Redaksiyadan: Əziz oxucular, poçtumuza daxil olan
Rəhim Cavadbəylinin “Xorasan/ Azərbaycan Mədəniyyət Hövzəsinin İslam sonrası siyasi iradəsini təmsil edən dövlətlər üzərinə” məqaləsini oxuyub fikir bildirməsi xahişi ilə Bakı Dövlət Universitetinin dosenti Ələmdar Şahverdiyevə müraciət etdik. Tarixçi alimin sözü gedən yazı haqqında rəyi və yazını diqqətinizə təqdim edirik:
Müəllif klassik dövlət- xalq kimliyini bu müstəvidə( yəni islamdan sonrakı dövlətlər əsasında) tədqiq etmək üçün öncə Azərbaycan türk kimliyinin tarixinə vahid Azərbaycan üzərindən münasibət bildirsə idi daha məqsədəuyğun olardı. Çünki zaman-zaman vahid Azərbaycan - türk kimliyi mühafizəkar-şovinist fars, rus, erməni və s. tarixçiləri tərəfindən heç bir elmi əsası olmayan saxtalaşdırmaya məruz qalıb. İran tarixşünaslığında mövcud olan “ Kəsrəvilik” təlimi bunun bariz nümunəsidir. Əhməd Kəsrəvi Azərbaycan türkü olsa da o, Azərbaycan dedikdə Cənubu nəzərdə tutur, Şimalı isə Aran, Muğan və Şirvan adlandıraraq burada türkçülüyün tarixini şübhə altına alır. Məqalədə dövlət- xalq kimliyi fars- türk simbiozu olaraq tədqiq edilir.
Müəllif, əgər L.N.Qumilevin passionarlıq təkanları konsepsiyası əsasında tədqiqat aparsa idi yəqin ki, çox böyük elmi uğur əldə etmiş olardı və Xorasan/Azərbaycan Mədəniyyət hövzəsinin tarixi üçün böyük töhvə verərdi. Müəllif, eyni zamanda, görkəmli Azərbaycan tarixçisi prof. S. Əliyarlının dövlət- xalq kimliyi ilə bağlı akademik araşdırmasına müraciət etsə idi bir sıra elmi yeniliklərə imza atmış olardı. Bütövlükdə, məqalə müqayisəli təhlil yolu ilə tədqiq olsa idi elmi baxımdan daha zəngin olardı.
Ələmdar ŞAHVERDİYEV,
Bakı Dövlət Universitetinin dosenti BELƏLİKLƏ Rəhim CAVADBƏYLİNİN yazısını nöqtə vergülünə toxunmadan Diqqətinizə çatdırırıq:Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsinin İslam Sonrası Siyasi İradəsini Təmsil Edən Dövlətlər ÜzərinəDr. Rəhim CAVADBƏYLİBurada Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsinin Klasik Dövlət-Xalq kimliyinin özəyini təşkil edən dövlət ardıcıllığını qısa şəkildə izah edib, İran daxil Azərbaycan və digər qardaş Türk Dövlətlərini əhatə edən Xorasan/Azərbaycan Uyqarlıq-Sivilizasiya İstehsal edən Mədəniyyət Hövzəsi fikri və nəzəriyyəsi əsasında mövcud problemlərin həll yollarına işarə ediləcək.
Azərbaycan başda olmaqla İranda Türklüyün varlığı olduqca qədimlərə dayanmaqdadır. Türklər, min illərcə və İslam sonrası əsrlərcə böyük bir mədəniyyət qurmuşdurlar. Atatürkün tapşırığı və nəzarəti altında 1931-də yazılıb, nəşr edilmiş olan “Türk Tarixi”, Prof. Dr. Məhəmməd Təği Kirişçinin 1997-də yayınladığı “İran Türklərinin Əski Tarixi”, Firudin Bəy Ağasıoğlunun “Doqquz Bitik” əsəri, Qazaxistan Elmlər Akademiyasının “Qazaxların DNA Analizləri” və bu Analizlərin nəticəsinə görə Qazaxların, Türkiyə Türk İslam Sentezçi tarixçilərinin qeyri elmi ve tamamən siyasi iddialarının tam əksinə Orta Asyalı deyil, Qərbi Asya/Batı Asya kökənli olduqlarının sübut edilməsi və digər birçox tarixçinin mövzu ilə əlaqədar elmi çalışmaları və elmi-nəzəri əsasları tərəfimdən çalışılmış olan yaxın zamanda Türkiyədə “Xorasan/Azərbaycan Uygarlık Ürətən Mədəniyyət Hövzəsi” fikrində də geniş şəkildə göstərildiyi kimi Əcəm-Türk və ya Türk/Tük-Tat adıyla bilinən etnosun eyni kökəndən, yani Yafəs Oğulları olması həqiqəti üzərində durulmuşdur. Fars dilinin bir etnosu təmsil etmədiyi və azərbaycanlılar başda olmaqla Türklərin-Tüklərin əsli qurucu unsur olduğu Xorasan/Azərbaycan Uyqarlıq-Sivilizasiya İstehsal edən Mədəniyyət Hövzəsində Türk və Ərəb dilləri ilə bərabər şəkildə istifadə edilən bir dil və ədəbiyyat sahəsı olduğu və Yəhudi kökənli Farisiyə təriqəti ilə bağlı olduğu tarixi elmi qaynaqlarla təsbit edilmişdir. Fars dili əslində tarixi mətnlərdə Dəri, yəni Dərbar-Saray dili olarq mühəndislik yolu ilə Türkcə, Ərəbcə və Tacikcə dilləri üzərindən təşkil edilmiş bir ədəbi dil olmuşdur. Böyük yazar və müəllifləri Tük/Türk-Tat əsilli olmuşdur. Əlimizdə mövcud olan yazılı tarixi qaynaqlara görə əsasən 14-cü əsrdən xüsusən Xorasan/Azərbaycan mədəniyyət hövzəsinin səktəyə uğradılmaya başladığı 15-ci əsrin ortalarından etibarən bölgədə yerli xalqın bir parçası olaraq yaşayan və Yəhudilərin Farisiyə təriqətinə mənsub olan Mirza və katiblər tərəfindən Dəri dilinin Fars dili olaraq adlandırılmasını görürük.
Bu mövzu ayrıca “Fars Dilinin Kökəni” başlığında tərəfimcə çalışılmışdır. Müəyyən səbəblərə görə nəşr edilməmişdır, ancaq yaxın zamanda nəşr etməyi düşünürəm. Yeri gəlmişkən bunu da qeyd edimki, İranda uygarlıq/təməddün istehsal edən Mədəniyyət ilə əlaqədar geniş və dərin çalışmalara imza atan cənab Əli Əkbər Vilayəti, bölgənin ən qədim sakinlərinin Tat olduğu qənaətinə gəlmişdir. Ancaq mövzu ilə əlaqədar bizim çalışmamızı oxuduqdan sonra Tat dediyimiz cəmiyyətin də Tüklərin bir parçası olduğunu, Tat-Tük deyilən cəmiyyətin bir birindən ayrı bir etnik olması kimi yanlış fikirdən geri duracağını düşünürəm. Çünkü Tat ilə Tük/Tüd/Tüh olaraq da tələffüz edilən Türklərlə etnik cəhəttən tamamən eyni kökənli olub, aradaki fərqin sadəcə sosyal təşəkküllə əlaqədar olduğu vaqiyyətidir.
