Köçkün yataqxanasındakı yanğınla bağlı AÇIQLAMA .....                        Bu, həqiqətən yaxşı bir sənəddir - Mirzoyan .....                        Maşın qaz xəttinə çırpıldı, beş kənd qazsız qaldı .....                        Türkiyə Paşinyanı dəstəkləyir - Hakan Fidan .....                        Ötən il 540 nəfər məcburi Azərbaycana gətirilib .....                        Naxçıvanda vəzifəli şəxs işdən çıxarıldı - Yeni təyinat .....                        Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar QADAĞAN EDİLDİ .....                        Bəzi həkimlərin maaşına əlavələr veriləcək - QƏRAR .....                        1184 əcnəbi Azərbaycandan çıxarılıb .....                       
17-02-2025, 13:38
Qazaxda sinif otağının tavanı çökdü


Qazaxda sinif otağının tavanı çökdü

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli məktəbin 1-ci sinfində otağın tavanı çöküb.
Bu barədə “Azərbaycan müəllimi” məlumat yayıb.
Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, şagirdlər və müəllim təxliyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülüblər:
“Hadisə zamanı xəsarət alan olmayıb. Qazax rayonu üzrə təhsil sektorunun təsərrüfat qrupunun əməkdaşları hadisə yerinə cəlb edilib. Tavanın hansı səbəbdən çökdüyü araşdırılır. Təhsil müəssisəsində təlim-tədris prosesi davam edir”.
17-02-2025, 13:06
Gəncədə şagirdi döyən müəllim işdən qovuldu


Gəncədə şagirdi döyən müəllim işdən qovuldu

Gəncə şəhər 34 nömrəli məktəbdə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası əsasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.
Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq, sözügedən təhsil müəssisəsinin ingilis dili müəllimi Cavid Rzayevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.
"Qeyd edirik ki, təhsilverənlərin etik davranış qaydalarına əməl edilməsi, eyni zamanda şagirdlərin təhlükəsizliyi və psixoloji durumu daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür" - açıqlamada bildirilib.
Qeyd edək ki, Gəncə şəhərində yerləşən Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdə müəllimin 5-ci sinif şagidini döyməsi ilə bağlı mediada xəbərlər yayılmışdı.
16-02-2025, 15:37
Magistraturaya qəbul imtahanı keçirilib


Magistraturaya qəbul imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd) keçirib.
Bu barədə DİM-dən bildirilib.
İmtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 85 binada təşkil olunub.
İmtahan saat 11:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edib.
Məlumat üçün qeyd edək ki, imtahanda iştirak etmək üçün 21 926 bakalavr ərizə təqdim edib. İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkar olunub. 1 nəfərdə isə qanunla istifadəsi və satışı qadağan olunan mini kameralı eynək, xüsusi ötürücü qurğu və qulaqlıq aşkar olunub. Müvafiq hallar protokollaşdırılaraq həmin şəxslər imtahandan xaric olunublar. Hazırda qeyd olunan qayda pozuntuları ilə bağlı araşdırma aparılır. Bir daha imtahan iştirakçılarını bu cür hərəkətlərdən çəkinməyə çağırır və bu hərəkətlərə yol vermiş şəxslər, onları bu işə təhrik edənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcəyini nəzərinizə çatdırırıq.
Fevralın 17-dən etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Mərkəzin saytına yerləşdiriləcək.
İmtahanda iştirak edənlər test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) da sabah DİM-in internet saytının "Xidmətlər" bölməsində > “E-xidmətlər” > "DİM-in nəşrlərinin elektron versiyalarının satışı" > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə biləcəklər. (Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal/).
14-02-2025, 17:34
Azərbaycanda universitet rektoru istefa verdi


Azərbaycanda universitet rektoru istefa verdi

Xəzər Universitetinin rektoru istefa verib.
Məlumata görə, Xəzər Universitetinin rektoru İradə Xəlilova istefa verərək, işdən çıxıb.
Qeyd olunub ki, yaxın günlərdə yeni rektorla bağlı məlumat ictimaiyyətə təqdim olunacaq.
13-02-2025, 17:10
20-yə yaxın şagird məktəbdən uzaqlaşdırılıb - Səbəb AÇIQLANDI


20-yə yaxın şagird məktəbdən uzaqlaşdırılıb - Səbəb AÇIQLANDI

Göyçay musiqi məktəbindən 20-yə yaxın şagird uzaqlaşdırılıb.
Məktəb şagirdlərinin valideynləri iddia edib ki, şagirdlərə bu barədə heç bir rəsmi xəbərdarlıq edilməyib.
Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyinin Mərkəzi Aran Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, ötən il təhsil keyfiyyətinin yüksəldilməsi və şagirdlərin davamiyyətini bərpa etmək üçün 2 dəfə monitorinq aparılıb:
"Bu il də keçirilən yoxlama zamanı bəzi şagirdlərin dərsə davamiyyətinin və bilik göstəricilərinin qənaətbəxş olmadığı ortaya çıxıb. Nəticədə, 15 nəfər şagird məktəbdən uzaqlaşdırılıb, 22 nəfərə isə xəbərdarlıq edilib".
12-02-2025, 20:40
11-ci sinif şagirdi vəfat etdi


