"Qalatasaray"dan iki qolluq qələbə .....                        İnternet Vergi İdarəsinə giriş təhlükəli ola bilər - ÇAĞIRIŞ .....                        Paşinyan Qazaxla sərhədə gəldi .....                        Soyqırımı qurbanlarına baxmağa üzləri belə olmayıb... - FOTO .....                        Müavinət və təqaüdlərdə artım olacaq - Nazirlik .....                        Sərhədimizdə PUA zərərsizləşdirildi - FOTO .....                        Prezident ailəsi ilə “Sea Breeze”də - FOTO .....                        Zelenski Ukraynada hərbi vəziyyəti uzatdı .....                        Azad olunmuş ərazilərə xərclənən vəsaitin həcmi açıqlandı .....                       
Tarix : 29-11-2016, 18:47
Ali təhsil müəssisələri vergi ödəyicisi kimi qeydə alınsın - TÖVSİYƏLƏR

"Büdcə münasibətlərinin yenidən formalaşdırılması, maliyyə inzibatçılığının gücləndirilməsi, hesabatlılığın artırılması, büdcə vəsaitlərinin nəticəlilik və qənaətliliyinin yüksəldilməsi, maliyyə nəzarəti mexanizminin effektivliyinin təmin edilməsi məqsədilə büdcə qanunvericiliyinin təkmilləşdirilməsini məqsədəmüvafiq hesab edirik".

Butov.az xəbər verir ki, "Report" bu barədə 2017-ci il büdcə zərfi üzrə Hesablama Palatasının rəyinə istinadən xəbər verir.

Rəydə həmçinin hazırda mövcud olan Dövlət İnvestisiya Proqramının tərtibi sisteminin yenidən nəzərdən keçirilməsi və ölkənin spesifik əhəmiyyətli sahələrinin növbəti illərin proqramlarında nəzərə alınması məshət olunur.

Rəydə dövlət büdcəsinin vəsaitləri hesabına məqsədli büdcə fondları vasitəsilə qeyri-neft sahələri üzrə subyektlərə güzəştli kreditlərin regionlar üzrə proporsional bölgüsü və regionların xüsusiyyətləri, rayonlaşdırma, iqlim şəraiti, torpaq fondu, məhsuldarlıq və sair amillər nəzərə alınmaqla verilməsi təklif edilir.
"İnvestisiya yönəldilməsi nəzərdə tutulan layihələr arasında səmərəliliyi qiymətləndirilən və ekspertizası aparılan layihələrin seçilməsinə üstünlük verilməsi, layihələrin icrası başa çatdıqdan sonra qiymətləndirmənin aparılmasını, bunun üçün müvafiq qaydaların, təlimatın, metodiki göstərişlərin hazırlanmasını və investisiya layihələri üzrə xərc-gəlir təhlilinin aparılması üzrə meyarların müəyyən edilməsi, xərc-gəlir təhlilinin aparılması qaydalarını özündə əks etdirən təlimatın hazırlanması və hər il müvafiq layihələrin xərc-gəlir təhlilinin aparılmasını məqsədəuyğun hesab edirik".

Həmçinin, sənəddə sosial xərclərin ünvanlılığı və nəticəliliyinin artırılması nəzərə alınmaqla bu xərclərin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsi tövsiyə olunur.

Tövsiyələrdən biri də vergi güzəştləri və azadolmaların monitorinqinin aparılmasının və nəticələrinin səmərəliliyinin qiymətləndirilməsinin vergi siyasətinin 2017-2020-ci illəri əhatə edən prioritetlərinə daxil edilməsini nəzərə alaraq növbəti ilin dövlət büdcəsinin icrası ilə əlaqədar təqdim olunan sənədlərdə vergilərdən azad olunan məbləğlər barədə də müvafiq məlumatların əks etdirilməsidir:

"Dövlət gəlirlərinin mobilizasiyasının gücləndirilməsi məqsədilə dövlət ali təhsil müəssisələrinin mənfəət vergisi ödəyicisi kimi dövlət qeydiyyatına alınmasını məqsədəmüvafiq hesab edirik".


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!