Ramazanın 10-cu günü: Dua, imsak və iftar vaxtı .....                        Big Ben-ə çıxan fəal həbs edildi .....                        Suriyada qaz elektrik stansiyasında növbəti qarşıdurma .....                        Kolumbiyada torpaq sürüşməsi - Ölən var .....                        Kolumbiyada torpaq sürüşməsi - Ölən var .....                        İsraildən Qəzzaya növbəti zərbələr .....                        Ağ Ev yaxınlığında atışma .....                        ABŞ Ukraynaya yardımı bərpa etməyəcək - İDDİA .....                        DİN-dən xəbərdarlıq - Təhlükəli sahələrə daxil olmayın! .....                       
25-04-2022, 15:57
İCTİMAİ BİRLİYİN LAYİHƏSİ UĞURLA BAŞA ÇATIB.

"Uşaqların Gələcəyi Naminə" İCTİMAİ BİRLİYİNİN LAYİHƏSİ UĞURLA BAŞA ÇATIB.

"Uşaqların Gələcəyi Naminə" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ana südünün əhəmiyyətinin təşviqi” maarifləndirici layihəsi başa çatıb. Yekun tədbirini giriş sözü ilə açan

Birliyin sədri Könül Quliyeva layihə çərçivəsində görülmüş işlər barədə geniş məlumat verib. Bildirilib ki, südəmər körpələrin, həm də gənc anaların sağlamlığı ilə bağlı aktual mövzulara həsr olunmuş silsilə təlimlərdə təcrübəli mütəxəssislər - mama-ginekoloq, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Cavadova, həkim-pediatr Pərvanə Quliyeva, rezident-həkim Ayan Abduləliyeva, psixoloqlar Ruhiyyə Məmmədova və Validə Abbasova 18 nəfər layihə iştirakçısına – gənc analar və subay xanımlara ana südünün əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Ana südünün körpənin immun sisteminə, fiziki və psixoloji durumuna göstərdiyi müsbət təsirdən danışıblar. Layihə rəhbəri sözügedən layihənin icrasına yardımçı olmuş Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, müasir tibbi ədəbiyyatdan, elmi araşdırmalar və təcrübədən əldə edilmiş faydalı məlumatları böyük həvəslə dinləyicilərlə bölüşmüş təlimçilərə, yekun təqdimatın keçirilməsinə şərait yaradan T. Məmmədov adına 239 nömrəli tam orta məktəbin direktoru Sədaqət Əzimovaya, eləcə də təlimlərin gedişini mətbuat səhifələrində və sosial mediada geniş işıqlandırmış jurnalistlərə dərin təşəkkürünü bildirib.
Layihənin gedişini əks etdirən video-çarxın nümayişindən sonra tədbirdə iştirak edən Jalə Cəfərova ("Milli Mədəniyyətin Təbliği" İctimai Birliyi), Gülşən Behbudova ("Milli Dəyərlər üzrə Maarifləndirmə" İctimai Birliyi), Fatimə Haclbəyli ("Vəfa" Sosial Problemlərin Həllinə Dəstək” İctimai Birliyi), Cəmilə Abdulova ("Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım Cəmiyyəti" İctimai Birliyi), Mətanət Əsgərova ("Əsgər Ailələrinə Dəstək" İctimai Birliyi), Səbinə Kərimova ("Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyaslna Dəstək" İctimai Birliyi), Fəridə Mirişova ("İz" Mədəniyyətin İnkişafına Dəstək” İctimai Birliyi), Leyla Həsənova (“ABC” Tədris və İnkişaf Mərkəzi), Almaz Əhmədova (Dünya Jurnalistlər Birliyi), Gülnar Teymurova (239 saylı tam orta məktəbin nəzdində yaranmış VMA), Ruhiyyə Məmmədova (“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi) Nərminə Cəfərova (psixoloq) layihə çərçivəsində həyata keçirilmiş təlimlərin faydası barədə öz fikirlərini bölüşüb, ana südünün əhəmiyyəti ilə bağlı maarifləndirici tədbirlərin davamlı olmasının zəruriliyini vurğulayıblar.

Tədbirin sonunda Könül Quliyeva iştirakçılara minnətdarlığını bildirib və onların bu səpgidə layihələrin davamlı olması ilə bağlı təkliflərini müasir cəmiyyətdə sağlam həyat tərzini təbliğ edən maarifləndirici tədbirlərə böyük ehtiyacın göstəricisi kimi dəyərləndirib.


