinin inzibati ofisi açıldı - Mehriban Əliyeva iştirak etdi

Oktyabrın 17-də Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin rəsmi açılışı olub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Vatikanın dövlət katibi kardinal Pietro Parolin tədbirdə iştirak ediblər.
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov səfirliyinin inzibati ofisi barədə məlumat verib. Bildirilib ki, səfirliyin inzibati ofisi Müqəddəs Pyotr Bazilikasına aparan əsas küçə olan Via Conciliazioneda, Vatikanın Apostol Sarayına çox yaxın bir ərazidə yerləşir. Burada Vatikana məxsus rəsmi qurumlar, eləcə də Müqəddəs Taxt-Tacda akkreditə olunmuş bir neçə səfirliyin inzibati ofisləri də yerləşir.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər son illərdə qarşılıqlı maraqlar, hörmət və səmərəli əməkdaşlıq ruhunda yüksələn xəttlə inkişaf edir, bu işbirliyi getdikcə daha da dərinləşir və şaxələndirilir.
Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Vatikanın dövlət katibi kardinal Pietro Parolin çay süfrəsi arxasında ikitərəfli münasibətlərə və beynəlxalq gündəliyə aid məsələlər, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar. .
Müqəddəs Taxt-Tacın dünyada bir milyarddan çox katolik üçün mənəvi və ideoloji mərkəz olduğunu nəzərə alsaq, Azərbaycanın buradakı diplomatik nümayəndəliyinin fəaliyyəti ölkəmizin həqiqətlərini dünya birliyinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, 2021-ci ildə Prezident İlham Əliyev Azərbaycanın Müqəddəs Taxt-Tac yanında səfirliyinin rəsmi təsis edilməsi haqqında Qanunu imzalayıb. 2022-ci ildə İlqar Muxtarov ölkəmizin Müqəddəs Taxt-Tacda ilk rezident səfiri təyin olunub.











18-10-2025, 09:30
Xudafərin körpüsünün işğaldan azad edilməsindən 5 il ötür


Xudafərin körpüsünün işğaldan azad edilməsindən 5 il ötür

Cəbrayıl rayonunun Xudafərin kəndinin erməni işğalından azad edilməsindən 5 il ötür.
Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin 22-ci günündə - 2020-ci il oktyabrın 18-də tarixi Xudafərin körpülərini və Xudafərin kəndini işğaldan azad edib.
Həmin gün Azərbaycan Ordusu Cəbrayıl rayonunun Hacılı və Hacı İsaqlı kəndlərinin də işğalına son qoyub.
Ermənilər 30 ilə yaxın işğal dövründə digər ərazilər kimi, Xudafərin kəndini də darmadağın edib, xarabalığa çevirib, evləri, inzibati binaları, bütün tikililəri söküb.
Xudafərin körpülərinin və Xudafərin kəndinin işğaldan azad edilməsi Vətən müharibəsinin əlamətdar hadisələrindən sayılır. Azərbaycan xalqının tarixində və taleyində mühüm rol oynamış Xudafərin körpülərinin işğaldan qurtarılması Azərbaycan Ordusunun Qələbəyə inamını daha da artırıb, düşmənin həm hərbi, həm də psixoloji məğlubiyyətinə yol açan vacib amillərdən olub.
18-10-2025, 09:19
XİN-dən Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım


XİN-dən Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım

Azərbaycan XİN 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə sosial media hesablarında paylaşım edib.
Paylaşımda deyilir:
"18 Oktyabr – Müstəqilliyin Bərpası Günü, xalqımızın azadlıq iradəsinin və dövlətçilik ənənələrimizin yenidən yüksəlişinin rəmzidir. Azərbaycan xalqının öz müstəqilliyini bərpa etməsinin 34-cü il dönümü münasibətilə bütün həmvətənlərimizi səmimi qəlbdən təbrik edir, Azərbaycanımıza əbədi müstəqillik və davamlı tərəqqi arzulayırıq".
17-10-2025, 18:05
Nazir iclas çağırdı - Polisə tapşırıq verdi


