Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
15-12-2024, 00:27
"Bavariya" bu mövsüm ilk dəfə məğlub oldu


"Bavariya" bu mövsüm ilk dəfə məğlub oldu

Münxenin “Bavariya” klubu futbol üzrə Almaniya çempionatının - Bundesliqanın 14-cü turu çərçivəsində ilk dəfə məğlub olub.
Münxenlilər dekabrın 14-də səfərdə "Maynts 05” komandasına 1:2 hesabı ilə uduzublar. Ev sahiblərinin heyətində cənubi koreyalı Li Jae-Sunq matçın 41-ci və 60-cı dəqiqələrində dubl edib. “Bavariya” ancaq oyunun sonunda – 87-ci dəqiqədə Leroy Sanenin qolu ilə hesab arasındakı fərqi azalda bilib. Bu, Münxen təmsilçisinin cari mövsümdə Bundesliqada ilk məğlubiyyəti olub.
Bundesliqanın 14-cü turunun digər qarşılaşmalarında “Bayer Leverkuzen” səfərdə “Auqsburq”un qapısından iki cavabsız top keçirib. “Borussiya Münxenqladbax” ev oyununda “Holştayn Kiel”i 4:1 hesabı ilə məğlub edib. “Union Berlin” – “Boxum” matçında qalib müəyyənləşməyib – 1:1. Günün sonuncu görüşündə isə “Verder Bremen” səfərdə “St. Pauli” komandasına 2:0 hesabı ilə qalib gəlib.
Tura dekabrın 15-də keçiriləcək “Haydenhaym” – “Ştutqart”, “Borussiya Dortmund” – “Hoffenhaym” və “Leyptsiq – “Ayntraxt Frankfurt” görüşləri ilə yekun vurulacaq.
Xatırladaq ki, turun ötən gün oynanılan açılış matçında “Frayburq” doğma meydanda “Volfsburq”u 3:2 hesabı ilə məğlub edib.
Məğlubiyyətə baxmayaraq, “Bavariya” 33 xalla Bundesliqada liderliyini davam etdirir. Münxen təmsilçisindən dörd xal geri qalan “Bayer Leverkuzen” ikinci pillədədir. Sabah üz-üzə gələcək “Ayntraxt Frankfurt” 27 xalla üçüncü, “Leyptsiq” isə 24 xalla dördüncü sıradadır.
14-12-2024, 22:50
Qaxda avtomobil yanaraq sıradan çıxdı


Qaxda avtomobil yanaraq sıradan çıxdı

Qax rayonunda avtomobil yanıb.
Yanğın hadisəsi Qax-Qorağan avtomobil yolunun Turaclı kəndi ərazisindən keçən hissəsində baş verib.
Yanğın yerinə Qax rayon YMH nin yanğınsöndürənləri cəlb olunub.
Hadisə zamanı 1981-ci il təvəllüdlü Abbasov Taleh Tahir oğluna məxsus "Opel Astra"markalı minik avtomobilinin dəmir konstruksiyaları tamamilə yanıb.
14-12-2024, 22:36
Üsyançı lider Suriya prezidenti olmaq istəyir


Üsyançı lider Suriya prezidenti olmaq istəyir

Suriyada hakimiyyəti ələ alan silahlı qrupların lideri Əhməd əl-Şaraa (ləqəbi Əbu Məhəmməd əl-Culani) ölkə başçısı olmaq niyyətindədir.
Bu barədə “Al Araby” telekanalı məlumat yayıb.
O bildirib ki, Suriya vətəndaşları və ya onun ətrafındakılar xahiş edərsə, Suriya prezidentliyinə namizədliyini irəli sürməyə hazırdır.
“Əgər vətəndaşlar və ya ətrafımdakı insanlar bunu istəsə, Suriya Respublikasının prezidentliyinə namizədliyimi irəli sürəcəyəm”, - deyə “Heyət Təhrir əl-Şam” qruplaşmasının lideri söyləyib.
Qeyd edək ki, noyabrın 27-də hücuma başlayan “Heyət Təhrir əl-Şam” (HTŞ) silahlı qruplaşması 12 gün ərzində paytaxt Dəməşqə çatıb. Bəşər Əsəd prezident postunu tərk edib və Suriyadan qaçıb.
14-12-2024, 22:12
Türkiyə kanalının əməkdaşı öldürüldü


