Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                       
8-01-2025, 16:47
Mirzoyan Qarabağdan köçən ermənilərin geri qayıdacağına inanmır


Mirzoyan Qarabağdan köçən ermənilərin geri qayıdacağına inanmır

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qarabağdan çıxan ermənilərin geri qayıtması məsələsində bədbin olduğunu nümayiş etdirib.
Ararat Mirzoyan yanvarın 8-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin bununla bağlı sualını cavablandırıb.
“Bizim hakimiyyət orqanlarımız hələ 2020-ci il müharibəsindən sonra həmin ermənilərin Dağlıq Qarabağda yaşamağa davam etmələri və müəyyən hüquqlara malik olmaları üçün hər cür səy göstərdi...
...Siz sual verirsiniz: xarici işlər naziri kimi ermənilərin Dağlıq Qarabağa qaytarılması ilə bağlı danışıqlar aparırsınızmı? Hansı şərtlərlə qayıtmaq.. Hansısa muxtar strukturun bir hissəsi kimi? Yoxsa Azərbaycan vətəndaşları kimi? Yaxud məktəbdə erməni dilini öyrənmək hüququ olan Azərbaycan vətəndaşları kimi?”, - deyən nazir medianı və onun izləyicilərini bu məsələdə daha konkret fikir formalaşdırmağa dəvət edib.
“Dağlıq Qarabağa qayıtmaq siyasətçilər tərəfindən deyil, media tərəfindən təkrarlanan dil fırıldağına çevrilib. Mənə deyə bilərsinizmi ki, hara və hansı şərtlərlə qayıtmaq olar? Azərbaycan vətəndaşları kimi? Belə bir ehtimal var. Məktəbdə erməni dilini öyrənən Azərbaycan vətəndaşları kimi? Belə bir fürsət vardı. Bəs sonra nə olacaq?”, - deyə Mirzoyan bildirib.
Bununla bağlı danışıqlar olub-olmadığına aydınlıq gətirən nazir suala mənfi cavab verib.
“İndi Dağlıq Qarabağda erməni qalmayıb, siz isə İrəvanda oturub geri qayıtmaqdan danışırsınız... Təəssüf ki, bu haqda yaxşı bir şey deyə bilmərəm. Hökumətimizin siyasəti ondan ibarətdir ki, Dağlıq Qarabağdan məcburi köçkün düşmüş soydaşlarımızın ilkin tələbatlarını ödəyə bilsin”, - deyə nazir qeyd edib.
8-01-2025, 16:06
MSK: 16 mindən çox şəxsin namizədliyi qeydə alınıb


MSK: 16 mindən çox şəxsin namizədliyi qeydə alınıb

Bələdiyyə seçkiləri üçün 16 min 148 nəfərin namizədliyi qeydə alınıb.
Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında məlumat verib.
Qeyd edək ki, yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.
8-01-2025, 16:03
Türkiyədə təlim təyyarəsi qəzaya uğradı - Pilot yaralandı


Türkiyədə təlim təyyarəsi qəzaya uğradı - Pilot yaralandı

Türkiyənin Bursa şəhərində təlim təyyarəsi eniş zolağından çıxaraq qəzaya uğrayıb.
Hadisə Bursanın Yenişehir bölgəsində baş verib.
Qəza nəticəsində təyyarənin pilotu yaralanıb. Onun həyati təhlükəsi yoxdur.
8-01-2025, 15:53
Azərbaycanla İran arasında hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək


Azərbaycanla İran arasında hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək

Yaxın gələcəkdə Azərbaycanla İran arasında hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək.
Bu barədə Prezident İlham Əliyevin İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul etdiyi görüşdə bildirilib.
Görüş zamanı iki ölkə arasında dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipi əsasında münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyi qeyd olunub.
8-01-2025, 15:49
Baş nazirdən digər dövlətdə yerləşən aviasiya personalı ilə bağlı qərar


