"Fənərbağça" doğma meydanında xal itirdi .....                        "Zirə" qələbə qazandı .....                        Salyanda faciə: Qırılan tros sürücünün ölümünə səbəb oldu .....                        Türk diplomat İrəvanda - Nələr müzakirə edildi... .....                        Putin atəşkəsi uzatmayacaq .....                        Binəqədidəki yanğında 5 maşın kül olub - RƏSMİ .....                        Bugünkü imtahanın nəticələri nə vaxt açıqlanacaq? .....                        Mirzoyan ATƏT-in baş katibi ilə görüşdü .....                        ABŞ ilə danışıqlar səmərəli ola bilər - İran rəsmisi .....                       
17-04-2024, 16:36
17 martda keçirilmiş imtahanın nəticələri bu tarixdə açıqlanacaq - RƏSMİ


17 martda keçirilmiş imtahanın nəticələri bu tarixdə açıqlanacaq - RƏSMİ

17 mart tarixində IX siniflər üzrə keçirilmiş buraxılış imtahanının nəticələri də bu həftə ərzində elan olunacaq.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
“Nəticələr hazır olan kimi elan olunur. Dəqiq vaxt demək mümkün deyil”, - DİM bildirib.
Martın 17-də Bakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov rayonlarında, Gəncə (I hissə) Samux, Daşkəsən, Qazax, Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Qusar, Siyəzən, Xızı, Şabran rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.
İmtahanlarda 46700-dən çox şagird iştirak edib.
16-04-2024, 17:28
Sumqayıtın 300 bal toplayan şagirdləri


Sumqayıtın 300 bal toplayan şagirdləri

Dövlət İmtahan Mərkəzi (DİM) tam orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü ildə keçirilmiş buraxılış imtahanının nəticələrini elan edib.
Sumqayıt şəhərindəki Təbiət elmləri təmayüllü gimnaziyanın 3 şagirdi də respublika üzrə maksimim (300) bal toplayan 39 nəfər arasında yer alır.
Bunlar Məmmədov Fərid (11a sinfi), Nuriyev Elgün (11b sinfi) və Hüseynli Aytacdır (11d sinfi).
“Şagirdləri, onların valideynlərini, əməyi olan bütün müəllimləri-bütünlüklə, kollektivimizi təbrik edirik. Arzu edirik və inanırıq ki, blok imtahanında da rekordçularımız olacaq!”, - deyə gimnaziyadan verilən açıqlamada bildirilib.
Qeyd edək ki, 300 bal toplayan şagirdlərdən 6 nəfəri Sumqayıt məktəblisidir.
16-04-2024, 16:32
Naxçıvanda 4 şagird ən yüksək nəticəni göstərdi


Naxçıvanda 4 şagird ən yüksək nəticəni göstərdi

Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
İmtahan iştirakçıları arasında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən 4 məktəbli 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Bunlar Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Hüseynzadə Hafizə Canpolad qızı, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin şagirdi Nağıyeva Leyla Arif qızı, Şərur Şəhər Fizika- Riyaziyyat Təmayüllü liseyin şagirdi Əbilov Ziya Namiq oğlu, Culfa rayon 3 nömrəli tam orta məktəbin şagirdi İsmayıllı Kənan Mehman oğludur.
16-04-2024, 16:02
Qaxda 300 bal toplayan məktəblilər


Qaxda 300 bal toplayan məktəblilər

Martın 10-da keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki Qax şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri Humay Harunova və Ayşən Nəzirova 300 bal toplayıblar.
İdarədən bildirilib ki, bununla da region üzrə maksimum nəticə göstərən şagirdlərin sayı ümumilikdə 8 nəfərə çatıb.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dilindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunub.
Bu mərhələdə fənlərin hər biri üzrə maksimum 100 bal olmaqla, ümumilikdə 300 bal toplanıla bilər.
Yüksək nəticə toplayan məktəblilərin fotolarını təqdim edirik:


16-04-2024, 15:36
Bakı Türk Liseyinin yetirmələrindən 300 ballıq nəticə


Bakı Türk Liseyinin yetirmələrindən 300 ballıq nəticə

Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini bu gün açıqlayıb.
İmtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Maksimum nəticəyə nail olan 11-si sinif şagirdlərindən iki nəfər Bakı Türk Liseyinin yetirməsidir.
Bunlar Leyla Eldar qızı Quliyeva və Nihad Samir oğlu Hacızadədır.
Bakı Türk Liseyinin rəhbəri Kadir Bektaşoğlu şagirdlərinin əldə etdiyi nəticənin onları çox sevindirdiyini bildirib.
16-04-2024, 15:36
Bakı Türk Liseyinin yetirmələrindən 300 ballıq nəticə


