Azərbaycanda uşaqlı ailələrə hansı güzəştlər var? .....                        Bakıda xəstəxanadan oğurluq edildi .....                        Ermənistanda Azərbaycan benzininin satış qiyməti AÇIQLANIB .....                        Dəmir Yolları maliyyə vəziyyətini açıqladı .....                        Azərbaycanın bəzi universitetlərinin diplomları Türkiyədə tanınmır - Əli Əsədov .....                        Probasiya 10 mindən artıq məhkuma tətbiq olunacaq .....                        "Azneft"in 31 ildə məhsuldarlığı olmayıb - İqtisadçı .....                        “Kəpəz” iki əcnəbi futbolçu ilə yollarını ayırdı .....                        Xırdalanda dəm qazından zəhərlənən 3 nəfərin son durumu AÇIQLANDI .....                       
17-08-2024, 18:22
Erməni kilsəsi Türkiyə və Azərbaycana münasibətdə yeni problemlərə zəmin yaradır


Erməni kilsəsi Türkiyə və Azərbaycana münasibətdə yeni problemlərə zəmin yaradır

Nikol Paşinyan hakimiyyətini tənqid edən erməni kilsəsi Ermənistanın bu gün düşdüyü ağır vəziyyətdən çıxması üçün heç bir yeni ideya irəli sürə bilmir. Kilsə erməni xalqının maraqlarını dəstəkləmək əvəzinə, qonşu dövlətlərlə ikitərəfli münasibətlərdə daha böyük problemlərə zəmin yaradır.
Bu fikri Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) analitiki Mehmet Oğuzhan Tulun səsləndirib.
Ekspert xatırladıb ki, 44 günlük Vətən müharibəsindəki məğlubiyyətdən sonra Nikol Paşinyanın hökuməti əvvəlki hakimiyyətin Ermənistanı regional əməkdaşlıqdan təcrid edən siyasətindən əl çəkmək kursunu götürüb.
AVİM-in analitiki kilsə ilə Paşinyan hökuməti arasında münasibətlərin 2018-ci ildən pisləşdiyini, 2023-cü ildən isə din xadimlərinin bir növ müxalif siyasi partiya rolunda çıxış edərək hakimiyyəti açıq şəkildə tənqid etməyə başladığını xatırladaraq deyib: “Paşinyanın bu istiqamətdə atdığı addımlar təkcə radikal müxalifət tərəfindən deyil, həm də erməni kilsəsi tərəfindən qəbul edilmir”.
Tulun qeyd edib ki, kilsə nümayəndələri Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdan imtina etməyi tələb edərək, Paşinyanın əleyhdarları ilə görüşlər keçirməyə başlayıblar.
Onun sözlərinə görə, İrəvanın Ankara və Bakı ilə dialoqu son nəticədə Ermənistanın mövcud sərhədlərinin məntiqi olaraq qəbul edilməsinə, “Qərbi Ermənistan” və 1915-ci il hadisələri ilə bağlı hər hansı xatırlatmanın rəddinə, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi rəsmən tanınmasına və anklav əraziləri məsələsinin həllinə gətirib çıxarmalıdır.
Türkiyəli analitik qeyd edib ki, uzun müddət Ermənistan əhalisinin əksəriyyətinə Türkiyə, Azərbaycan, eləcə də Gürcüstan və İran ərazilərinin bir hissəsinin “ermənilərin tarixi torpaqları” olması barədə yanlış fikir aşılanıb. O vurğulayıb: “Birinci Qarabağ müharibəsinin nəticələri “güclü erməni xalqı” mifini təbliğ edirdi. İkinci Qarabağ müharibəsi bütün bu saxta iddiaları puça çıxardı, ermənilərin gözünü açdı, həmin məntiqsiz və dağıdıcı ideologiyaya son qoydu”.
AVİM-in eksperti daha sonra qeyd edib ki, Nikol Paşinyanın “islahatları” yolunda Ermənistanın 1995-ci ildə qəbul edilmiş və 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edən hazırkı Konstitusiyanın dəyişdirilməsi kimi çətin missiya dayanır. “Bəyannamə təkcə Azərbaycanın bütövlüyünü deyil, 1921-ci il Moskva və Qars müqavilələrini də rədd edir ki, bu da Türkiyə-Ermənistan sərhədinin tanınmaması deməkdir. Eyni sənəd Osmanlı dövlətində 1915-ci il “soyqırımı” uydurmasının təbliğinə də çağırır”.
Ekspert qeyd edib ki, Ermənistanın Əsas Qanununda bu sənədə istinad mövcud olduqca, bu ölkənin Konstitusiya məhkəməsi Türkiyə və Azərbaycanla ziddiyyətlərin həlli istiqamətində istənilən addımın qarşısını ala biləcək. Analitik bildirib ki, analoji vəziyyət 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair Sürix protokollarının nümunəsində özünü büruzə verib.
Erməni kilsəsi məsələsinə qayıdan analitik qeyd edib ki, Ermənistan ətrafında status-kvonun siyasi və hüquqi dəyişikliyi istiqamətində atılan istənilən addımlar təkcə bütün ermənilərin katolikosu II Qaregin deyil, həm də bütün türklərə nifrəti ilə tanınan Kilikiya katolikosu I Aramın kəskin narazılığına səbəb olub. O əlavə edib: “Erməni kilsəsinin nümayəndələri siyasətçilər kimi çıxış edərək, İrəvanın Ermənistanın regional təcridinə doğru kursunu dəyişməz saxlamağa çalışırlar ki, bu da Ankara və Bakı ilə danışıqlara təsir edir. İki ildən sonra Ermənistanda keçiriləcək seçkilər Paşinyanın rəqiblərinə dəstəyin səviyyəsini nümayiş etdirəcək”.
Tulun əmindir ki, Türkiyə Ermənistanda hökumət əleyhinə son aksiyalara Daşnaksütyun partiyasına yaxınlığı ilə tanınan arxiyepiskop Baqrat Qalstyanın rəhbərlik etdiyini nəzərə alıb. Belə ki, həmin daşnaklar terrorçuları dəstəkləməklə və JCAG kimi qanlı təşkilatlar yaratmaqla tanınır. 1970-1980-ci illərdə həmin təşkilatın üzvləri dünyanın müxtəlif ölkələrində türk diplomatlarını qətlə yetiriblər. Bu baxımdan, 1982-ci il yanvarın 28-də Türkiyənin Los-Ancelesdəki baş konsulu Kemal Arıkanın qətlində təqsirli bilinən terrorçu Hampiq Sasunyanın da Qalstyanın tərəfdarları sırasında olması heç də təsadüfi deyil.
“Hökumətdən fərqli olaraq, erməni kilsəsinin nümayəndələrinin siyasi təcrübəsi yoxdur və bu da korafəhm siyasi addımların dəstəklənməsinə gətirib çıxarır. Onlar başa düşə bilmirlər ki, Ermənistanın düşdüyü çətin vəziyyətin əsas səbəbi əvvəlki hakimiyyətin səhvləri ilə bağlıdır”, - deyə AVİM-in eksperti vurğulayıb.
17-08-2024, 17:49
"Liverpul" yeni mövsümə qələbə ilə başladı


