Kreml beynəlxalq hüququ pozur, insanları öldürür - Lyayen .....                        Husilər İsrail aeroportunu vurdu .....                        Bitməsini istəmirəm... - Messi .....                        Gəncədəki bədbəxt hadisə ilə bağlı FHN-dən AÇIQLAMA .....                        Gəncədə ev uçdu - Fəhlə öldü .....                        “Dostluq” kəmərinə yeni ZƏRBƏLƏR .....                        Qüdsdə Netanyahuya qarşı ETİRAZLAR .....                        Azərbaycan - Ukrayna oyununun hakimləri açıqlandı .....                        Britaniya hərbçiləri “görünməz" olacaq .....                       
Tarix : 3-12-2019, 09:32
ETİ-nin elmi katibi, dosent Zaur Əliyevin "Erməni kilsəsi və terror. Erməni tarixindən Ermənistan dövlətinə qədər” adlı yeni kitabı nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin "Erməni kilsəsi və terror. Erməni tarixindən Ermənistan dövlətinə qədər” adlı yeni kitabı nəşr olunub.
Butov.az-a verilən məlumata görə, kitabda qeyd olunur ki, XVIII əsrin əvvəllərindən etibarən Çar Rusiyası Cənubi Qafqazda müstəmləkəçilik planlarını həyata keçirmək məqsədilə erməni amilindən məharətlə istifadə edib. Ermənilər də öz növbəsində Rusiyanın İran və Türkiyə ilə apardığı müharibələr zamanı işğal etdiyi ərazilərdə sonralar öz dövlətlərini yaratmağa nail olublar. Bu işdə onlara açıq-aşkar dəstək verən isə erməni kilsəsi olub.
Təqdim edilən araşdırma ermənilərin milli kimlik davasından başlayaraq, mövcud Ermənistan Respublikasının terror siyasətinə qədər olan dövrü əhatə edir. Kitabda erməni kilsəsinin yaranması və fəaliyyəti, Alban kilsələrinə və kimliyinə sahiblənməsi, oğurlanmış alban adları və abidələri haqqında yeni faktlar əks olunub. Kitabda, həmçinin erməni milli psixologiyası və elmdə mövcud olan erməni xəstəliyinin tibbi analizi, uydurma erməni soyqırımı, Qarabağda erməni terror təşkilatları və kilsəsi, alman faşizmi və ermənilər, yəhudilərə olan nifrət və terror, SSRİ dövründə törədilən terrora kilsənin yanaşması, Ermənistan dövlətinin terror siyasətinin qanunvericilikdə əks edilməsi, oğurluq soyadlar, ermənilərin film mübarizəsi və digər mövzular yer alıb.
Müəllif yerli və xarici arxiv sənədləri, əlyazmalar və nadir mənbələrə istinad edərək kitabda ermənilərin Qafqaza gəlmə olmasını və burda tarixən mövcud olan Albaniya dövlətinin kimliyinə oğurluq yolla sahiblənməsini sübut edib. Kitab Erməni kilsəsi və Ermənistan dövlətinin iç üzünü açan lazımlı mənbə rolunu oynayır.
Kitab "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin dəstəyi ilə çap edilib. Kitabın redaktoru AMEA Elm Tarixi İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev, rəyçisi isə Günel Səfərovadır.
Kitab elmi tədqiqat aparan şəxslər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!