Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 1-06-2016, 14:27
“Uşaqları təhlükələrdən qoruya bilmirik” – Uşaq teatrının rəhbəri



Butov.az Bakı Uşaq Teatrının direktoru İntiqam Soltanın AzNews.az-a müsahibəsini təqdim edir:

- 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Uzun illər uşaqlarla işləyirsiniz. Necə düşünürsünüz, Sizcə uşaqları lazımınca müdafiə edə bilirik?

- Uşaqlara qarşı münasibətdə qanunverici orqanları günahlandırmaq ən azından düzgün deyil. Çünki bizim uşaqlar üçün qərarlarımız dünyanın sivil qanunlarından heç də geri qalmır. Əksinə, bir çoxundan irəlidədir. Amma bizim cəmiyyətdə təəssüflər olsun ki, bu qanunların, qərarların icra mexanizmi çox aşağı səviyyədədir. İcra mexanizminin özünə belə nəzarətimiz zəifdir.

Bu işdə hamımız səfərbər olmalıyıq. Papağını qoy qabağına fikirləş. Əgər mən işə gəlmədiyim halda iş öz axarında gedəcəksə, deməli, mən bu teatra lazım deyiləm. Əgər mənsiz bu teatrın və dünyanın işi keçərsə, mən onda nəyə lazımam? Çünki mənim tərbiyə verdiyim uşaqdan sabah dünyanın taleyi asılı ola bilər. Təəssüflər olsun... Bu icra mexanizminə nəzarət həyata keçirilməlidir. Onlarsa öz işlərinə yarıtmaz səviyyədə yanaşırlar.

- Siz haranı və kimləri nəzərdə tutursunuz?

- Neyləsək də uşaqların müdafiəsi və tərbiyəsi hamılıqla sonda təhsildə dayanır. Bu gün təhsil sistemində böyük boşluq var. Hələ təhsil sistemində doğru-düzgün mexanizm tapılmayıb. Biz məktəbdə uşaqların təhsil səviyyəsini artırmaq istəyirik, amma yarıtmaz təhsil sisteminin nəticəsi, nəyinsə gücünə diplom almış müəllimlərin iş yarıtmazlığı buna imkan vermir. Əgər ali məktəblərdə təhsil sistemi yarıtmaz səviyyədədirsə, orta məktəblərin təhsil sistemini necə düzəldə bilərik? Ona görə də bunlar biri-digərindən asılıdır. Qəribə bir təzad yaranır. Belə bir ifadə var, deyirlər ki, uşaq valideynlərindən çox öz zəmanələrinə oxşayır. Amma gəlin görək uşaqlar üçün zəmanəni kim yaradır? Əgər mən valideyn olaraq hər gün evə kefli gəlirəmsə, o, uşaq məndən nə götürəcək? Əsas uşağın gördüyü mühitdir. Bütün sahələrdə belədir. Uşaq üçün yaşadığı mühit və həyat şərtləri var. Uşaqları qılınclamaqla onları tərbiyə etmək olmaz. Əlil arabasında oturan uşaq yürüyərək həyat keçirən uşaqdan daha güclü qabiliyyətə malikdir. Yüz alimin yaratdığını bir cahil dağıda bilir. Biz alimlərin sayını artırmağa deyil, cahillərin sayını azaltmağa cəhd eləməliyik. Uşaqların hüquqları valideynləri, icra nəzarət orqanları tərəfindən pozulur. Azərbaycanda uşaqlarla bağlı elə bir qaranlıq məqam yoxdur. Yüzlərlə uşaq təşkilatları var. Amma o təşkilatların bir əməli işi varmı? Əgər mən uşağıma düzgün tərbiyə etməyi bacarıramsa deməli, kənarda bunu daha da yaxşı bacara bilərəm. Və bu yaxşıya görə mən heç kimdən, nə dövlət qurumlarından, nə də səlahiyyətli şəxslərdən tərif gözləməməliyəm. Bu mənim bir başa borcumdur. Mətbuat yazır, narkomaniya gəncləşməyə doğru gedir. Xeyir, narkomaniya uşaqlaşmağa doğru gedir. Bütün bunlar nəyin nəticəsidir? Təhsil sisteminin.

- Məktəblərdə baş verən rüsvayçı hadisələr diqqət mərkəzindədir. Amma bu, azalmaq əvəzinə daha da çoxalır...

