Ağ Evdəki görüşdən yeni GÖRÜNTÜLƏR .....                        Şamaxıda ağır qəza - ölən var .....                        Putin müharibəni dayandırmağa razı olmasa... - Tramp .....                        Putin onlara güvənmir - Kreml elitası daxilində PARÇALANMA .....                        Şairin küçədə meyiti tapıldı .....                        Özgür Özəl haqqında istintaq başladı .....                        Dağda yıxılaraq köməksiz qalan qadın xilas edildi .....                        Tramp-Putin görüşü ərəfəsində ruslar ildırımsürətli hücuma keçib .....                        Azərbaycan əleyhinə qətnamə layihəsi rədd edildi .....                       
20-02-2024, 12:18
156 saylı məktəbin direktoru açıqlama verdi: Şagird zarafat məqsədilə edib


156 saylı məktəbin direktoru açıqlama verdi: Şagird zarafat məqsədilə edib

Ötən gün Bakıda yeniyetməyə qarşı həmyaşıdları tərəfindən zorakılıq olub. Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir. Bunu edənlərin Şüvəlanda yerləşən 156 saylı məktəbin şagirdləri olduğu iddia edilir.
Hadisə ilə bağlı sözügedən məktəbin direktoru Gülər İsmayılova jurnalistlərə açıqlama verib.
O bildirb ki, hadisə yanvarın 17-si məktəbdən, dərs saatından kənar bir vaxtda baş verib:
“Deyilənə görə hadisə təqribən saat 3-dən sonra məktəb ərazisinə daxil olmayan ərazidə baş verib. Hadisədə görünən 2 nəfərdən yanlız bir nəfər bizim məktəbin 11-ci sinif şagirdidir. Digər, videoya çəkən qonşusudur,
məktəbin şagirdi deyillər”.
Direktor qeyd edib ki, həmin şagirddə indiyədək heç bir psixoloji problem müşahidə etməyiblər:
“Oxuduğu müddətdə heç bir sinif yoldaşına, digər şagirdlərə qarşı heç bir neqativ hal baş verməyib. Biz məlumatı əldə etdikdən sonra valideyn və şagird məktəbə dəvət olunub.
Psixoloq şagird ilə söhbət aparıb. Şagirdin bizə söylədiyinə görə zarafat məqsədi ilə bunu edib. Çox peşman olduğunu bildirir. Hal-hazırda hüquq mühafizə orqanları araşdırma aparır. Yəqin ki, yaxın günlərdə ictimaiyyətə daha ətraflı məlumat veriləcək. Məktəb daxilində isə şagirdlə psixoloji söhbət aparılıb”.
20-02-2024, 12:11
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Fevralın 21-də Azərbaycanda havanın yağıntılı olacağı, bəzi yerlərə qar yağacağı gözlənilir.
Bu barədə Milli Hidromoterologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı ehtimalı var. Gecə və səhər zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında havanın əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
20-02-2024, 11:19
"Bu nadan yeniyetmələrin valideynlərinə deməyə söz tapmıram..."


Könül Quliyeva:"Bu nadan yeniyetmələrin valideynlərinə deməyə söz tapmıram..."

Gündəlik həyatda çox nadir hallarda təəssüf, xəcalət və qəzəb hissləri eyni anda və birgə yaşanır. Dünən sosial şəbəkələrdə paytaxtın Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən qeyri-etik, daha doğrusu, əxlaqsız hərəkətləri ilə bağlı yayılan video mənə bu hissləri məhz eyni zamanda yaşatdı. Həmyaşıdına etdikləri əxlaqsızlığı həvəslə telefonun kamerasına həkk edən məktəblilərin valideynlərinin əvəzinə mən xəcalət çəkdim.
Həm də çox təəssüfləndim...
Və məktəb yoldaşları tərəfindən alçaldılan azyaşlının həmin anda nələr çəkdiyini təssəvvür etməyə çalışdım. Bacarmadım... Çox qəzəbləndim...
Bu nadan yeniyetmələrin valideynlərinə deməyə söz tapmıram. Bircə onu bilirəm ki, övladına düzgün tərbiyə verməyən valideyn ən sərt və kəskin şəkildə ictimai qınaq obyektinə çevrilməlidir. Məlumdur ki, övlad ata və anasının əməllərinə görə məsuliyyət daşıya bilməz. Amma uşaqların tərbiyəli övlad, ləyaqətli vətəndaş kimi formalaşmasına görə ən böyük məsuliyyət ilk növbədə valideynlərin üzərinə düşür. Niyə əvvəlki dövrlərdə olduğu kimi, nalayiq hərəkətlərə yol verən məktəblilər barədə valideynlərin iş yerinə məktub ünvanlanmır, onların işlədikləri idarə və ya təşkilatın rəhbərliyi və kollektivi övladını düzgün tərbiyə etməyən əməkdaşı ictimai qınaq obyektinə çevirmək imkanından məhrumdurlar? Nə vaxtadək şagird, müəllim və valideyn “üçbucağında” sonuncu “bucaq” məsuliyyətdən kənar qalacaq?
Niyə çətin tərbiyə olunan uşaqlar üçün xüsusiləşmiş orta təhsil müəssisəsi paytaxtda deyil, əyalətdə (Qubada) fəaliyyət göstərməlidir? Heç bir cəza tədbirinə məruz qalmayan yeniyetmələrin təkrarən etik davranış qaydalarını pozmayacağına kim zəmanət verə bilər? Niyə məktəblərdə şagirdlərin təlim və tərbiyəsinə bir yox, bir neçə təhsil işçisinin – məktəb direktoru, tərbiyə işləri üzrə direktor müavini, sinif rəhbəri, fənn müəllimləri, psixoloq, “məktəblinin dostu” və s. cəlb olunduğu halda, məktəblilər tərəfindən baş verən xoşagəlməz hadisələrin sayı durmadan artır? Bu suallara cavab axtarışı vətəndaş cəmiyyətində ətraflı müzakirələrin aparılmasını, təcrübəli təhsil işçiləri və müvafiq qurumların məsələyə ciddi münasibət bildirməsini tələb edir.
Onu da qeyd edim ki, bütün valideynlər Azərbaycan Respublikasının “Ailə Məcəlləsi”nin 58-ci maddəsində uşaqların tərbiyə və təhsilində nəzərdə tutulan hüquq və vəzifələrinə əməl etməlidirlər. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.
Dövlətin və təhsil sisteminin üzərinə düşən ən böyük öhdəlik isə ailə ilə məktəbin əməkdaşlığının yenidən və effektli qurulmasını təmin etmək, məqsədləri doğru və hərtərəfli şəkildə müəyyənləşdirməkdir.




