Sərhəddə əməliyyat: 22 Taliban üzvü öldürüldü - YENİLƏNİB .....                        Tələbələrin şəkillərini yayan şəxs SAXLANILIB .....                        Cəriməsi olana kredit verilməyəcək? .....                        Zelenski Trampla telefon danışığının detalları AÇIQLADI .....                        Braziliyada daşqınlarda 40 nəfər ölüb .....                        ABŞ Rusiya-Ukrayna kompromisinə çalışır .....                        Lənkəranda 7 kəndi birləşdirən yol çöküb - VİDEO .....                        ABŞ İrana qarşı sanksiyaları GENİŞLƏNDİRDİ .....                        Xocalı soyqırımının 34-cü İLDÖNÜMÜ .....                       
Tarix : 19-01-2025, 15:04
Deputatdan İmişlidəki faciəvi qəza ilə bağlı paylaşım


Deputatdan İmişlidəki faciəvi qəza ilə bağlı paylaşım

Millət vəkili Razi Nurullayev İmişli şəhərində baş verən ağır avtoqəza nəticəsində həlak olan iki məktəbli qızın ailələrinə və yaxınlarına baş çəkib.
O, sosial şəbəkə üzərindən paylaşdığı mesajda hadisənin böyük bir faciə olduğunu vurğulayaraq, valideynlərə səbr diləyib və dünyasını dəyişənlərə Allahdan rəhmət arzulayıb.
Razi Nurullayev qeyd edib ki, qəzada ağır yaralanan üçüncü məktəbli qız hazırda Yeni Klinikada müalicə olunur. Millət vəkili Bakıya qayıtdıqdan sonra qızın vəziyyəti ilə maraqlanacağını və onu ziyarət edəcəyini bildirib.
“Valideynlərinə səbr arzulayıram. Klinika ilə əlaqə saxlamışıq. Dövlət və klinika tərəfindən bütün lazımi addımlar atılır. İnşallah, tezliklə sağalsın, gedib evində də ziyarət edək,” – deyə Razi Nurullayev paylaşımında qeyd edib.
Hadisə bölgədə böyük kədər və təəssüf hissi ilə qarşılanıb. Hazırda müalicəsi davam edən məktəblinin tezliklə sağalması üçün bütün tədbirlər görülür.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!