Yeri gəlmişkən qeyd edilməlidir ki, İslamdan qabaqkı mübahisəli və ziddəyyətli baxışların hakim olduğu tarix xaric, İslam sonrası yazılı məktub tariximizin Farsça, Ərəbçə ve Türkçə elmi qaynaqlara görə tərəfimizcə təsbit və təsvib edilən tarixi həqiqətlərə görə Xorasan/Azərbaycan Uygarlık Ürətən Mədəniyyət Hövzəsində məktub tariximizlə bilinən təqribən 1100 il hakim olan təlim tərbiyyə sistemində Məktəblər əsasən Türk Dilində, Mədrəsələr əsasən Fars dilində ve İlahiyyat sahəsi əsasən Ərəb dilində olmuşdur.
Türk dövlətlərinin hakim olduğu Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsində, Əməvilərin 661-750 illəri arasında mübarək İslam dinini suistimal edərək Ərəblərin geyri Ərəblərə, yəni Əcəmlərə qarşı üstünlüyünü təhkim etməyə başlaması nəticəsində Tük-Tat, başqa bir deyimlə Əcəm üləmasının Ərəb ağalığına qarşı başlatmış olduqları Şuubiyyə hərəkətindən sonra Ərəb dili və Ədəbiyyatının üstünlüyünə qarşı Dəri/Fars dili ilə Türk dili ön plana alınmşdır. Bu fikir yazılı tariximizlə tamamən təsvib və təsbit edilmişdir.
Diqqət edilirsə Fars və Türk dillərindəki əsərlər, 20-30 il arayla Ərəb dil və ədəbiyyatına qarşı Xorasan və Azərbaycan bölgəsində yazılan və günümüzə gəlib çatan əsərlərlə bilinməkdədir. Buna nümunə olaraq Xorasanda 10-cu əsrin ikinci yarısında Qurani Kərimin ilk farsça tərcüməsindən həmən sonra Türkcə Tərcüməsinin Təbrizdə həyata geçirilməsi, Həzrət Əlinin Ərəbcə fərmanının 1050-lərdə Türkcəyə tərcümə edilməsi, Firdusinin məşhur Şahnaməsindən həmən sonra xorasan və Azərbaycanın təsiri altında Yusuf Xas Hacibin 1060-larda yazdığı “Qutadgu Bilik” əsəri, Səlcuqlu təbəəsi Mahmud Kaşğərinin İsfahan və Azerbaycan bölgəsində 1070-lərdə yazdığı “Divani Lugâti't-Türk” əsəri, Səlcuqlu təbəəsi Ədib Əhməd Yüknəki tərəfindən 12-ci əsrin əvvəllərində yazılmış “Atabətü'l-Haqayiq” əsəri və İran və Azərbaycanda yazılmış olan yüzlərcə Oğuznamələri göstərə bilərik. İnşallah əsər nəşr olduqdan sonra bu mövzular daha çox danışılacaq.
Bunu da qeyd edimki bugün Fars dili olaraq adlandırdığımız Dəri dilində yazılan və günümüzə gəlib çatan ilk əsərlər, Xotən, Səmərqənd, Buxara, Nişabur, Xorasan bölgələrinə aiddir. 40-50 il arayla Azərbaycanda bu dildə yazılmış əsərləri görürük və maraqlıdır ki, Şiraz və İsfahanda Farsca yazılmış əsərlərin tarixi təqribən 150 il, 230 il Azərbaycandan sonraya təsadüf edir. Başqa bir ifadə ilə günümüzə gəlib çatan Farsca əsərlərə görə Fars dili öncə Orta Asyada, Xorasanda, sonra Azərbaycanda və Azərbaycan üzərindən İranın cənub bölgələrinə yayılmışdır. Nümunə olaraq ilk farsça yazan Təbrizli Qətran (ö. hq.465/m.1073), Şirvanlı Fələki (ö. hq.577/m.1181), Sədi Şirazi (ö. 691/1292), Hafiz Şirazi (ö. 792/1390 [?]), Cəmaləddin Əbdurrəzzak İsfəhani (ö. 588/1192) olmuşdur. Əlimizdə mövcud olan və dəri üzərində yazılmış ilk Türkcə mətn isə hq.450/m.1058 tarixində Hz. Əlinin Müsəlmanlara xitabən fərmanının, Təbrizdə Ərəbcədən Türkcəyə çevrilmiş mətnidir. Yəni Farsca Orta Asya/Türkistan üzərindən yayılmağa başlamışsa, Türkcə də Təbriz, Azərbaycan və İran üzərindən yayılmışdır. Və bu yazarların Tük/Türk-Tat kökənli olduğu görülməkdədir.
Venedik-Florans Mərkəzli Yeni Rum Mədəniyyətinin siyasi iradəsi tərəfindən irəli sürülən Hind-Avrupa və ona paralel şəkildə ortaya atılan Ural-Altay nəzəriyyələri, Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsi üçün son 250 ildə həyata geçirilən qorxunc soyqırım və qətliamlardan daha təhlükəli və zərərli olmuşdur, desəm əslən yanılmamışam.
Burada, İslamdan qabaqkı mübahisəli tarixə girmədən İslamdan sonra Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsindəki siyasi iradəni təmsil edən dövlətlər qıssa şəkildə qeyd ediləcək. Sasanilərin (224-651) Əcəm olması və Əcəmlərin də Tük-Türk/Tat olduqları tərəfimizcə təsbit edildiyi üçün Sasanilər dövləti də Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsinin siyasi iradəsini təmsil edən bir dövlət olduğunu qəti şəkildə qeyd edə bilərəm, amma mübahisəli məsələ olduğu və geniş izaha ihtiyac olduğunu nəzərə alaraq burada verməkdən hələlik imtina edir və Xəzərlərdən başlayaraq davam edirəm. Yeri gəlmişkən qeyd edimki Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsinin 15-ci əsrdə yaşamış mühüm tarixçilərindən sayılan Aşıq Paşazadə məşhur tarix əsərində Əcəmlərin də Türklər kimi Yafəs nəslindən olduqlarını və hətta Türklərin nəsil babaları olduqlarını qəti şəkildə bəyan edər.
Son dövrdə bölgəmizə təhmil edilmiş olan modern millət dövlət kimliyinə görə İranın Pers olaraq qəbul edilməsi məsələsi ilə əlaqədar qeyd etməliyəm ki, İranın Pers olaraq qəbul edilməsi tamamən siyasi və qeyri elmidir və heç bir elmi əsası yoxdur. Buna nümunə olarq tərəfimizcə təsbit və təsvib edilən yüzlərcə faktdan sadəcə ikisini burada qeyd edirəm:
Yəhudi, İbri və onu mütəaqibən Rum və Yunanların İslami mətnlərdə ‘Əcəm’ olaraq tərif edilən cəmiyyətin, ‘Persiyus’ adına ‘Pers’ olarak adlandırdıqları tarixi yazma əsərlərdən bilinməkdədir. ‘Persə’ kəlməsinin heçbir elmi əsası olmayıb, daha çox 15-ci əsrin ortalarından etibarən saxtalaşdırılmış Yunan kökənli mifolojik yazılara dayanır. Bu mifik rəvayətlərə görə, Yunanlı Zeusun oğlu Persiyusun İranlı, əslində Əcəm ‘Andrumda’nın qızı ‘Qasiupiya’ ilə evlənməsi və doğulan uşağın ‘Persiyus’ şərəfinə ‘Pers/Perso’ olaraq xatırlanması müzakirə mövzusudur. Tam buna bənzər şəkildə 15-ci əsrin ortalarından etibarən Osman/Otman oğullarına dair saxtalaşdırılmış olan Hector'un oğlu Turcus hikâyəsi kimidir. Bu hikâyəyə görə Troya’nın Hektor’dan sonra ən böyük qəhrəmanı sayılan Aeneas, eyni zamanda dişi qurdun əmizdirdiyi Romus və Romulus’un atasıdır. Frankların atası olan Aeneas’ın törəməsi Francion və Türklərin atası olan Troilus’un oğlu Turcusdur. Hektor nəslindən sayılan Frankların babası Francion ve Türklərin babası Turcus/Turcs mifik anlayışının ön plana alınması ilə Hector'un oğlu Turcus, Osmanoğullarının dib atası olaraq göstərilmişdir. Yeri gəlmişkən qeyd edimki, Qurd, Rumların milli simgəsidir. Qurd vəya Boz Qurdun Türklərin milli simgəsi olması iddiası, son 1100 illik Türkcə, Farsca və Ərəbcə və digər yerli tarixi mətnlər tərəfindən təsdiqlənməz və rədd edilər. Bu mövzu, əsərimizdə daha geniş şəkildə ələ alınmışdır.
