Vaşinqtonda Azərbaycanın dövlət rəhbərliyinə qarşı təxribatın qarşısı alınıb .....                        Gəncədə 38 yaşlı kişini BIÇAQLADILAR .....                        "Fənərbağça" İngiltərə klubuna uduzub - YENİLƏNİB .....                        UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçildi .....                        Sülh Netanyahunun dəstəyi ilə mümkün olub .....                        Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB .....                        Bu şəxslərin hərbi xidmət QAYDASI DƏYİŞƏCƏK .....                        Tokayev Tramp adına sülh mükafatı təklif edib .....                        Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatıb - YENİLƏNİB .....                       
Tarix : 8-05-2017, 12:30
Azərbaycanda havanın temperaturu 32 dərəcəyədək yüksələcək

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Butov.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, mayın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 26-31 dərəcə isti, Bakıda gecə 15-17, gündüz 28-30 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 27-32 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!