Zelenski Alyaska görüşünə niyə dəvət edilməyib? - Ağ Evdən CAVAB .....                        Azərbaycan və Ermənistanla sülh sazişi buna misaldır - Rubio .....                        Çin Çexiya Prezidenti ilə əlaqələri kəsdi .....                        Kür çayında kritik vəziyyət .....                        Elmar Məmmədyarov İrəvana səfir gedə bilər: "Necə məsləhətdir..." .....                        Zəngəzur dəhlizi qədim İpək yolunun bərpası deməkdir - Deputat .....                        Müəllimlərin sertifikasiyasının müsahibəsi nə vaxt başlayır? - RƏSMİ .....                        Ukrayna Rusiyanın işğal etdiyi ərazilərdən imtina edə bilər .....                        Tarix dərsliklərində Zəngəzur dəhlizindən BƏHS EDİLƏCƏK - RƏSMİ .....                       
23-02-2024, 00:33
Türkiyə beşinci nəsil hərbi təyyarələrini 2028-ci ildə əldə edəcək


Türkiyə beşinci nəsil hərbi təyyarələrini 2028-ci ildə əldə edəcək

Türkiyənin istehsal etdiyi beşinci nəsil hərbi təyyarələrin 2028-ci ildə döyüş növbətçiliyinə təhvil verilməsi planlaşdırılır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dənizli əyalətinin cənub-qərbində hakim Ədalət və İnkişaf Partiyasının mitinqində deyib.
Onun sözlərinə görə, beşinci nəsil təyyarənin işlənib hazırlanması prosesi Türkiyədə təxminən 15 ildir davam edir və hazırda KAAN təyyarəsinin uçuş sınaqlarının başlanmasını nəzərdə tutan kritik mərhələ arxada qalıb. “Döyüş təyyarəsinin ilk uçuşu uğurla başa çatıb. İlk KAAN təyyarələrini 2028-ci ilin sonuna qədər Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verməyi planlaşdırırıq”, - deyə Türkiyə rəhbəri bildirib.
Dövlət başçısı Türkiyənin hərbi təyinatlı məhsullarının ixrac həcminin artdığını da vurğulayıb.
Ərdoğan xatırladıb ki, 2023-cü ilin yekunlarına görə Türkiyənin müdafiə sənayesi məhsulları ixracının həcmi 5,5 milyard dollara çatıb. "Bu gün Türkiyə öz hərbi gəmilərini inşa edə bilən on ölkənin siyahısına daxildir. Üstəlik, biz yalnız hərbi gəmilərin layihələndirilməsi və istehsalı ilə məşğul olmuruq, həm də onları yerli silahlarla, o cümlədən radarlarla təmin edirik”, - Türkiyə Prezidenti bəyan edib.
Türkiyə Prezidenti Türkiyənin müdafiə sənayesinin nailiyyətləri sırasında zərbə endirən pilotsuz uçuş aparatlarını (PUA) və pilotsuz KIZILELMA təyyarəsini qeyd edib.
23-02-2024, 00:23
“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəldi


“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəldi

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib.
Azərbaycan çempionu UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyərək, bunu reallaşdırıb.
Səfərdə 4:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionundakı cavab qarşılaşmasında 2:3 hesabı ilə uduzsa da, mərhələni adlamağı bacarıb.
Azərbaycan çempionu 120+2-ci dəqiqədə növbəti mərhələni gətirən qolu vurub. Nəriman Axundzadə qapıçı ilə təkbətək şansı əldən verməyib. Nəticədə təmsilçimiz 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gəlib.
Beləliklə, “Qarabağ” Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub. Bu mərhələnin oyunları martın 7-də və 14-də keçiriləcək.
22-02-2024, 21:22
Sərnişin qatarında partlayış baş verməsi xəbəri həqiqəti əks etdirmir - RƏSMİ


