Saakaşvili də Vaşinqton görüşündən danışdı .....                        Vaşinqton görüşü: İlham Əliyevlə Paşinyan “tarixi sənəd” imzalaya bilər .....                        Ombudsman minaya düşən hərbçilərlə bağlı beynəlxalq təşkilatlara çağırış etdi .....                        Azərbaycanda yeni tariflər təsdiqləndi .....                        Qondarma rejimin həbsdəki üzvlərinə baş çəkə bilərik - Qızıl Aypara Cəmiyyəti .....                        25 yaşlı futbolçu vəfat etdi .....                        Azərbaycana qarşı informasiya hücumunu arxasında KİM DAYANIR... .....                        Bakıdan Qaxa istirahətə gələn ailə yol qəzasına düşdü .....                        Onlayn mərc və qumar oyunları təşkil edən mütəşəkkil dəstələr ifşa edildi - Əməliyyat görüntüləri .....                       
Tarix : 7-04-2017, 20:06
Azərbaycan-Niderland diplomatik münasibətlərinin 25 illiyi qeyd olundu

Azərbaycan və Niderland arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

Butov.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda Azərbaycan və Niderland arasında iqtisadi əməkdaşlığın uğurla davam etdiyini və bu xüsusda, ölkəmizdə bir sıra Niderland şirkətlərinin səmərəli fəaliyyətini qeyd edib.

Nazir Azərbaycanın Niderland ilə siyasi dialoqun, təhsil və humanitar sahədə əlaqələrin daha da gücləndirilməsində maraqlı olduğunu, xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Niderlandın xarici işlər naziri Bert Koenders E.Məmmədyarova ünvanladığı məktubunda ötən 25 il ərzində ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək, Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək məqsədilə Niderlanda səfəri, sabiq xarici işlər naziri Frans Timmermansın 2014-cii ildə və hazırki iqtisadi işlər naziri Henk Kampın 2016-cı ildə Azərbaycana səfərlərinin buna bariz nümunə olduğunu bildirib.

B.Koenders Niderland və Azərbaycanın Avropa Şurası, ATƏT, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı daxil olmaqla, bir sıra beynəlxalq platformalar çərçivəsində müxtəlif sahələr üzrə fəal əməkdaşlıq etdiyini vurğulayıb.

Nazir Niderlandın Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişafı istiqamətində olan səyləri dəstəklədiyini qeyd edib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!