24-04-2022, 19:48
“Sosial İslahatlara Dəstək” İctimai Birliyi layihəsinə yekun vurub

“Sosial İslahatlara Dəstək” İctimai Birliyi layihəsinə yekun vurub
“Sosial İslahatlara Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məcburi köçkün məktəblərində təhsil alan yuxarı sinif şagirdləri arasında narkomaniyaya qarşı mübarizədə sosial layihələrin təşviqi məqsədi ilə maarifləndirici tədbirlərin və sosioloji sorğuların təşkili” layihəsi çərçivəsində fəaliyyət planına uyğun olaraq silsilə tədbirlərin yekun icrasını uğurla başa vurdu. Yekun tədbir 22 aprel 2022-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu Ramanı qəsəbəsində məskunlaşan məcburi köçkün ailələrindən olan 8-ci ,9-cu sinif şagirdlərinin iştirakı ilə baş tutmuşdur.Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan
QHT sədri Namiq İnşallahoğlu tədbir iştrakçıklarını salamladı və Qarabağın azadlığı uğrunda canlarından keçən şəhidləri 1 dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.Sonra layihənin donoru və icraçı təşkilatla bağlı məlumat verdi və bu mövzuda keçirilən tədbirin aktual və vacibliyindən bəhs etdi. Daha sonra QHT sədri narkotik vasitələrin dövriyyəsinə , narkomanlığa qarşı mübarizəyə dair dövlət səviyyəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti haqqında fikirlərini bildirdi və narkomaniyanın geniş yayılmasını düşmənlərimizin gənclərimizə qarşı, genefondumuza qarşı gizli yolla apardıqları müharibəyə bənzətdi..

Narkomaniya nədir? Narkomaniyadan qorunmaq üçün nə etməliyik sualların ətrafında fikirlərini bölüşüldü. Çıxış üçün söz sosial problemlər üzrə tədqiqatçı Günel Həsənovaya verildi. O, da öz çıxışında bildirdi ki, narkomaniya təkcə insanların sağlamlığına ziyan vurmur, o eyni zamanda cəmiyyətdə bir cinayətkarlar dəstəsi yetişdirir. " Narkomaniyaya yoluxma və onun zərərləri" haqqında yeniyetmələrə ətraflı məlumat verdi.

Dövrümüzün ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyanın fəsadları barədə şagirdlərin narkomaniyadan uzaq durma mövqelərinin öyrənilməsi məqsədilə onlara həmin mövzuda suallar verildi. Narkomaniyanın dünyada və Azərbaycanda olan son statistik göstəriciləri şagirdlərin diqqətinə çatdırıldı.Ümumi çıxışlardan sonra şagirdlərin vermiş olduğu çoxsaylı suallar cavablandırıldı, bu bəladan xilas olmaq üçün mübarizə üsullarından danışıldı və reabilitasiya mərkəzləri haqında məlumat verildi. Sosioloji tədbir 30 nəfər məcburi köçkün ailələrindən olan yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilmişdir. Layihə mövzusuna uyğun hazırlanmış olan marifləndirici buklet (30 ədəd) tədbir iştrakçılarına paylanılmış və bu kimi tədbirlərin gələcəkdə də keçirilməsinin vacibliyi diqqətə çatdırılmışdır. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilmişdir.
Layihənin icra müddəti 01 fevral - 01 iyun 2022 -ci i tarixlərini əhatə edir
24-04-2022, 17:36
“Sosial İslahatlara Dəstək” İctimai Birliyi layihəsini davam etdirir

“Sosial İslahatlara Dəstək” İctimai Birliyi layihəsini davam etdirir

“Sosial İslahatlara Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məcburi köçkün məktəblərində təhsil alan yuxarı sinif şagirdləri arasında narkomaniyaya qarşı mübarizədə sosial layihələrin təşviqi məqsədi ilə maarifləndirici tədbirlərin və sosioloji sorğuların təşkili” layihəsi çərçivəsində fəaliyyət planına uyğun olaraq silsilə tədbirlərin
icrası davam edir.