Türkiyə kanalının əməkdaşı öldürüldü

Türkiyənin "Haber Global" telekanalının əməkdaşı Muharrem Can Kurtuluş silahlı hücumda həyatını itirib.
Bu barədə telekanalın məlumatında bildirilib.
Qeyd edilib ki, Kurtuluşa hücum edən 4 şübhəli qısa müddətdə saxlanılıb.
Məlumata görə, "Haber Global"ın əməkdaşı avtomobilini İstanbulun Beylikdüzü rayonundakı dayanacaqda saxlayıb. O, kafeyə gedərkən dayanacaqda dörd nəfərin məmurlarla mübahisə etdiyini görüb. O, tərəfləri sakitləşdirməyə çalışıb.
Sonradan dostu ilə kafedən çıxan Muharrem Can Kurtuluş maşınına minib və dayanacaqdan çıxarkən mübahisə etdiyi 4 şübhəli maşının qarşısını kəsib. Onlar maşından düşən "Haber Global"in əməkdaşını güllələyiblər və hadisə yerindən qaçıblar. Ağır yaralanan Kurtuluş aparıldığı xəstəxanada dünyasını dəyişib.
Polis bildirib ki, şübhəlilərin qaldıqları ünvanlarda aparılan axtarışlar zamanı 1 ədəd sənədsiz tapança, 4 ədəd tərəzi və 1 kilo 200 qram narkotik vasitə götürülüb.
14-12-2024, 22:02
Gürcüstanda dəhşət: 12 nəfərin meyiti tapıldı


Gürcüstanda dəhşət: 12 nəfərin meyiti tapıldı

Gürcüstanın Qudauri bölgəsində yerləşən hind restoranında 12 nəfərin meyiti tapılıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Kurort zonasında fəaliyyət göstərən Hindistan restoranının ikinci mərtəbəsindəki yataq otağında 12 nəfərin meyiti tapılıb. Ölənlərdən biri Gürcüstan vətəndaşı, 11-i isə əcnəbidir. Onların hamısının restoranın işçiləri olduğu iddia edilir.
Versiyalardan birinə görə, 12 nəfərin ölümünə səbəb dəm qazıdır.
İstintaqın məlumatına əsasən, ölənlərin meyitlərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb.
Hadisə yerində məhkəmə-tibbi ekspertiza cəlb olunub.
14-12-2024, 21:39
İdmançımız dünya ikincisi oldu


İdmançımız dünya ikincisi oldu

Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Bəhreynin paytaxtı Manamada keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatında gümüş medal qazanıb.
109 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxan idmançı birdən qaldırma hərəkətində 183 kiloqramı ram edib və bu hərəkətdə 4-cü olub.
Dadaş təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək tarixi uğur qazanıb. O, 221 kiloqramı başı üzərinə qaldıraraq bu hərəkətdə mundialın gümüş mükafatına sahib çıxıb.
Dadaşbəyli cəmi 404 kiloqram (183+221) nəticə ilə yekun sıralamada da 2-ci yeri tutaraq fəxri kürsüdə yer alıb.
Dadaş ötən il Səudiyyə Ərəbistanında keçirilən dünya çempionatında bürünc medal qazanaraq 18 illik fasilədən sonra bu nəticə nail olan ağırlıqqaldıran olmuşdu.
Qeyd edək ki, mundiala dekabrın 15-də yekun vurulacaq.
14-12-2024, 20:50
Türkiyə klubu Uyğunla yollarını ayırdı