Bakı Türk Liseyinin yetirmələrindən 300 ballıq nəticə

Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini bu gün açıqlayıb.
İmtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Maksimum nəticəyə nail olan 11-si sinif şagirdlərindən iki nəfər Bakı Türk Liseyinin yetirməsidir.
Bunlar Leyla Eldar qızı Quliyeva və Nihad Samir oğlu Hacızadədır.
Bakı Türk Liseyinin rəhbəri Kadir Bektaşoğlu şagirdlərinin əldə etdiyi nəticənin onları çox sevindirdiyini bildirib.
16-04-2024, 14:36
300 bal toplayan Kəlbəcər məktəblisi həkim olmaq istəyir


300 bal toplayan Kəlbəcər məktəblisi həkim olmaq istəyir

Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini bu gün açıqlayıb.
İmtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
39 nəfərdən biri Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbin şagirdi Sona Səfər qızı Rüstəmzadədir.
Buraxılış imtahanında maksimum bal toplayan Sona gələcəkdə həkim olmaq istədiyini deyib:
"Ali məktəblərə qəbul imtahanlarına IV qrup üzrə hazırlaşıram. Buraxılış imtahanından belə nəticə əldə edəcəyimi gözləyirdim. Düşünürdüm ki, bütün sualları cavablandıracam, amma yenə də bəzi tərəddüdlərim var idi. Çox sevinirəm ki, əziyyətimin qarşılığını gördüm".
O, növbəti imtahana da əzmlə hazırlaşdığını vurğulayıb.
"Ümid edirəm ki, ondan da maksimum nəticə əldə edəcəm. Həkim olmaq istəyirəm. Azərbaycan Tibb Unversitetində təhsil almaq, cərrah olmaq xəyalındayam.
Ali təhsilimi xaricdə davam etdirib peşəkar həkim olduqdan sonra Azərbaycana qayıtmaq istərdim. Ölkəmizin yaxşı həkimlərə ehtiyacı var. Ona görə də burada işləmək istəyərdim", - məktəbli deyib.
16-04-2024, 13:59
Prezident Türkiyə-Azərbaycan Universiteti barədə Fərman imzaladı


Prezident Türkiyə-Azərbaycan Universiteti barədə Fərman imzaladı

Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiqlənib.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmanla 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu” təsdiq edilib.
Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycanın Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.
Fevralın 19-da “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.
Prezident İlham Əliyev həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında bildirib ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. "Bu, bizim birliyimizin növbəti rəmzidir. Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir", - dövlət başçısı vurğulayıb.
16-04-2024, 13:10
Buraxılış imtahanının nəticələri elan olundu


Buraxılış imtahanının nəticələri elan olundu

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, imtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə (//www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=19) daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir ətraflı yazılı cavab tələb edən açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli, qiymətləndirmə şkalası və yazı işi nümunələri) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.
Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması qaydası ilə linkdəki faylda tanış olmaq mümkündür.
İmtahanda iştirakı nəzərdə tutulan 53102 nəfərdən 479 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 11 nəfərin nəticəsi ləğv olunub.
İmtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 23-25 aprel tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.
Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların şərti və izahlarla (//eservices.dim.gov.az/ejurnal/) tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
15-04-2024, 15:45
Dünən keçirilən imtahanın nəticələri açıqlandı


Dünən keçirilən imtahanın nəticələri açıqlandı

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi 2024-cü il aprelin 14-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul imtahanı keçirib.
DİM-dən verilən məlumata görə, Bakı və Naxçıvan şəhərlərində kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 2764 namizəddən 46 nəfər imtahana gəlməyib.
İmtahan nəticələrinə əsasən, BA2 altqrupu üzrə 10 nəfər, BA3 altqrupu üzrə 28 nəfər, BA4 altqrupu üzrə 50 nəfər, BB1 altqrupu üzrə 43 nəfər, BB2 altqrupu üzrə 82 nəfər, BB3 altqrupu üzrə 167 nəfər, BB4 altqrupu üzrə 302 nəfər olmaqla, ümumilikdə 682 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün 2024-cü il aprelin 16-dan 29-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:
· ali təhsil haqqında sənədin surəti;
· əmək kitabçasının surəti (olduğu halda).
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 16 aprel saat 10:00-dan 18 aprel saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Namizədlərlə telefon vasitəsilə əlaqə saxlanılacaq. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!