Nazir iclas çağırdı - Polisə tapşırıq verdi

Daxili İşlər Nazirliyində "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyətinə", "Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı sahəsində görülən işlərə", habelə cari ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə açan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müzakirəyə çıxarılan məsələlərin əməliyyat-xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini, insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının etibarlı qorunması baxımından xüsusi əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində böyük bir iş həcmi yerinə yetirilib. Respublikanın 55 şəhər və rayonundan olan 6.279 vətəndaş qəbul edilərək əksəriyyətinin müraciəti yerində həll olunub, həmçinin 80.834 müraciətə baxılaraq təşəbbüskarlara hüquqları izah edilməklə yazılı cavablar verilib.
Cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər də bütövlükdə qənaətbəxş olub, əvvəlki dövrlərin müsbət təmayülləri daha da inkişaf etdirilib.
Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 92,4 faizi açılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayı 6,9 faiz, o cümlədən qəsdən adam öldürmələr, qəsdən sağlamlığa ağır zərər vurmalar, oğurluqlar, dələduzluqlar, soyğunçuluqlar, quldurluqlar, hədə-qorxu ilə tələb etmələr, xuliqanlıqlar, informasiya texnologiyalarından istifadə edilməklə, odlu silahın tətbiqi ilə və əvvəllər məhkum olunmuşlar tərəfindən törədilən, ailə münaqişəsi zəminli və qrup halında cinayətlərin sayı azalıb. Qeyri-aşkar şəraitdə baş verən, eləcə də ağır və xüsusilə ağır cinayətlərin, şəxsiyyət əleyhinə olanların, onlardan qəsdən adam öldürmə və ona cəhdlərin, qəsdən sağlamlığa ağır zərər vurmaların, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların, dələduzluqların, soyğunçuluqların, quldurluqların, hədə-qorxu ilə tələb etmələrin və avtonəqliyyat vasitəsini qaçırmaların açılması yaxşılaşıb.
Keçmiş illərdən bağlı qalmış 284 cinayətin açılması təmin edilib. Axtarışa elan edilmiş şəxslərin 85,1 faizi tutulub, itkin düşmüş şəxslərin 90%-i, habelə mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarılan 22.268 borclu şəxs tapılaraq aidiyyəti üzrə təhvil verilib. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 408 nəfərdən ibarət 152 cinayətkar qrup zərərsizləşdirilib. Baş vermiş xırda talama faktlarının 87,7%-i açılıb.
Qanunsuz dövriyyədən 4 ton 663 kiloqram, yəni ötən ilin eyni dövrü ilə müqayisədə 582 kiloqram çox narkotik vasitə çıxarılıb.
Yol-nəqliyyat hadisələrinin sayı 126 fakt, qəzalarda ölənlərin sayı 13 nəfər, xəsarət alanların sayı isə 157 nəfər azalıb.
"Formula-1 Azərbaycan Qran Pri"si, III MDB Oyunları, həmçinin respublika və beynəlxalq əhəmiyyətli digər kütləvi tədbirlərdə asayiş və təhlükəsizlik etibarlı və peşəkarlıqla qorunub.
