İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
4-11-2021, 11:36
Azərbaycan nefti üç faizə qədər ucuzlaşdı

Azərbaycan nefti üç faizə qədər ucuzlaşıb.

Bütöv.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin dəyəri 2,34 ABŞ dolları və ya 2,69 faiz azalıb.

Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 84,74 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.
3-11-2021, 17:10
İlk hərbi xəritə 1928-ci ilə aiddir

Son günlər Ermənistanda Putinin səsləndirdiyi 1920-ci illərin xəritələri məsələsi qızğın müzakirələrə səbəb olur. Ermənilərin bu qorxusu nədən ibarətdir? Onlar bu xəritədə nə görüblər?

Məsələ ilə bağlı Axar.az-a danışan azərbaycanlı tarixçi, “Qafqaz tarixi” Mərkəzinin direktoru, UNESKO-nun dosenti Rizvan Hüseynov bildirib ki, söhbət 1928-ci ilə aid olan Rusiya Baş Qərargahının xəritəsindən gedir:

“Araşdırmalarımız göstərir ki, bu dövrə qədər dəqiq hərbi xəritələr yox idi. Sərhədlərin demarkasiyası üçün internet məkanında yayılan xəritələr deyil, hər bir metri dəqiq şəkildə qeyd olunmuş xəritə lazımdır. SSRİ-nin ilk belə xəritələrindən biri 1928-ci ilə aid olan SSRİ Baş Qərargahının xəritəsidir.

Bu xəritələrdə müasir Ermənistanın bir hissəsinin Azərbaycanın ərazisi olduğu əks olunub.

Məsələ burasındadır ki, Sovet İttifaqı dağılanadək Azərbaycan Moskvanın göstərişi ilə müəyyən ərazilərini Ermənistana verməyə məcbur olmuşdu. Burada söhbət təxminən minlərlə hektar torpaqdan gedir. 1928-ci ilin xəritəsi isə ən birinci xəritədir və onun sayəsində demarkasiya işlərini məhz real Azərbaycan sərhədlərinə uyğun olan yerlərdə keçirə bilərik.

Bu xəritə hazırda Rusiya Federasiyasının Baş Qərargahında saxlanılır”, - tarixçi qeyd edib.

Bütöv.az
3-11-2021, 16:50
Səlim Müslümovun atası: “Ona heç azadlıq da arzulamıram”

1 noyabr 1961-ci ildə dünyaya gələn sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 60 illik yubileyini dəmir barmaqlıqlar arxasında qeyd edib.

Bu barədə Modern.az-a danışan sabiq nazirin atası Yanvar Müslümov oğluna arzularını dilə gətirib:

“Səlimə ancaq və ancaq can sağlığı arzulayıram. İndiki zamanda bundan mühüm, bundan ali heç nə yoxdur. Ona görə də oğluma yalnız can sağlığı arzulayıram. İnanın ki, heç azadlıq da arzulamıram. Bircə canı sağ olsun, bu dünyanı bürüyən koronavirus ondan uzaq olsun, başqa heç nə istəmirəm”.

Y.Müslümov eyni zamanda, öz səhhətindən də danışıb:

“Yaşlı adamam, bir yerim düzəlir, o biri yerim ağrıyır. Yaşıma görə düşünürəm ki, normaldır, belə də olmalıdır. Ayaqlarım da çox ağrıyır, uzaq yol da gedə bilmirəm ki, Səlimə baş çəkim. Danışanda ancaq deyir ki, yaxşıyam, narahat olma məndən. Mənim də gücüm dua etməyə çatır. Allah heç kimi azadlıq demirəm, can sağlığı ilə sınağa çəkməsin bircə”.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatına görə, Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Səlim Müslümov 1995-ci ildən bəri yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib. 2018-ci ilin sentyabrında Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müdir vəzifəsinə təyin olunub. İqtisad elmləri doktoru, professordur.

Yeri gəlmişkən, eks-nazirin yüksək rütbəsi də var - 17 yanvar 2002-ci ildə ölkə Prezidentinin fərmanı ilə ona gömrük xidməti general-mayoru rütbəsi verilib.