Türklərin əsli qurucu unsur və əsas yerli cəmiyyət olduğunu və Pers/Perso’nun sadəcə İbri mətnlərdən qaynaqlanan və siyasi hədəflər doğrultusunda yenidən təhrif edilərək təhlil edildiyini göstərən birçox tarixi sənədlər mövcuddur. XIV əsrin əvvəllərində İspanyollu bir Francıskan/Francıscan tərəfindən qələmə alınan və Londorada 1877 Marcos Jımenez De La Espada ve 1912-də Sır Clements Markham, K.C.B. tərəfindən nəşr edilən nüsxələrində də, Aşıq Paşazadənin Türk və Yafəs oğlu olaraq müərrifi etdiyi Əcəmlərin, Yəhudilərin israrı üzərinə Pers/Perso adlandırılmaq istəndiyi açıq şəkildə görülməkdədir. İspanyollu Francıskan mövzu ilə əlaqədar bir yerdə belə deyir: “...yerlilərin/Əcəmlərin Qaradəniz/Black Sea adlandırdıqları körfəz, Yəhudilər tərəfindən Persian Sea/Pers Denizi olaraq adlandırılır...”.
Yəhudilərin Pers Denizi/Körfəzi olaraq adlandırmaqda israr ettikləri bölgə və dəniz, Yəhudi olmayan yerli sakinlər tərəfindən Qaradəniz olaraq qeyd edilmiş və bu da Deşt-i Qıpçak Türklərinin cənublarındaki dənizə Qaradəniz adı verdikləri kimi yerli Türklər tərəfindən rəng cəhətindən eyni mifik məna daşımışdır. Bunuda qeyd edimki, Əbul Qazi Bahadurxan həm Şəcəre-yi Türk həmdə Şəcəre-yi Tərakimə əsərlərində Qıpçaq Türklərinin o bölgeni 4000 min il əvvəldən vətən olaraq seçdikləri və yerləşdikləri yer olduğunu bəyan edər. Bu onlar tarixi sübutdan sadəcə biridir. Yerigəlmişkən qeyd edilməlidir ki, Qara rəngi bəzi qeyri elmi və əsassız xüsusən Türkiyənin Sentezçi qeyri elmi tarixçilərinin irəli sürdükləri iddialara baxmayaraq, Türklər üçün şimalı deyil, tam əksinə cənubu təmsil edər. Qıpçaq Türklərinin cənublarındakı dənizi və İranlıların/Əcəmlərin cənublarındakı Körfəzi “Qara” adlandırdıqları kimi.
Göründüyü kimi İran və Azərbaycanın əsli qurucu unsuru olan cəmiyyətlərin - Əcəmlərin Pers/Perso olması, Osmanoğullarının Hektor nəslindən Frankların qardaşı Turcus/Turcs törəməsi olacağı qədər geçərlidir. Ve Pers-Perso sadəcə Yəhudilərin israrı üzərinə Rum mədəniyyət hövzəsi üzərindən diktə edilmiş ve hiçbir tarixi elmi əsası olmamışdır.
İran Pəhləvi dönəmində, 1935də ‘Pers’ adının qaldırılması, ölkə və bölgənin tarixi mətnlərində olduğu kimi ‘İran’ olaraq adlanmasına dair almış olduğu rəsmi dövlət qərarına rağmən, 19.cu əsrin əvvəllərindən etibarən Venedik-Florans mərkəzli qlobal səviyyədə yenidən tərif edilməyə başlanılan Rum mədəniyyət hövzəsinin siyasi iradəsi tərəfindən Pers/Perso olaraq adlanmasının sürdürülməsi əsas alınmışdır. Bugün belə İran, özünü İran dövləti olaraq rəsmən qəbul etsədə, Rum Mədəniyyət hövzəsi hala Pers ve Persian olaraq adlandırmaqda israr edər. Candan əziz Azərbaycanımızda da bir sıra tarixin, ədəbiyyatın, siyasi və milli şüurun nə olduğunu bilməyən, əğildən yoxsul sözdə tarixçi və qəpik quruşa əsaslanan siyasətçi, bu məsələyə dayanaraq İran adının tarixən mövcud olmadığını və 1935də ilk dəfə ölkə adı olaraq diktə edildiyini söyləyib durarlar. Yeri gəlmişkən qeyd edim ki, rəsmi yazılı qaynaqlara görə İran adı, ədəbiyyatda ilk dəfə Ferdusinin Şahnaməsində, dövlət məktublarında Elxanlılar dövründə və rəsmi dövlət sənədlərində isə Ağ Qoyunlular dönəmində işlənmişdir. əsərimizdə bu məsələyə İran-Turan olaraq toxunulmuş və geniş izahı verilmişdir.
Göründüyü kimi tarixən İran və Azərbaycanın Persliyi siyasi bir rəvayətdən ötə bir şey değildir. İran’ın əsli qurucu unsuru Tük/Türk olmuş və olmağa da davam edəcəkdir.
Xəzərlər, Saman Yabqu (819-999), Qaraxanlı (840-1212), Səlçuqlu, Elxanlı, Əmir Teymurlu, Səfəvi, Avşar və Xadem’e-Millət Ağa Məhəmməd Xan Qacarın qurmuş olduğu Qacar dövlətinin vərasət hüququnu irəli sürən Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsi fikrində geniş şəkildə qeyd edildiyi kimi, İran platosundaki Türklüyün tarixi geçmişi 6-7 min illik böyük bir mədəniyyətə dayanmaqdadır. Ancaq burada İslam sonrası məktub tarixlə bilinən dönəm əsas alınmışdır.
İslam öncəsi mübahisəli tarixi nəzərə almasaq, İslam sonrası İran’ın dövlət və mədəniyyət quruculuğunda Türklərin birbaşa əsas rol oynadıqları təsbit edilməkdədir.
1.
Xəzər Dövləti (468 – 1048 illəri)Xəzər Dövlətinin əsas quruluş və meydana gəliş torpaqları Azərbaycan, Xorasan, qərbi və qismən mərkəzi İran olmuşdur. Xəzər Dövləti, günümüz İran ərazisində Əməvi Xilafətinə məğlub olaraq, Qafqasyaya və daha sonra quzey Qara Dəniz bölgəsinə çəkilmək məcburiyyətində qalmışdır. Xəzər Dövləti məğlub olub, Qafqazlara, daha sonra da quzey Qara Dəniz ərazisinə çəkilsə də yerli Türklər – Azərbaycanlılar İslamiyyəti qəbul edərək öz həyatlarını öz torpaqlarında davam ettirmişdilər. Tərbiz/Təbriz, Xəzər Dövlətinin ən mühüm siyasi, iqtisadi və mədəni mərkəzi olaraq bölgədəki hakim təsirini qorumuşdur.
2.
