Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                       
20-12-2021, 12:30
Bu gün Milli Məclisdə 34 məsələ müzakirə ediləcək

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

Bütöv.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 34 məsələ daxildir.
Bunlar aşağıdakılardır:

1. “Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair 2009-cu il mayın 29-da imzalanmış AZB-P4 nömrəli Kredit Sazişinə Dəyişiklik Məktubu”nun təsdiq edilməsi haqqında qanun layihəsi.

2. Azərbaycanı təmsil edən Maliyyə Nazirliyi və KfW arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində “Samur-Yalama Milli Parkının yaradılması” layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsinə düzəlişin təsdiq edilməsi haqqında qanun layihəsi.

3. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanunlarda dəyişiklik edilməsi və 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanun ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda dəyişiklik edilməsi barədə”, Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” qanunların ləğv edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

4. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş).

5. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

6. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

7. “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

8. “Pasportlar haqqında”, “Dövlət qulluğu haqqında”, “Diplomatik xidmət haqqında” qanunlarda və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi.

9. “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi.

10. “Turizm haqqında” qanun layihəsi (ikinci oxunuş).

11. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).

12. “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

13. “Dövlət borcu haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

14. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).

15. “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

16. “İşsizlikdən sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

17. “Məşğulluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

18. “Media haqqında” qanun layihəsi (ikinci oxunuş).

19. “Lotereyalar haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

20. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).

21. Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).

22. Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).

23. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).

24. “Bədən tərbiyəsi və idman haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

25. “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

26. “Atçılıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

27. “Reklam haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

28. “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

29. “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

30. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

31. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

32. Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).

33. Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).

34. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).
20-12-2021, 10:58
Elmi dərəcəsi olan və işləməyən şəxslərin Prezident təqaüdü artırılır

“Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli Fərmanında dəyişiklik edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manatdan 300 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manatdan 200 manata qaldırılır.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Bütöv.az
17-12-2021, 11:30
Sahibə Qafarova özünə köməkçi təyin etdi - FOTO

Milli Məclisdə yeni təyinat olub.

Bütöv.az xəbər verir ki, bununla bağlı spiker Sahibə Qafarova müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Elmar Ramiz oğlu Hüseynov Milli Məclis Sədrinin köməkçisi təyin olunub.

Bununla spikerin köməkçilərinin sayı 4-ə çatıb.

17-12-2021, 11:28
İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Ticarət dövriyyəsinin artdığı xüsusi qeyd olunub. İqtisadi əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı potensialın olduğu bildirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Soçi görüşü məmnunluqla xatırlanıb.

Aleksey Overçukun səfərinin iqtisadi sahədə əməkdaşlıq üzrə ilin yekunlarının müzakirəsi üçün yaxşı imkan yaratdığı vurğulanıb.

Söhbət zamanı Rusiya-Azərbaycan-Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli komissiyanın fəaliyyətinə toxunulub, kommunikasiyaların açılması və digər məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycanla Rusiya arasında əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Bütöv.az
17-12-2021, 11:14
Belarus Brüsseldəki mövqeyinə görə Azərbaycana təşəkkür etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun belaruslu həmkarı Vladimir Makey ilə telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Azərbaycan və Belarus arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar. İkitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər.

Vladimir Makey Şərq Tərəfdaşlığının 6-cı Zirvə görüşü nəticəsində qəbul olunan Birgə Bəyannamədə Belarusla bağlı bəndə dair Azərbaycanın nümayiş etdirdiyi beynəlxalq hüquqa əsaslanan konstruktiv yanaşmaya görə təşəkkürünü ifadə edib.

Nazirlər, həmçinin regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Bütöv.az
17-12-2021, 10:53
Hulusi Akardan Azərbaycanla bağlı BƏYANAT: Müdafiə naziri nəyi demək istəyir? – TƏHLİL

Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırması istiqamətində atılan addımlar fonunda Türkiyə milli müdafiə naziri Hulusi Akarın verdiyi bəyanat Ankaranın Cənubi Qafqazdakı hərbi iştirakını gücləndirdiyinə dair mühüm mesajları özündə ehtiva edir.

Hulusi Akarın sitatına diqqət çəkməzdən öncə bir neçə məsələyə nəzər yetirmək lazımdır:

1. Bir həftə öncə, dekabrın 10-da Ağdamda fəaliyyət göstərən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Qarabağda atəşkəsin pozulması faktlarına dair ortaq açıqlama ilə çıxış etdilər.

Bu zamana qədər isə daha çox Rusiya Müdafiə Nazirliyi informasiya yayımında təşəbbüsü ələ almışdı, hərçənd ki, bunun Türkiyə ilə razılaşdırılıb-razılaşdırılmadığına dair da aydın təsəvvürlər yoxdur.