Sərnişin qatarında partlayış baş verməsi xəbəri həqiqəti əks etdirmir - RƏSMİ

Bu gün axşam saatlarında Bakı-Sumqayıt istiqamətində hərəkət edən 6623 saylı sürətli sərnişin qatarı Pirşağı sahəsində olarkən gərginliyin verilməsində yaranmış texniki nasazlığa görə dayanmalı olub.
Bu barədə Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib.
Qeyd edilib ki, əraziyə cəlb olunan ADY-nin texniki heyətinin dəstəyi ilə nasazlıq aradan qaldırılmış və qatarın hərəkəti bərpa olunmuşdu. Sözügedən hadisə ilə əlaqədar olaraq həmin istiqamətdə hərəkət edən qatarların qrafikində qismən kənara çıxmalar müşahidə olunmuşdur.
Bəzi saytlarda qatarın qəzaya uğraması, partlayışın baş verməsi və ya xəsarət alanların olması ilə bağlı paylaşılmış xəbərlər həqiqəti əks etdirmir.
22-02-2024, 20:35
Yasamaldakı kafedə baş vermiş yanğın söndürüldü


Yasamaldakı kafedə baş vermiş yanğın söndürüldü

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində kafedə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
22-02-2024, 20:24
Sahibə Qafarova Numan Kurtulmuşla görüşdü


Sahibə Qafarova Numan Kurtulmuşla görüşdü

Fevralın 22-də Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 14-cü sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla görüşüb.
TBMM sədrini salamlayan Milli Məclisin sədri qardaş ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu bildirib.
O, bir neçə gün əvvəl Prezident İlham Əliyevin seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə etdiyini xatırladaraq, qeyd edib ki, ölkə başçılarımızın dostluq və qardaşlıq münasibətləri bizim hər birimiz üçün örnək təşkil edir. Vurğulanıb ki, bu gün Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarı layiqincə həyata keçirilir.
Prezident İlham Əliyevin Milli Məclisdə keçirilən andiçmə mərasimindən danışan Milli Məclisin sədri diqqətə çatdırıb ki, ölkə başçımızın həmin mərasimdəki çıxışındakı “Bizim ailəmiz Türk dünyasıdır” fikri xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan türk dövlətləri bir-birilə daha sıx münasibətlər qurmalıdır və bu sahədə parlamentlərin də üzərinə mühüm vəzifələr düşür. Sahibə Qafarova parlamentlərimizin həm ikitərəfli əsasda, həm də TÜRKPA çərçivəsində fəaliyyətin gücləndirilməsinin vacibliyindən danışıb.
Spiker Sahibə Qafarova ölkəmizdə keçirilmiş prezident seçkilərində TBMM-in müşahidə missiyasının ən böyük heyətlə təmsil olunmasına və AŞPA sədrinə ünvanladığı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin bu qurumda təsdiqlənməməsinə etiraz edən məktuba görə türkiyəli həmkarına bir daha təşəkkürünü bildirib.
Görüşdə Türkiyə-Azərbaycan Universitetinin yaradılmasından məmnunluq ifadə edilərək, bunun ölkələrimiz arasında qardaşlığın daha bir örnəyi olduğu vurğulanıb. Qeyd edilib ki, bu universitet gənclərimizin gələcək inkişafına öz töhfəsini verəcək.
Azərbaycanda olmaqdan məmnunluğunu bildirən TBMM sədri Numan Kurtulmuş APA-ya sədrliyin Azərbaycana keçməsi və ölkəmizin bu qurumun sessiyasına yüksək səviyyədə ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb. O, TBMM-in Azərbaycanın təşkilata sədrliyini hərtərəfli şəkildə dəstəkləyəcəyini ifadə edib.
TBMM sədri fevralın 7-də Azərbaycanda keçirilmiş şəffaf və demokratik prezident seçkilərində Prezident İlham Əliyevin qələbə qazanması münasibətilə təbriklərini çatdırıb. O, bu seçkiləri TBMM üzvlərinin də müşahidəçi qismində izlədiklərini və seçkilərdə seçici fəallığının yüksək olduğunu xüsusi qeyd edib.
Söhbət zamanı TBMM sədri AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsindən təəssüfünü bildirib və bu qərarın qəbuledilməz olduğunu qeyd edib. O, bu qərarın AŞPA-nın öz mahiyyətinə də zidd olduğunu, Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətinin qurumun da xeyrinə olduğunu söyləyib. TBMM sədri bu qərarı müəyyən lobbi qruplarının işinin nəticəsi kimi qiymətləndirib.
Milli Məclisin sədri Sahibə Qafarova isə Avropada son vaxtlar islamofob, türkəfob və azərbaycanofob qüvvələrin fəallaşdığını bildirirək, bunun onların Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən narahat olmalarından irəli gəldiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, başda Fransa olmaqla bəzi ölkələr Azərbaycan əleyhinə fəaliyyət göstərərək, erməni lobbisinin maraqlarına xidmət edir.
Görüşdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, bu sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi və digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
22-02-2024, 20:03
Qərbi Azərbaycan İcmasında kitab təqdimatı keçirilib