Bu, Səlim Müslümovun ilk həbsi deyil. Onun adı maliyyə qalmaqalında ilk dəfə 1995-ci ildə hallanıb. O zaman Azərbaycan Əmanət Bankının Səbail filialının rəhbəri Bəşər Hacıyev, Maliyyə Nazirliyinin idarə rəisi Səlim Müslümov və Səbailin icra başçısının birinci müavini Hüseyn Hüseynov 50 milyon dolları mənimsəməkdə ittiham edilmişdilər. Belə ki, bununla bağlı yayılan məlumatlarda bildirilirdi ki, Səlim Müslümov Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışarkən Azərbaycan Əmanət Bankından (indiki Kapital Bank) milyonlarla vəsaitin “yoxa” çıxması ilə əlaqədar məsuliyyətə cəlb olunub. Həmin dönəmdə saxlanılan Səlim Müslümov altı aydan sonra azadlığa buraxılıb.

Bütöv.az
3-11-2021, 10:59
Azərbaycan neftinin qiyməti dəyişmədi


Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti dəyişməyib.

Bütöv.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 87,08 ABŞ dolları olaraq qalıb.
2-11-2021, 18:18
Bakıda uşaq evində biabırçı vəziyyət - VİDEO

Bakıda olan uşaq evlərinin birində sanitar qaydalara riayət olunmaması, uşaqların çirkli yataqlarda yatması ilə bağlı sosial şəbəkələrdə video yayılıb.

KONKRET.az xəbər verir ki, görüntülər Bakı şəhər Xətai rayonu 3 saylı uşaq evində çəkilib.

Çəkiliş olduğunu görən işçilər məsələni ört-basdır eləməyə çalışsa da, anti-sanitar qaydalar açıq-aşkar görülüb.

Qeyd edək ki, sözügedən uşaq evinin direktoru Məhbubə Hüseynovadır.




Bütöv.az
2-11-2021, 18:12
Deputatın Böyük Britaniyadakı milyonlarına həbs qoyulur

Böyük Britaniyada Milli Məclisin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinin 15 milyon funt sterliq (20,5 milyon dollar - 35 milyon AZN) yatırılan hesabları nəzarətə götürülüb.

Bu barədə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi beynəlxalq təşkilatının (OCCRP) bu gün yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, bu vəsaitin üzərinə həbs qoyulması ilə bağlı Britaniya Milli Cinayət Agentliyi vəsatət qaldırıb.

Şübhəli pullar Cavanşir Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevanın (7,86 milyon f.s.), oğlu Orxan Cavanşirin (6,4 milyon f.s.) və yaxın qohumu Elman Cavanşirin adına olan bank hesablarındadır.

Məqalədə qeyd edilir ki, C.Feyziyev yaradığı iki dərman kompaniyasına Azərbaycan Laundarmartından 138 milyon dollar pul alıb. (Bakupost)

Bütöv.az
2-11-2021, 11:04
Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri fərqli istiqamətdə dəyişib.

WTI markalı neftin dekabr fyuçersləri 0,11 % ucuzlaşaraq, bir bareli 83,96 ABŞ dolları təşkil edib.
“Brent” markalı neftin yanvar fyuçersləri 0,02 % bahalaşaraq, bir bareli 84,73 ABŞ dolları olub.

Mənbə: Bloomberg

Bütöv.az
1-11-2021, 14:50
Siqaretin qiyməti bahalaşır

Tütün məmulatları ilə bağlı aksiz dərəcələrinə yenidən baxılır.

Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.

Nazir müavini bildirib ki, bununla bağlı iki istiqamətdə dəyişikliklər nəzərdə tutulur:

“Birinci aksiz dərəcələri qaldırılır, ikinci isə markaların qeydiyyatına görə rüsumlar artırılır. Büdcəyə daxilolmada artımın çox hissəsi məhz bu dəyişikliklərdən gözlənilir. Bütün dünyada tütün məmulatlarına tətbiq edilən aksizlər, xüsusi yığımlar və s. ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə nəzər salsaq, Azərbaycan bu sahədə ən aşağı rüsum tətbiq edən ölkələrdəndir. Lakin biz sosial məsələləri də nəzərə alaraq, bu sahədə rüsumları kəskin şəkildə artırmırıq.