Səbəb nə olursa-olsun, Türkiyə tərəfi informasiya məkanında tarazlıq yarada bildi və bundan sonra Monitorinq Mərkəzinin açıqlamalarında ağırlıq dərəcəsi bərabər bölüşdürüləcək.

2. Dekabrın 10-da Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Ağcabədiyə gedib. Burada Türkiyənin Missiya Qrup Komandanlığının tərkibində olan Missiyaya Dəstək Komandanlığını ziyarət edib.

Postmüharibə dövründə Azərbaycandakı Türkiyənin Xüsusi Xidmət Komandanlığının konsepsiyası formallıqdan keyfiyyətcə yeni mərhələyə keçib.

Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi, general-mayor Bəxtiyar Ersay Azərbaycanda Xidmət Qrupu Komandanlığının rəisi vəzifəsinə gətirilib, general Abdulla Qatırçı da Azərbaycan Xidmət Qrupu Komandanlığının Birgə Mərkəz Komandanlığına təyin edilib (Təyinatlar bu ilin avqustunda baş tutub).

Keçən müddət ərzində şübhəsiz ki, türk generallar hərbi şəraiti analiz edərək öz ölkələrinin operativ məlumatlandırılmasında əsas mənbə rolunda çıxış edirlər.

Görünən budur ki, Ankaranın Bakı ilə münasibətlərinin strateji müttəfiqlik səviyyəsi, hərbi əməkdaşlığın dərinləşərək ölçüsünü əhəmiyyətli dərəcədə böyütməsi Türkiyənin Cənubi Qafqazdakı prioritetlərini yeni fazaya daxil edir.

Təbii ki, müharibə bitib, ancaq postkonflikt dövrünün özünün də riskləri mövcuddur və mümkün təhlükələrə qarşı Azərbaycanla Türkiyə birgə immunitet formalaşdırır.

Hulusi Akarın verdiyi bəyanat da risklərə qarşı Bakı-Ankara tandeminin müştərək maraqlar kontekstində müdafiə zolağı yaratdığının göstəricisidir.

Akarın sitatına diqqət edək: “Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Silahlı Qüvvələri ölkə daxilində və ölkəmizin hüdudlarından kənarda həm özünün, həm də Şimali Kipr, Liviya, Azərbaycan kimi dost və qardaş ölkələrin təhlükəsizliyini, hüquqlarını, manafeyini qorumaq üçün yay-qış, gecə-gündüz, dağ-dərə bilmədən “Ölsəm şəhid, qalsam qazi” prinsipi ilə mübarizəsini davam etdirir”.

Müdafiə nazirinin açıqlaması Türkiyənin Azərbaycanda hərbi iştirak səviyyəsini qaldırdığının göstəricisidir və onu göstərir ki, Ankara üçün Azərbaycanın təhlükəsizliyi xarici siyasətinin prioritetləri sırasındadır.

Hulusi Akar bir az sadə ifadə etsək, “bundan sonra Azərbaycana hər hansı təhlükə mövcud olsa, qarşısında Türkiyəni görəcək” demək istəyir.

Cənab Akar bu bəyanatını həm də Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilən danışıqlardan sonra səsləndirdi. Bunun təsadüf, yoxsa məqsədli şəkildə olduğunu aydınlaşdırmaq çətindir, hərçənd ki, başa düşmək çətin deyil ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması heç də hər kəsin marağında deyil.

Bütöv.az
16-12-2021, 18:11
Ərdoğana qarşı sui-qəsd planının ŞOK TƏFƏRRÜATLARI - VİDEO

Türkiyənin Siirt vilayətində prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd təşkil etməyi planlaşdıran PKK terrorçularının bombanı Suriyadan aldıqları məlum olub.

Bütöv.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, bomba Ərdoğanın Siirtdə təşkil etdiyi mitinqi zamanı partladılmalı idi. Hadisəni planlaşdıran terrorçulardan birininin 2015-2016-cı illərdə Nusaybin rayonundakı xəndək hadisələrində məhv edilən PKK terrorçunun qardaşı Şeyhmus Fırat İlhan olduğu müəyyən edilib. Şeymus terror təlimatının ona Suriyadan gəldiyini etiraf edib və qardaşının qisasını almaq məqsədi ilə bunu qəbul edib. Suriyadan göndərilən partlayıcı gecə saatlarında polis məmurunun maşınının altına qoyulub. Lakin, bomba təhlükəsizlik qüvvələri tərəfindən aşkar ediləndən sonra terrorçular, partlayıcını uzaqdan işə salan cihazı dərəyə atıblar.
Qeyd edək ki, dekabrın 4-də Rəcəb Tayyib Ərdoğanın Siirtdəki mitinqinə təyin olunmuş polis məmurunun avtomobilinin altına qoyulmuş partlayıcı qurğu son anda tapılıb.