"Liverpul" yeni mövsümə qələbə ilə başladı

İngiltərə Premyer Liqasında I turun növbəti oyunu keçirilib.
"Liverpul" səfərdə "İpsviç Taun"la qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Liverpul"un heyətində qolları Dioqo Jota və Məhəmməd Salah vurublar.
Qeyd edək ki, ötən gün mövsümün açılış oyununda "Mançester Yunayted" "Fulhem"ə 1:0 hesabı ilə qalib gəlib.
17-08-2024, 17:43
Ukrayna Silahlı Qüvvələrinin yeni zirehli maşınları


Ukrayna Silahlı Qüvvələrinin yeni zirehli maşınları

Ukrayna Müdafiə Nazirliyi "Buffalo MPV" zirehli mühəndis maşınının Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsinə icazə verib.
Bu barədə UNIAN məlumat yayıb.
Dünyanın ən təhlükəsizlərindən biri adlandırılan zirehli maşın MRAP texnologiyasından istifadə etməklə hazırlanıb. Bu, artan ballistik mühafizəsi olan hərbi maşınlar sinfidir.
"Buffalo MPV"nin pəncərələri 15 sm-lik gülləkeçirməz şüşə ilə qorunur, zirehli kapsul isə əlavə olaraq kumulyativ barmaqlıqlarla qorunan kompozit zirehdən hazırlanır. Maşın quraşdırılmış kamera və partlayıcı maddələrin zərərsizləşdirilməsi üçün sensorlar olan 9 metrlik manipulyatorla təchiz edilib.
17-08-2024, 17:06
54 yaşlı qadın öldürüldü - Əri tutuldu


54 yaşlı qadın öldürüldü - Əri tutuldu

Avqustun 17-də saat 15 radələrində Sabunçu rayonu ərazisində 1970-ci il təvəllüdlü Ceyran Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Sabunçu rayon prokurorluğundan məlumat verilib.
Araşdırma zamanı 1968-ci il təvəllüdlü Həsənbala Rəhimovun arvadı Ceyran Rəhimovaya bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Həsənbala Rəhimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
17-08-2024, 16:50
Prezidentin təltif etdiyi şəhid sərhədçilərimiz - FOTO



Prezidentin təltif etdiyi şəhid sərhədçilərimiz - FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan üç əməkdaşını təltif edib.
Sərəncama əsasən, Əliyev Rüfət 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, mayor Baxışlı Baxış “Vətən uğrunda” medalı ilə, Nağıyev Əli isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
Butov.az təltif olunan şəhid hərbçilərimiz barədə məlumatları təqdim edir.
Təltif edilən Vətən müharibəsi şəhidi gizir Rüfət Əliyev 6 dekabr 1992-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 1999-2010-cu illərdə Bakı şəhəri Xətai rayonu 27 saylı məktəbində alan Rüfət 2014-cü ildə Azərbaycan Kooperasiya Üniversitetində İstehlak mallarının ekspertizası və marketinqi ixtisası üzrə ali təhsil alıb. 2014-2015-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub.



O, Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Füzuli və Cəbrayılın bir sıra yaşayış məntəqələrinin azad olunmasında yaxından iştirak edib. Noyabrin 7-də 812.0 yüksəkliyi uğrunda döyüşdə şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.
8 noyabr 2020-ci ildə Bakı şəhərində Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.



Baxışlı Baxış 07 noyabr 1994-cü ildə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. İsmayılbəyli kənd tam orta məktəbini qurtardıqdan sonra 617 balla Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olub və akademiyanı fərqlənmə diplomu ilə bitirib.
44 günlük Vətən müharibəsində döyüşlərdə iştirak edib. Xidmətdə fərqləndiyinə görə sağlığında “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci və 3-cü dərəcəli, “Silahlı qüvvələrin 95 illiyi”, “Azərbaycan Sərhəd mühafizəsi”, “Sərhəddə fərqlənməyə görə”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif edilib. Bu ilin iyun ayında DSX-nin Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ildırım vurması nəticəsində həlak olub.



Gəncə şəhərində anadan olan Əli Nağıyev isə 2005-ci il təvəllüdlüdür. Bu ilin iyun ayında DSX-nin Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ildırım vurması nəticəsində həlak olub.
17-08-2024, 16:23
Azad edilən ərazilərdə silah-sursat tapıldı


Azad edilən ərazilərdə silah-sursat tapıldı

İşğaldan azad olunmuş torpaqlarda xeyli sayda silah-sursat aşkar olunub.
Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, həyata keçirilən tədbirlərlə 10-16 avqust tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 8 avtomat silahı, 2 tapança, 8 tüfəng, 29 qumbara, 24 alışdırıcı, 2 mərmi, 15 süngü-bıçaq, 131 patron darağı, 3480 ədəd müxtəlif çaplı patron və digər sursatlar tapılıb.
Eyni zamanda Kəlbəcər rayonu ərazisindən 1 avtomat silahı, 6 qumbara, 1 süngü-bıçaq, 4 patron darağı, 417 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən 1 avtomat, 1 tapança, 2 tüfəng, 3 mərmi, 1 qumbara, 1 patron darağı və 30 ədəd müxtəlif çaplı patron, Cəbrayıl rayonu ərazisindən 1 avtomat silahı, 1 tüfəng, 3 paatron darağı və 112 ədəd müxtəlif çaplı patron, Xocavənd rayonu ərazisindən 2 avtomat silahı, 1 süngü-bıçaq, 4 patron darağı və 102 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Bildirilib ki, işğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
17-08-2024, 16:13
Tovuzda ağır qəza - ölən var


Tovuzda ağır qəza - ölən var

Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə rayonun Qovlar kəndində qeydə alınıb.
Hadisəyə “Hyundai” markalı yük maşını ilə “Vaz 2106” markalı minik maşınının toqquşması səbəb olub. Qəza zamanı minik maşınının sürücüsü, Tovuz rayonu Alakol kənd sakini Şakir Abbasov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
17-08-2024, 15:41
Prezident Pakistanla imzalanan sənədləri təsdiqlədi


Prezident Pakistanla imzalanan sənədləri təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycanla Pakistan arasında imzalanmış sənədləri təsdiqləyib.
Dövlət başçısı "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında" Fərman imzalayıb.
Prezident İlham Əliyev bundan əlavə, aşağıdakı sənədlərin təsdiqlənməsi barədə də Fərman imzalayıb:
- “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında mineral ehtiyatlar və geologiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında;
- “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının İnformasiya Texnologiyaları və Telekommunikasiya Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə;
- “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Memorandumu”nun təsdiq edilməsi haqqında;
- “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında elmi və texnoloji əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə.
17-08-2024, 12:43
Qardaşının evindən oğurluq etdi


Qardaşının evindən oğurluq etdi

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki yaşayış evlərindən birinin həyətindən 1370 manat dəyərində inşaat materialları oğurlayan şəxs saxlanılıb.
Əməli törədən şəxsin zərərçəkmişin qardaşı, əvvəllər məhkum olunmuş Sadiq Zeynalov olduğu müəyyən edilib.
Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində isə rayon ərazisində yerləşən istirahət mərkəzlərindən birindən oğurluq edən Salam Əzizov saxlanılıb. Saxlanılan şəxsin sözügedən obyektin həyətindən ümumi dəyəri 5000 manat olan soyuducu, elektrik transformatoru və digər məişət avadanlıqları oğurladığı müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.
17-08-2024, 11:46
Şəhid sərhədçilərimiz təltif olundu


Şəhid sərhədçilərimiz təltif olundu

Prezident İlham Əliyev xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) üç əməkdaşını təltif edib.
Vətən müharibəsində şəhid olan gizir Əliyev Rüfət Fizuli oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, bu il iyun ayında Laçında ildırım vurması nəticəsində həlak olan mayor Baxışlı Baxış Elşən oğlunu “Vətən uğrunda” medalı ilə və onun əsgəri Nağıyev Əli Elşən oğlunu isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edib.
Qeyd edək ki, Prezident İlham Əliyev bu gün "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında" Sərəncam imzalayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!