Zelenski: Rusiya və Belarusdan başqa hər yerdə görüşə hazırıq .....                        "Real Madrid" Avropa Superliqasından çıxıb .....                        Körpələrin ölümündə təqsirləndirilən mərkəz direktoru: "493 nəfərin əvəzinə işləməli deyildim" .....                        Ukraynanın bu il üçün 60 milyard avro yardıma ehtiyac var .....                        Ata mülkünə görə xəstə qardaşını amansızlıqla döydü .....                        Olimpiya çempionlarımız "Böyük Dəbilqə" turnirində yarışacaq .....                        Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib? .....                        Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı .....                        Azərbaycanda ana 40 günlük körpəsindən İMTİNA EDİB .....                       
Tarix : 3-02-2017, 10:12
Məmmədyarov isveçrəli həmkarına məktub göndərib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan ilə İsveçrə Konfederasiyası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə isveçrəli həmkarına məktub ünvanlayıb.

Butov.az xəbər verir ki, XİN-dən AzVision.az-a verilən məlumata görə, məktubda iki ölkə arasında əməkdaşlıq üçün geniş potensialın olduğu və müxtəlif sahələri əhatə edən tərəfdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb. O, tərəflər arasında dinamik siyasi dialoqun və parlamentlərarası əlaqələrin əhəmiyyətini vurğulayıb. İsveçrənin 70-dən artıq şirkətinin Azərbaycanda, SOCAR-ın isə bu ölkədəki uğurlu fəaliyyətinə toxunan E.Məmmədyarov, ölkəmizdəki nəqliyyat və dəmir yolu layihələrinə İsveçrə şirkətlərinin cəlb olunmasının ikitərəfli münasibətlərə töhfə verdiyini, eləcə də bu ölkə üçün regional perspektivdə Uzaq Şərqdən Şimali Avropaya qədər böyük coğrafiyada geniş imkanlar açdığını qeyd edib. E.Məmmədyarov təhsil, mədəniyyət, kənd təsərrüfatı, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişafını vurğulayıb.

İsveçrə Federal Xarici İşlər Departamentinin rəhbəri Didye Burhalter E.Məmmədyarova göndərdiyi məktubda Azərbaycan və İsveçrə arasında yüksək səviyyəli münasibətləri və son 25 il ərzində bir çox sahələrdə inkişaf edən əməkdaşlığı qeyd edib. O, Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında təkcə coğrafi baxımdan deyil, həmçinin iqtisadi və mədəni baxımdan körpü rolunu oynadığını qeyd edib. İsveçrəli nazir mövcud tərəfdaşlığın ölkələrimiz arasında güclü bağları əks etdirdiyini və bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminlik ifadə edib. D.Burhalter sonda dostluq ruhundan çıxış edərək Azərbaycan xalqına xoş arzularını çatdırdığını bildirib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!