20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
30-04-2026, 18:21
Merzdən Hörmüz açıqlaması:


Merzdən Hörmüz açıqlaması:

Almaniya dəniz yollarının azadlığını təmin etmək üçün lazım gələrsə, hərbi güc tətbiq etməyə hazırdır.
Bunu bunu Almaniya kansleri Fridrix Merz deyib.
“İranın Hörmüz boğazını blokadaya almasını ən qısa zamanda dayandırmaqda qərarlıyıq. Lazımi şərtlər yerinə yetirilərsə, Almaniya gəmiçiliyin sərbəst fəaliyyətini təmin etmək üçün hərbi əməliyyatlara hazırdır.”
29-04-2026, 18:14
Dövlət Komissiyası Katibliyinin məlumatı

Dövlət Komissiyası

Katibliyinin məlumatı


Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyi məlumat yayıb.
Aprelin 29-da Ermənistan Respublikasında, Ağverəndə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası keçirilib.
Məmnunluqla qeyd olunub ki, komissiyaların 13-cü iclası növbəti dəfə tərəflərdən birinin ərazisində - Ermənistan Respublikasında, Ağverəndə baş tutub.
Görüş zamanı tərəflər delimitasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı təşkilati və texniki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar.
Tərəflər delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair aşağıdakı təlimat layihələrinin mətnlərini razılaşdırıb və mübadilə ediblər:
• “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası zamanı delimitasiya üzrə ekspert qruplarının iş qaydası haqqında Təlimat”;
• “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya xəritəsinin hazırlanması haqqında Təlimat”;
• “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya sənədlərinin tərtibatı və nəşri qaydası haqqında Təlimat”.
Tərəflər bu təlimatların müvafiq qaydada təsdiq edilməsi üçün öz hökumətlərinə müraciət etmək barədə razılığa gəliblər.
Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan qarşılıqlı maraq doğuran məsələlər üzrə ayrıca fikir mübadiləsi aparıblar.
Qeyd olunub ki, Azərbaycan Respublikasının ərazisi ilə Ermənistan Respublikasına yüklərin tranziti uğurla həyata keçirilir və hazırda da davam edir.
Məmnunluqla vurğulanıb ki, Azərbaycanın Ermənistana neft məhsulları tədarük etməsi iki ölkə arasında iqtisadi-ticari əlaqələrin formalaşmasının göstəricisidir.
Həmçinin tərəflərin işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə iqtisadi-ticari əməkdaşlığın inkişafı, malların və xidmətlərin qarşılıqlı tədarükü, həmçinin tranzit daşımaları məsələləri müzakirə olunub.
Xüsusi olaraq qeyd edilib ki, əldə olunan nəticələr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın siyasi iradəsi sayəsində mümkün olub.
Komissiyaların görüşünün yekunlarına dair müvafiq Protokol imzalanıb.
Tərəflər komissiyaların Azərbaycan Respublikasında növbəti iclasının tarixinin işçi qaydada müəyyən edilməsi barədə razılığa gəliblər.
28-04-2026, 23:56
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır


