Samuxda 34 yaşlı şəxsi dayısı bıçaqladı .....                        İstehlak bazarlarında mallara qarşı qaydalar .....                        Nazirliyinin yeni strukturu - 13 şöbə, 4 sektor .....                        54 yaşlı sürücü sükan arxasında öldü .....                        Evin damını təmir edən şəxs yıxılaraq öldü .....                        Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                       
30-09-2025, 15:07
İtaliya Prezidenti Azərbaycana gəldi


İtaliya Prezidenti Azərbaycana gəldi

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella sentyabrın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İtaliya Prezidenti Sercio Mattarellanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

***

14:55

İtaliya Prezidenti Sergio Mattarella sentyabrın 30-dan oktyabrın 1-dək Azərbaycanda rəsmi səfərdə olacaq.
Bu barədə İtaliya Prezidentinin mətbuat xidməti məlumat yayıb.
30-09-2025, 14:46
Azərbaycanla bağlı saxta xəbər yayan şəxs saxlanıldı


Azərbaycanla bağlı saxta xəbər yayan şəxs saxlanıldı

Azərbaycanla bağlı dezinformasiya yayan türk vətəndaşı saxlanıldı.
Sosial şəbəkələrdə “Tuğberk” adlı "X" istifadəçisi BMT Baş Assambleyasının 80-ci sessiyası ilə bağlı yanlış məlumatlar yaydığı üçün müzakirələrin mərkəzinə çevrilmişdi. O, İsrailin Baş naziri Benyamin Netanyahunun Fələstin mövzusundakı çıxışını Azərbaycan rəsmilərinin izlədiyi və alqışladığı barədə saxta paylaşımlar etmişdi.
Məsələ ictimai rezonans doğurduqdan sonra həmin şəxs İspaniyadan Türkiyəyə qayıdarkən polis tərəfindən saxlanılıb. O, ifadəsi alındıqdan sonra sərbəst buraxıldığını öz "X" hesabında açıqlayıb.

30-09-2025, 14:38
Rəsmilər Cabir İmanovun vida mərasimində - FOTO


Rəsmilər Cabir İmanovun vida mərasimində - FOTO

Əməkdar artist Cabir İmanovla Şəhriyar adına Mədəniyyət Mərkəzində vida mərasimi keçirilir.
Vida mərasimində dövlət rəsmiləri də iştirak edirlər.
Onların arasında xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Prezidentin köməkçisi Anar Ələkbərov, Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Mərkəzi Bankın sədri Taleh Kazımov və digər rəsmilər var.


