İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                       
29-07-2025, 18:19
"Az səhv edib qələbə qazanmaq istəyirik"


"Az səhv edib qələbə qazanmaq istəyirik"

Oyuna yaxşı hazırlaşmışıq.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda İrlandiyanın “Şelburn” klubuna qarşı keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəsssis ciddi rəqibə qarşı oynayacaqlarını bildirib: "Növbəti mərhələ barədə düşünmürük. Bütün diqqətimizi "Şelburn"la matça yönəltmişik. Hər şey plan üzrə gedir. Bakıdakı matçda daha yaxşı oynamaq istəyirik. Az səhv edib qələbə qazanmaq niyyətindəyik".
Baş məşqçi komandasının meydana itkilərlə çıxacağını söyləyib: "Dani Boltun oynamayacağı dəqiqdir. Marko Yankoviçin durumu matç saatına kimi müəyyənləşəcək".
Transfer məsələsinə də toxunan Q. Qurbanov yarımmüdafiə və hücum xəttinə futbolçular axtardıqlarını vurğulayıb: "Bəzi danışıq apardığımız oyunçularla anlaşa bilmədik. Onlar başqa klublara keçdilər. Əlimdə olan futbolçulardan da razıyam. Əgər alınsa, yaxın vaxtlarda transferlər baş tutacaq".
Təcrübəli çalışırdıcı Mateus Silvanın mərkəz müdafiəçisi mövqeyində özünü doğrultduğunu qeyd edib: "Mateus özünü həmin mövqedə yaxşı hiss edir. Hər oyunçunun potensialına uyğun davranırıq. Qapıçı seçiminə gəlincə, həm Mateuş Koxalski, həm də Fabian Buntiçi oynadıb, formadan düşmələrinə imkan vermək istəmirik. Heyət seçimi oyunçuların məşqlərdəki göstəricisindən asılı olur".
Mütəxəssisin sözlərinə görə, yeni transfer Same Mmaenin öz formasını bərpa etməsi üçün müəyyən qədər vaxt lazımdır: "Bəyəndiyimiz oyunçudur. Ona inanırıq. Redon Cica məsələsinə gəlincə, Juninyo gəldikdən sonra əsas heyət uğurunda mübarizə aparırdı. Az oynasa da, meydana çıxdığı matçlarda bizə fayda verirdi. Bu cür futbolçunun komandamda qalmasını istərdim. Qol duyumu olan hücumçu idi".
Qeyd edək ki, iyulun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Şelburn” matçı saat 20:00-da başlayacaq. Ağdam klubu ilk görüşdə 3:0 hesablı qələbə qazanıb.
29-07-2025, 17:59
Sahibə Qafarova Braziliya Deputatlar Palatasının sədri ilə görüşdü


Sahibə Qafarova Braziliya Deputatlar Palatasının sədri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrəyə işgüzar səfəri çərçivəsində Cenevrə şəhərində Braziliya Deputatlar Palatasının sədri Huqo Motta ilə görüşüb.
Görüşdə ölkələr arasında coğrafi uzaqlığa baxmayaraq, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əlaqələrin daha da genişləndirilməsi üçün imkanların mövcudluğu qeyd edilib.
2023-cü ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün tamam olduğu qeyd edilərək vurğulanıb ki, ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli əlaqələr fonunda parlamentlərimiz arasında da yaxşı münasibətlər var.
Söhbət zamanı Parlament Sədrlərinin VI Dünya Konfransının qanunverici orqanların ortaq maraqlarına dair fikir mübadiləsi aparmaq baxımından yaxşı imkan olduğu qeyd edilərək, belə mühüm beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın önəmi diqqətə çatdırılıb. Hər iki ölkənin parlament dostluq qrupları arasında sıx təmasların mövcud olmasından məmnunluq ifadə olunaraq, qeyd edilib ki, bu təmaslar parlamentlər arasında əməkdaşlığın genişlənməsinə imkan verir. Keçirilən görüşlərin və siyasi dialoqun parlamentlər arasında əlaqələrin daha da dərinləşdirilməsinə xidmət etdiyi vurğulanıb. Müasir dünyada mövcud olan çağırışlara qarşı birgə mübarizədə parlamentlərarası əməkdaşlığın vacibliyi bir daha qeyd edilib.
Görüşdə COP30-un Braziliyada keçiriləcəyi xatırladılaraq, ötən il Azərbaycanın COP29-a uğurla evsahibliyi etdiyi vurğulanıb. Qeyd olunub ki, bu mühüm qlobal tədbir çərçivəsində ölkəmizə səfər etmiş Braziliya nümayəndə heyətinin üzvləri Azərbaycan xalqının qonaqpərvərliyindən, bu tədbirin ən yüksək səviyyədə təşkilindən məmnunluqlarını bildiriblər. COP29 çərçivəsində Milli Məclislə Parlamentlərarası İttifaqın birgə təşkil etdiyi Parlament görüşünün uğurla baş tutduğu qeyd edilərək, Braziliyada COP30 çərçivəsində keçiriləcək Parlament konfransının təşkili ilə bağlı təcrübə mübadiləsi və əməkdaşlıq imkanları barədə də danışılıb.



