Tramp Makronu qarşılamadı .....                        İkinci kurs tələbəsi vəfat etdi .....                        "Gülüstan" sarayında dövlət ziyafəti verilir .....                        Bakıda Azərbaycan-Pakistan biznes forumu - Liderlər çıxış ediblər .....                        Qara görə 8 aviareys təxirə salındı .....                        Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr .....                        Şahbaz Şərif İlham Əliyevi Pakistana dəvət etdi .....                        Hacıqabulda yaşayış binasında partlayış - Xəsarət alan var .....                        "Axmat" batalyonunun qəddar komandiri Ukraynada öldü .....                       
Tarix : 1-06-2017, 10:37
Azərbaycanın seysmogen zonalarında tektonik hərəkətlərin tipləri müəyyənləşdirilib

AMEA-nın Geologiya və Geofizika İnstitutunda “Zəlzələlərin ocaq mexanizmlərinə əsasən Azərbaycanın seysmogen sahələrində tektonik hərəkətlərin tipləri” mövzusu üzrə Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib.
Butov.az xəbər verir ki, AMEA-dan APA-ya bildirilib ki, seminarda institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov çıxış edərək mövzunun əhəmiyyətindən, bu istiqamətdə müasir tədqiqatların aparılmasının zəruriliyindən danışıb. Bildirib ki, respublikanın ərazilərindəki tektonik proseslərin tədqiqi strateji əhəmiyyət daşıyır, xüsusilə neft və qaz istehsalı prosesindəki texniki risklərin azaldılması baxımından vacibdir.
Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və bu qurumun Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya üzrə fəlsəfə doktoru Səbinə Kazımovanın məruzələri dinlənilib.
S. Kazımova bildirib ki, zəlzələlərin ocaq mexanizmləri əsasında Azərbaycanın seysmogen zonalarında tektonik hərəkətlərin tipləri müəyyən edilib, yer qabığının gərginlik və deformasiya sahələrini öyrənmək üçün zəlzələ ocaqlarının mexanizmlərinin və dinamik parametrlərinin qiymətləndirilməsi, onların formalaşma şəraiti və yer qabığının gərginlik sahələrinin analizi aparılıb.
Alim Azərbaycanın seysmotelemetrik stansiyalarının və ocaq mexanizmlərinin məlumatları, eləcə də əsas gərginlik oxlarının oriyentasiyalarının və gərginlik vəziyyətinin səviyyəsini müəyyən edən Lode-Nadai əmsalı əsasında respublika ərazisinin fərdi seysmogen zonalarının gərginlik-deformasiya vəziyyətinin müəyyən edildiyini diqqətə çatdırıb: “Zəlzələ ocaq mexanizmlərinin məlumatları, sıxılma və gərilmə oxları əsasında məlum olub ki, Böyük Qafqaz zonasında sıxılma oxları əsasən, CQ-ŞmŞ, Zaqatala-Balakən və Orta Kür çökəkliyi zonasında ŞmQ-CŞ, Aşağı Kür çökəkliyində və Talış bölgəsində ŞmŞ-CQ istiqamətində, Xəzər akvatoriyasında isə ŞmŞ-CQ istiqamətindən ŞmQ-CŞ istiqamətinə qədər yönəlib. Gərilmə oxları isə əks istiqamətlidir. Orta və Aşağı Kür çökəkliklərində və həmsərhəd Xəzər zonasında gərilmə, Şəki, Siyəzən, Şamaxı-İsmayıllı, Şirvan, İmişli və Cəlilabad zonalarında isə sıxılma müşahidə olunur”.
Tədqiqatlar nəticəsində Böyük Qafqazın cənub yamacının Azərbaycan hissəsində üç növ lokal gərginlik sahələrinin - qırılıb-qalxma, qırılıb-düşmə-yerdəyişmə, soltərəfli horizontal yerdəyişmənin aşkar olunduğu bildirilib. Qeyd olunub ki, Orta Kür çökəkliyi üçün – qırılıb-qalxma, qırılıb-düşmə, Cənubi Xəzər hövzəsində – qırılıb-düşmə, horizontal yerdəyişmə, Talış zonasında isə – qırılıb-qalxma, qırılıb-düşmə-yerdəyişmə gərginlik sahəsi müşahidə edilir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!