Azərbaycanın “İbrahim Sazişləri”nə qoşulması GÜNDƏMDƏ .....                        Ukrayna ilə Rusiya razılığa gəldi .....                        Azərbaycan deputatları Şimali Kipr prezidenti ilə görüşdülər - FOTO .....                        Şəkidə ofisiant müdirini öldürdü .....                        Fransa Azərbaycan səfirliyinin vurulmasını pisləyir .....                        Hitlerin yəhudi olmadığı təsdiqləndi .....                        Alim Qasımova mükafat verildi .....                        Mbappe Bakıya gəlmədi - Baş məşqçi səbəb AÇIQLADI .....                        Qasırğaya görə fövqəladə vəziyyət elan edildi .....                       
25-02-2025, 17:23
İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər


İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər

Azərbaycan müstəqil dövlət kimi istədiyi ölkəylə tərəfdaşlıq, strateji müttəfiqlik əlaqləri qura bilər.
Bunu politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Azərbaycan hansısa başqa ölkəyə hesabat verəsi deyil.
"Eyni zamanda İrana dəfələrlə deyilib ki, Azərbaycanın üçüncü ölkələrlə əlaqəsi İrana qarşı yönəlməyib. Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayacaq. Bu heç bizim milli və təhlükəsizlik maraqlarımıza uyğun deyil. Azərbaycanın İsrail ilə sıx tərəfdaşlıq münasibətləri var. Ticarət dövriyyəsi artır. Biz onlara Ceyhan kəməri ilə neft satırıq. İsrailin müasir hərbi texnikası Azərbaycan Ordusu üçün vacibdir. Kənd təsərrüfatı sahəsində İsrail modern texnika tətbiq edib. Buna da bizim ehtiyacımız var".
Politoloq vurğulayıb ki, bir sıra aparıcı xəbər saytlarının, media qurumlarının kiber hücumla üzləşməsi maraq doğurur:
"Şübhələr İran üzərində cəmləşib. İran hadisənin arxasında dayanmırsa, bununla bağlı açıqlama verməlidir. İranın mühafizəkar dairələri yenə də Azərbaycanı hədəf seçiblər. Halbuki rəsmi səviyyədə qarşılıqlı səfərlərin sayı artıb. İstənilən dövlətlərlə, o cümlədən qonşu ölkələrlə normal münasibətlərin olmasında maraqlıyıq. Bizim ABŞ-la da, İsraillə də sıx tərəfdaşlığımız var. Buna görə də, heç kəsə hesabat verəsi deyilik. Müstəqil dövlətik. Xarici siyasətimizi də müstəqil müəyyənləşdiririk".
25-02-2025, 17:07
Pensiyalar artımla ödənildi


Pensiyalar artımla ödənildi

Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə fevral ayının pensiya ödənişləri yekunlaşdırılıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 11-də Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda, bu gün isə ölkənin bölgələrində yaşayan şəxslərin fevral ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
25-02-2025, 16:52
Əlindəki şişləri götüzdürmək istədi, şoka düşərək öldü


Əlindəki şişləri götüzdürmək istədi, şoka düşərək öldü

Əlində olan ziyilə bənzər şişləri götürmək üçün Gəncə Beynəlxalq Xəstəxanasına müraciət edən Türkan Balakişizadə vəfat edib.
Türkan Balakişizadə narkozun təsirindən anafilaktik şok keçirib.
Qeyd edək ki, o, fevralın 10-da əlində yaranmış şişləri götürmək üçün xəstəxanaya müraciət edib, müayinələrdən keçdikdən sonra əməliyyat edilmək üçün narkoz verilib. Nəticədə anafilaktik şok keçirib və koma vəziyyətinə düşüb.
Koma vəziyyətinə düşən Türkan Balakişizadə fevralın 23-də vəfat edib.
Onun dəqiq ölüm səbəbi tibbi ekspertizadan sonra məlum olacaq.
Məlumat üçün bildirək ki, T.Balakişizadə əslən Kəlbəcər rayonundan olsa da, Gəncə şəhərində yaşayıb. Azərbaycan Beynəlxalq Bankının (ABB) işçisi olub.
25-02-2025, 15:50
Qar yağdı, qiymətlər artdı


Qar yağdı, qiymətlər artdı

Son günlər ölkə ərazisində müşahidə olunan şaxtalı və qarlı hava şəraiti bazarlarda bəzi məhsulların qiymətinə təsirsiz ötüşməyib.
Xüsusilə meyvə-tərəvəz və süd məhsullarında qiymət artımı müşahidə edilir.
Satıcıların sözlərinə görə, şaxtalı hava səbəbindən məhsulların daşınması çətinləşib, bəzi kənd yollarında hərəkət məhdudlaşdığından təchizat gecikir.
Bakı bazarlarında satıcılar bildirirlər ki, məhsulların bir hissəsi şəhərətrafı ərazilərdən, digərləri isə bölgələrdən gətirilir. Ancaq son günlər yolların buz bağlaması və nəqliyyatın hərəkətinin məhdudlaşması səbəbindən təchizatda problemlər yaranıb. Bu da qiymət artımına gətirib çıxarıb.
Xüsusilə kartof, soğan, pomidor və göyərti kimi məhsulların qiymətində bahalaşma hiss olunur.
Məsələ ilə bağlı saytımıza açıqlamasında iqtisadçı ekspert Emin Qəribli də bildirib ki, qarlı havanın davam etməsi bəzi meyvələrin bazarlara gətirilməsində problemlər yaradıb.
"Bu da müvəqqəti qiymətlərin artmasına gətirib çıxarır. Lakin, burada bəzi işbazların da vəziyyətdən sui-istifadə etməsinə səbəb ola bilər. Alıcılar bilməlidir ki, qiymət artımı müvəqqətidir", - o deyib.
Alıcılar bahalaşmadan narazılıq edirlər. Onların sözlərinə görə, hava şəraitinin müvəqqəti olduğunu nəzərə alsaq, qiymətlərin süni şəkildə artırılmasının qarşısı alınmalıdır.
25-02-2025, 14:42
Azərbaycanda su tarifləri xərcləri tam qarşılamır - AÇIQLAMA


