Samuxda 34 yaşlı şəxsi dayısı bıçaqladı .....                        İstehlak bazarlarında mallara qarşı qaydalar .....                        Nazirliyinin yeni strukturu - 13 şöbə, 4 sektor .....                        54 yaşlı sürücü sükan arxasında öldü .....                        Evin damını təmir edən şəxs yıxılaraq öldü .....                        Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                       
6-10-2025, 12:37
Saxlanılan QHT sədrləri sərbəst buraxıldılar


Saxlanılan QHT sədrləri sərbəst buraxıldılar

Bir neçə gün öncə saxta orden və medallar, habelə müxtəlif təyinatlı vəsiqələr hazırlamağa görə saxlanılan QHT sədrləri haqqında yeni xəbər var.
Saxlanılan QHT sədrləri ilə bağlı ilkin araşdırmalar aparılıb, onların izahatları alınıb və müvafiq prosessual tədbirlər başa çatdıqdan sonra sərbəst buraxılıblar. Məlumata əsasən, araşdırmalar zamanı bu şəxslərin fəaliyyət istiqamətləri və rəhbərlik etdikləri təşkilatların son dövrlərdəki işinə dair müəyyən məsələlər dəqiqləşdirilib. Hazırda toplanmış materiallar əsasında hüquq-mühafizə orqanları tərəfindən əlavə qiymətləndirmə aparılır.
Xatırladaq ki, oktyabrın 1-də “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov və “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Rasim Məmmədov saxlanılmışdı.
DİN-in rəsmi məlumatında bildirilib ki, bu təşkilatların ofislərindən dövlət əhəmiyyətli xüsusi gün və əlamətdar hadisələri özündə əks etdirən 1500-dən çox medal və orden, 421 ədəd vəsiqə, 60-dan artıq müxtəlif möhür və digər saxta predmetlər aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, əlavə hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddəsi ilə cinayət işi başlanılıb, F.Rzaquliyev, E.İsmayılov və R.Məmmədov istintaqa cəlb olunublar.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


6-10-2025, 12:34
Bərdədəki partlayışla bağlı cinayət işi başlandı


Bərdədəki partlayışla bağlı cinayət işi başlandı

Şəxsin iş yerində baş vermiş partayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, oktyabrın 5-i saat 12 radələrində Bərdə rayon sakini 1960-cı il təvəllüdlü Teyyub Yusifovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla Teyyub Yusifovun mexanik vəzifəsində işlədiyi pendir istehsalı sexininin qazanxanasında baş vermiş partlayış nəticəsində almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
6-10-2025, 12:14
Bakıda 28 dərəcə isti olacaq, bölgələrə yağış yağacaq


Bakıda 28 dərəcə isti olacaq, bölgələrə yağış yağacaq

Azərbaycanda oktyabrın 7-də Bakıda havanın yağmursuz olacağı, bölgələrdə isə qısamüddətli yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-18, gündüz 21-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.
6-10-2025, 12:06
Sərhəddə 8,6 milyon manatlıq qaçaqmal tutuldu


Sərhəddə 8,6 milyon manatlıq qaçaqmal tutuldu

Sentyabr ayında narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 685 kiloqram 575 qram narkоtik vasitə, 5960 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.
Bu barədə DSX Mətbuat Mərkəzinin məlumatında bildirilib.
Məlumata görə, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 8 milyon 629 min 755 manat оlan qaçaqmal, о cümlədən dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.
6-10-2025, 11:56
Prezident TDT-nin Baş katibini qəbul edib


Prezident TDT-nin Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.
Söhbət zamanı dövlətimizin başçısı ilə qonağın görüşləri məmnunluqla xatırlandı.
Baş katib Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın şahidliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.
Dövlətimizin başçısı təbriklərə görə təşəkkür etdi.
Kubanıçbek Ömüralıyev Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da artması, üzv və müşahidəçi ölkələr arasında əməkdaşlığın gücləndirilməsi işinə Azərbaycanın verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Görüşdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunduğu vurğulanaraq, tədbir çərçivəsində təşkilatın gündəliyində duran aktual məsələlərin müzakirə ediləcəyi bildirildi.
Dövlətimizin başçısı bu Zirvə Görüşünün Türk dünyasında dostluq, həmrəylik və tərəfdaşlığın möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.
Söhbət zamanı ölkəmizlə təşkilat arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.