Bakı görüşü Azərbaycan Çexiya

münasibətlərində yeni imkanlar açır



İlham Əliyev 2026-cı il aprelin 27-də Andrey Babiş ilə Bakıda keçirdiyi görüşdən sonra mətbuata bəyanatla çıxış edib. Dövlət başçısı bildirib ki, bu görüş iki ölkə arasında artan siyasi dialoqun mühüm göstəricisidir və ilk görüş olmasına baxmayaraq, olduqca məhsuldar keçib. Onun sözlərinə görə, tərəflər arasında qarşılıqlı etimad və açıq dialoq mühiti mövcuddur ki, bu da əməkdaşlığın gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Görüş zamanı regional təhlükəsizlik, beynəlxalq əməkdaşlıq, eləcə də ikitərəfli münasibətlərin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev qeyd edib ki, Çexiya Baş nazirinin Azərbaycana səfəri və onu müşayiət edən geniş iş adamları heyəti iqtisadi əlaqələrin inkişafına əlavə təkan verəcək. O bildirib ki, keçiriləcək biznes forum çərçivəsində yeni tərəfdaşlıqların qurulması, investisiya imkanlarının müzakirəsi və mövcud layihələrin genişləndirilməsi üçün əlverişli şərait yaranacaq. Dövlət başçısı vurğulayıb ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsi 800 milyon ABŞ dollarını ötür və bu, son illər ərzində əhəmiyyətli artımın göstəricisidir. Bununla yanaşı, ticarət dövriyyəsinin strukturunda əsas payın enerji sektoruna məxsus olduğunu deyən Prezident, qeyri-neft sahələrində də əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Bu məqsədlə sənaye, kənd təsərrüfatı, nəqliyyat və yüksək texnologiyalar sahəsində konkret layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub.
Energetika sahəsinin Azərbaycan-Çexiya münasibətlərində əsas istiqamətlərdən biri olduğunu vurğulayan dövlət başçısı qeyd edib ki, Azərbaycan uzun illərdir Çexiya üçün etibarlı enerji tərəfdaşıdır. Azərbaycan neftinin Çexiyaya ixracı bu ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır. Prezident əlavə edib ki, Azərbaycanın enerji siyasəti şaxələndirilmiş ixrac marşrutlarına əsaslanır və ölkə dünya bazarlarında sabit və etibarlı təchizatçı kimi tanınır. Bu amil, o cümlədən Avropa İttifaqı tərəfindən də yüksək qiymətləndirilir.
Dövlət başçısı bildirib ki, hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və onlardan 10-u Avropa İttifaqının üzvüdür. Bu kontekstdə Azərbaycan regionun enerji xəritəsində mühüm rol oynayır və Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Prezident qeyd edib ki, Azərbaycan Çexiyaya qonşu olan ölkələrə də təbii qaz ixrac edir və bu, dolayısı ilə Çexiyanın enerji təminatına da müsbət təsir göstərir. Görüş zamanı tərəflər bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi, yeni enerji layihələrinin həyata keçirilməsi və uzunmüddətli tərəfdaşlığın möhkəmləndirilməsi məsələlərini də müzakirə ediblər.
Prezident İlham Əliyev müdafiə sənayesi sahəsində əməkdaşlığın da önəmli istiqamətlərdən biri olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan Çexiyadan müxtəlif hərbi təyinatlı məhsullar idxal edir və bu əməkdaşlıq uzun illərdir uğurla davam edir. Hazırda isə tərəflər birgə istehsal layihələrinin həyata keçirilməsi imkanlarını araşdırır. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın müdafiə sənayesinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə qabaqcıl təcrübəyə malik ölkələrlə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Çexiya ilə birgə layihələrin həyata keçirilməsi perspektivləri yüksək qiymətləndirilir.
Bəyanatda humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinə də toxunulub. Təhsil, elm, mədəniyyət və turizm istiqamətlərində əlaqələrin genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu bildirilib. Həmçinin hökumətlərarası komissiyanın fəaliyyətinin aktivləşdirilməsi, növbəti iclasın yaxın vaxtlarda keçirilməsi və konkret nəticələrə yönəlmiş qərarların qəbul olunması ilə bağlı razılıq əldə edildiyi qeyd olunub.
Sonda Prezident İlham Əliyev vurğulayıb ki, bu səfər Azərbaycan ilə Çexiya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Onun sözlərinə görə, aparılan danışıqlar və əldə olunan razılaşmalar iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsi üçün geniş imkanlar açır və qarşıdakı dövrdə bu münasibətlərin daha da inkişaf edəcəyinə əminlik yaradır.

Güləhməd Xəlilov
Abşeron RİH başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
28-04-2026, 15:12
İlham İsmayıl yazır:


İlham İsmayıl yazır:

Rusiyanın birbaşa namizədi Samvel Karapetyan qeyd edib ki, "Ermənistan xalqını tədricən oyadırıq. Xalq canlanıb; onlar tezliklə dəyişiklik edəcəyimizi hiss edirlər". Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” siyasi bloku faktiki olaraq 6 fevral 2021-ci ildə “Güclü Ermənistan -Rusiya ilə” adı altında təsis edilib. Rusiyanın adı indi rəsmiləşdirilməsə də, Karapetyanın düşündüyü “dəyişiklik” şimaldan-Kremldən qaynaqlanır. Koçaryanın da “pəncərəsi”ndən dünya yox, yalnız Qırmızı meydan görünür. Sonuncu Putin -Paşinyan görüşməsində Qarabağın adının Rusiya prezidenti tərəfindən səsləndirilməsi bir daha sübut edir ki, İrəvanda hakimiyyət dəyişikliyinə nail olmaq istəyən Kremlin strateji hədəfində Azərbaycana qarşı təxribat planları mövcuddur. Anti Paşinyan qüvvələrin hakimiyyətə gəlişi baş verərsə Azərbaycana qarşı hansı təxribatlar mümkündür? Belə bir çevriliş az ehtimal olsa da Rusiyanın müdaxiləsi ilə gözləniləndir. Əlbəttə, Ermənistan Azərbaycana qarşı müharibə elan etmək imkanından uzaqdır və daha çox daxili hesablaşmaların şahidi ola bilərik. Amma, KTMT-də dondurulmuş fəaliyyət gecikmədən bərpa olacaq və Rusiya ilə birgə hərbi təlimlərə başlanacaq. Həm daxildə, həm beynəlxalq müstəvidə Qarabağ mövzusunu daim gündəmdə saxlayıb həm hərbi, həm də beynəlxalq müstəvidə Azərbaycana təzyiq vasitəsi kimi istifadə edəcəklər.
Bu planlar məhz Koçaryan, Karapetyan və onlar kimi düşünən ermənilərin, arxalarında dayanan qüvvələrin xəyalı olaraq da qalacaq. Azərbaycan bu gün yalnız bölgədə deyil, dünyada baş verən proseslərə təsir etmək gücündə olan söz sahibidir. Azərbaycanın apardığı hərtərəfli düzgün siyasət nəticəsində ermənilərin güvənə bildiyi hətta qlobal güclərin dövlətimizlə hesablaşdığı və strateji əməkdaşlığa önəm verdikləri reallıqdır. Azərbaycan dövləti Koçaryanın fikirləşdiyi “pəncərəni” dəmir yumruqla əbədi bağlayıb. Amma, xisləti xəyanətdən yoğrulmuş və daim başqa güclər üçün alət rolu oynayan erməni kimi qonşudan arxayın olmaq zərərlidir.
28-04-2026, 11:25
Azərbaycan və Ukrayna münasibətləri yeni mərhələdə