Baş nazirdən digər dövlətdə yerləşən aviasiya personalı ilə bağlı qərar

Nazirlər Kabineti “Digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan tədristəlim mərkəzlərinin tanınması Qaydası”nı təsdiqləyib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Qayda “Aviasiya haqqında” qanunun 29.5-ci maddəsinə uyğun olaraq hazırlanıb və digər dövlətdə yerləşən aviasiya personalının, habelə aviasiya personalının şəhadətnamə, vəsiqə və sertifikatlarını almaq istəyən namizədlərin və tələbələrin hazırlığı ilə məşğul olan tədristəlim mərkəzlərinin tanınması ilə bağlı tələbləri müəyyən edir.
Qayda ilə tənzimlənməyən məsələlər “Beynəlxalq Mülki Aviasiya haqqında” 7 dekabr 1944-cü il tarixli Konvensiya və həmin Konvensiyaya 1 saylı Əlavə - “Aviasiya personalının sertifikatlaşdırılması” Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartları və tövsiyə olunan təcrübəsi, o cümlədən “Doc 9841, təlim təşkilatlarının təsdiqi haqqında Təlimat” nəzərə alınmaqla həyata keçirilir.
Digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan tədristəlim mərkəzlərinin tanınması həmin xarici təlim təşkilatlarının birbaşa müraciəti və ya bu Qaydaya nəzərdə tutulmuş müqavilə əsasında həyata keçirilir.
Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirir.
Qaydada istifadə olunan anlayışlar adı çəkilən qanun, digər normativ hüquqi aktlar və mülki aviasiya sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyənləşdirilmiş mənaları ifadə edir.
8-01-2025, 15:44
"Neftçi" baş məşqçisi ilə yollarını ayırdı


"Neftçi" baş məşqçisi ilə yollarını ayırdı

"Neftçi" basketbol komandası baş məşqçi Omid Movahed Nejatla yollarını ayırıb.
Klubdan verilən məlumata görə, iranlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, gürcüstanlı mütəxəssis Daviti Tsivtsivadze ”Neftçi”də köməkçi məşqçi vəzifəsinə təyinat alıb və hazırda komandada baş məşqçi olmadığından hələlik bu funksiyanı o yerinə yetirəcək.
8-01-2025, 15:29
18 vətəndaşımız Eritreyada girov saxlanılır - Təfərrüatlar AÇIQLANDI


18 vətəndaşımız Eritreyada girov saxlanılır - Təfərrüatlar AÇIQLANDI

“Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı Gəmilərin Eritreya dövlətinin ərazi sularında saxlanılması ilə bağlı açıqlama yayıb.
“Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri sahibkarlıq fəaliyyəti çərçivəsində Əbu-Dabi limanına yola düşmüş və müəyyən edilmiş marşrut üzrə səfərin Süveyş kanalından keçməklə həyata keçirilməsi nəzərdə tutulub:
"Qeyd edək ki, gəmilərin riskli piratlıq qaynar nöqtələrdən keçməsi nəzərdə tutulduğu üçün təhlükəsizliyin təmin edilməsinə ehtiyac yaranıb və bu məqsədlə gəmilərin mühafizəsini təmin etmək sahəsində ixtisaslaşmış müvafiq şirkət ilə müqavilə bağlanılaraq gəmilərə hər bir gəmiyə 2 nəfər olmaqla hərbiləşdirilmiş mühafizə qrupları ilə təmin edilib.
07.11.2024-cü il tarixdə gəmilər Eritreya dövlətinin dəniz sahil xəttindən keçərkən hava şəraiti səbəbindən Eritreya dövlətinin ərazi sularına girməklə hərəkəti davam etdirmək qərarı verilmişdir və gəmi kapitanları tərəfindən ərazi sularına daxil olmaqla bağlı məlumatın çatdırılması üçün Eritreyanın təhlükəsizlik və sahil mühafizəsi qurumları ilə VHF-16 beynəlxalq kanalı vasitəsilə əlaqə saxlanılmasına çalışılıb, lakin cavab alınmayıb.
Noyabrın 7-si yerli vaxtla saat 10:06 radələrində gəmidən əldə etdiyimiz hesabata əsasən, yuxarıda adı çəkilən hər üç gəminin 13°23'N, 042°39'E koordinatlarında Eritreya hərbi donanması xidməti tərəfindən saxlanıldığı məlum olmuşdur. Belə ki, Eritreya hərbi donanması xidmətinin tələblərinə uyğun olaraq gəmilər hərəkət kursunu dəyişərək Eritreya hərbi donanmasının təyin etdiyi məntəqəyə gəlmişlər və lövbərə dayandıqdan sonra hərbi donanmanın nümayəndələri tərəfindən yoxlama prosesinə cəlb ediliblər.
8-01-2025, 15:20
Ermənistan Avropa missiyasını sərhəddən çıxarmaq istəmir