30-09-2025, 14:06
Futbolçularda qorxu yox, həyəcan var - Qurban Qurbanov


Futbolçularda qorxu yox, həyəcan var - Qurban Qurbanov

Sevindirici haldır ki, belə böyük turnirin oyunu yenidən Bakıda keçiriləcək. Həm sevincli, həm həyəcanlı, həm də məsuliyyətliyik.
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Danimarkanın "Kopenhagen" komandasına qarşı keçirəcəkləri II tur oyunundan öncə mətbuat konfransında deyib.
Mütəxəssis matça mümkün qədər yaxşı hazırlaşdıqlarını bildirib: "Çox yaxşı, ciddi rəqibə qarşı oynayacağıq. İnanıram ki, futbolçularımız yaxşı oyunla azarkeşləri sevindirə biləcəklər".
Q. Qurbanov vurğulayıb ki, dünyanın Azərbaycan futboluna diqqət ayırması sevindirici haldır: "Futbolda ciddi nəticələrimiz olmasa da, ciddi rəqiblərlə oyunlardakı qələbələr xalqımızı sevindirir, futbola yatırım etmək istəyən şəxsləri cəlb edir. Meydanda elə çıxış etməliyik ki, ölkəmizə, futbolumuza dəyər versinlər. Belə olanda hər birimiz stadiona ümidlə gəlirik. Biz bunu dərk edirik. Məsuliyyət olan yerdə uğur da olur".
Baş məşqçi deyib ki, oyun öncəsi futbolçularda qorxu yox, həyəcan var. O, futbolçuların mərkəzi arenada keçirilən oyunlarda özlərini daha rahat hiss etdiklərini vurğulayıb: "Bəlkə də Bakı Olimpiya Stadionu hazır olsaydı, oyunlarımızı orada keçirərdik. Çünki Çempionlar Liqası kifayət qədər nüfuzlu turnirdir. Orada da oynasaydıq, meydana eyni məsuliyyətlə çıxacaqdıq".
Mütəxəssis əsas heyəti fikrində formalaşdırdığını qeyd edib: "Müəyyən rotasiyalar ola bilər. Amma böyük ölçüdə heyəti müəyyənləşdirmişəm. Rəqibin oyun üslubu əvvəlki illərlə müqayisədə təxminən eynidir. Sadəcə, hər il daha da inkişaf edirlər. Bu il həyətlərində daha texnikalı və sürətli futbolçuları var. Klubun fəlsəfəsi isə dəyişməz olaraq qalır".
O, Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün normal vəziyyətdə olduğunu söyləyib: "Bəzən müəyyən problemlər olur. Bu da iqlimlə bağlıdır. Amma hər il yaxşıya doğru gedir".
"Futbolda qələbənin düsturu olur. Biz də qalib gəlmək üçün çalışırıq. Təbii ki, məğlub da ola bilərik. Qarşımızda ciddi komanda var. Biz onların da göstərdiyi oyuna hazır olmalıyıq", - deyə Qurban Qurbanov fikirlərini tamamlayıb.
Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" oyunu saat 20:45-də başlayacaq.
30-09-2025, 13:25
Əli Əsədov Lukaşenko ilə görüşdü


Əli Əsədov Lukaşenko ilə görüşdü

Sentyabrın 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurası üzvlərinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə iştirak edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən xəbərə görə, Belarus Prezidenti MDB Hökumət Başçıları Şurası üzvlərini salamlayıb.
Görüşdə çıxış edən Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Aleksandr Lukaşenkoya çatdırıb.
Baş nazir, həmçinin Azərbaycan-Belarus iqtisadi əməkdaşlığının ikitərəfli gündəliyinə daxil olan məsələlərə toxunub.


30-09-2025, 13:00
Azərbaycanın Bəhreyndə səfirliyi açılacaq


Azərbaycanın Bəhreyndə səfirliyi açılacaq

Azərbaycan Respublikasının Bəhreyn Krallığında səfirliyi təsis ediləcək.
Bununla bağlı məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.
"Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama Şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.


30-09-2025, 12:51
Oktyabr ayının ilk gününün havası


Oktyabr ayının ilk gününün havası

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi axşama doğru mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-17° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-21° isti, dağlarda gecə 4-8° isti, gündüz 9-14° isti olacaq.
30-09-2025, 12:40
Yerdə güclü maqnit qasırğası başlayıb


Yerdə güclü maqnit qasırğası başlayıb

Yer kürəsində son üç ayın ən güclü G3+ kateqoriyalı maqnit qasırğası başlayıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey Boqaçov "RIA Novosti" agentliyinə müsahibəsində bildirib.
"Geomaqnit dalğalanmalarında kəskin artım qeydə alınır. Son ölçmələrə görə, geomaqnit aktivlik indeksi Kp 7.33-ə yüksəlib ki, bu da 5 ballıq şkala üzrə G3+ maqnit qasırğasına uyğundur", - deyə Boqaçov qeyd edib.
O əlavə edib ki, oxşar hal sonuncu dəfə bu il iyunun 1-də, birbaşa Günəş protuberansının Yer kürəsinə vurması zaman müşahidə edilib. O əlavə edib ki, günəş aktivliyinin artması Yerə yaxın kosmosda vəziyyəti xeyli çətinləşdirməkdə davam edir.
30-09-2025, 12:32
Ayxan Abbasov millimizin baş məşqçisi təyin olundu