Azərbaycanda su tarifləri xərcləri tam qarşılamır - AÇIQLAMA

Gələcəkdə Azərbaycanda suyun istifadəsi ilə bağlı fərqli tarif modellərinin tətbiqi istisna edilmir.
Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov jurnalistlərə açıqlamasında bildirib.
"Hazırda Azərbaycanda su tarifləri Xidmətin faktiki xərclərini tam qarşılamır. Bu da su təchizatı sahəsində sürətli inkişafı çətinləşdirir. Bu səbəbdən tarif sisteminin diferensiallaşdırılması məsələsi gündəmə gələ bilər", - A.Abbasov qeyd edib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə konkret təkliflər hələ ki, müzakirə olunmur.
25-02-2025, 14:33
Çökən yolla bağlı açıqlama: "Təbii qəza hesab olunur"


Çökən yolla bağlı daha bir açıqlama: "Təbii qəza hesab olunur"

Ötən gün Bakının Nizami rayonunda yolun bir hissəsi çöküb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bildirib ki, hadisəyə səbəb prospektin altından keçən su borusunda qəzanın baş verməsi olub.
Açıqlamada deyilir ki, Heydər Əliyev prospektinin "Koroğlu" metro stansiyası istiqamətində olan əsas yol üzrə hərəkət müvəqqəti məhdudlaşdırılaraq köməkçi yola yönləndirilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu da məsələyə münasibət bildirib.
Ceyhun Musaoğlu qeyd edib ki, su borusunda baş verən qəzanın dəqiq səbəbini müəyyənləşdirmək çətindir.
O deyib ki, su borusuna kənar müdaxilə qeydə alınmayıb və bu, təbii qəza hesab olunur: "Bu, müxtəlif amillərlə bağlı ola bilər. Havaların şaxtalı keçməsi və temperatur dəyişiklikləri boruya təsir edir. Ümumilikdə Bakıda və regionlarda bu kimi qəzalar baş verə bilər və onlar operativ şəkildə aradan qaldırılır".
C. Musaoğlu qeyd edib ki, Heydər Əliyev prospektində yeraltı su borusunda baş verən qəza aradan qaldırılıb: “Hazırda həmin ərazidə asfaltlama işləri yekunlaşmaq üzrədir və fasilə yaranan ərazilərə suyun verilməsinə başlanılıb".
25-02-2025, 14:09
Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum oldu


Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub.
Bu barədə Komissiyanın üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev məlumat verib.
O bildirib ki, iclasın fevralın 27-də keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, indiyədək Azərbaycanda 70 əfv sərəncamı və 12 amnistiya aktı imzalanıb. Bu humanist addımlar nəticəsində minlərlə şəxs azadlığa qovuşub.
Sonuncu əfv sərəncamı isə ötən ilin may ayında imzalanıb. Sərəcamla 154 nəfər əfv edilib, onlardan 63-ü cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
71-ci əfv sərəncamının neçə nəfəri əhatə edəcəyi hələlik məlum deyil.
25-02-2025, 13:21
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Lakin axşam bəzi yerlərdə sulu qar yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 65-75 % olacaq.
Gecə və səhər bəzi yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüz 3-8° şaxta olacaq.
Yolların buz bağlaması davam edəcək.
25-02-2025, 13:11
Dəniz Limanı "Dəmir Yolları"na birləşdirildi - FƏRMAN


Dəniz Limanı "Dəmir Yolları"na birləşdirildi - FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili haqqında Fərman imzalayıb.
Fərmana əsasən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə birləşdirilib. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Prezidentə:

- Cəmiyyətin yenidən təşkili və ləğvi;

- Cəmiyyətin icra orqanının rəhbərinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi.

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON−a):

- Mülki Məcəlləyə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələlərin dövlət başçısı ilə razılaşdırmaqla həyata keçirilməsi;

- Normativ hüquqi aktlar, eləcə də Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağa həvalə edilən digər səlahiyyətlərin həyata keçirilməsi.

Limanın Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələri və yerli normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqları və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.
Nazirlər Kabineti normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, fərmandan irəli gələn digər məsələləri həll etməli, AZCON isə Cəmiyyətin yeni nizamnaməsini və strukturunu üç ay müddətində dövlət başçısı ilə razılaşdırmaqla təsdiq etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
25-02-2025, 13:00
Pakistanın Baş naziri Bakıdan getdi


Pakistanın Baş naziri Bakıdan getdi

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına dövlət səfəri fevralın 25-də başa çatıb.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola saldılar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!