Ermənistan Avropa missiyasını sərhəddən çıxarmaq istəmir

Ermənistan Azərbaycanla sərhəddə yerləşdirilən Avropa İttifaqının (Aİ) missiyasının hələ də lazımlı olduğunu iddia edir.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, sərhədin delimitasiyası tamamlanana qədər avropalı müşahidəçilər İrəvan üçün vacibdir.
“Biz əminik ki, Ermənistan və Azərbaycan arasında bölünməz sərhəd var olduqca, silahlı qüvvələrimizə qarşı atəşkəsi pozmaqda ittihamlar davam etdikcə, Aİ missiyası bizim üçün vacib və zəruridir”, - deyə Ararat Mirzoyan mətbuata açıqlamasında qeyd edib.
Qeyd edək ki, Aİ müşahidəçiləri Ermənistanda 2023-cü ildə 2 il müddətinə yerləşdirilib, onların səlahiyyət müddəti 2025-ci ilin fevralında başa çatır və Ermənistan müddətin uzadılması üçün müraciət etməsələr, missiya başa çatacaq.
Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında müzakirə olunan sülh sazişi layihəsində razılaşdırılmayan maddələrdən biri sərhəddəki üçüncü qüvvələrin çıxarılması ilə bağlıdır. Prezident İlham Əliyev ötən ay bildirib ki, Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb.
"Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq, iki aylığına 40 nəfər yerləşdiriləcək. Bundan sonra bu missiya bizimlə razılaşdırılmadan uzadıldı və arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı, bu missiya Ermənistan ərazisindədir. Bizim isə arqumentimiz belə idi: razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı, belə olmaz. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldu. Beləliklə, bu, bizim razılığa gələcəyimiz ikinci maddədir".
8-01-2025, 15:16
Peyvənd üçün müraciət edənlərin sayı artıb


Peyvənd üçün müraciət edənlərin sayı artıb

Bildiyimiz kimi Azərbaycana qripə qarşı xüsusi vaksinlər gətirilib.
Bu barədə Səhiyyə Nazirliyinin sosial media hesabındakı canlı yayım zamanı Nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, risk qrupuna daxil olan insanların müraciəti əsasında vaksinasiya prosesi həyata keçirilir və belə müraciət edən insanların sayı artmaqdadır.
8-01-2025, 15:11
Ermənistan-Türkiyə sərhədi açılsa... - Mirzoyan cavab verdi


Ermənistan-Türkiyə sərhədi açılsa... - Mirzoyan cavab verdi

Hazırda Rusiya hərbi bazasının dislokasiyası ilə bağlı sazişin dəyişdirilməsi məsələsi gündəmdə deyil.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan brifinqdə bildirib.
“Əgər Türkiyə ilə sərhəd açıq olarsa, bu iki ölkə arasında, məsələn, Ermənistan və İranla olduğu kimi yüksək etimad yaranarsa, o zaman biz Ermənistan-Türkiyə sərhədində Rusiya sərhədçilərinin ixtisar edilməsi məsələsini nəzərdən keçirə və müzakirə edə bilərik”, - Mirzoyan qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!