Saman Yabqu, başqa bir deyimlə Sâmânîlər Dövləti (819-999 İlləri)Orta Asya’da İslam’ı qəbul edən Türklərin dövlət quruculuğu əsasən 840/1212 illəri arasında Orta Asya ve Maveraünnehir'də qurulmuş olan Qaraxanlılar Dövləti ilə başlar. Qaraxanlıları mədəniyyətcə öz təsiri altında tutan və yönədən və 819-999 illəri arasında günümüz Xorasan, Azərbaycan, İran ərazisində qurulmuş olan və açıq şəkildə Rəşîdüddîn Fazlullah-ı Həmədânî’nin (hicri qəməri 645 - 718 / miladi 1247 - 1318) “Câmiu't-Təvârîx” ve “Oğuznamə” əsərində Türk olduqlarına təkid edildiyi Saman Yabqu, başqa bir deyimlə Sâmânîlər Dövləti olmuştur.
3.
Qəznəvilər vəya Səbük Təginli’lər Dövləti (963-1186 illəri) Qəznəvilər Dövləti, Saman Yabqu oğullarından Hərat valisi Alp Təkin tərəfindən, Hindistan’ın Pəncap bölgəsi ilə günümüz İran’ın böyük bölümü və Xarəzm’ə qədər olan bölgədə qurulan bir Türk Dövləti olmuşdur. Sultan Mahmud dönəmində Qəznəvilər Şimali Hindistan’ı hâkimiyyəti altına alaraq, bölgədə İslam mədəniyyətinin daha geniş şəkildə yayılmasının önünü açmışdır.
4.
Böyük Səlçuqlu Dövləti (1037-1194 illəri)11 ve 14.cü əsBöyük Səlçuqlu Dövləti (1037-1194 illəri)rlər arasında Böyük Səlcuqlu Dövləti, İslam dünyasının mütləq əksəriyyətini idarəçiliyi altına almıştır. Səlcuq Bəy, 1009’da, Oğuzları bir dövlət təşəkkülündə birləşdirməyə müvəffəq olmuşdur. Səlcuqlular tərəfindən günümüz Nişabur, Rey və daha sonra İsfahan Paytaxt olaraq seçilmişdir.
Məlikşah, 20 Noyabr 1092 tarixində, iç didişmələr sırasında zəhərlənərək öldürüldükdən sonra dövlət, böyük çalxantılar içinə sürüklənmişdir. Bununla da Böyük Səlcuqlu dövləti Məlikşah’ın oğulları arasında dörd parçaya bölünmüşdür:
1. Kirman Səlcuqluları; 1187 tarixinə qədər davam etmişdir.
2. Şam-Hələb Səlcuqluları; 1117 tarixinə qədər dəvam etmişdir.
3. Anadolu Səlcuqluları; 1077’dən 1308’ə qədər 231 il sürmüşdür.
4. Iraq ve Xorasan Səlcuqluları; 1194 tarixində Xarəzmşah Sultan Alaəddin Təkiş ilə girdiyi savaşda məğlub olduqdan sonra yıxılmışdır.
5.
Xarəzmşahlı’lar Dövləti (1097-1231)Ənuş Təkin tərəfindən əsası qoyulan Xarəzmşahlı’lar Dövləti, Atsız ve Elaslan dövürlərində həm Iraq Səlcuqluları həm də Qara Xıtaylarla mübarizə etmişdir. Bununla da Elaslan, Sultan Səncər’in ölümündən sonra müstəqilliyini elân etmişdir. Xarəzmşahlı’ların ən böyük hükümdarı Alaəddin Təkiş olmuşdur. Təkiş, əvvəl Qara Xıtayları, ardından son Səlcuqlu Hükümdarı II. Tuğrul’u məğlub etmişdir. Xarəzmşahlı’lar qısa zaman içində sərhədlərini, şərqi Anadolu’dan Mavərâünnəhr’ə qədər genişlədmiş ve bir deyimə Səlcuqlu dövlətinin vârisi olmuşdurlar. 1220′də bütün ölkə, Çəngiz Xan’ın rəhbərliyindəki Türk Oğul-Moğulları tərəfindən ələ geçirilmişdir. Cəlâləddin Xarəzmşah, dövləti yenidən toparlamaq üçün ciddi surətdə çalışdısada müvəffəq ola bilməmişdir. Ölümündən sonra Xarəzmşahlı’lar dövləti, tamamən ortadan qalxmışdır. Xarəzmşahlı’lar ilk əvvəldə Gürgənc, Səmərqənd, Qəznə, sonunda ise Təbriz şəhərini Səlcuqlu Eldəgizli’lərdən alaraq paytaxt eləmişdir. Tərbiz/Təbriz, Əski Türk mədəniyyətinin beşiyi olaraq bu dönəmdən etibarən yenidən canlanmaya başlamıştır. Xarəzmşahlı’lar, Səlcuqlu dövlətinin dəvamı olaraq xarakterizə edilməkdədir.
6.
Böyük Elxanlı Dövləti (1256-1335 illəri)Çəngiz Xan’ın nəvəsi Hülagü Xan, 1256’da Xarəzmşahlı’ların son paytaxtı Təbriz’də eyni kökənli Tük/Türk-Tat xalqı tərəfindən yüksək səviyyədə qarşılanaraq daxil olmuş ve o əski Türk mədəniyyətinin beşiyi olan şəhri, Avrasyanı qapsayan Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsinin paytaxtı olaraq təyin etmişdir. Elxanlı’lar böyük əksəriyyətlə İslâmiyyət’i qəbul edərək, öncə Marağa, daha sonra isə Təbriz mərkəzli dövlətlərini, olduqca təsirli bir şəkildə idarə etmək üçün qarşılarında duran iki böyük əngəli ortadan qaldırmışdırlar. Birincisi, İslamiyyət’i təhrif edərək bölgədə nifaq toxumu əkən, katolik kilisəsi ilə işbirliyi içində olan, cəmiyyətin dincliyini pozan İsmaili’ləri (Xaşxaşiləri) zərərsizləşdirmək üçün Qəzvin’dəki Ələmut qalasını ortadan qaldırmışdırlar. İkincisi, Ərəbçiliyi, Əməviliyi və Əcəm düşmənliyini əsas alan Əbbasi Xilafətinə son vermək məqsədi ilə 1258’də Bağdad’a sarı hərəkət edib, Müstəsəm’i ortadan Qaldırmış ve bu Türk qarşıtı Əməvi töküntüləri Mısır Məmluk Türklərinə, siyasi faaliyyəttən məhrum edilmiş bir şəkildə sığınmışdılar ve 16.ci əsrin əvvəllərindən itibarən Rumlarla İttifaqa gedərək İstanbul üzərindən Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsinə qarşı amansız savaşın başladılmasında müstəsna rol oynamışdılar.
Elxanlı dövləti, fiziki hakimiyyətini 1357.ci ilə qədər davam ettirmişdir. Ancaq, 1925’ə qədər Böyük Çəngiz Xan Vərasət hüququ, İran başda olmaqla Ulug Türkistan, Hind yarımadası, Qızıl Orda və digər əsas Türk bölgələrində dövlət quruculuğunun fikri özəyini təşkil etmişdir. Qacar dövləti, Çəngiz Xan ve Əmir Teymur dövlət vərasət hüququnun ən son varisi olmuşdur. İran Dövlət’e Aliye-e Qacar’ın 1925dəki amansız çöküşü, 8 əsirlik klasik Türk dövlətçiliyinin vərasət hüququnun çöküşüydü.
7.