]Ayxan Abbasov millimizin baş məşqçisi təyin olundu

Bu gün AFFA-nın prezidenti Rövşən Nəcəf əsas milli komandanın baş məşqçisi Ayxan Abbasovla görüşüb.
Görüş zamanı Rövşən Nəcəf mütəxəssisin U-21 komandasında gördüyü işləri, həmçinin A millinin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə (1:1) oyundakı çıxışını yüksək qiymətləndirib.
AFFA prezidenti Ayxan Abbasovla komandamızın qarşıdakı oyunları ətrafında fikir mübadiləsi aparıb. Rövşən Nəcəf milliyə və baş məşqçiyə AFFA rəhbərliyi tərəfindən dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib, komandamıza növbəti oyunlarda uğurlar arzulayıb.
29-09-2025, 22:13
Cabirlə bərabər bu gün mən də öldüm - Murad Dadaşov


Cabirlə bərabər bu gün mən də öldüm - Murad Dadaşov

“Həyatımın və yaradıcılığımın ən yaxın kəsi, dostum, silahdaşım, əziz qardaşım Cabir İmanov dünyasını dəyişib. Sanki bir yuxunun içindəyəm və onun tez bitməsini istəyirəm”.
Bu sözləri Xəzər Media Mərkəzinin Baş direktoru, Xalq artisti və “Bakılı oğlanlar” KVN Teatrının keçmiş üzvü Murad Dadaşov yaxın dostu Cabir İmanovun vəfatı ilə bağlı “Qafqazinfo”ya açıqlamasında danışıb.
M.Dadaşov yaxın dostunun itkisini belə izah edib:
“Elə gün yox idi ki, bir-birimizin səsini eşitməyək. Gündəlik azı 20-25 dəqiqə danışırdıq. Ona deyirdim ki, “Cabir, bizi kənardan kimsə güdsə, deyər ki, bunlar dəlidir. Nə danışırlar?” Mahnıdan başlayıb, kinoda bitirirdik. O qədər çoxşaxəli bir tarix yaşamışıq ki. Cabir mənim ürəyimin bir parçası idi. Allahın belə dəhşətli günü mənə niyə yaşatdığını başa düşə bilmirəm”.
Xalq artisti sənət yoldaşı olan Cabir İmanovla eyni vaxtda peşəkar fəaliyyətə başlamaqlarından bəhs edib:
“Bütün səhnəciklərdə, səfərlərdə, hər bir işdə bərabər idik. Televiziya təcrübəmiz də eyni gündə başlayıb. O zamanlar “AzTV2”də “Bir cənub şəhərində” adlı layihəyə bərabər başladıq. O gün bu gündür, ailələrimiz, həyat yoldaşlarımız çox yaxındır”.
M.Dadaşov C.İmanovun övladlarına deməyə söz tapa bilmədiyini əlavə edib:
“Nə deyim Cahangirə, Süleymana? Nə söz tapım? Onlar adi bir ata yox, Cabir kimi ata itirdilər. Bu həyatda hər şey öz yolunu tapır, hər şey düzəlir, amma Cabirin itkisi mənim üçün çox böyük zərbədir. Çoxdandır bu cür pis durumda olmamışam.
O cümlə ki var, “Sözün bitdiyi an”. Birtəhər səslənir, o qədər adiləşir amma, bu gecə də qutaracaq, sabah səhər başlayacaq mən Cabirin zəngini gözləyəcəm.
Bu gün onunla vidalaşanda inana bilmirdim ki, biz bir də heç vaxt görüşməyəcəyik. Heç vaxt onu qucaqlayıb, öpüb, bağrıma basıb ürək sözlərimi deyə bilməyəcəm. Onunla bərabər bu gün mən də öldüm”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!