Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                       
9-01-2025, 12:53
ABŞ-də güclü yanğın: Azərbaycanlılar Bakıya qayıtmağa məcbur oldular


ABŞ-də güclü yanğın: Azərbaycanlılar Bakıya qayıtmağa məcbur oldular

Yanvarın 7-də ABŞ-nin Los-Anceles şəhərində meşə yanğını başlayıb. 100 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
"Pasifik Palisades" adlı nüfuzlu yaşayış massivindəki yanğın sahəsi 65 kvadratkilometrə çatır.
Yanğın nəticəsində 5 nəfər həyatını itirib. Son məlumatlara görə, Los-Ancelesdə meşə yanğınları nəticəsində mindən çox bina yanıb.
Ərazidə yaşayan Hollivud aktyorları da evlərini tərk etməyə məcbur qalıblar. Onların arasında aktrisalar Ceymi Li Kertis, Mendi Mur, jurnalist Mariya Şrayver, aktyor Mark Hamill və digər məşhurlar var. Qeyd edək ki, yanğınla əlaqədar Bayden İtaliyaya səfərini təxirə salıb və ərazidə fövqəladə vəziyyət elan edilib.
Yanğın baş verən ərazidə yaşayan azərbaycanlılar da var. Onlardan bəziləri artıq ərazidən təxliyə edilib.
Los-Anceles sakini olan azərbaycanlı Aqil Qurbanov bildirib ki, Los-Anceles tərəfdən 15-20 min nəfər evakuasiya olunub:
"Yanğın geniş bir ərazini əhatə edib. Yanğın 3 tərəfdən başlamışdı, artıq 5-6 tərəfə yönəlib. Əsas yanğın deyil, onun səbəb olduğu tüstünün verdiyi zərərverici qazlardır. Xüsusilə də 15-20 min nəfər Los-Anceles tərəfdən evakuasiya olunub. Hərə bir təfədə yaşayır. Buna görə də nə qədər azərbaycanlıya ziyan dəydiyi bilinmir. Hələ heç bir məlumat yoxdur. Evakuasiya olunanlar arasında azərbaycanlılar var. Dostlarımız, tanışlarımız var ki, zəng edib onlarla maraqlanırıq".
Aqil Qurbanov yanğınla əlaqədar artıq bir ailənin Bakıya qayıtdığını söyləyib:
"Telefonlara ərazidən evakuasiya barədə mesajlar yollanır. Məcburi evakuasiya olunma ilə bağlı mesaj olduqda artıq orada qalmaq mümkün deyil. Çünki bu, artıq dövlət tərəfindən göstərişdir. "Evakuasiyaya hazır olun!" mesajı isə xəbərdarlıq xarakteri daşıyır. İkinci tip mesajda havada tüstünün və qaz həcminin çox olduğu qeyd edilir. Belə olanda insanlar ərazini tərk etmək istəyir ki, tıxaca düşməsinlər. Bir neçə azərbaycanlı ailə ərazidən evakuasiya olundu. Daha doğrusu, onlara gələn mesajdan sonra özləri daha təhlükəsiz əraziyə köçdülər. Hətta, bir azərbaycanlı ailə Bakıya qayıtdı. Bu ailə onsuz da Bakıya qayıdacaqdı. Lakin yanğın onları narahat etdi və Bakıya uçuşu daha da tezləşdirdilər. Mənim yaşadığım ərazidə hələ evakuasiya ilə bağlı mesajlar gəlməyib, ona görə də hələ buradayam. Havada tüstünün həcmi çoxdur. Hava o qədər pis olmasa da, bunu hiss edirsiniz. Sanki Novruz bayramında Bakıda tonqal qalanıb və hər yerdən tüstü iyi gəlir".
9-01-2025, 12:27
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda yanvarın 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 65-70% olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.
9-01-2025, 00:33
"Qəzzada atəşkəsə çox yaxınıq"


"Qəzzada atəşkəsə çox yaxınıq"

“Biz Qəzza zolağında atəşkəs və girov razılaşmasına çox yaxınıq”.
Bu sözləri Fransada səfərdə olan ABŞ Dövlət katibi Antoni Blinken mətbuat konfransında deyib.
“Ümid edirəm ki, biz geri qalan müddətimizdə buna nail olacağıq. Əgər edə bilməsək, Prezident Co Baydenin atəşkəs və girov razılaşması ilə bağlı irəli planı növbəti administrasiyaya təhvil veriləcək. Mən inanıram ki, biz bu müqaviləni əldə edəcəyik və bu, prezident Baydenin may ayında irəli sürdüyü plan əsasında olacaq",- deyə Blinken əlavə edib.
8-01-2025, 23:54
Yanğın 80 min nəfəri evsiz qoydu


Yanğın 80 min nəfəri evsiz qoydu

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhəri yaxınlığında baş vermiş güclü meşə yanğınları səbəbi ilə 4 partlayış baş verib.
Güclü külək Pasadena, Pasifik Paliseyds və Silmar məhəllələri ətrafında yanğınları gücləndirib və 80 mindən çox sakini təhlükəsiz əraziyə təxliyəyə məcbur edib. Los-Anceles bölgəsində baş verən yanğınlar nəticəsində ən azı iki nəfərin həlak olduğu bildirilir.
Vilayət meri Karen Bass meşə yanğınlarının daha da intensivləşəcəyinə dair xəbərdarlıq edib. Yanğınlar indiyə kimi mindən çox tikilini məhv edib. Los-Anceles şəhərinin Yanğından Mühafizə Xidmətinin rəisi Entoni Maronun açıqlamasına görə yanğınlar 20 kvadratkilometrdən çox ərazini əhatə edib və hələlik alovu nəzarət altına almaq mümkün olmayıb.
8-01-2025, 23:23
Bu tələbələrin təqaüdləri artırıla bilər - RƏSMİ