Böyük Teymurlu Dövləti (1370-1507 illəri)Elxanlı’lardan sonra günümüz Azərbaycan və İran ərazisinin müxtəlif bölgələrində, qısa sürəli bəzi Türk dövlətləri də hakim olmuşdur. Elxanlı’lardan sonra Çobanlı’lar (1335-1357 illəri), Cəlayirli’lər (1336-1432 illəri), Qaraqoyunlu’lar (1380-1469 illəri), Ağqoyunlu’lar (1378-1501 illəri) və digər bəzi məntəqələrdə Türk bəylikləri hakim olmuşdur. Teymurlu’lar, qeyd edilən tarixlər arasında bölgəni tam hakimiyyətləri altına almışdırlar. Bu səbəblə də o dönəm muəzzəm Teymurlu’lar dönəmi olaraq bilinir və Teymurlu dövləti o dövrün Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsinin rəsmən siyasi iradəsini təmsil etmişdir.
Əmir Teymur, istənilən cəhətdən Türk və İslâm dünyası üçün olduqca böyük əhəmmiyyət daşımaqdadır. Elə büyük bir əhəmmiyyət daşımış ki, özündən sonra İslam dünyasında qurulan Türk dövlətlərinin əksəriyyətində Ağ Saqqallar Kənəşi (Məclisi) və Dövlət Şuraları həmişə Böyük Xan Çəngiz Xan və Xaqan’i İran, Məlik-i Turan ve Əmir-i Türkistan Sahibqıran Sultan’i Əfxəm Əmir Teymur’un adlarının zikr edilməsi ilə geçirilmiştir. Xüsusən bu dövlət adət-ənənəsi İran’da ən əsas dövlət ürfi olaraq 1925’ə qədər davam ettirilmişdir. Elxanlı ilə Teymurlu’ların dövlət varisliyi, Səfəvi, Avşar və Qacar dövlətlərinə ötürülmüşdür. İran, 1925’ə qədər əsasən Səlcuqlu, Çəngiz Xan, Əmir Teymur, Şah İsmail və Nadir Şah Avşar dövlət vərasət hüququna dayanmışdır.
8.
Qaraqoyunlu Dövləti (1380-1469 illəri) Qara Yusuf, Səədli, Baharlı, Duxarlı, Qaramanlı, Alpaqut, Çaxırlı, Ayınlı, Bayramlı, Ağaceri, ve Hacılı oymaqlarının başçılığında, Cəlayirli’ləri məğlub edərək 1380 tarixində, Qaraqoyunlu dövlətini qurmuşdur. Qaraqoyunlu, paytaxtı Təbriz olan və 1380-1469 illəri arasında bugünkü şərqi Anadolu, Cənubi Qafqaziya, Azərbaycan və bütün cənub-qərbi İran ve şimali Irak ərazilərində hakimiyyət qurmuşdur.
9.
Ağqoyunlu Dövləti (1378-1501 illəri)Ağqoyunlu Dövləti’nin qurucusu, Qutlu Bəy'in kiçik oğlu Qara Yölük Osman’dır. 1400'də böyük Əmir Teymur’un Anadolu’ya girməsinə dəstək verərək, Malatya'nı, 1402'də Ankara Savaşı’ndaki himayətinə görə də Diyarbəkir məntəqəsinin idarəçiliyini almışdır. 1403'də də Diyarbəkir'də hakimiyyətini elan etmişdir.
Qara Yölük Bəy'in ölümündən sonra, oğulları arasında iqtidar savaşı başlamış ve Ağqoyunlu dövləti, əvvəlki gücünü itirmişdir. Qara Yölük Bəy’in nəvəsi Sultan Həsən (başqa bir deyimlə Uzun Həsən), 1453'də Diyarbəkir'i paytaxt olaraq təyin edib, iqtidar didişmələrinə son vermişdir. Ağqoyunlu dövlətini, sərhədlərini şərqdə Xorasandan qərbdə Fırat çayına, şimalda Qafqaziya’dan cənubda Umman Dənizi’nə qədər uzanan böyük bir dövlətə dönüştürmüşdür. Qaraqoyunlu’ları məğlub edərək, bu dövləti ortadan qaldırmış və paytaxtı yenidən Diyarbəkir’dən əsil tarixi paytaxt olan Təbriz'ə daşımışdır. Ağqoyunlu Dövlətini daha şox qiymətli qılan əsas məsələ Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsinin rəsmi siyasi iradəsini təmsil etməsi olmuşdur, başqa bir ifadə ilə Teymurlular dönəmindən Səfəvilərə qədərki dövrün siyasi iradəsi məhz Ağqoyunlu Dövlətinə aid olmuşdur. Teymurluları Səfəvilərə bağlayan ve Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsinin birlik və bütünlüyünü ve dəvamiyyətini qoruyan və təmin edən məhz Ağqoyunlu Dövləti olmuşdur. Buda Emir Teymurun hüquqi varisi Uzun Həsənin uzaq görən siyasəti və olduqca yüksək cəsarəti sayəsində mümkün olmuşdur.
10.
Səfəvi Dövləti (1501-1722 illəri)Avrasyanı qapsayan Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsinin dövr etibarı ilə ən böyük ədəbi, siyasi və nizami şəxsiyyəti sayılan, Avrasyada bütün Türklərin başına and içdikləri Şah Dədə Şah İsmail, 16.ci əsrin əvvəllərindən etibarən Sultan Həsən’lə olan qan qohumluluğuna və Teymurlu’ların hüquqi dövlət varisliyinə dayanaraq, böyük dövlət quruculuğuna başlamış və Səfəvi dövləti’nin əsasını qoymuşdur. Səfəvi’lərin dövlət və fikri təməlləri, 1925 tarixinə qədər davam ettirilmişdir. Səfəvi dövlətinin qurucusu Şah İsmail Xətayi, son padişahı isə Şah Sultan Hüseyn olmuşdur. Səfəvi’lər də digər Türk dövlətləri kimi Təbriz’i əsas paytaxtları olaraq seçmişdilər. Ancaq Rum Mədəniyyət Hövzəsinin siyasi iradəsini təmsildə israrlı olan Qeysər-i Rum (Osmanlı) ve ona qarşı Moskova üzərindən gün geçdikcə böyüməkdə olan Rum rəqibi Sezar-i Rum (Çar Rusyası) və hər ikisinin də müştərək hədəfi, Türklərin əsli qurucu unsur olduğu Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsinin siyasi iradəsini rəsmən təmsil edən Səfəvi Türk dövlətinin ortadan qaldırılması olmuşdur. Qərbdə bu proses, Osmanoğullarından sayılan II. Sultan Mehmetin 1453’də dədə babasının əleyhinə olaraq uygarlıq/Sivilizasya istehsal edən mədəniyyət cəhətindən tərəf dəyişib, yəni Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsindən imtina edib Rum Mədəniyyət hövzəsinə bağlanması ilə başlamışdır. Şimalda eyni bu proses, Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsinin regional cəhəttən siyasi iradəsini təmsil edən Altınordanın bir tabe subyekti olan Moskova Knyazı/Rus Çarı III. İvan’ın 1472də Bizans Şahzadəsi Zoi Palaiologina/Sofia Palaiologina ilə evlənərək, özünü Ortodoks Rum/Bizans varisi ilan etməsi ilə başlar. Mədəniyyətcə üçüncü cəphə, 16 və 17.ci əsirdən etibarən Hindistan üzərindən İngilizlər tərəfindən açılmışdır. Bu cəhpənin açılması ilə üç cəphədən basdırılan Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsinə qarşı Rum Mədəniyyət Hövzəsi qlobal aspektdə təhmil edilməyə başlanmışdı. Bu mövzular əsərdə geniş şəkildə ələ alınaraq izah edilmişdir.
