Bakıda vəzifəli şəxs QƏTLƏ YETİRİLDİ .....                        İran "Sülh Sammiti"nə getmədi .....                        Bu şərtlə hücumları dayandırarıq... - Husilər .....                        Moskva Bakı ilə problemli məsələlərin həllini gözləyir - Kreml .....                        Dünyanın ən gözəl paytaxtı .....                        Tatarıstanda qayıq qəzası - 2 nəfər öldü .....                        "Taliban" kimi müki əhalini hədəfə almırıq - Pakistan .....                        Azərbaycanda 16 yaşlı qız ana oldu .....                        Mingəçevirdə zirzəmidən körpə tapıldı .....                       
Tarix : 4-04-2025, 16:46
Sosial müavinət və təqaüdlər nə vaxt artırılacaq?


Sosial müavinət və təqaüdlər nə vaxt artırılacaq?

"Sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün Prezident İlham Əliyev tərəfindən Nazirlər Kabinetinə verilən 3 aylıq müddət bu gün başa çatır".
Bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, dövlət başçısı tərəfindən imzalanmış sərəncama əsasən, Nazirlər Kabinetinə sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün 3 ay vaxt verilmişdi:
"Ötən müddətdə hökumət tərəfindən müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması həyata keçirildi. Güman olunur ki, vaxt başa çatdığı üçün bu təkliflər hazırdır və Nazirlər Kabineti tərəfindən dövlət başçısına təqdim olunacaq. Dövlət başçısına təkliflər təqdim olunduqdan sonra Prezident tərəfindən müvafiq sənədin imzalanacağı gözlənilir. Bununla sosial müavinətlərin və təqaüdlərin artırılması həyata keçiriləcək. Təkliflər ictimaiyyətə təqdim olunduqdan sonra hansı müavinət və təqaüdlərdə artımın olacağı gözlənilir. Eyni zamanda, neçə faiz artımın olacağı bundan sonra aydınlaşacaq.
Bu o deməkdir ki, yaxın zamanlarda dövlət başçısının tapşırığına uyğun olaraq sosial müavinətlər və təqaüdlərdə artımlar reallaşacaq. Bu o deməkdir ki, hazırda müavinət və təqaüd alan vətəndaşlarımızın aldıqları məbləğlərin artırılması istiqamətində addımlar atılacaq. Hansı müavinətlərdə artımların olacağı təkliflərin təqdimatından və müvafiq sənəd imzalandıqdan sonra bilinəcək. Üç milyon vətəndaşımızı əhatə edəcək sosial paket növbəti mərhələdə müavinətlərin və təqaüdlərin artırılmasını özündə ehtiva edəcək. Bu o deməkdir ki, daha çox vətəndaşımız sosial paketdən faydalanacaq".


Paylaş



Bölmə: Sosial / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!