68 yaşlı kişi özünü borudan asdı .....                        Qiyamçılar Hələbə daxil oldular .....                        Gürcüstanda etirazçılara xəbərdarlıq edildi .....                        Kəmaləddin Heydərov polkovniki işdən çıxardı - Yeni təyinat .....                        Masazırda evdə uçqun - ölən və yaralananlar var .....                        Gürcüstanda qarşıdurma güclənir - Hərbçilər də etiraza qoşuldu .....                        Milli Məclisin növbəti iclaslarının gündəliyi açıqlandı .....                        4400 Qarabağ ermənisinə Ermənistan vətəndaşlığı verilib .....                        Rusiya "3+3"ü təşkilata çevirmək istəyir .....                       
Tarix : 17-08-2024, 18:22
Erməni kilsəsi Türkiyə və Azərbaycana münasibətdə yeni problemlərə zəmin yaradır


Erməni kilsəsi Türkiyə və Azərbaycana münasibətdə yeni problemlərə zəmin yaradır

Nikol Paşinyan hakimiyyətini tənqid edən erməni kilsəsi Ermənistanın bu gün düşdüyü ağır vəziyyətdən çıxması üçün heç bir yeni ideya irəli sürə bilmir. Kilsə erməni xalqının maraqlarını dəstəkləmək əvəzinə, qonşu dövlətlərlə ikitərəfli münasibətlərdə daha böyük problemlərə zəmin yaradır.
Bu fikri Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) analitiki Mehmet Oğuzhan Tulun səsləndirib.
Ekspert xatırladıb ki, 44 günlük Vətən müharibəsindəki məğlubiyyətdən sonra Nikol Paşinyanın hökuməti əvvəlki hakimiyyətin Ermənistanı regional əməkdaşlıqdan təcrid edən siyasətindən əl çəkmək kursunu götürüb.
AVİM-in analitiki kilsə ilə Paşinyan hökuməti arasında münasibətlərin 2018-ci ildən pisləşdiyini, 2023-cü ildən isə din xadimlərinin bir növ müxalif siyasi partiya rolunda çıxış edərək hakimiyyəti açıq şəkildə tənqid etməyə başladığını xatırladaraq deyib: “Paşinyanın bu istiqamətdə atdığı addımlar təkcə radikal müxalifət tərəfindən deyil, həm də erməni kilsəsi tərəfindən qəbul edilmir”.
Tulun qeyd edib ki, kilsə nümayəndələri Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdan imtina etməyi tələb edərək, Paşinyanın əleyhdarları ilə görüşlər keçirməyə başlayıblar.
Onun sözlərinə görə, İrəvanın Ankara və Bakı ilə dialoqu son nəticədə Ermənistanın mövcud sərhədlərinin məntiqi olaraq qəbul edilməsinə, “Qərbi Ermənistan” və 1915-ci il hadisələri ilə bağlı hər hansı xatırlatmanın rəddinə, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi rəsmən tanınmasına və anklav əraziləri məsələsinin həllinə gətirib çıxarmalıdır.
Türkiyəli analitik qeyd edib ki, uzun müddət Ermənistan əhalisinin əksəriyyətinə Türkiyə, Azərbaycan, eləcə də Gürcüstan və İran ərazilərinin bir hissəsinin “ermənilərin tarixi torpaqları” olması barədə yanlış fikir aşılanıb. O vurğulayıb: “Birinci Qarabağ müharibəsinin nəticələri “güclü erməni xalqı” mifini təbliğ edirdi. İkinci Qarabağ müharibəsi bütün bu saxta iddiaları puça çıxardı, ermənilərin gözünü açdı, həmin məntiqsiz və dağıdıcı ideologiyaya son qoydu”.
AVİM-in eksperti daha sonra qeyd edib ki, Nikol Paşinyanın “islahatları” yolunda Ermənistanın 1995-ci ildə qəbul edilmiş və 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edən hazırkı Konstitusiyanın dəyişdirilməsi kimi çətin missiya dayanır. “Bəyannamə təkcə Azərbaycanın bütövlüyünü deyil, 1921-ci il Moskva və Qars müqavilələrini də rədd edir ki, bu da Türkiyə-Ermənistan sərhədinin tanınmaması deməkdir. Eyni sənəd Osmanlı dövlətində 1915-ci il “soyqırımı” uydurmasının təbliğinə də çağırır”.
Ekspert qeyd edib ki, Ermənistanın Əsas Qanununda bu sənədə istinad mövcud olduqca, bu ölkənin Konstitusiya məhkəməsi Türkiyə və Azərbaycanla ziddiyyətlərin həlli istiqamətində istənilən addımın qarşısını ala biləcək. Analitik bildirib ki, analoji vəziyyət 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair Sürix protokollarının nümunəsində özünü büruzə verib.
Erməni kilsəsi məsələsinə qayıdan analitik qeyd edib ki, Ermənistan ətrafında status-kvonun siyasi və hüquqi dəyişikliyi istiqamətində atılan istənilən addımlar təkcə bütün ermənilərin katolikosu II Qaregin deyil, həm də bütün türklərə nifrəti ilə tanınan Kilikiya katolikosu I Aramın kəskin narazılığına səbəb olub. O əlavə edib: “Erməni kilsəsinin nümayəndələri siyasətçilər kimi çıxış edərək, İrəvanın Ermənistanın regional təcridinə doğru kursunu dəyişməz saxlamağa çalışırlar ki, bu da Ankara və Bakı ilə danışıqlara təsir edir. İki ildən sonra Ermənistanda keçiriləcək seçkilər Paşinyanın rəqiblərinə dəstəyin səviyyəsini nümayiş etdirəcək”.
Tulun əmindir ki, Türkiyə Ermənistanda hökumət əleyhinə son aksiyalara Daşnaksütyun partiyasına yaxınlığı ilə tanınan arxiyepiskop Baqrat Qalstyanın rəhbərlik etdiyini nəzərə alıb. Belə ki, həmin daşnaklar terrorçuları dəstəkləməklə və JCAG kimi qanlı təşkilatlar yaratmaqla tanınır. 1970-1980-ci illərdə həmin təşkilatın üzvləri dünyanın müxtəlif ölkələrində türk diplomatlarını qətlə yetiriblər. Bu baxımdan, 1982-ci il yanvarın 28-də Türkiyənin Los-Ancelesdəki baş konsulu Kemal Arıkanın qətlində təqsirli bilinən terrorçu Hampiq Sasunyanın da Qalstyanın tərəfdarları sırasında olması heç də təsadüfi deyil.
“Hökumətdən fərqli olaraq, erməni kilsəsinin nümayəndələrinin siyasi təcrübəsi yoxdur və bu da korafəhm siyasi addımların dəstəklənməsinə gətirib çıxarır. Onlar başa düşə bilmirlər ki, Ermənistanın düşdüyü çətin vəziyyətin əsas səbəbi əvvəlki hakimiyyətin səhvləri ilə bağlıdır”, - deyə AVİM-in eksperti vurğulayıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!