6-10-2025, 11:45
Qripə qarşı vaksinlər gətirildi - peyvənd kampaniyası başlayır


Qripə qarşı vaksinlər gətirildi - peyvənd kampaniyası başlayır

Payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar olaraq ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılma ehtimalı artır.
Bu məqsədlə əhali arasında profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi üçün Səhiyyə Nazirliyi tərəfindən qrip əleyhinə “Sanofi Pasteur” Fransa şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirilib.
Səhiyyə naziri Teymur Musayevin müvafiq Əmrinə əsasən, 2025-ci il oktyabrın 8-dən etibarən vaksinasiya kampaniyasına start verilir. Xüsusilə səhiyyə işçilərinin, hamilə qadınların, həmçinin xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı şəxslərin qripə qarşı peyvənd olunması tövsiyə edilir.
Əhalinin sağlamlığının qorunması və respirator xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.
Qripə qarşı vaksinasiya ödənişsizdir və yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.
6-10-2025, 11:40
İlham Əliyev Qəbələdə Binəli Yıldırımı qəbul edib


İlham Əliyev Qəbələdə Binəli Yıldırımı qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib.
Söhbət zamanı dövlət başçısının Binəli Yıldırımla görüşləri, həmçinin onun ölkəyə səfərləri məmnunluqla xatırlanıb.
Qonaq Türk Dövlətləri Təşkilatının fəaliyyətinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək vurğulayıb ki, Təşkilatın Ağsaqqallar Şurası bundan sonra da türk dövlətləri arasında əməkdaşlığın inkişafı prosesinə öz töhfəsini verməyə davam edəcək.
Görüşdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün əhəmiyyətinə toxunulub, ölkədə təşkil edilmiş digər beynəlxalq tədbirlər kimi bu sammitin də yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə daha da genişlənməsi qeyd edilib.

6-10-2025, 11:28
Vətən müharibəsi qazisi vəfat etdi


Vətən müharibəsi qazisi vəfat etdi

44 günlük Vətən müharibəsinin iştirakçısı Vüsal Məhərrəm oğlu Əliyev vəfat edib.
27 yaşlı V.Əliyev Babək rayonunun Nehrəm qəsəbəsində dünyasını dəyişib.
Bildirilib ki, o bu gün qəsəbə qəbiristanlığında dəfn olunacaq.
4-10-2025, 23:48
"Qalatasaray " - "Beşiktaş" oyununda qalib müəyyənləşmədi


"Qalatasaray " - "Beşiktaş" oyununda qalib müəyyənləşmədi

Futbol üzrə Türkiyə Superliqasında İstanbul derbisi baş tutub.
VIII tura təsadüf edən prinsipial matçda "Qalatasaray" öz meydanında "Beşiktaş"ı qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Oyunda hesabı 12-ci dəqiqədə qonaqların heyətində Temmi Abraham açıb. 34-cü dəqiqədə ev sahibləri azlıqda qalıblar. Davinson Sançes birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Buna baxmayaraq, "Qalatasaray" məğlubiyyətdən qaça bilib. 54-ci dəqiqədə İlkay Gündoğan fərqlənərək, yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra "Qalatasaray" 22 xalla turnir cədvəlinə başçılıq edir. "Beşiktaş" isə 13 xalla 5-ci pillədə yer alır.
4-10-2025, 21:25
Azərbaycanda bu şəxslərə ev veriləcək


Azərbaycanda bu şəxslərə ev veriləcək

Azərbaycanda əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması üçün dövlət tərəfindən həyata keçirilən sosialyönümlü tədbirlər davam etdirilir.
Bu istiqamətdə həyata keçirilən növbəti belə tədbirlər çərçivəsində daha bir sıra rayonlarda əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə mənzillər veriləcək.
Belə ki, bu kateqoriyaya aid olan şəxslər Salyan rayonunda 9 ədəd ikiotaqlı, 6 ədəd üçotaqlı, Neftçala rayonunda 20 ədəd üçotaqlı, Bərdə rayonunda 8 ədəd üçotaqlı, Tərtər rayonunda 4 ədəd üçotaqlı mənzillərlə təmin olunacaqlar.
Məlumata əsasən, Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi artıq bununla bağlı müvafiq işlərə başlayıb.
Qurum mənzillərin satın alınmasına 4,417 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!