Türkiyə klubu Uyğunla yollarını ayırdı

Türkiyənin "Sivasspor" komandası baş məşqçisi Bülənt Uyğunla yollarını ayırıb.
Uğursuz nəticələrə görə mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
"Sivasspor" Bülənt Uyğunun rəhbərliyi altında bu mövsüm XVI turdan sonra topladığı 18 xalla 12-ci pillədə qərarlaşıb.
14-12-2024, 20:13
Parisdə etiraz aksiyası


Parisdə etiraz aksiyası

Bu gün Parisdə Eyfel qülləsinin önündə yerləşən Trokadero - İnsan Hüquqları meydanında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı və Fransız müstəmləkələrinin müstəqillik hərakatlarının üzvlərinin iştirakı ilə “Dekolonizasiya gününə” (BMT Baş Assambleyası 14 dekabr 1960-cı ildə "Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə" qəbul etmişdir.) həsr edilmiş etiraz aksiyası keçirilib.
Etiraz aksiyası zamanı ”Kolonializmə Son, Azadlıq”, ”Azadlıq üçün mübarizə edək”, "Azad gələcək üçün birlikdə" "Dekolonizasiya indi başlayır" “Gəlin tarixi öz sözlərimizlə və öz mübarizəmizlə yenidən yazaq!” "Torpaqlarımızı və tariximizi bizə geri ver!" kimi müxtəlif şüarlar səsləndirilib.
Sözügedən etiraz aksiyasında Qəmər adalarını, Quadelupanı, Fransız Polineziyasını, Reuniyonu, Yeni Kaledoniyanı,Sen Martini, Korsikanı və Martinikanı təmsil edən müstəqillik hərakatlarının nümayəndələri iştirak edib.
Aksiya iştirakçıları 14 dekabr 1960-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş 1514 nömrəli Qətnamənin yerinə yetirilməsi və eyni zamanda beynəlxalq ictimaiyyəti və beynəxalq təşkilatları koloniyalardakı cari vəziyyətə adekvat reaksiya göstərməyə çağırış ediblər.
14-12-2024, 19:15
Parlamentə 1 milyon manat əlavə pul ayrılacaq


Parlamentə 1 milyon manat əlavə pul ayrılacaq

Milli Məclisin gələn il üçün xərclər smetası dəyişib
Parlamentin xərcləri 1 milyon manat daha çox olacaq.
Belə ki, “Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında” qərar layihəsinin ilkin variantına əsasən, Milli Məclisin və onun aparatının xərclər smetası 51 851 447 manat olacaqdı.
Həmin vəsaitin 29 396 034 manatı ştatda olan işçilərin əməkhaqqına, 2 235 143 manatı əməyin ödənişi ilə bağlı digər pul ödənişlərinə yönəldiləcəkdi.
Dekabrın 16-da plenar iclasda müzakirəyə çıxarılacaq “Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında” qərar layihəsinə əsasən, Milli Məclisin və onun aparatının xərclər smetası 52 850 118 manat olacaq. Beləliklə, Milli Məclisin və onun aparatının xərclər smetası 998 min 671 manat artırılır.
Həmin vəsaitin 29 500 129 manatı ştatda olan işçilərin əməkhaqqına, 2 245 478 manatı əməyin ödənişi ilə bağlı digər pul ödənişlərinə yönəldiləcək.
14-12-2024, 18:38
12 ildən sonra Suriyada...


12 ildən sonra Suriyada...

Türkiyənin Dəməşqdəki səfirliyində türk bayrağı qaldırılıb.
Səfirlik 12 ildən sonra fəaliyyətini bərpa edib.
Türkiyənin Mavritaniyadakı səfiri Burhan Köroğlu səfirliyin müvəqqəti işlər vəkili vəzifəsinə təyin edilib.
Koroğlu və komandası artıq Dəməşqə yola düşüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!