Bakı Təhsil İdarəsində yeni müavinlər - Kollektivə təqdim olundular .....                        Ərdoğan konsulluğa hücumdan danışdı .....                        Baş nazir hökumət üzvlərini topladı - Nefti müzakirə etdilər .....                        Daha bir ölkə İrana qarşı müharibəyə qoşulmağa hazırdır .....                        Mərkəzi Bankın departament rəhbəri işdən çıxdı .....                        İran ABŞ ilə bütün danışıqları dayandırıb .....                        Hava küləkli olacaq - XƏBƏRDARLIQ .....                        Azərbaycanda bu qanun dəyişdi .....                        Rusiya İrana kəşfiyyat dəstəyi verib? – İDDİA .....                       
2-09-2025, 17:35
Milli Məclisin komitəsində almanlarla görüş keçirilib


Milli Məclisin komitəsində almanlarla görüş keçirilib

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində Almaniyanın “Allah və insanlar qarşısında məsuliyyət təşəbbüsü” təşkilatının nümayəndələri və “Əsas dəyərlər və Xalqlararası Anlaşma Fondu”nun rəhbərləri – Fondun İdarə Heyətinin sədri Erix Alfred Tilo Braun (Erich Alfred Tilo Braune) və icraçı direktor Dr. Folker Brext (Volker Brecht) ilə görüş keçirilib.
Komitə sədri Fazil Mustafa qonaqları salamlayaraq Azərbaycanın multikultural dəyərləri və dini icmaların fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib:
“Hazırda Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş 38 qeyri-islam dini icması sərbəst fəaliyyət göstərir ki, onların 27-si xristian icmalarıdır. Bu icmaların ibadət yerlərinin qorunması və bərpası dövlət siyasətimizin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, multikulturalizm bizim həyat tərzimizdir.”
Komitə sədri katolik, pravoslav, lüteran və alban-udi icmalarının dini abidələrinin bərpası ilə bağlı görülən işlərdən, eləcə də Qarabağda ermənilər tərəfindən dağıdılmış tarixi-mədəni abidələrin bərpası zərurətindən danışıb. Fazil Mustafa müxtəlif dini icmaların parlamentlə əməkdaşlığını və bu məsələlərin qanunvericilik müstəvisində həllini vacib saydığını qeyd edib, Almaniya parlament təcrübəsi ilə tanışlığın da maraqlı olacağını vurğulayıb.
Fondun İdarə Heyətinin sədri Erix Alfred Tilo Braun görüş üçün təşəkkür edərək Azərbaycanda dini tolerantlıq və mədəni müxtəlifliyin qorunmasına verilən dəstəyi yüksək qiymətləndirib:
“Bizim üçün böyük şərəfdir ki, Azərbaycanda müxtəlif dini icmaların azad və sülh şəraitində fəaliyyətinə yaradılan mühiti öz gözlərimizlə görürük. Azərbaycanın təcrübəsi beynəlxalq miqyasda nümunə ola bilər.”
Braun həmçinin rəhbərlik etdiyi fondun fəaliyyətindən bəhs edərək qeyd edib ki, təşkilatın toplantıları ABŞ-da 1953-cü ildən keçirilən “Milli Dua Qəhvaltısı”na bənzər formatdadır. Sonuncu – XXIX Beynəlxalq Toplantı bu ilin iyun ayında Berlinin Reyxstaq binasında Bundestaq sədri Yuliya Klöknerin iştirakı ilə təşkil olunub. Tədbirdə Almaniya federal hökumətinin və Bundestaqın üzvləri, federal torpaqların hökumət nümayəndələri, tanınmış siyasətçilər, iş adamları və müxtəlif ölkələrin parlament üzvləri iştirak ediblər. Dünyanın 100-ə yaxın ölkəsində bu cür toplantılar təşkil olunur.
Fondun icraçı direktoru Dr. Folker Brext isə birgə əməkdaşlıq imkanlarına toxunub, gələcəkdə dini abidələrin qorunması və mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığın faydalı nəticələr verəcəyinə inamını bildirib.
Görüşdə komitənin sədr müavini Sahib Alıyev, üzvlər Elşad Musayev, Səbinə Salmanova, Azər Allahverənov da çıxış edərək fikir və təkliflərini bölüşüblər.
Qeyd olunub ki, müxtəlif dinlərin və mədəniyyətlərin yüzillərdir birgə yaşadığı Azərbaycanda dini dözümlülük və qarşılıqlı hörmət prinsipləri bu gün də dövlət siyasətinin əsasını təşkil edir. Qonaqların təmsil etdikləri qurumların məqsədləri ilə Azərbaycanın multikulturalizm siyasətinin üst-üstə düşdüyü vurğulanıb.
Görüş qarşılıqlı əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib.
Görüşdə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin, Beynəlxalq münasibətlər şöbəsinin, eləcə də, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak edib.
2-09-2025, 17:28
Göygöldə qəza - Ölən var