Qərbi Azərbaycan İcmasında kitab təqdimatı keçirilib

Qərbi Azərbaycan İcmasında filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin Qərbi Azərbaycan İcmasının dəstəyi ilə nəşr edilən "Qərbi Azərbaycan mətbuat tarixi" kitabının təqdimatı keçirilib.
Butov.az xəbər verir ki, İcmanın sədri, Millət Vəkili Əziz Ələkbərli bildirib ki, müəllifin kitabında Qərbi Azərbaycanda 1914-1988-ci illər dövrünü əhatə edən, ictimai-ədəbi fikir tariximizdə mühüm yer tutan milli mətbuatın yaranma tarixi və onun keçdiyi mürəkkəb inkişaf yolu araşdırılır. Eyni zamanda Qərbi Azərbaycanda nəşr olunan milli mətbuat orqanlarının meydana gəlməsində və onların fəaliyyətində böyük fədakarlıq göstərmiş görkəmli ziyalılar barədə məlumat verilir.

Digər çıxış edənlər kitabın ərsəyə gəlməsinə görə müəllifə təşəkkürlərini bildirib, Azərbaycan mətbuatı tarixi ilə maraqlananlar üçün faydalı mənbə olduğunu vurğulayıblar.
Tədbirin sonunda xatirə şəkili çəkdirilib.
22-02-2024, 19:29
Yasamalda restoran yanır


Yasamalda restoran yanır

Fövqəlada Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yasamal rayonu, İzmir küçəsində restoranda yanğın baş verməsi ilə bağlı məlumat daxil olub.
Bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.
Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb edilib.
Yanğının söndürülməsi istiqamətində əməliyyat keçirilir.
22-02-2024, 19:21
Ukrayna Azərbaycana yeni səfir təyin etdi


Ukrayna Azərbaycana yeni səfir təyin etdi

Prezident Volodimir Zelenskinin Fərmanı ilə Ukraynanın Azərbaycana yeni səfiri təyin edilib.
Bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.
Fərmana əsasən, Yuri Qusev Ukraynanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
22-02-2024, 19:19
ABŞ-nin İqlim üzrə xüsusi nümayəndəsi Azərbaycandadır


ABŞ-nin İqlim üzrə xüsusi nümayəndəsi Azərbaycandadır

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir.
Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində paylaşım edilib.
Syu Biniazini noyabrda Bakıda COP29-un uğurla keçirilməsinə ABŞ-ın dəstəyini vurğulamaq üçün hökumət rəsmiləri ilə görüşəcək.
O, həmçinin ADA Universitetində iqlim böhranının həlli üzrə beynəlxalq əməkdaşlıq mövzusunda keçirələcək tədbirdə çıxış edəcək.
22-02-2024, 18:47
Hakan Fidan rusiyalı həmkarıyla görüşdü


Hakan Fidan rusiyalı həmkarıyla görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüş Rio-de-Janeyroda keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində baş tutub.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!