29-07-2025, 17:53
Mərkəzi Nəbatat Bağında istənilən növ canlılar ola bilər - RƏSMİ


Mərkəzi Nəbatat Bağında istənilən növ canlılar ola bilər - RƏSMİ

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində publik hüquqi şəxs “Mərkəzi Nəbatat Bağı” paytaxt sakinləri və qonaqlara müraciət edib.
Mərkəzi Nəbatat Bağından verilən xəbərə görə, Mərkəzi Nəbatat Bağı təbiətlə vəhdət təşkil edən bir ərazi kimi flora və faunanın qorunmasına xüsusi diqqət yetirir.
Qeyd edilib ki, bu səbəbdən orada yaşayan istənilən növ canlıların, o cümlədən həşəratların mövcudluğu mümkündür: “Nəbatat Bağında yaşayan canlılara müdaxilə isə təbiətlə balansın pozulması ilə nəticələnər ki, bu da ekoloji baxımdan mənfi təsirlərə yol açar.
Bir daha sakinlərdən və şəhərimizin qonaqlarından Mərkəzi Nəbatat Bağında təyin olunmuş yerlərdə gəzmələri, azyaşlıları diqqətdən kənar qoymamaları xahiş edilir”.
Qeyd edək ki, bu gün iyulun 28-də Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan vurması barədə xəbər yayılıb.
29-07-2025, 17:48
Qovlar qəsəbəsinin Baş planı TƏSDİQLƏNDİ


Qovlar qəsəbəsinin Baş planı TƏSDİQLƏNDİ

Qovlar şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifini nəzərə alınaraq təsdiq edilib.
29-07-2025, 17:42
“Təbriz-Bakı-Təbriz” aviareysi bərpa olundu


“Təbriz-Bakı-Təbriz” aviareysi bərpa olundu

“Təbriz-Bakı-Təbriz” aviareysi üzrə uçuşlar bərpa olunub.
Təbrizin hava limanında bununla bağlı mərasim keçirilib.
Tədbirdə Şərqi Azərbaycan əyalətinin qubernatoru və əyalətin rəhbər şəxsləri iştirak edib.
29-07-2025, 17:37
“Hilton Baku”dakı QİYMƏTLƏR turistləri şoka saldı


“Hilton Baku”dakı QİYMƏTLƏR turistləri şoka saldı

“Hilton Baku” hoteldə turistlərin ödədiyi hesab sosial şəbəkələrdə müzakirəyə səbəb olub.
Turistlər özləri də ödədikləri 1290 manatlıq hesaba görə təəccübləniblər.
Paylaşılan ödəniş qəbzindən aydın olur ki, qonaqlar bir burger üçün 42 manat, 0.75 litr qazlı və qazsız “Sirab” üçün 11 manat, bir nəfərlik sezar salatı üçün 34 manat, kartof qızartmasının 1 nəfərlik porsiyası üçün 12 manat, 1 porsiya qarışıq kabab setinə 85 manat ödəyiblər.
Müştərilərin ümumi hesabı 1229 manat, servis xidməti isə 5 faiz hesablanıb. Ümumilikdə ödənilən məbləğ 1290 manat olub.

29-07-2025, 17:16
Azərbaycanda hostellərə kamera quraşdırılacaq - QƏRAR


Azərbaycanda hostellərə kamera quraşdırılacaq - QƏRAR

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Yataqxana və hostellər. Layihələndirmə normaları”nı təsdiq edib.
Bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.
Qərara əsasən, yataqxana və hostellərin tutumu şəhərsalma və tikintiyə dair normativ sənədlərə, həmçinin layihə tapşırığına əsasən müəyyən ediləcək. Belə ki, tutumuna görə hostellər 2 yerə bölünür:

- kiçik – 25 nəfərə qədər;

- böyük – 25 nəfərdən çox.

