İlin sonuna qədər Xankəndidə daha bir məktəb açılacaqİlin sonuna qədər Xankəndidə növbəti məktəbin açılması gözlənilir.
Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, bu gün Xankəndidə 500-dən çox şagird məktəbə gedir: “Amma növbəti həftələrdə bu say daha da artacaq, çünki biz növbəyə yazılan şagirdləri görürük. Ehtimal edirik ki, ilin sonunadək ikinci məktəbin açılması istisna deyil”.