Göygöldə qəza - Ölən var

Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun Göygöl ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan yük avtomobili digər yük avtomobillinə arxadan çırpılıb. Qəza zamanı 1 nəfər ölüb.
2-09-2025, 16:50
Laçın aeroportunda buraxılış məntəqəsi yaradılır


Laçın aeroportunda buraxılış məntəqəsi yaradılır

Nazirlər Kabineti "Dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı"nın və "Dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 10 sentyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib.
Bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, sözügedən siyahıya Laçın Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Laçın rayonu, Qorçu kəndi) əlavə edilib.
2-09-2025, 16:26
Azərbaycanda pul bazası azalıb


Azərbaycanda pul bazası azalıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 21 milyard 121,8 milyon manat təşkil edib.
Bu, avqustun 1-i ilə müqayisədə 121,2 milyon manat azdır.
2-09-2025, 15:50
Sarayda qayın gəlini qətlə yetirdi - YENİLƏNİB


Sarayda qayın gəlini qətlə yetirdi - YENİLƏNİB

Sentyabrın 2-də saat 14 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Əminə Məlikovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı 1967-ci il təvəllüdlü Pərviz Məlikovun qardaşı arvadı 1972-ci il təvəllüdlü Əminə Məlikovaya bıçaqla xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. Pərviz Məlikov iş üzrə şübhəli şəxs qismində tutulub.

***

14:40

Abşeron rayonunun Saray qəsəbəsində 51 yaşlı qadın qətlə yetirilib.
Öldürülən şəxsin 1974-cü il təvəllüdlü Əminə Payızova olduğu bildirilir.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 58 yaşlı Pərviz Məlikov saxlanılaraq istintaqa təhvil verilib.
2-09-2025, 15:22
Abşeronda bir nəfər süni göldə batdı


Abşeronda bir nəfər süni göldə batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Digah qəsəbəsində 1 nəfərin süni sututarında batması barədə ilkin məlumat daxil olub.
Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
2-09-2025, 14:36
Zorakılığa məruz qalmış uşaq səhiyyə müəssisəsinə yerləşdirildi


Zorakılığa məruz qalmış uşaq səhiyyə müəssisəsinə yerləşdirildi

Qəyyumu tərəfindən zorakılığa məruz qaldığı iddia edilən uşaqla bağlı məlumat daxil olduğu ilk andan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb edilib.
Bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, uşaq aidiyyəti qurumlarla koordinasiyalı şəkildə səhiyyə müəssisəsinə yerləşdirilib.
Müayinə və qiymətləndirilmə prosedurları bitdikdən sonra o, Agentliyin müvafiq müəssisəsinə yerləşdiriləcək.
Qeyd edək ki, Sabunçu rayon ərazisində yaşayan, hər iki valideynini itirmiş 14 yaşlı yeniyetmə xalası tərəfindən qəyyumluğa götürülmüşdür.
2-09-2025, 14:27
20 nəfərin bank kartından 10 min manat oğurlandı


20 nəfərin bank kartından 10 min manat oğurlandı

Hacıqabulda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkələrdə kiberdələduzluq edən əvvəllər məhkum olunmuş Aslan Qurbanov saxlanılıb.
DİN-in Mətbuat xidmətinin regional qrupundan verilən xəbərə görə, o, müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslərə yardım adı altında sosial şəbəkələrdə paylaşılan bank kartlarındakı maddi vəsaitləri talamaqda şübhəli bilinir. Araşdırma zamanı adıçəkilən şəxsin 20 nəfərin etibarından sui-istifadə edərək bank kartlarının məxfi məlumatlarını əldə etdiyi məlum olub. Bu üsulla A.Qurbanov 10.000 manatdan artıq pul ələ keçirib. Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
A.Qurbanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polisə məlumat verə bilərlər.
2-09-2025, 14:15
Avtoxuliqanlıq edən sürücü həbs olundu


Avtoxuliqanlıq edən sürücü həbs olundu

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlərlə idarə etdiyi “VAZ-2106” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və hərəkət iştirakçılarına təhlükə yaradan sürücü Xaləddin Əliyev saxlanılıb.
Onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə X.Əliyev 17 sutka inzibati qaydada həbs edilib.
2-09-2025, 00:39
"Fənərbaxça"da yeni transfer


"Fənərbaxça"da yeni transfer

"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirib.
İstanbul təmsilçisi Marko Asensionu transfer edib.
Bunu klubun mətbuat xidməti açıqlayıb.
Onunla 3+1 illik müqavilə imzalanıb. Futbolçunun son klubu PSJ olub.
Qeyd edək ki, Asensio daha öncə "Malyorka", "Real Madrid" və "Aston Villa"da çıxış edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!