Hər iki cəbhədən həm qərbdən Rum Osmanlısı Qeysər-i Rum tərəfindən həmdə şimaldan Moskova Rum Sezarı / Sezar-i Rum deyilən Çar Rusyası tərəfindən Türklərə qarşı amansız soyqırımlarla müşaiyyət edilən və on minlər bəlkədə yüz minlər məsum Türk insanının qətliamı ilə davam edən qanlı savaşlar nəticəsində Payitəxt ilk əvvəl Qəzvin’ə, daha sonra isə İsfahan’a daşınma məcburiyyəti ortaya çıxmışdır. Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsinin tarixən siyasi mərkəzi olan Təbrizin paytəxt olmaqdan çıxarılmasının ən əsas səbəbi, Rum Osmanlısı Qeysər-i Rum və şimaldan Moskova Rum Sezarı / Sezar-i Rum deyilən Çar Rusyası tərəfindən Türklərə qarşı başlatmış olduqları qanlı amansız savaşlar olmuşdur.
11.
Avşar Dövləti (1736-1802 illəri)Böyük Nadir Şah Avşar’ın, Rumlar tərəfindən təhmil edilmiş olan Şiyə-Sünni ixtilaflarının ortadan qaldırılması üçün hayata geçirmiş olduğu tədbirlər, günümüz baxımından da olduqca böyük əhəmiyyət daşımaqdadır. İran ve Osmanlı üləması arasında hicri qəməri 1159’da (miladi 1746’da) Nəcəf’də müzakirələr geçirilmiş, bir qətnamə mətni imzalanaraq Şiyələrin Sünni qardaşların etiqadlarına hörmətli rəftar etmələri, Osmanlı’ların da Şiyə məzhəbini Həqq Məzhəp olaraq görmələri xüsusunda razılaşma əldə edildiyi bildirilməkdədir. Hal bu ki, Həqq Məzhəb dedikləri, Maliki, Şafeyi, Hənbəli və Hənəfi məzhəblərinin irəli gələn əsil üləmalarının birçoxu Əhlibeyt-dən olan, yəni Hz. Məhəmməd (sallahü eleyhe ve sellem) nəvələrindən olan, 6ci İmam/ İmam Cəfər Sadiqin şagirdlərindən vəya şagirdlərinin yetirmələrindən olmuşdurlar. Belə olduğu halda necə olur ki, Hz. Məhəmməd Səlamullahın nəvələrindən və Əhlibeyt-dən olan İmam Cəfər Sadiqin davamçıları Həqq Məzhəb vəya Əhli Sünnət sayılmır, əksinə İmam Cəfər Sadiqin şagirlərinin davamçıları Həqq Məzhəb vəya Əhli Sünnət sayılır. Bu Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsinin İslam anlayışına qarşı tarixin ən gobud şəkildə uydurulmuş ən qorxunc və dəhşətverici tarixi yalanlarından biridir. Əsərdə geniş şəkildə ələ alınaraq incələnmişdir.
Böyük Nadir Şah Avşar’ın Türk ve İslam Anlayışı, günümüz Türk dünyasının birlik ve bütünlüyü üçün ən əhəmmiyyətli nümunə olaraq qarşımızda durur. Günümüz Türk ve İslam dünyasında Örnək alacağımız ən əhəmmiyyətli tarixi şəxsiyyət Avşarlı Nadir Qulu Mirza’nın dövlət əğlidir.
12. Zəndiyyə Hükuməti (1750-1794 illəri)
Kərim Xan Zənd, tərəfindən əsası qoyulan hükumət, ölkə ərazisini tam ihatə etməmiş və daha çok Şiraz mərkəzli regional hükumət olmuştur. Kərim Xan Zənd’in Şiraz’da hakimiyyəti ələ almasına baxmayaraq sonuna qədər Xorasan, Avşar sülaləsinin hakiməyyəti altında davam etmişdir.
Kərim Xan Zənd dövrünün ən mühüm dövlət problemi, Kərim Xan Zənd’in soy etibarı ilə xalis Türk ve xüsusən Xanzadə olmaması olmuştur. Ana tərəfindən Lor kökənli Zənd ailəsinə mənsub edilməsi fikri, onun İran’da xalq tərəfindən bir Xaqan və Padişah kimi qəbul edilməsini əngəlləmişdir. Bir çox tarixi əsərlərin o cümlədən Məhəmməd Haşım Rüstəm’ül-Hükəma’nın “Rüstəm’ül-Təvarix” əsərində də göstərildiyi kimi Dövlət Kənəşi’nin / Ağ Saqqallar Şurası’nın ve rəsmi diyalogların əsasən Türk dilində aparılmasına baxmayaraq, xalis Türk ve Xanzadə olmadığı iddia edilərək “İnaq Oğlu Çoban Kərim” xitap edilərək hər daim təhqir edilmək istənmişdir.
axırda da Kərim Xan Zənd, özünü Padişah vəya böyük Xan deyil, Səfəvi’lərin davamçısı olaraq Rəyətlərin-Təbəələrin vəkili anlamında olan Vəkil-ül-Rüəya xitab etmişdir. Yeri gelmişkən qeyd edək ki, Kərim Xan Zənd’in Lor kökənli Zənd ailəsinə mənsub edilsə də ailə adları daha çok Türkcə olduğu tarixi mətnlərdən bilinməkdədir. Babasının adı “Inaq”, əmisinin adı “Budaq”, anasının adı “Bəyim Ağa” ve xanımısı “Xədicə Bəyim” Böyük Ağa Məhəmməd Xan Qacar’ın Bibisi olmuştur.
Burada qeyd edilməsi lazım olan bir məsələ də İran’ın cənub bölgəsində - İran körfəzində İngilislərin, şimal bölgəsində - Xəzərdə Rusların nüfuz sahibi olmasına səbəbiyyət verən imtiyazlı müqavilələrin, birinci dəfə bu şəxsin dövründə imzalanması hadisəsidir. Kərim Xan Zənd sülaləsi tərəfindən verilən imtiyazlar sayəsində Kəngər (Başqa bir deyimlə İran) Körfəzində İngilislər, şimal da xüsusən Xəzər dənizində Ruslar büyük nüfuz əldə etmişdirlər. Bu təsir dairəsi İran’ın və mədəniyyətcə Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsinin günümüzə qədər sürə gələn faciələrinin əsasını təşkil etmişdir.
13.
Qacar/Qəcər Dövləti (1794-1925 illəri)Türklüyün ön planda olduğu, Böyük Xan Çəngiz Xan, Əmir Teymur ve Səfəvi dövlət varisliyinə dayanan Dövlət’i-Aliye-i Qacar, Böyük Ağa Məhəmməd Xan Qacar tərəfindən əsası qoyulmuş və ən son padişahı isə 1925’də əzl edilən Əhməd Şah Qacar olmuşdur. Qacar sülaləsi, rəsmi dövlət qaynaqlarına görə Böyük Çəngiz Xanın sağ cinah ordu başçısı Qaracar Noyan nəslindəndir. Qaracar noyan adı zamanla Qacar olaraq tələffüz edilmişdır. Mənim şəxsi nəzərimə görə Qacarların özünü Çəngiz Xanın sağ cinah ordu başçısı Qaracar Noyana bağlamaları siyasi fikirdən irəli gəlirdi, çünkü Çəngiz Xan və Əmir Teymur Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsinin siyasi iradəsinə tabe olan və onu təmsil edən İslam sonrası ən büyük siyasi və nizami Şəxsiyyətlər olaraq qəbul edilirdi. Əslində Qacar sülaləsi, Azərbaycan və Xorasan kökənli Xəzər tayfasına mənsub olmuşdurlar. Bu fikri daha sonralar, İranın ən mühüm müasir tarixçilərindən cənab Abdullah Şahbazi də qəbul edər.
14.