Bu tələbələrin təqaüdləri artırıla bilər - RƏSMİ

“Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artırılması məsələsinə baxılır”.
Bunu bu gün jurnalistlər üçün təşkil edilən brifinqdə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova “Azərbaycan müəllimi”nin sualına cavab olaraq deyib.
O bildirib ki, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artırılması onlar üçün prioritetdir, bu məsələyə baxılır.
8-01-2025, 23:02
Vətəndaşa işgəncə verən ata-oğul tutuldu


Vətəndaşa işgəncə verən ata-oğul tutuldu

Sosial şəbəkələrdə naməlum şəxslərin bir nəfərə qarşı xuliqanlıqla işgəncə verməsini əks etdirən görüntülər yayılıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə görüntüdə əks olunan şəxslər müəyyən olunublar. Cinayət əməlini törətməkdə şübhəli bilinən 53 yaşlı Şəmkir Nəsibov və onun oğlu 19 yaşlı Turan Nəsibli saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla həmin şəxslərə ittiham elan olunub və barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
8-01-2025, 22:37
Azərbaycanlı zabitin meyiti tapıldı


Azərbaycanlı zabitin meyiti tapıldı

Rusiya ordusunda xidmət edən azərbaycanlı zabitin meyiti tapılıb.
1967-ci il təvəllüdlü Məhəmmədqulu Sabir oğlu Səmədov bu ilin avqust ayında itkin düşüb. Onun haqqında xəbər almaq mümkün olmayıb.
1967-ci ilin iyun ayının 21-də Salyan rayonunda anadan olmuş kəşfiyyatçı zabitin meyiti bu gün tapılıb. Onun nəşinin Rostov vilayətindəki morqda olması məlum olub.
Qeyd edək ki, həlak olan həmyerlimiz "Sibir Mamed" ləqəbi ilə tanınıb.
8-01-2025, 22:18
Türkiyənin 3 məşhur partiyası birləşir


Türkiyənin 3 məşhur partiyası birləşir

Türkiyənin üç məşhur partiyası birləşmək barədə razılığa gəlib.
Gələcək, Səadət və DEVA partiyaları vahid partiyada birləşəcək.
Üç partiyanın sədri cümə axşamı bir araya gələrək partiyanın adını, loqosunu və təsisçilərini müəyyən edəcək.
Partiyanın yaradılması ilə bağlı müraciətin cümə günü Daxili İşlər Nazirliyinə təqdim edilməsi planlaşdırılır.
DEVA Partiyasının sədri Əli Babacan, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu və Səadət Partiyasının sədri Mahmud Arıkan tərəfindən yaradılacaq çətir partiyanın korporativ kimliklərini qoruyacaq və hazırkı liderlər partiyalarının başında qalacaqlar. Ancaq millət vəkilləri yeni partiyanın çətiri altında qruplar yaradaraq Türkiyə Böyük Millət Məclisində təmsil olunacaqlar.
Çətir partiyanın loqosunun dəqiqləşdirildiyi və adı ilə bağlı böyük konsensusun əldə edildiyi bildirilir.
Partiya adı üçün "Demokratiya üçün Birlik", "Türkiyə üçün Birlik" və "Yeni Yol" adları ön plana çıxıb.
Sədrlərin "Yeni Yol Partiyası" adında razılığa gəldiyi bildirilir.
8-01-2025, 21:49
Zaqatalada daha bir azyaşlı öldü


Zaqatalada daha bir azyaşlı öldü

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) daha bir azyaşlı ölümü baş verib.
Bu gün saat 11 radələrində rayonun Danaçı kənd sakini olan 08.10.2022-ci il təvəllüdlü Maxac İsmayıl oğlu Katmayev valideyinlərinin köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Yardım şöbəsinə gətirilib.
Müayinə zamanı azyaşlı M. Katmayevdə qızdırma, viruz infeksiyası və pnevmoniya əlamətləri olduğu müəyyənləşib. Azyaşlı təcili olaraq xəstəxananın Reanimasiya şöbəsinə köçürülüb.
Aparılan həkim müdaxilələrinə baxmayaraq axşam saat 19 radələrində Reanimasiya şöbəsində M. Katmayevdə bioloji ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, 07.01.2025-ci il tarixində Zaqatala RMX-nın doğum şöbəsində yeni doğulan körpə ölümü baş verib.
Hər iki faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
8-01-2025, 21:35
Məşhur türk yazıçı vəfat etdi


Məşhur türk yazıçı vəfat etdi

Türkiyənin məşhur yazıçısı Selim İleri vəfat edib.
Yazıçı 75 yaşında dünyasını dəyişib.
1970-ci illərdən başlayaraq ədəbiyyatın müxtəlif janrlarında əsərlər yazan İleri 1998-ci ildə "Dövlət sənətçisi" adına layiq görülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!