Bundan başqa, yataqxanaların və 50-dən çox yer sayı olan hostellərin giriş-çıxış yerlərində, mərtəbələrin dəhlizlərində, ictimai-iaşə zonalarında 24 saat işlək vəziyyətdə olan müşahidə kameraları quraşdırılmalıdır.
29-07-2025, 17:09
Azərbaycanda qəribə hadisə - 73 yaşında “ölü” olduğunu öyrəndi


Azərbaycanda qəribə hadisə - 73 yaşında “ölü” olduğunu öyrəndi

Xaçmaz sakini pensiya ilə bağlı dövlət qurumuna müraciət edən zaman qəribə hadisə ilə üzləşib.
Dövlət qurumu 73 yaşlı vətəndaşa sistemdə ölü göründüyünü bildirib.
Vətəndaşa barəsində 3 noyabr 1952-ci il tarixdə vəfat etməyi ilə əlaqədar 5 noyabr 1952-ci il tarixli ölüm haqqında akt qeydinin olduğu bildirilib.
O, ASAN XİDMƏT-ə ölüm haqqında akt qeydinin ləğvi barədə müraciət etsə də, bildirilib ki, buna ancaq məhkəmə qərar verə bilər.
Məhkəməyə təqdim edilən sənədlərdə vətəndaşın sətəlcəm səbəbindən öldüyü qeyd edilib.
Sumqayıt məhkəməsi şikayəti təmin edib və ölüm haqqında aktın ləğv edilminə qərar verib.
29-07-2025, 16:40
Güclü istilər nə vaxtadək davam edəcək?


Güclü istilər nə vaxtadək davam edəcək?

Həftə sonunadək ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, avqustun 2-3-də 40 dərəcəyə yaxın, dağlıq rayonlarda 29-34, Mərkəzi aran, eyni zamanda Naxçıvan MR-da isə 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Abşeron yarımadasında, o cümlədən Sahilyanı ərazilərdə cənub-şərq küləklərinin üstünlüyü gözlənilir ki, bu da havada nisbi rütubətin yüksəlməsinə və durğun hava şəraitinin olmasına səbəb olacaq.
29-07-2025, 16:34
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verdilər


Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verdilər

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyulun 29-da davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesinə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Zərərçəkmiş şəxs İsa Kəlbiyevin hüquqi varisi - atası Rəhim Kəlbiyev ifadəsində övladının Kəlbəcər rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu bildirib.
Zərərçəkmiş şəxs Məhəmməd Xəlilinin hüquqi varisi - atası İlqar Xəlilov övladının Xocavənddə düşmən tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu söyləyib.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş şəxs Kamran İsgəndərli Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış artilleriya mərmisinin yaxınlığında partlaması nəticəsində xəsarət aldığını deyib. O bildirib ki, hadisə zamanı daha üç nəfər həlak olub, yeddi nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş Əlifəndi Fərziyev Xocalıda atılmış artilleriya mərmisinin partlaması nəticəsində xəsarətlər aldığını qeyd edib.
Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Elgün Məmmədli Laçında Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində yaralandığını deyib. O əlavə edib ki, ayağından yaralanıb və qapalı kəllə-beyin travması alıb.
Elçin İsmayılov ifadəsində düşmənin odlu silahdan açdığı atəşlər nəticəsində yaralandığını bildirib.
Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Nadir Rzayev Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış artilleriya mərmisinin partlaması nəticəsində xəsarət aldığını söyləyib.
Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş Pənah Sadıxov Laçında düşmənin müxtəlif silahlardan açdığı atəş nəticəsində yaralandığını diqqətə çatdırıb.
Nurlan İsmayılov ifadəsində Laçında düşmənin açdığı artilleriya atəşi nəticəsində xəsarət aldığını qeyd edib. Vurğulayıb ki, həmin vaxt ondan başqa daha iki nəfər xəsarət alıb, iki nəfər isə həlak olub.
Ələkbər Paşayev ifadəsində Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində qapalı kəllə-beyin travması aldığını bildirib.
Təbriz Məmizadə ifadəsində Kəlbəcərdə açılmış atəş nəticəsində xəsarət aldığını deyib.
Hacıbaba Quliyev isə Ağdamda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində sağ ayağından yaralandığını qeyd edib.
Zərərçəkmiş digər şəxslər Amin Rəhmətzadə, Murad Babazadə, Ceyhun Quliyev, Elçin Zeynalzadə, Ziyafəddin Ramazanov və Elnur Bədəlov ifadələrində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsində xəsarət aldıqlarını söyləyiblər.
Məhkəmənin növbəti iclası avqustun 5-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!