Pers Adına Modern Millət-Dövlət Dövrü / Pəhləvi’lər (1925-1979 illəri)1925’də xarici faktorların təsiri altında İran’a Modern Millət-Dövlət olaraq təhmil edilmiş olan Pəhləvi’lərin 1979’a qədər sürə gələn dövlət quruculuğu və Türk ziddiyyətinə dayanan Pers düşüncə sistemi, ölkə xalqını təmsil edəcək bir form da olmamışdır.
Pəhləvi dövlətinin qurucusu olaraq bilinən Rıza Xan Pəhləvi’nin kökü, günümüz Gürcistan Respublikasının Azərbaycan bölgəsi olaraq bilinən Borçalı’dan İran-Rus savaşlarından sonra geriyə köç etmiş Türk muhacir ailələrindən olmuşdur. Türk olmasına baxmayaraq Türk ziddiyyətli Pers düşünce sisteminə dayalı dövlət quruculuğuna və onun ölkəyə təhmil edilməsinə əsaslanan bir siyasət tətbiq etmişdir.
İslam dünyasının ən mühüm üç dilindən biri olan “Farsca” üzərindən Pers milləti formalaşdırmaq, Türk ve Türklüyün mənən yox edilməsini əsas siyasət olaraq tətbiq etmişdir. Türkcə ve Türk mədəniyyəti rəsmi səviyyədə yasaqlanmışdır.
15.
1979 İran İslam İnqilabıİran İslam İnqilabı’nın ən böyük nailiyyəti, bütün problemlərə və azımsanmayacaq nüqsanlara rağmən İslami dəyərlər üzərindən ölkəyə qazandırmış olduğu bəha biçilməz müstəqillikdir. Geçmiş bir çox çalışmalarımda o cümlədən “Türk İrana Persliyin Dayatılması” adlı əsərimdə toxunduğum kimi “İran’ı Nüfuz Bölgələrinə Bölmə” mahiyyətində olan 1907, 1915, 1919, 1921 ve 1927 müqavilələrində İngiltərə ilə Rusya’ya, İran’a əsgəri müdaxilə haqqı tanıyan maddələrin varlığı, dolayısıyla ölkəni bu iki İmperyalist gücün müstəmləkəsi halinə gətirmişdir. 1979da yeni qurulmaqda olan İslami İnqilabın, ölkə və dövləti müstəqil halə gətirəbilməsi, bu İmperyalist güclərə müdaxilə haqqı tanıyan müqavilələrin, xüsusən müvafiq maddələrin mövcud paktlardan ləğv edilib edilməməsinə bağlı idi.
Bu müqavilələrdə xüsusi ilə də 1921 müqaviləsində ölkəyə əsgəri müdaxilə haqqı tanıyan 5.ci və 6.ci maddələrinin ləğv edilməsi ilə əlaqədar Türkiyə’nin Beynəlxalq Münasibətlər sahəsinin mütəxəssislərindən Prof. Dr. Tayyar Arı, “Geçmişten Günümüze Orta Doğu, Siyaset, Savaş ve Diploması” əsərində belə deyir: “1979 Fevral’ında İran, ABD’nin doğal müttefikliği konumuna son vererek, ilişkilerin bundan böyle eşitlik ilkesi çerçevesinde yürütüleceğini açıklamıştır. İran’ın yeni dış politikası ≪Bağlantısızlık≫ temeline oturtulacaktı. Bu doğrultuda yapılan ilk iş, 12 Mart 1979’da İran’ın CENTO’dan ayrılmasını açıklamak olmuştur. Böylece Soğuk Savaş döneminde ABD’nin Sovyet yayılmasına karşı kurmuş olduğu ≪Yeşil Kuşak≫ Projesinin önemli bir halkası tarihe karışmış oldu. 3 Kasım 1979’da ise hem 1959 tarihli ABD-İran Savunma Antlaşması’nın feshedildiğini ve hem de 1921 tarihli Sovyet-İran Dostluk Antlaşmasının 5. ve 6. Maddelerinin tek taraflı olarak iptal edildiğini açıklamıştır. Ertesi günü bir grup öğrencinin Tahran’daki ABD Büyükelçiliğini basarak elçilik görevlilerini rehin almaları ile başlayan ve 444 gün sürecek Rehinler Krizi başlamış oldu. Böylece İran İhtilali, bölgesel ve dünya dengelerini sarsacak bir mahiyet aldı. ABD, bölgedeki önemli bir müttefikini ve buradaki milyarlarca dolarla ifade edilen menfaatlerini kaybetti. İran, Sovyetlere de yanaşmadı, Sovyetlerle de var olan Dostluk Antlaşmasını feshetti. Daha genel bir ifade ile Batı’nın İran’daki menfaatleri sona erdi veya en azından şimdilik, bu menfaatlerin temini eskisi kadar kolay olmayacaktır.”
Ölkənin müstəqilliyi üçün vacib olan ən mühüm addım, göstərilən müqavilələrdə Rusya ve İngiltərə’yə müdaxilə haqqı tanıyan maddələrin fəshedilməsi idi. İran İslam İngilabı, bu cəsarətli addımı ataraq, həm Sovyet Rusyasının həm də qərb yönümlü quvvətlərin müdaxilə haqqına son vermiş oldu. Bədəli olduqca ağır olsa da bu cəsarətli addım, Avrasya və İslam dünyasında örnək alınması vacib olan ən əhəmmiyyətli addımlardan olmuşdur.
Ayətullah Ruhullah Xumeyni’nin rəhbərliyində qurulmuş olan İran İslam Cumhuriyyəti dövründə birçox ictimai, iqtisadi və mədəni məsələlər böyük ölçüdə həll edilsə də Azərbaycan və Türk məsələsinin konstitusiya (Anayasa) səviyyəsində adil bir şəkildə həll edilməsi yönündəki gözləntilər maaləsəf təmin edilməmişdir. Ölkənin əsli qurucu unsuru olan Türk və Türklük, qanuni cəhəttən Pəhləvi dövründə olduğu kimi olmasada mədəniyyətcə məhkum azınlıq statüsü əsas alınmışdır.
konstitusiya’nın 15.ci Maddəsi ilə yalnız Fars dilinə rəsmi, hüquqi statü qazandıraraq Türkcəni qeyri-rəsmi səviyyəyə məhkum etmişdir. Hal bu ki, gözləntilər, Türkcə ilə Farsca’nın ölkəboyu rəsmi, hüquqi dövlət dili olması və digər azınlıqların Məhəlli və Məntəqeyi - Regional haqq və hüququnun konstitusiya səviyyəsində rəsmən tanınması olmuşdur.
İslam İnqilabından sonra bu Türk qarşıtı vəziyyətin davam etməsinin əsas səbəblərindən biri də Yəhudi kökənli (böyük ehtimal Farisiyə Təriqətinə bağlı) olduqları iddia edilən Laricani ailəsinə mənsub Məhəmməd Cavad Ərdəşir Laricani tərəfindən 1980lərin əvvəlində Ümmülqura/ أمّ القرى teorisi ilə Osmanlının İslam adı altında Türk ziddiyyətinə əsaslanan tarixi misyonunu dövlət siyasəti olaraq irəli sürməsi və bəzi dairələr tərəfindən dövlətə təhmil edilməsi olmuşdur.
Azərbaycan başda olmaqla bir bütün olaraq İran Türkləri, milli haqqlar yönündəki mövcud çatışmazlıqların ortadan qalxması və adil şəkildə həlli yolunda geniş ictimai, siyasi və xüsusən fikri faaliyyətlərə başlamışdır. Bu faaliyyətlər, İran İslam İnqilabının əvvəllərindən xüsusən də 1989 (hicri şəmsi 1368) İran-Iraq savaşından həmən sonra baş verən bəzi siyasi hadisələrdən sonra daha geniş və kütləvi şəkildə davam etmişdir.