- Məktəblərdə intim münasibət peyda olur. Bir az əvvəl dedim ki, bunlar hamısı təhsilin bəlalarıdır. Məktəbdəki məsələni niyə önə çəkirsiniz, bölgələrin birində ata öz 6 yaşlı övladının balta ilə başını kəsmədimi. Niyə kəsdi? Səbəb nə idi? Əlbəttə ki, sosial durum. Biz iqtisadiyyat baxımından dünyanın ən inkişaf etmiş ölkələri sırasına çıxıb, siyasi uğurlar əldə edə, mədəniyyətdə çox irəli gedə bilərik. Sosial durum başqa şeydir. Elə xırdalıqlar var ki, bunlar təmin olunmur, zamanla ortaya çıxır və cəmiyyət onun bəlasını çəkir. Maddiyyat bu gün də ola bilər, sabah da. Təkcə Hindistanda 17 min əhalinin 11 milyonu evsiz-eşiksiz küçələrdə qalır. Amma baxırsan ki, onların daxili aləmi nə qədər zəngindir. Küçədə sanballı adamlarla qarşılaşırsan. Mən əlillərlə uzun illər işləmişəm. Məni bu həyata hazırlayan insanların böyük əksəriyyəti əlillər olub. Bir dəfə olsun mən şikəst, gözü görməyən əlilin Allahdan, taleyindən giley-güzar etdiyinin şahidi olmamışam. Onlar daxilən zəngindir, duaçıdırlar. Ata öz övladının başını kəsirsə, bu, uzun müddət Azərbaycanın mənəviyyat tarixindən silinməyəcək və bizim baş qaxıncımız olacaq. Bunun üçün yaxşı idman dərsi keçmək lazım deyil ki, qaçıb əldən çıxasan, o ata vaxtında öyrədilməli idi ki, məişət zəminində uşağa əl qaldırmasın. Ümumiyyətlə, insana əl qaldırmaq vəhşilikdir. Biri var vətənin keşiyində durasan, hər hansı məcburiyyətdən edəsən, biri də var övladının başını kəsəsən. Hələ bir zəng də edəsən ki, “öldürmüşəm, get götür”. Bütün bunlar əslində, böyük faciədir. Məmləkətin deyil, zəmanənin faciəsidir. Əgər bu zəmanəyə gəlib çıxmışıqsa və belə hallar varsa deməli, zəmanə ittiham olunmalıdır. Konkret faktlardan danışmaq zamanı keçib. Deyirlər ki, filan yerdə filan müəllim şagirdə əl qaldırdı. Qaldır müəllimi tut qolundan at bayıra. Elə müəllim tədrisdə işləyə bilməz. O, müəllim peşə namusunun nə olduğunu bilmir. Əgər uşaq müəllimə cavab qaytarırsa, demək bünövrə düzgün qoyulmayıb. Gözlə görünməyən cinayətlər var. Onlardan biri tərbiyənin bünövrəsinin düzgün qoyulmamasıdır. Məsələn, mən hansısa tamaşa ilə uşağın tərbiyəsinə mənfi təsir göstərirəmsə, deməli, mən artıq cinayət eləmişəm. Gözlə görünməyən cinayət, hansı ki, filan qədər uşaqlara virus yaymışam. Zamanında o virus özünü büruzə verəcək. Aşkarlayıb belə cinayətkarları aradan götürmək lazımdır. Dövlət başçısı deyir ki, uşaqlar vətənpərvər ruhda tərbiyə olunmalıdr. Bundan böyük söz yoxdur. Baxın mədəniyyət sahəsinə, bizim köhnə rəhbərliyimizin vurduğu ziyanı hələ illərdir aradan qaldırmaq mümkün olmayacaq. Bəyəm ona deyiblər ki, get mədəniyyətə ziyan vur? Uşaq teatrını aparıb şəhərin mərkəzindən kənara atıb. Canındakı budur. Onun aldığı tərbiyə, təhsil doğru olmayıb. Bu yaxınlarda Şamaxı məktəbində baş verən olay... onu kim edib? Müəllim. O, müəllim əvvəlcə şagird, sonra tələbə olub. 15 illik təhsil sistemindən yoğrulub. Halbuki tərbiyə, tədris almayıb, təhsilsizləşdirilib. Nə qədər ki, belə problemlər var, uşaqların müdafəsindən söhbət gedə bilməz. Biz uşaqları müdafiə edə bilmirik.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!