Şimali Makedoniya Prezidenti Mikayıl Cabbarovu qəbul edib .....                        Budapeştdə daha iki medal - FOTO .....                        Ərdoğandan Kiprlə bağlı çağırış .....                        Hakan Fidan suriyalı həmkarı ilə danışıqlar apardı .....                        Kürdə batan var .....                        Bakının tərəf müqabili Qum deyil, Tehrandır! .....                        Media Forumunun iştirakçıları Xocalıda - FOTO .....                        Qalmaqallı görüntüləri yayılan şirkət rəhbəri İSTEFA VERDİ .....                        Xocalıya qayıdacaq insanların sayı açıqlandı .....                       
Tarix : 3-04-2017, 19:58
Azərbaycanda seysmoaktiv zonalar açıqlandı

Bu il Azərbaycanda seysmik aktiv olan zonaların adları açıqlanıb.
Butov.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA-ya bildirib ki, ən aktiv seysmik zonalar Şamaxı, İsmayıllı, Daşkəsən, Gədəbəy, Qəbələ rayonlarındadır. O deyib ki, cari ilin 3 ayı ərzində seysmogen ərazilərdə fon səviyyədə zəif təkanlar, mütəmadi zəlzələlər baş verib.

Q. Yetirmişli qeyd edib ki, həmin ərazilərdə maqnitudası 2-3-dən yuxarı olan zəlzələlər qeydə alınsa da, onlar hiss edilməyib: “Bu gün Qəbələdə maqnitudası zəif olan 5-6 xırda təkanlar olub. Amma ümumilikdə götürsək, bu il Azərbaycanda seysmik aktivlik fon səviyyəsindədir, hiss olunan zəlzələlər baş verməyib. Xəzər dənizində də gülü potensial gücə malik zəlzələ ocaqları var. Bu ocaqlar Azəri-Günəşli-Çıraq zonasında, Abşeronun cənubunda, dənizin cənubda, eləcə də şimalda yerləşir. Amma bu il ərzində həmin ərazilərdə zəlzələlər də zəif olub və güclü aktivləşmə yoxdur”.

Baş direktor əlavə edib ki, zəlzələlər tektonik qırılmalar nəticəsində litosferdə gedən blokların hərəkəti nəticəsində baş verir. Onun sözlərinə görə, xırda təkanların hamısı qırılmaların təmas zonasında qeydə alınıb: “Bir blokun hərəkəti digərinə nisbətən müəyyən qədər fərqlənir. Məsələn, il ərzində arxada olan blokun sürəti il ərzində 10 milli metrdisə, qarşıdakı blokun sürəti ondan biraz aşağı olur. Nəticədə bloklar bir-birini sıxır və parçalanmalar olur. Nəticədə təkanlar dalğa formasında qeydə alınır və güclü olanda hiss edilir”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!