Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 10-10-2016, 19:26
«Qaçqınkom»dan köçkünlərə güzəştin ləğvi “təklifi”



Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) məcburi köçkün abunəçilərinə bəd xəbər göndərib.
Butov.az-ın Bizimyol.info-ya istinadən məlumatına görə, bildirişdə köçkünlərin telefon borcu olduğu, 3 gün ərzində borc ödənmədiyi təqdirdə nömrənin bağlanacağı və ya ləğv olunacağı deyilir. BTRİB-dən həmin borcun nə ilə bağlı olduğu qəsdən göstərilmir.

Məsələni araşdırmaq üçün hədə ilə dolu mesajı göndərən Nizami Telefon Qovşağına zəng elədik. Məlum oldu ki, söhbət aylıq abunə haqqından gedir. Qeyd edək ki, Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə əlaqədar qəbul edilmiş normativ-hüquqi sənədlərə (oktyabr 2003-oktyabr 2008-ci illər) əsasən qaçqın və məcburi köçkünlər kommunal və digər xidmət haqları - elektrik enerjisi, təbii qaz, içməli su, telefon abunə haqqı ödəməkdən azaddırlar. Bütün bunlar qanunlar və Prezident fərmanları ilə tənzimlənir. Amma operator dedi ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən artıq 3-cü aydır ki, abunə haqları ödənmir. Komitənin sayəsində hər abunəçi üçün 5 manat borc məbləği yığılıb.

Telefona cavab verən operator dedi ki, bu, BTRİB-in özbaşına atdığı addım deyil, avqust ayından bəri Dövlət Qaçqınkom abunə haqlarına büdcədən nəzərdə tutulan pulları ödəmir. Bununla bağlı komitədən quruma məktub da ünvanlayıblar. Komitənin maliyyə şöbəsinin rəisi T.Şamilzadənin adından daxil olan məktubda yazılır: “Maliyyə çətinliyi ilə əlaqədar olaraq 1 avqust 2016-cı il tarixindən köçkünlər üçün abunə haqqının ödənişi dayandırılıb. Abunə haqlarının abuçəçilərin özləri tərəfindən ödənilməsini təklif edirik”. Xanım əlavə elədi ki, Qaçqınkomda köçkünlərin güzəştlərini ləğv etmək istəyirlər: “Bu məsələ dövlət əhəmiyyətli işdir, ödəyər-ödəməz, Qaçqınkomun və sizin aranızda olan məsələdir”.

Bir dəfə indiki kimi iki aylıq ödəniş gecikdirilmişdi, onda da borcu rabitədəki dostlarımızdan biri ödəyib açdı. Indi də camaatı çətinə salırlar. Komitənin saytında bununla bağlı köçkünlərə hər hansı xəbərdarlıq yoxdur.

Bu ilin dövlət büdcəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə köçkünlərin xərci üçün birbaşa 224 390 879 manat ayrılıb. Təkcə bu pul deyil. Büdcədən əlavə olaraq komitənin saxlanması üçün inzibati xərclər, köçkünlər üçün salınan qəsəbələrdə abadlıq işlərinə vəsait nəzərdə tutulub. Bununla yanaşı Dövlət Neft Fondundan da köçkünlərin məişət şəraitini yaxşılaşdırmaq məqsədilə yeni qəsəbələrin salınması üçün 90 milyon manat ayrılıb. Keçən il də birbaşa ayırma 224 490 879 manat təşkil edib. Odur ki, ayrılan vəsaitlərin az olduğunu, maliyyə çətinliyinin yarandığını iddia etmək üçün heç bir əsas yoxdur. Köçkünlər üçün komitənin bu il eksta xərci çıxmayıb, xərclər və məbləğ eynidir. Amma baxır kimin nə qədər “yemək” istəyinə. Bunun üçün də köçkünlərin “cibinə” girmək daha asandır. Bu ilin büdcə qanunvericiliyi ilə bağlı verilən prezident fərmanında göstərilir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərə maliyyə və digər yardımların verilmə mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Prezidentinə təqdim etsin. Amma komitədə köçkünlər üçün “təklif” hazırlanıb, bunu da BTRİB vasitəsilə edirlər ki, “xərcinizi özünüz çəkin”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!