Növbəti tədbirlərimiz 20, 21 aprel 2022-ci il tarixlərində Bakı şəhəri, Sabunçu rayonu Ramanı qəsəbəsində məskunlaşan məcburi köçkün ailələrindən olan 6,7 və 8-ci sinif şagirdlərinin iştirakı ilə baş tutmuşdur. Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan QHT sədri Namiq İnşallahoğlu tədbir iştrakçıklarını salamladı və Qarabağın azadlığı uğrunda canlarından keçən şəhidlərin 1 dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Sonra layihənin donoru və icraçı təşkilatla bağlı məlumat verdi və bu mövzuda keçirilən tədbirin aktual və vacibliyindən bəhs etdi. Narkomaniya nədir? Narkomaniyadan qorunmaq üçün nə etməliyik sualları ətrafında fikirləri auditoriya ilə bölüşüldü. Daha sonra Sosial məsələlər üzrə mütəxəssis Sevinc Əliyeva " Narkomaniyaya yoluxma" və "onun zərərləri" haqda yeniyetmələrə ətraflı məlumat verdi. Son illər narkotik vasitələrə qarşı mübarizənin xeyli güclənməsindən, dövlət orqanlarının bu sahədəki fəallığından danışan Sevinc xanım Əliyeva müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, yeniyetmə və gənclər arasında narkomaniyanın qarşısının alınması istiqamətində daim ictimai nəzarətin zəruriliyindən bəhs etmiş, eləcə də narkomaniyanın gətirdiyi bəlalar, onun istifadəçilərinin qarşılaşdığı faciələr barədə məlumat vermişdir. Şagirdlərin narkomaniyadan uzaq durma mövqelərinin öyrənilməsi məqsədilə həmin mövzuda müzakirələr aparılmışdır. Tədbirin gedişatı zamanı şagirdlərin vermiş olduğu çoxsaylı suallar cavablandırıldı. Narkomainyanın dünyada və Azərbaycanda olan son statistik göstəriciləri şagirdlərin diqqətinə çatdırıldı. Tədbiri davam etdirən QHT sədri Namiq Qafarov yeniyetmələri sağlam həyat tərzi keçirməyə, təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağı, faydalı bilik və bacarıqlar öyrənməyi tövsiyə etdi.

Sosioloji tədbir 30 nəfər məcburi köçkün ailələrindən olan yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilmişdir. Layihə mövzusuna uyğun hazırlanmış olan buklet (30 ədəd) tədbir iştrakçılarına paylanılmış və bu kimi tədbirlərin gələcəkdə də keçirilməsinin
vacibliyi diqqətə çatdırılmışdır.

Layihənin icra müddəti 01 fevral - 01 iyun 2022 -ci i tarixlərini əhatə edir.
23-04-2022, 21:52
“Ailələrə Sosial Dəstək” ictimai birliyi Quba rayonunda tədbirlər keçirib.

“Ailələrə Sosial Dəstək” ictimai birliyi Quba rayonunda tədbirlər keçirib.
Azərbaycan ailəsində vəhdət hissinin yaradılması və yaşadılması, valideyn-uşaq münasibətlərinin düzgün qurulması çox vacibdir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ailələrə Sosial Dəstək” ictimai birliyi “Ailə institutunun inkişafında adət-ənənələrin rolu” layihəsi çərçivəsində Quba rayonunda tədbirlər keçirib.

Maarifləndirici tədbirlərdə layihə rəhbəri Esmira Rəhimova yeniyetmələrə ailə dəyərləri sisteminin formalaşdırılması, nümunəvi ailələrin təbliğ edilməsi, ailədə övladlar arasında ayrıseçkiliyin mənfi təsirləri və erkən nikahın fəsadları barədə məlumatlar verdi. Bildirdi ki, layihə çərçivəsində aparılan maarifləndirmə işi ailə institutunun inkişafında öz sözünü deyəcəkdir. Qədim tarixə malik Quba rayonunda müxtəlif xalqların nümayəndələri (tatlar, yəhudilər, ləzgilər, ruslar, tatarlar və digərləri) yaşayır. Onların yeniyetmə övladları da layihə vasitəsi ilə Azərbaycanın ailə dəyərləri, adət-ənənələri barədə maarifləndilər.
Layihənin eksperti yeniyetmələrə qurduqları ailədə sağlam mühitin formalaşması üçün milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə sahib çıxmağı tövsiyə edib.
[center]

Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras onun milli-mənəvi dəyərləri, adətləridir. Adətlərimiz və dəyərlərimiz xalqımızın mənəviyyatını təşkil edən amillərdir. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik və bu dəyərlərin, adət-ənənələrin gənc nəsillərə ötürülməsi qarşımızda duran əsas şərtlərdəndir. Milli dəyərlərimizin, ailə adətlərimizin qorunub saxlanılması sayəsində Azərbaycan ailəsi həmişə uzunömürlüyü ilə seçilib. Azərbaycanda kifayət qədər nümunəvi, uzun ömürlü, cəmiyyət üçün layiqli övladlar böyüdən ailələr var.
Bu gün qloballaşma və modernləşmə şəraitində ailələr texnoloji və iqtisadi inkişafın gətirdiyi müxtəlif problemlərlə qarşılaşır. Mənəvi dəyərlərin zəifləməsinə səbəb olan bu problemlər ailənin sosial statusuna təsir göstərir. Artıq ailə institutunun cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi, cəmiyyətin saflığının və əxlaqi dəyərlərinin qorunması, gələcək nəslə ötürülməsi aktual problemə cevrilir. Hazırda dövlət ailə siyasəti Azərbaycan Hökumətinin diqqətində olan mühüm məsələlərdəndir. Azərbaycan dövləti ailə institutunun qorunması istiqamətində güclü qanunvericilik bazaya malikdir. Lakin, təəssüf ki, bu gün erkən nikah və təhsildən yayınma halları, tək valideynli, tək uşaqlı ailələrin sayı artıb. Azərbaycan ailəsində vəhdət hissinin yaradılması və yaşadılması, valideyn-uşaq münasibətlərinin düzgün qurulması çox vacibdir. Bu sahədə maarifləndirmə və düzgün təbliğat işi çox böyük rol oynayır.

Buna görə də layihənin icrası vasitəsi ilə ailə institutunun inkişafı istiqamətində düzgün təbliğat işi aparmaq niyyətindəyik və layihənin davamlı olması günün vacib şərtidir.

Esmira Rəhimova.





22-04-2022, 07:18

Nəriman Nərimanovun xatirə muzeyində “Qədim Şuşa” tədbiri keçirildi
Nəriman Nərimanovun xatirə muzeyində “Qədim Şuşa” tədbiri keçirildi

Aprelin 19-da Nəriman Nərimanovun xatirə muzeyində muzey rəhbərliyinin və “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi Ictimai Birliyinin təşkilatçılığı ilə “Qədim Şuşa” adlı tədbir keçirildi. Tədbirdə “Aytam” UMMİB-nin sədri Aygün Zamanlı, birliyin üzvləri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, publisist, 226 saylı tam orta məktəbin tarix müəllimi Təranə Cəbiyeva, N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin rus dili müəllimi Xatirə Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri Həsənxanlı Murad və təşkilatın fəal üzvləri, 226 və 45 nömrəli tam orta məktəblərin şagirdləri iştirak etdi.
Tədbiri giriş sözü ilə muzeyin direktoru Ləman Hüseynova açaraq, qonaqları salamladı. Sonra Təranə Cəbiyevanın vətənpərvərlik mövzusuna həsr etdiyi şerlərindən ibarət videoçarx nümayiş olundu. Muzeyin direktoru Ləman Hüseynova çıxışında bu günki tədbirin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa ili” elan edilməsi ilə bağlı imzaladığı Sərəncamla əlaqədar keçirildiyini diqqətə çatdırdı. Təranə Cəbiyeva çıxışında qeyd etdi ki, “vaxtilə toplaşdığımız məkanda Qarabağla, Şuşayla bağlı xatirələr də çox olub. Yazıçı, müəllim, Azərbaycanın ictimai xadimi Nəriman Nərimanovun Azərbaycanın ayrılmaz hissəsi Şuşayla bağlı arzuları da çox olub.
Bu gün Nəriman Nərimanovun ruhu şaddır ki, Şuşa azaddır. Çox sevincliyik ki, 30 ildən sonra Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində tarix yazan öğullarımız Şuşanı erməni işğalından azad etdi. Daha sonra Səid Quliyev, Elgün Qulamov, Ləman Bəkirova, Zərif Qazi tədbir iştirakçılarına şeir və mahnı çələngini ərməğan etdilər. Tədbirin sonunda muzeyin direktoru Ləman Hüseynova tərəfindən istedadlı gənclər təşəkkürnamə ilə təltif olundular.


Təranə Cəbiyeva


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!