Hesab edirəm ki, ən azından inflyasiya səviyyəsində bu rüsumların artırılması həyata keçirilməlidir”.

Qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərə əsasən bəzi dövlət rüsumlarının məbləği dəyişdirilir və yeni dövlət rüsumları müəyyən edilir.

Bütöv.az
1-11-2021, 12:17
Hərbi prokurordan naməlum şəhid məzarları ilə bağlı AÇIQLAMA

Dövlətə xəyanətdə ittiham olunanların və hərbçilərə işgəncə verənlərin cinayəti qanunla sübuta yetirilib.

Bütöv.az Trend-ə isitnadən xəbər verir ki, bunu hərbi prokuror Xanlar Vəliyev "Tərtər işi" ilə bağlı açıqlama verərkən deyib.
O bildirib ki, 2017-ci ilin mayında cinayə işi başlanıb və istintaqın gedişində bir neçə nəfərin dövlətə xəyanət etdiyi aşkar olunub:

"Həmin cinayət işləri üzrə təqsirləndirilən şəxlər barəsində hökm çıxarıldı. Sonra həmin hökmlərdən məhkum olunmuş şəxslər apelyasiya, ardınca kassasiya şikayəti verdi. Həm apellyasiya, həm də kassasiya mərhəsindən göstərilən şəxslərin həmin cinayətləri törətməsi barədə verilmiş hökmlərin əsaslı olduğu müəyyən olunduğundan, hökmlər qüvvəsində saxlanıldı.

Bununla yanaşı hərbi prokurorluq tərəfindən aparılan istintaq zamanı müəyyən olundu ki, istintaq müddətində dövlətə xəyanətdə şübhəli bilinən şəxslərə qarşı qanundankənar fiziki zorakılıqlar həyata keçirilib və nəticədə cinayət işi başlayana qədər bir nəfər vəfat edib. Şəxsən özüm və Respublika Baş Prokurorunun müavini Şəfahət İmranov, ondan başqa Respublika Baş prokurorunun birinci müavini Rüstəm Usubov, idarə rəisi, köməkçisi və s. həmin hərbi hissəyə getdik. Müəyyən etdim ki, həqiqətən kütləvi şəkildə hərbçilərə qarşı qeyri-qanuni formada işgəncə tədbirləri həyata keçirilib. Ona görə də dərhal cinayət işi başladıq. Tələbimlə Müdafi Nazirliyinin Tibb Xidmətindən böyük bir həkim briqadası gəlib həmin şəxsləri müayinə etdi və kimlərin hansı dərəcədə müalicəyə ehtiyacı olduğu müəyyənləşdirildi, bəziləri Hərbi Hospitala göndərildi.

Həmin şəxslərin böyük bir qisminin həyatı xilas edildi. İşgəncə ilə bağlı cinayət işi başlanıldı və 16 nəfər müxtəlif vəzifəli şəxslər məsuliyyətə cəlb edildi. Barələrində müxtəlif hökmlər qəbul edildi. Onlar da hökmdən şikayət verdilər, lakin apellyasiya və kassasiya mərhələsində şikayətlərin əsassız olduğu müəyyən edildi".
1-11-2021, 12:12
Sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə rüsumlar artırılır

Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə rüsumlar dəyişir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılır.

Avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə rüsum 10 manat artırılaraq 20 manat məbləğində müəyyənləşir.

Digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün rüsum artırılaraq 10 manat məbləğində müəyyənləşir. Əvvəl bu məbləğ 5 manat idi.

Layihəyə əsasən, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə görə olan rüsumlara da dəyişiklik təklif edilir.

Avto-moto nəqliyyat vasitələri üçün rüsumlar 25 manatdan 30 manata, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün rüsum 5 manatdan 10 manata qaldırılır.

Qanuna təklif edilən yeni maddəyə əsasən, artıq beynəlxalq sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi də mümkün olacaq. Bunun üçün 12 manat rüsum müəyyənləşir.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!