Diqqətə çatdırıb ki, daxili işlər orqanlarında xidmətin müasir tələblər səviyyəsində təşkili, əməkdaşların peşəkarlığının artırılması, təcrübəli və yüksək ixtisaslı kadr korpusunun formalaşdırılması, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması üzrə zəruri tədbirlər davam etdirilib, gənclərin xidmətə qəbulunun təşviqi və təbliği məqsədilə ali və orta ümumtəhsil müəssisələrində mütəmadi görüşlər keçirilib.
Gündəlikdəki məsələlər barədə Nazirliyin aidiyyəti baş idarələrinin rəisləri həyata keçirilmiş tədbirlər, əldə edilmiş nəticələr, yol verilmiş nöqsanların aradan qaldırılması üzrə görülmüş işlər barədə məruzə edib, eyni zamanda məruzəətrafı çıxışlar dinlənilib.
Kollegiya iclasına yekun vuran nazir general-polkovnik V.Eyvazov xidməti vəzifələrin və qarşıya qoyulan tapşırıqların hesabat dövründə bütövlükdə layiqincə yerinə yetirildiyini qeyd edib, fəaliyyətin effektivliyinin artırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən edib.
Əsas vəzifələrdən birinin vətəndaş məmnunluğunun təmin edilməsi və bu mühüm məsələdə polisin hər zaman insanların güvən yeri olduğunu xatırladaraq ərazi orqanlarının rəislərindən vətəndaşların müraciətlərinə bundan sonra da həssaslıqla yanaşılmasını, bütün araşdırmaların keyfiyyətlə aparılaraq qaldırılan məsələlərin qanuni və operativ həlli üçün səylərin gücləndirilməsini və tapşırılmış sahəyə məsuliyyətin daha da artırılmasını tələb edib.
Antinarkotik təbliğatın gənclər arasında, təhsil müəssisələrində, mediada və sosial şəbəkələrdə gücləndirilməsinin vacibliyi, xüsusən cinayətkar qruplaşmaların yeni metodlardan - internet informasiya resurslarından istifadə etməklə narkotiklərin satışını həyata keçirmək cəhdlərinin qarşısının alınması üzrə fəaliyyətin səmərəsinin yüksəldilməsi barədə konkret vəzifələri müəyyən edib.
Cinayətkarlıqla mübarizədə, xüsusən informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin açılması və belə hüquqazidd əməllərə yol verən şəxslərin məsuliyyətə cəlb olunması işinin gücləndirilməsinin vacibliyini də diqqətə çatdıraraq bu sahədə təbliğat işinin effektivliyinin artırılmasının, müasir dövrün tələblərinə cavab verən maarifləndirmə materiallarının hazırlanıb ictimaiyyətə çatdırılmasının zəruriliyini nəzərə çatdırıb.
İlin başa çatmasına az müddət qaldığını diqqətə çatdıran general-polkovnik Vilayət Eyvazov əldə edilmiş müsbət nəticələrin davam etdirilməsini, arxayınçılığa yol verilməməsini, şəxsi heyətin peşəkarlığının artırılması, icra intizamının daha da yüksəldilməsi, yeni informasiya texnologiyalarının geniş şəkildə tətbiqi üçün bütün qüvvə və imkanların səfərbər olunmasını, əməliyyat işinin səmərəsinin yüksəldilməsini tələb edib, bu istiqamətdə konkret tapşırıq və tövsiyələrini verib.
17-10-2025, 17:50
Bakıda iki dost alim vəfat etdi