11-ci sinif şagirdi vəfat etdi

Bakıda orta məktəb şagirdi vəfat edib.
238 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əli Məmmədov dünyasını dəyişib.
Onun uzunsürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilir.
12-02-2025, 14:09
Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - Qanun DƏYİŞİR


Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - Qanun DƏYİŞİR

İşğaldan azad olunmuş ərazilərdə ödənişli əsaslarla təhsil alan şəxslərlə bağlı qanunvericiliyə dəyişiklik olunur.
Bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Qeyd edilib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamlarından irəli gələn tələblərin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 13 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı” təsdiq edilib. Sözügedən Tədbirlər Planına əsasən həmin ərazilərdə məskunlaşan əhaliyə münasibətdə peşə hazırlığının və tədrisinin təşkili ilə bağlı 2024-2026-cı illər ərzində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Təqdim olunan qanun layihəsi də işğaldan azad edilmiş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi və zəruri kadr potensialının formalaşdırılması sahəsində həyata keçiriləcək tədbirlərdən biri kimi həmin ərazilərin iqtisadi potensialı və əmək bazarının tələbləri nəzərə alınaraq peşə təhsilinin stimullaşdırılması məqsədilə hazırlanıb.
Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən işğaldan azad edilən ərazilərdə məskunlaşması nəzərdə tutulan əhaliyə münasibətdə peşə təhsili üzrə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinə dair hər hansı normativ tənzimləmə mövcud deyil.
Layihənin qəbulu nəticəsində işğaldan azad edilmiş ərazilərində məskunlaşmış Azərbaycan Respublikası vətəndaşlarının təhsil haqlarının dövlət büdcəsi hesabına maliyyələşdirilməsini təmin edən hüquqi mexanizm formalaşdırılmış olacaq.
10-02-2025, 22:34
III kurs tələbəsi vəfat etdi


III kurs tələbəsi vəfat etdi

Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Humanitar Kollecin tələbəsi vəfat edib.
Bu haqda kollec sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, Bəşirli Tükəzban Sosial iş (SİT 023) ixtisasının lll kurs tələbəsi idi.
10-02-2025, 12:52
Müəllimlərin sayı azalacaq, maaşı artacaq - Nazir


Müəllimlərin sayı azalacaq, maaşı artacaq - Nazir

"Hazırda biz təhsil sistemində mühüm dəyişikliklər etmək yolundayıq".
Bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimat tədbirində deyib.
"Düzünü desək, əgər bu islahatları həyata keçirməsək, bəzi müəllimlər, sözün əsl və ya məcazi mənasında, daha 20-30 il sistemdə qalacaq və bu, təhsil üçün müsbət nəticələr verməyəcək. Əgər 2026-cı ilə qədər uğur qazansaq, müəllimlərin sayı azalacaq, lakin hər bir müəllimin dərs saatı artacaq, bu da onların maaşlarının yüksəlməsinə səbəb olacaq. Eyni zamanda, sistemdə çalışan gənclərin sayı 20%-ə qədər artacaq", - deyə nazir əlavə edib.
10-02-2025, 12:23
20 il əvvəl təhsildə yol verilən səhvlərin nəticəsini görürük


20 il əvvəl təhsildə yol verilən səhvlərin nəticəsini görürük

"Realist olmaq lazımdır – PISA 2029 reytinqində Azərbaycanın ilk beşliyə düşməsi texniki cəhətdən mümkün deyil, biz bunu ictimaiyyətə də anlatmağa çalışırıq".
Bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimat tədbirində deyib.
"Hazırkı vəziyyət ondan qaynaqlanır ki, 20 il əvvəl təhsil sahəsində yol verilən problemlər uzun müddət cəmiyyət tərəfindən səssiz qarşılandı. O vaxt keyfiyyətsiz müəllimlərin işə qəbuluna, diplomların qeyri-qanuni yolla əldə edilməsinə göz yumuldu. Bu gün isə həmin səhvlərin nəticəsini görürük", - deyə E.Əmrullayev əlavə edib.
Nazir qeyd edib ki, cəmiyyətin də buradakı məsuliyyəti böyükdür: "Təhsildə irəliləyiş əldə etmək üçün valideynlər və məktəb icmaları fəal iştirak etməlidir. Əsas diqqət böyük problemlərə deyil, sinif otaqlarına yönəlməlidir. Əgər övladınız müəllimindən keyfiyyətli təhsil almırsa, həmin anda səsinizi çıxarın, nəticələri görəndən sonra yox. Çünki bu, təhsil sistemində dəyişiklik yaratmaq üçün əsas məsələ – hesabatlılıq və valideynlərin təhsilə cəlb olunmasıdır".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!