CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun .....                        SOCAR Yaxın Şərqdə fəaliyyətini genişləndirir .....                        Türkiyədə təyyarə qəzası - yaralılar var .....                        Kollektorda ata və oğul boğuldu .....                        Tramp Medvedevin sözlərinə görə atom sualtı qayıqları göndərir .....                        Can Azərbaycana böhtan atan siz deyildinizmi? - Ərdoğan .....                        Azərbaycanda klinika direktoru bütün orqanlarını bağışladı .....                        Azərbaycanda yeni nazir müşaviri TƏYİN EDİLDİ .....                        "Qırmızı Xaç" Azərbaycanı tərk edir - Tarix MƏLUM OLDU .....                       
11-03-2024, 15:21
Bu telekanalların rəhbərləri Prezident Administrasiyasına dəvət olundu


Bu telekanalların rəhbərləri Prezident Administrasiyasına dəvət olundu

Bir neçə gün əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar.
Onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib.
Qeyd edilib ki, ictimai narazılıq və narahatlıq doğuran “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır.
Telekanalların reytinq yarışında etik qaydaların pozulduğu, milli-mənəvi dəyərlərimizə xələl gətirildiyi, insanların şəxsi həyatına kobud müdaxilələrin yol verildiyi bəsit və bayağı verilişlərin çəkisinin artması narahatlıq doğurmaya bilməz. Həmin verilişlərdə eybəcər qalmaqalların əvvəlcədən ssenariləşdirilməsi, auditoriyanın pulla cəlb edilməsi, iştirakçılarla əlaqələrdə korrupsiya sxemlərinin həyata keçirilməsinə dair çoxsaylı şikayətlər var. Gündəlik 3-5 saat davam edən bu verilişlərdə insanların şəxsiyyəti alçaldılır, efirdə təhqir və ədəbsiz ifadələr işlədilir, efir mədəniyyəti, nitq qabiliyyəti, bilik səviyyəsi tələblərə cavab verməyən aparıcılar və ekspertlər isə sanki cəmiyyətə meydan oxuyurlar.
Telekanalların rəhbərlərinin nəzərinə çatdırılıb ki, vəziyyət belə davam edə bilməz və qısa zamanda bu biabırçılığa son qoyulmayacağı, verilişlərin fəaliyyətində dönüş yaradılmayacağı təqdirdə, qanunauyğun şəkildə sanksiyaların tətbiq olunması, hətta telekanalların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı tədbirlər qaçılmaz olacaq.
11-03-2024, 15:00
Qurban Qurbanov dünya reytinqində irəliləyib


Qurban Qurbanov dünya reytinqində irəliləyib

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünya reytinqində irəliləyib.
52 yaşlı mütəxəssis dünyanın ən yaxşı baş məşqçilərinin siyahısında 138-cidir.
O, ötən cədvəllə müqayisədə 1 addımlıq irəliləyişə nail olub. Son 4 ilin nəticələrinə əsasən, tərtib olunan cədvəldə Qurbanovun 1670 xalı var.
“Qarabağ”ın çalışdırıcısı hesabat dövründə Razvan Luçeskunu keçib. O, planetin 500 ən güclü mütəxəssisinin yer aldığı cədvəldə yeganə azərbaycanlıdır.
“Neftçi”nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç 1616 xalla siyahıda 195-cidir. “Qarabağ”ın Avropa Liqasının 1/8 finalındakı rəqibi “Bayer”i çalışdıran Xabi Alonso 164-cü pillədə qərarlaşıb – 1644 xal.
Qeyd edək ki, cədvələ 2223 xala malik “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.
11-03-2024, 14:45
Sertab Erener 21 ildən sonra yenidən “Eurovision”a hazırlaşır


Sertab Erener 21 ildən sonra yenidən “Eurovision”a hazırlaşır

“Eurovision” mahnı müsabiqəsi tarixində Türkiyəyə birincilik gətirən Sertab Erener 21 ildən sonra müsabiqənin şou hissəsində yenidən səhnə almağa hazırlaşır.
2003 "Eurovision" qalibi Sertab Erener İstanbulda verdiyi konsertdə 2024 "Eurovision" Mahnı Müsabiqəsini təşkil edəcək İsveçdən dəvət aldığını və müsabiqə gecəsi üçün hazırlıqlara başladığını açıqlayıb.
59 yaşlı Erener mayın 11-də İsveçin Malmö şəhərində keçiriləcək yarışmanın şou hissəsində "Everyway That I Can" mahnısını fərqli versiyada oxuyacağını açıqlayıb.
Türkiyənin sonuncu dəfə qatıldığı "Eurovision" Mahnı Müsabiqəsində ölkəni təmsil edən Can Bonomo 2012-ci ildə "Love Me Back" mahnısı ilə yeddinci olmuşdu.
Türkiyə 2013-cü ildə bal sistemindəki ədalətsizliyi əsas gətirərək "Eurovision"dan çəkilib.
11-03-2024, 14:23
Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi oldu - FOTO


Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi oldu - FOTO

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının 1-ci iclasının Qərarı”nı imzaladılar.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Qazaxıstan Respublikasının “Damu” Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Qauxar Buribayeva “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə “Damu” Sahibkarlığın İnkişafı Fondu” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu”nu imzaladılar.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və Qazaxıstan Respublikasının Prezidenti yanında “Mərkəzi Kommunikasiyalar Xidməti”nin direktoru Askar Umarov “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Qazaxıstan Respublikasının Prezidenti yanında “Mərkəzi Kommunikasiyalar Xidməti” Respublika Dövlət Müəssisəsi arasında Əməkdaşlığa dair Memorandum”u imzaladılar.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və Qazaxıstan Respublikasının “KazMunayQaz” Milli Şirkəti”nin İdarə Heyətinin sədri Maqzum Mirzaqaliyev “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyəti arasında Qazaxıstan neftinin alqı-satqısı sahəsində strateji əməkdaşlıq haqqında Memorandum”u və “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyəti arasında Qazaxıstan neftinin Azərbaycan Respublikası ərazisindən tranzit edilən həcmlərinin mərhələli artırılması haqqında Saziş”i imzaladılar.
Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov və “Samruk Kazyna” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Nurlan Jakupov “Azərbaycan İnvestisiya Holdinqi və “Samruk Kazyna” Səhmdar Cəmiyyəti arasında strateji tərəfdaşlıq Sazişi”ni imzaladılar.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli və Qazaxıstan Respublikasının mədəniyyət və informasiya naziri Aida Balayeva “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi arasında 2024-2025-ci illər üçün Tədbirlər Planı”nı imzaladılar.
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri Baqdat Musin “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyi arasında kosmosun dinc məqsədlərlə tədqiq edilməsi və istifadəsi sahəsində Anlaşma Memorandumu”nu imzaladılar.
Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek “3 aprel 2017-ci il tarixli Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol”u imzaladılar.
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qazaxıstan Respublikasının nəqliyyat naziri Marat Karabayev “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi arasında dəniz gəmilərinin heyətinin ixtisas diplomlarının qarşılıqlı tanınması haqqında Saziş”i imzaladılar.



11-03-2024, 14:02
Qərbin Rusiyanı strateji məğlubiyyətə uğratmaq niyyəti çox böyük səhvdir - Peskov


Qərbin Rusiyanı strateji məğlubiyyətə uğratmaq niyyəti çox böyük səhvdir - Peskov

"Rusiya kəşfiyyat xidmətləri uzun müddətdir Ukraynada NATO ilə əlaqəli şəxslərin olması barədə məlumatlara malikdir".
Bunu Kremlin sözçüsü Dmitri Peskov iddia edib.
"Papa Ukrayna üçün “ağ bayraq”dan danışaraq, danışıqların tərəfdarı olduğunu söylədi. Kiyev Qərbin dəstəyi ilə Rusiya Federasiyası ilə danışıqların mümkünlüyünü qəti şəkildə inkar edir. Kiyev və Qərbin Rusiya Federasiyasını strateji məğlubiyyətə uğratmaq niyyəti çox böyük səhvdir, bunu döyüş meydanında baş verən hadisələr sübut edir", - sözçü iddiasını davam etdirib.
"Kreml Sandunun Rusiyanın enerji şantajından istifadə etməsi ilə bağlı ittihamlarını əsassız hesab edir. Kreml Trampla görüşdən sonra Orbanın şərhləri ilə tanış olub, lakin hələlik bu barədə konkret bir söz yoxdur", - Peskov əlavə edib.
11-03-2024, 13:07
Boksçumuz Dünya kubokuna yiyələndi


Boksçumuz Dünya kubokuna yiyələndi

Monteneqronun Budva şəhərində gənc boksçular arasında ənənəvi Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri başa çatıb.
Azərbaycan milli komandası yarışı 2 medalla başa vurub.
Yığmamızın heyətində Zidan Hümbətov Dünya kubokuna yiyələnib. 51 kq-da mübarizə aparan boksçumuz finalda rusiyalı Arseniy Jiltsovu 3:2 (29:28, 30:27, 28:29, 28:29, 29:28) hesabı ilə məğlub edib və qızıl medala layiq görülüb.
Komandamızın heyətində Bilalhəbəşi Nəzərov (48 kq) isə finalda Tamta Briyeşlə (Hindistan) üz-üzə gəlib. Yığma üzvü 2:3 (29:28, 30:27, 29:28, 28:29, 28:29) hesabı ilə məğlub olduğundan gümüş medala sahib olub.
Qeyd edək ki, yarışda 22 ölkədən 245 boksçu mübarizə aparıb.
11-03-2024, 12:47
Prezident Elçin Məmmədova “general-mayor” rütbəsini verdi


Prezident Elçin Məmmədova “general-mayor” rütbəsini verdi

Polkovnik Elçin Əli oğlu Məmmədova “general-mayor” ali hərbi rütbəsi verilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Elçin Məmmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisidir.
11-03-2024, 12:34
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında martın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə havanın arabir çiskinli olacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-3° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
11-03-2024, 11:37
Təbrik edirik!


Təbrik edirik!


Bu gün BDU nəzdində İqtisadi humanitar kollecin tələbəsi Nəzrin Əliyevanın doğum günüdür. Anası Ülviyyə , atası Etibar, bacısı Nərmin,nənələri Rəhilə və Seyalı , xalası Bəyaz, xalası oğlu Avtandil xalası qızı Əsma adından təbrik edirik. Nəzərinə uğurlu bir həyat , xoşbəxt, sağlam yaşamağı arzulayırıq. Doğum günün mübarək Nəzrin bala!
10-03-2024, 17:54
Gimnastlarımız turnirdə altı medal qazandılar


Gimnastlarımız turnirdə altı medal qazandılar

Azərbaycan gimnastları Polşanın Krakov şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 11-ci Vavel turnirində altı medal qazanıblar.
Milli komandanın heyətində tamblinq növü üzrə Adil Hacızadə və Aleksey Karataşov qızıl, Mixail Malkin və Xətai Hümbətov gümüş, Bilal Qurbanov isə bürünc mükafata yiyələnib. Batut gimnastikasında isə Fərhad Vəliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, turnirə bu gün - martın 10-da yekun vurulacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!