Azərbaycan başda olmaqla İran Türklərinin ən mühüm tələbi, Türkcə’nin İran boyunda (mərhələli şəkildə öncə Azərbaycan bölgəsində daha sonra bütün ölkədə) Fars dili ilə bərabər şəkildə rəsmi, hüquqi statü qazanması və bütün Türk dövlətləri ilə qardaşcasına, bərabər şəkildə əl-ələ verərək böyük, güclü və sosyal təminatı yüksək olan mürəffəh bir birlik təşkil etməkdir.
Bu istiqamətdə geniş ictimai, mədəni və siyasi faaliyyətlər gün geçdikcə artmaqdadır. Azərbaycan başda olmaqla İran’ın – Tehran, Xorasan, İsfahan, Şiraz kimi birçox əhəmmiyyətli bölgələrində Türk kimliyinin yenidən İhya/Bərpa edilməsi istiqamətində Türk faallar tərəfindən ciddi ictimai-mədəni faaliyyətlər hayata keçirilməkdədir. İranda başlatmış olduğumuz bu muəzzəm milli proses, tərəfimizcə iləri sürülən tarixi Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsinin yenidən ihya edilməsi ilə mümkündür. Son dönəmlərdə işlədilən İHYA ve İHYAÇILIQ terimləri də, bu Tarixi Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsinin yenidən ihya/berpa edilməsini hədəflədiyindən qaynaqlanmaqdadır.
Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsinin yenidən ihya edilməsinə görə, İran’da Tarixi Azərbaycan Əyalətinin tarixi səlahiyyətlərinin konstitusiya (Anayasa) səviyyəsində yenidən rəsmən tanınması və Türk kimliyinin, dövlət kimliyinin ən əhəmmiyyətli parçası olaraq yenidən ihya edilməsi, Türkcənin Farsca ilə bərabər dövlət dili olaraq qəbul edilməsi və digər azınlıqların Məhəlli və Məntəqeyi-Regional haqlarının tanınması, Azərbaycan və bir bütün olaraq İran Türklüyünün ən əsas mədəni və siyasi stratejisidir. Başqa bir ifadə ilə klasik dövlət kimliyinin modern şəkildə yenidən ihya edilməsinə nail olmaqdır.
Bizə görə;
-
İran, Azərbaycan və digər Türk dövlətləri mütləq həmrəylik içində olmalıdır. - İran daxil Türk dövlətlərinin xarici siyasətləri qarışılıqlı şəkildə qardaşca mövcud problemlərin həllinə yönəlik olmalıdır.
- İran Türk Dünyasının əhəmmiyyətli tarixi bir parçası olaraq əl-ələ böyük, güclü və sosyal təminatı olduqca yüksək olan mürəffəh Türk Birliyinə doğru hərəkət etməlidir.
- Bu həm bölgəmizin barış, səadət ve rifahı üçün həm də ölkələrimizin gələcəyi nöqteyi-nəzərindən hayati əhəmiyyət daşımaqdadır.
Bu yazımızda İran nümunəsində ələ alınan problemlər, İslam dünyasındaki modern Millət-Dövlət təşəkküllərində aşağı-yuxarı bənzər problemlər mövcuddur.
Türk ve İslam dövlətlərinin qarşılıqlı şəkildə qardaşlığa əsaslanan əlaqələrə dair yüksək səviyyədə səmimiyyət gərəklidir.
Bir birinə qarşı mövcud daxili və xarici zəəflərin suistimal edilməməsi gərəkdir, əksinə mövcud problemlərə dair qarşılıqlı şəkildə həll yolları aranmalıdır.
Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsinin tarixi cəhətdən birlik və bütövlüyünü təşkil edən Türkcə, Farsca və qismən Ərəbcə dilləri üzərindən təşkil edilmək istənmiş olan modern millət-dövlət kimliyinə əsaslanaraq ixtilafların siyasət aləti olaraq suistimal edilməsinə ve ixtilafların düşmənliyə çevrilməsinə əslən izin verilməməlidir. Türk, Fars, Ərəb dilləri tarixən Avrasyanı qapsayan Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsinin müştərək üç əsas dili olmuşdur.
Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsinin tarixi müştərək Türk dilinə gəlindiyində isə qeyd etməliyəm ki, bugün Azərbaycanda rəsmi ədəbi dil olaraq qəbul edilən Azərbaycan dili, daha çox yaxın olmuşdur. Bunun da əsas səbəbi, Azərbaycan’ın, ədəbi dilinin əsasını qoyan Rus Flalog ve Pedagogu Aleksey Osipoviç Çernyayevski’nin (1840-1894), Tibilisidə tərtip ettiyi 1882 (Vətən Dili I/وطن دیلی) və 1888 (Vətən Dili II/وطن دیلی) dərslik kitaplarının mətn və şivəsini İran ağırlıqlı tarixi müştərək ədəbi Türkcə əsasında təşkil etməsi olmuşdur.
Son söz olaraq qeyd etməliyəm ki, Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsinin siyasi iradəsini təmsil edən klasik Türk dövlətləri olmuştur və Qaracar Noyan/Xəzər soyundan gələn Qacar dövləti bu mədəniyyət hövzəsinin 1925ə qədərki ən son müqtədir təmsilçisi olmuştur.
Bugün Avrasyanı qapsayan tarixi Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsinin yenidən ihya edilməsi fikri, 21.ci əsrin qlobal miqyaslı siyasi arenasına öz damğasını vuracaq ən əhəmmiyyətli jeopolitik ve jeostratejik addım sayılır və mənə görə Azərbaycan Cumhur Rəyisi cənab İlham Əliyev Zati Alilərinin Qarabağ zəfərindən sonra Azərbaycanın dövlət başçısı olaraq atacağı növbəti addım olmalıdır.
Cənab Prezident İlham Əliyev zati aliləri nəzərə almalıdır ki, Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsinin yenidən ihya edilməsi istiqamətində Azərbaycanın İrana dair tətbiq edəbiləcəyi üç əsas siyasi xətt mövcuddur;
1. Riza Şah Pəhləvi dövründə ilk dəfə İran tarixində Fars Dili və Ədəbiyyatı təşkilatının qurucusu, Türk ziddiyyətli Pers düşüncə sistemini əsas alan Yəhudi kökənli Məhəmməd Əli Fruginin əsas davamşısı olan Seyyed Hossein Nasr/Seyyed Hüseyn Nəsrin qoyduğu Türk ziddiyyətli, Təsəvvüf ağırlıqlı İslam ve Turat yönümlü İran anlayışına dayalı siyasi və mədəni xətt.
2. Yəhudi kökənli olduqları iddia edilən Laricani ailəsinə mənsub Məhəmməd Cavad Ərdəşir Laricaninin 1980lərin əvvəlində İslam adına Ümmülqura/ أمّ القرى teorisi ilə irəli sürmüş olduğu Türk ziddiyyətli Osmanlı misyonunun ihyasını ön görən və İran üçün də bu müddət ərzində büyük maddi, mənəvi zərərlərə səbəb olan xətt.
3. Naçizanə tərəfimcə irəli sürülən və 2018dən etibarən beynəlxalq aspektdə siyasi müstəviyyə daşınan və ciddi sürətdə təqib edilən və İranın əsli qurucu unsurunun Türk olduğu prinsipinə əsaslanan, böyük, güclü və sosyal təminatın olduqca yüksək olacak Türk Birliyini hədəfləyən və Türklərin əsli qurucu unsur olduğu və tarixən Avrasyanı qapsayan Xorasan/Azərbaycan Mədəniyyət hövzəsinin yenidən ihyasi xəttidir.