Azərbaycan və Ukrayna

münasibətləri yeni mərhələdə


Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana səfəri zamanı mətbuata bəyanatla çıxış edib. Dövlət başçısı bildirib ki, ölkə liderləri arasında görüşlər artıq müntəzəm xarakter alıb və son dörd il ərzində bu, yeddinci görüşdür. Görüşlərin əksəriyyəti beynəlxalq tədbirlər çərçivəsində keçirilsə də, ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır.
Prezident İlham Əliyev xatırladıb ki, Volodimir Zelenskinin Azərbaycana ilk səfəri 2019-cu ildə baş tutub və həmin dövrdən etibarən liderlər arasında şəxsi münasibətlər formalaşıb. O, həmçinin 2022-ci ilin yanvarında Kiyevə etdiyi səfəri qeyd edərək, həmin təmasların Azərbaycan-Ukrayna əlaqələrinin daha yüksək səviyyəyə qalxmasına təkan verdiyini vurğulayıb.
Dövlət başçısı iki ölkə arasında əməkdaşlığın möhkəm siyasi təmələ söykəndiyini diqqətə çatdırıb. Bildirilib ki, 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlıq sənədləri qarşılıqlı şəkildə ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsiplərini təsbit edir. Azərbaycan və Ukrayna beynəlxalq platformalarda bu prinsiplərə qarşılıqlı dəstəyini davam etdirir.
İlham Əliyev qeyd edib ki, ötən il Bakıda Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr və Hökumətlərarası Komissiyanın iclası keçirilib. Tərəflər bu tədbirlərin növbəti mərhələsinin Ukraynada təşkil olunması imkanlarını da müzakirə ediblər. Onun sözlərinə görə, hazırda iki ölkə bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edir və bu əməkdaşlıq bugünkü görüşdə bir daha təsdiqlənib.
Energetika sahəsi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi xüsusi vurğulanıb. Prezident bildirib ki, SOCAR Ukraynada uzun illərdir uğurla fəaliyyət göstərir. Bununla yanaşı, yeni birgə layihələr, sərmayə qoyuluşları və təşəbbüslər üzrə geniş perspektivlərin mövcud olduğu qeyd olunub. Ticarət dövriyyəsinin artıq yarım milyard dolları ötüdüyünü deyən dövlət başçısı, yaxın illərdə bu göstəricinin daha da artacağına ümidvar olduğunu bildirib.
Bəyanatda hərbi-texniki əməkdaşlıq məsələlərinə də toxunulub. İlham Əliyev qeyd edib ki, həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və bu sahədə birgə istehsal üçün geniş imkanlar mövcuddur.
Prezident İlham Əliyev vurğulayıb ki, dövlət başçıları səviyyəsində intensiv təmaslar, o cümlədən sonuncu görüşün iki ay əvvəl Münxendə keçirilməsi münasibətlərin dinamik inkişafının göstəricisidir. O, qarşılıqlı hörmət və maraqlar əsasında qurulan əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.
İlham Əliyev sonda bildirib ki, Ukrayna Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına mühüm töhfə verəcək.

