"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 8-03-2025, 17:52
Müəllimlərin maaşı vahid tarif cədvəli əsasında verilə bilər? - AÇIQLAMA


Müəllimlərin maaşı vahid tarif cədvəli əsasında verilə bilər? - AÇIQLAMA

Azərbaycanda bir sıra peşələr var ki, əməkhaqqı vahid tarif cədvəli ilə tənzimlənmir. Bunlardan biri də müəllimlərin əməkhaqqıdır.
Elm və Təhsil Nazirliyi yanında İctima Şuranın katibi Günay Əkbərova bildirib ki, müəllimlərin maaşının vahid cədvəl əsasında tənzimlənməsi ilk baxışda ədalətli və sabit görünə bilər:
“Hər kəs hansı kriteriyalarla maaş aldığını bilər, şəffaflıq artar, bəzi hallarda isə əməkhaqqı ilə bağlı narazılıqlar azalır. Amma təcrübəyə baxanda bunun həmişə ən effektiv həll olmadığını görürük. Çünki müəllimlik sadəcə saat hesabı ilə ölçüləcək bir peşə deyil – burada peşəkarlıq, təcrübə, pedaqoji yanaşma, innovativ metodlardan istifadə, tələbələrin uğurları və daha çox şey önəm daşıyır. Dünyada fərqli modellər var. Məsələn, Finlandiyada müəllimlərin maaşı dövlət tərəfindən tənzimlənsə də, onlar vahid bir sistemə bağlı deyil. Burada əməkhaqqı müəllimin ixtisasına, iş təcrübəsinə və əlavə fəaliyyətlərinə görə dəyişir. Üstəlik, müəllimlər yüksək maaş və sosial təminat aldıqları üçün bu peşəyə hörmət də böyükdür. Nəticədə, Finlandiyanın təhsil sistemi dünya reytinqlərində ən üst sıralarda dayanır.Almaniyada isə müəllimlərin maaşı vahid deyil, regionlara görə fərqlənir. Məsələn, daha bahalı şəhərlərdə və ya müəllim çatışmazlığı olan yerlərdə əməkhaqqı yüksəkdir. Müəllimlər dövlət qulluqçusu kimi qəbul olunur və onlara müxtəlif sosial təminatlar verilir. Bu sistem müəllimlərin uzunmüddətli işləməsini və peşəyə bağlılığını artırır.Türkiyədə isə müəllimlərin əməkhaqqı vahid cədvəllə müəyyən edilir. Lakin bu, müəllimlərin motivasiyasını azaldır. Çünki fərqlənən müəllimlə digərləri eyni maaşı alır. Bu səbəbdən, bir çox müəllim əlavə qazanc üçün repetitorluq etməyə başlayır. Bunun nəticəsində məktəbdə dərslərə verilən enerji azalır, təhsilin keyfiyyətinə təsir edir.ABŞ-da vəziyyət daha fərqlidir. Burada maaş ştatdan, hətta məktəbdən məktəbə dəyişir. Bəzi yerlərdə müəllimlər yüksək maaş alır, bəzilərində isə olduqca azdır. Bu, müəllimlərin karyera seçiminə təsir edir – yaxşı şərtlər olan yerlərə üstünlük verilir, çətin bölgələrdə isə kadr çatışmazlığı yaranır”.
Ekspert düşünür ki, ölkəmizdə müəllimlərin maaşı vahid sistemlə tənzimlənsə, sabitlik yaranar: "Hər kəs biləcək ki, hansı şərtlərlə maaş alır. Bəzi hallarda təəssüf hissi ilə qarşılaşdığımız rüşvət və s. xoşagəlməz hallar azala bilər. Lakin digər tərəfdən, bu sistem müəllimlərin fərdi təşəbbüs göstərməsini azalda bilər. Yüksək nəticə göstərən və peşəsinə daha çox enerji sərf edən müəllimlə digərlərinin maaşı eyni olarsa, fərqlənmək üçün həvəs qalmaya bilər. Bu da təhsil keyfiyyətinə mənfi təsir edər".
Müsahibimiz sonda qeyd edib ki, ən effektiv yol isə yalnız vahid maaş cədvəli ilə məhdudlaşmamaqdır:
“Baza maaş müəyyən oluna bilər, lakin əlavə motivasiya mexanizmləri mütləq tətbiq edilməlidir. Müəllimlərin peşəkar inkişafı, sertifikatları, iş təcrübəsi, innovativ tədris metodlarından istifadəsi, layihələrdə iştirakı əməkhaqqısına təsir etməlidir. Bundan başqa, ucqar bölgələrdə çalışan müəllimlər üçün xüsusi güzəştlər nəzərdə tutulmalıdır ki, bu ərazilərdə təhsilin səviyyəsi yüksəlsin. Düzdür hazırda onlar üçün H1, H2 həvəsləndirici əlavə gəlir olur amma bu da yalnız gənc müəllimlərə tətbiq edilir. Səmimi desəm, mən müəllimlərin layiqli əməkhaqqı almasını çox istəyirəm. Müəllim təkcə sinfə girib dərs keçən biri deyil, o, gələcəyin formalaşdırıcısıdır. Onun əməyinin qarşılığı sadəcə vahid bir cədvəllə ölçülməməlidir. Biz müəllimlərin rifahını düşünərək, onların maaşlarını yalnız standart rəqəmlərlə deyil, işlərinin keyfiyyətinə, verdiyi töhfəyə və nəticələrinə əsasən formalaşdırmalıyıq. Azərbaycanın gələcək təhsil strategiyası da bu prinsiplərə əsaslanmalıdır”.


Paylaş



Bölmə: Təhsil / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!