Bakıda iki dost alim vəfat etdi

Azərbaycan elminə iki itki üz verib.
Mərkəzi Nəbatat Bağına 20 ildən çox rəhbərıik etmiş biologiya elmləri doktoru, professor, Arif Bayramov vəfat edib.
Bununla yanaşı, bilogiya üzrə fəlsəfə doktoru, dosent Ağa Şıxıyev də dünyasını dəyişib.
Bu barədə xəbərləri biologiya üzrə fəlsəfə doktoru Sadıq Qarayev sosial şəbəkədə ictimailəşdirib.
"Arif müəllimlə Ağa müəllim uzun illərin çox yaxın dostları olublar. Mərkəzi Nəbatat Bağında kim Arif müəllimi axtarıb tapmasaydı, deyərdilər gedin Ağa müəllimin yanına, orda olacaq və ya əksinə", - deyə o bildirib.
Allah rəhmət eləsin.
17-10-2025, 17:45
Azərbaycanda D-8 həftəsi təşkil edilir - FOTO


Azərbaycanda D-8 həftəsi təşkil edilir - FOTO

Azərbaycan Prezidenti cənab İlham Əliyevin D-8 İnkişaf etməkdə olan ölkələr təşkilatının Baş Katibi ilə 4 mart 2025-ci il tarixində Bakıda keçirdiyi görüşdə aparılmış müzakirələrə uyğun olaraq Azərbaycan bu Təşkilatda fəal işlər aparmaqdadır.
Bu həftə Azərbaycanda ilk dəfə olaraq D-8 Həftəsi təşkil edilir.
D-8 Həftəsi çərçivəsində Azərbaycanda yaradılacaq D-8 Enerji və İqlim Mərkəzinə, D-8 Media Mükəmməllik Mərkəzinə və D-8 Nəqliyyat Mükəmməllik Mərkəzinə dair D-8 üzv ölkələrinin iştirakı ilə müvafiq görüşlər, həmçinin tarixdə ilk dəfə olaraq D-8 Komissarlarının qeyri-formal görüşü (Retreat) və İqlim və Şəhərlər üzrə D-8 Yüksək Səviyyəli Dialoq tədbiri keçirilir. Bu tədbirlərdə D-8 Təşkilatının güclü iqtisadi bloka çevrilməsi məqsədilə Təşkilatda islahatlar, həmçinin iqlim, şəhərsalma, və media sahəsində əməkdaşlıq kimi yeni mövzularının D-8 gündəliyinə gətirilməsi məsələləri müzakirə edilib. Azərbaycan ötən ilin dekabr ayında Qahirədə keçirilmiş D-8 Zirvə Görüşündə D-8 təşkilatının 27 il əvvəl yaradılmasından sonra bu Təşkilatın üzvüyünə qəbul edilmiş ilk ölkə olub. Hazırda D-8 üzv dövlətləri siyahısına Azərbaycan, Türkiyə, Misir, Nigeriya, Pakistan, İran, Indoneziya, Banqladeş va Malaziya daxildir. Hazırda Misir D-8-ə sədrlik edir və 1 yanvar 2026-cı ildən 2 il ərzində İndoneziya D-8-ə sədrıik edəcəkdir. İqlim və Şəhərlər üzrə D-8 Yüksək Səviyyəli Dialoq tədbiri Azərbaycanın COP29 Sədrliyi çərçivəsində təşkil edilir və tədbirdə D-8 üzv ölkələrinin İqlim və Şəhərsalma Nazirləri, D-8 Kommisarları və D-8 regionundan olan şəhərlərin rəhbərləri iştirak edirlər. Həmçinin D-8 üzv ölkələrindən olan İqlim və Şəhərsalma Nazirləri, D-8 Komissarları və şəhər rəhbərləri həmçinin Azərbaycanın Üçüncü Milli Şəhərsalma Forumunda da iştirak ediblər.








17-10-2025, 17:30
“Şuşa Şəhəri Dövlət Qoruq İdarəsi”nin direktor müavini işdən çıxarıldı


Şəhəri Dövlət Qoruq İdarəsi”nin direktor müavini işdən çıxarıldı

“Şuşa Şəhəri Dövlət Qoruq İdarəsi” icraçı direktorunun müavini vəzifəsindən azad edilib.
“Şuşa Şəhəri Dövlət Qoruq İdarəsi”nin icraçı direktorunun müavini Müslim İmranlı vəzifəsindən azad edilib.
M.İmranlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin Memarlıq və şəhərsalma şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
17-10-2025, 17:18
Bakının bu ərazilərində minib-düşmə yeri yaradıldı


Bakının bu ərazilərində minib-düşmə yeri yaradıldı

Yasamal rayonunda 5 ünvanda minib-düşmə yeri yaradılıb.
Bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, AYNA tərəfindən avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir.
Qeyd edilib ki, növbəti belə yerlər Yasamal rayonunun A.M.Şərifzadə küçəsində Respublika Klinik Xəstəxanasının, 2 nömrəli Bakı Baza Tibb Kollecinin, "Kontakt Home" və "İrşad Telecom"un qarşısında, eləcə də Cəfər Cabbarlı küçəsində "Amber Hotel"in qarşısında təşkil edilib və müvafiq lövhə yerləşdirilib.
Məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.
Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.
17-10-2025, 16:42
Şabranda ər arvadını bıçaqladı


Şabranda ər arvadını bıçaqladı

Şabranda ər arvadını bıçaqlayıb.
Bu gün 41 yaşlı A.Əliyevaya kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Əməli törədən həyat yoldaşı 47 yaşlı Asim Nəcəfov Şabran RPŞ-yə gələrək polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.
17-10-2025, 16:17
Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılacaq


Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılacaq

Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvlüyü məsələsinə baxılacaq.
Bu barədə jurnalistlərə açıqlamasında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib.
Onun sözlərinə görə, məsələ məhkəmə qərarından sonra müzakirə olunacaq.
Qeyd edək ki, Ramiz Mehdiyev akademik tituluna sahibdir. O, 2007-ci ildə AMEA-nın həqiqi üzvü seçilib.
Akademik adı Azərbaycan Respublikasında Milli Elmlər Akademiyasının həqiqi üzvlərinə verilir.
Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib, barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
DTX-nın Baş İstintaq İdarəsində Mehdiyevə qarşı dövlətə xəyanət (CM-nin 274-cü maddəsi), hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama (278-ci maddə), cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (193-1-ci maddə) ittihamları irəli sürülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!