Şahin Tağıyev
Novxanı bələdiyyəsinin sədri
27-04-2026, 18:26
Xarici diplomatlar Xankəndi ilə tanış oldular

Xarici diplomatlar

Xankəndi ilə tanış oldular
- FOTO


Aprelin 27-də Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşları Xankəndi şəhərinə səfər edib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, səfər çərçivəsində qonaqlara şəhərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq layihələri barədə ətraflı məlumat verilib və bildirilib ki, Xankəndidə infrastrukturun yenilənməsi, müasir şəhər mühitinin formalaşdırılması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir. Bərpa-quruculuq tədbirləri ilə yanaşı, doğma yurdlarından köçkün düşmüş sakinlərin Xankəndiyə qayıdışı da təmin olunur. Artıq şəhərlə yanaşı, Kərkicahan qəsəbəsinə köç prosesi həyata keçirilib və bu istiqamətdə tədbirlər mərhələli şəkildə davam etdirilir. Diplomatik nümayəndələr şəhər gəzintisi zamanı Zəfər meydanı və Qarabağ Universitetində olublar. Onlar ali təhsil müəssisəsinin fəaliyyəti və tələbələr üçün yaradılan şəraitlə də maraqlanıblar.





25-04-2026, 13:38
Qəbələdə Prezidentlərin   görüşü olub

Qəbələdə Prezidentlərin

görüşü olub


Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir.

AZƏRTAC xəbər verir ki, aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək və geniş tərkibdə görüşü olub.
Söhbət zamanı dövlətimizin başçısının Volodimir Zelenski ilə əvvəlki görüşləri məmnunluqla xatırlandı, Ukrayna Prezidentinin ölkəmizə bu səfərinin ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlik bildirildi. Əməkdaşlığın bir çox istiqamətdə, o cümlədən enerji sahəsində genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı, kənd təsərrüfatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olundu, Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunuldu.
Ölkəmizin Ukraynaya humanitar dəstəyini, eyni zamanda, Azərbaycan dövləti tərəfindən ukraynalı uşaqlara olan diqqət və qayğını yüksək qiymətləndirən qonaq bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Tezliklə bir qrup ukraynalı tələbənin reabilitasiya məqsədilə, həmçinin Azərbaycanın mədəniyyəti və incəsənəti ilə tanış olması üçün ölkəmizə səfərinin nəzərdə tutulduğu vurğulandı.
25-04-2026, 09:05

Makron eynəyin çıxarır

Həmin an gəlib, Avropa oyanmalıdır deyən Makron özünü ağıllı və cəsur göstərməyə çalışır.
Unikal an gəlib, ABŞ, Rusiya və Çin liderləri Avropaya qarşıdır. Situasiyanı düzgün dəyərləndirməliyik. Bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
“Artıq oyanmağımızın vaxtıdır”, - deyə o bildirib.
Xatırladaq ki, Fransa prezidenti bir müddət əvvəl ABŞ-ın artıq əvvəlki qədər etibarlı müttəfiq olmadığını bildirmişdi.
24-04-2026, 08:35
Dik xristianlarla işləyəcək

Dik xristianlarla işləyəcək

İsrailin Azərbaycandakı keçmiş səfiri Corc Dik xristian dünyası ilə işlər üzrə xüsusi nümayəndə təyin edilib.
"The Times of Israel" -ın yaydığı məlumata əsasən, bu vəzifəyə o, İsrailin xarici işlər naziri Gideon Saar tərəfindən təyin edib. Bu təyinat İsrailin dünya miqyasında xristian icmaları ilə əlaqələrini dərinləşdirmək məqsədi daşıyır.
Qeyd edək ki, C.Dik 18 illik təcrübəyə malik peşəkar diplomatdır. O, son vaxtlara qədər İsrailin Azərbaycandakı səfiri vəzifəsini tutub və ölkə tarixində bu posta təyin olunan ilk xristian səfir olub. Dik, həmçinin Xarici İşlər Nazirliyində "görkəmli rəhbər" adına layiq görülüb.
22-04-2026, 14:15
YAP yeni namizədlərini müəyyənləşdirib

YAP yeni namizədlərini

müəyyənləşdirib


Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib, partiyanın MSK üzvlüyünə yeni namizədləri müəyyənləşib.
İclasda Azərbaycan Respublikası Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü seçilmək üçün Yeni Azərbaycan Partiyasının namizədlərinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi məsələsinə baxılıb.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ı MSK-da təmsil edəcək namizədləri İdarə Heyətinin müzakirəsinə təqdim edib. Pənahov Məzahir Məhəmməd oğlu, Qasımov Rövzət Afət oğlu, İbrahimov Ramiz Hilal oğlu, Paşayev Hüseyn Məmməd oğlu, Məmmədov Elmar Eldar oğlu və Abdullayeva Sevinc Qurban qızının Mərkəzi Seçki Komissiyasının əsas, Mustafayeva Elnarə Eyyub qızının isə əvəzedici üzvü seçilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verilməsi barədə qərar qəbul edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!