16-12-2021, 11:25
Çavuşoğlu İstanbul-İrəvan reysindən yeni xəbər VERDİ

“Ankara Türkiyə və Ermənistan aviaşirkətlərinin İstanbul-İrəvan reysləri üçün müraciətləri nəzərdən keçirir, yaxın günlərdə qərar verilə bilər”.

Bütöv.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.


“Hava şirkətlərinin müraciətlərinə Türkiyənin Nəqliyyat Nazirliyi və Mülki Aviasiya Baş İdarəsi tərəfindən baxılır. Prinsipcə, Türkiyə tərəfinin məsələyə münasibəti müsbətdir. Yaxın günlərdə şirkətlərdən hansının bu marşrutla uça biləcəyi müəyyənləşəcək”.
16-12-2021, 10:52
“Şərq Tərəfdaşlığı” sammitinin birgə bəyannaməsi qəbul edilib - FOTO - VİDEO

Brüsseldə keçirilən Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının VI sammiti öz işini başa çatdırıb.

Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, eləcə də Aİ ölkələri dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən tədbirin yekununda birgə bəyannamə qəbul edilib.

Sənəddə Avropa İttifaqı tərəfindən “Şərq Tərəfdaşlığı”nın bütün ölkələrinin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə dəstək ifadə olunub.

Həmçinin “Şərq Tərəfdaşlığı” regionunda mehriban qonşuluq münasibətlərinin, etimad quruculuğu tədbirlərinin, regional əməkdaşlığın, nəqliyyat əlaqələrinin gücləndirilməsi də burada öz əksini tapıb.

Eləcə də münaqişədən əziyyət çəkmiş əhaliyə yardımın vacibliyi qeyd olunub.

Birgə bəyannamədə Azərbaycanla Avropa İttifaqı arasında yeni ikitərəfli müfəssəl sazişlə bağlı aparılan danışıqlarda əldə edilmiş tərəqqi alqışlanıb.

Bununla yanaşı, sənəddə Avropa İttifaqı Azərbaycanın dəstəyi ilə ərsəyə gəlmiş qlobal layihəyə öz dəstəyini ifadə edib. Belə ki, bəyənnamədə Cənub Qaz Dəhlizi layihəsinin başa çatması alqışlanıb və vurğulanıb ki, Cənub Qaz Dəhlizi Avropaya qaz mənbələrinin və marşrutunun şaxələndirilməsinə böyük töhfə verib.

Bəyannamədə koronavirusa qarşı vaksinasiya məsələlərinə də toxunularaq bütün ölkələrin peyvəndlərdən bərabər səviyyədə istifadə etməsinin vacibliyi qeyd olunub. Bununla da Aİ faktiki olaraq Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyevin “peyvənd millətçiliyi”nə qarşı mövqeyinə öz dəstəyini ifadə edib.

Onu da bildirək ki, Azərbaycan bəyannamənin Belarusun daxili işlərinə aid olan bəndinə qoşulmayıb. Bununla da, Azərbaycan digər ölkələrin suverenliyinə hörmət, daxili işlərinə müdaxilə edilməməsi prinsipinin onun üçün vacib olmasını, insan hüquqları, humanitar məsələlərlə bağlı siyasiləşdirilmiş yanaşmanı, ikili standartları qəbul etməməsini və öz dostlarını heç vaxt darda qoymamasını bir daha sübut edib.

İclasda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel rəsmi şəkildə bəyan edib ki, Azərbaycan Belarusdakı vəziyyətlə bağlı 11-ci bəndlə razılaşmadığını bildirib və fərqli rəyini təqdim edib.





Bütöv.az
16-12-2021, 10:34
Azərbaycan istehsal etdiyi qazın ixrac coğrafiyasını genişləndirmək niyyətindədir - VİDEO

Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammiti keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.


Dövlətimizin başçısı Sammitdə çıxış edib.

Prezident İlham Əliyev çıxışında Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlığı qeyd edib, bu münasibətlərin də strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirib.

3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizin XXI əsrin ən böyük infrastruktur layihələrindən biri olduğunu vurğulayan Prezident İlham Əliyev bu layihənin son komponenti olan Trans-Adriatik xəttinin işə salınması ilə Azərbaycan qazının Avropa məkanına çatdırıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan qazı artıq Avropa İttifaqının üç ölkəsinə - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə Azərbaycanın istehsal etdiyi qazın ixrac coğrafiyasını Avropa İttifaqının digər üzv ölkələrinə genişləndirmək niyyətindədir.

Dövlətimizin başçısı Azərbaycan qazının etibarlı və yeni mənbə olaraq Avropa İttifaqı bazarına çatdırıldığını vurğulayaraq, bildirib ki, baş verən son hadisələr də enerji təhlükəsizliyi baxımından şaxələndirmənin vacibliyini göstərir.



Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!