Könül Quliyeva
"Uşaqların Gələcəyi Naminə" İctimai Birliyin sədri
19-02-2024, 23:09
Bakıda şagird zorbalığa məruz qaldı - Rəhbərlik hərəkətə keçdi


Bakıda şagird zorbalığa məruz qaldı - Rəhbərlik hərəkətə keçdi

Bakıda yerləşən 156 saylı orta məktəbin yaxınlığında şagirdlərdən biri həmcinsi tərəfindən bullinqə məruz qalıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə 156 saylı məktəbin yaxınlığında baş verib:
"Videogörüntülərdən məlumatlıyıq. Nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır".
156 nömrəli tam orta məktəbdən verilən məlumata görə, məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib.
Məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb.
Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub, aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir.
19-02-2024, 22:49
Yaponiya Ukraynaya 12 milyard dollarlıq yardım göndərir


Yaponiya Ukraynaya 12 milyard dollarlıq yardım göndərir

Yaponiya Ukraynaya 12,1 milyard dollar
məbləğində maliyyə yardımı edəcək.
Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal Yaponiyanın baş naziri Fumio Kişida ilə görüşdən sonra özünün Telegram kanalında yazıb.
Şmıqalın sözlərinə görə, Kişida ilə görüşdə Ukrayna və Yaponiya arasında əməkdaşlıqla bağlı bir çox məsələlər müzakirə olunub.
Bu məsələlərə vizanın liberallaşdırılması, ticarətin artması, həmçinin “Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi” daxildir.
Ümumilikdə, Ukrayna və Yaponiya baş nazirləri görüşdə 56 sənəd imzalayıblar.
19-02-2024, 21:53
İdmançımız Avropa çempionatının qalibi oldu


İdmançımız Avropa çempionatının qalibi oldu

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında Dadaş Dadaşbəyli körpücük üzərinə qalxıb.
O, 109 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Dadaş birdən qaldırma hərəkətində 176 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə Avropa çempionatının qalibi olub.
Atletimiz təkanla qaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. O, 212 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə də qızıl medal qazanıb.
Təmsilçimiz toplam 388 kq (176+212) nəticə ilə yekun sıralamada da Avropada hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Kişilər arasında bu uğura sonuncu dəfə 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilmiş Avropa çempionatında Əfqan Bayramov imza atmışdı.
19-02-2024, 21:38
Ərdoğan: “Qərar ləğv edilənə qədər Azərbaycana dəstəyimizi davam etdirəcəyik”


Ərdoğan: “Qərar ləğv edilənə qədər Azərbaycana dəstəyimizi davam etdirəcəyik”

Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin bu il keçiriləcək tədbirlərə qatılmasına maneə yaradılması ilə bağlı qəbul edilən qərarlara etirazımızı güclü şəkildə göstərdik.
Bu barədə fevralın 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.
"Assambleyanın münaqişə yox, parlament demokratiyasını gücləndirəcək bir dialoq platforması olmasının vacibliyini vurğulamaqda davam edəcəyik. Qəbul olunan qərar ləğv edilənə qədər Azərbaycana dəstəyimizi və bu istiqamətdəki səylərimizi davam etdirəcəyik", - Türkiyə Prezidenti qeyd edib.
19-02-2024, 20:50
Növbədənkənar Zirvə toplantısı iyul ayında Şuşada keçiriləcək - Ərdoğan


Növbədənkənar Zirvə toplantısı iyul ayında Şuşada keçiriləcək - Ərdoğan

Türk Dövlətləri Təşkilatının növbədənkənar Zirvə toplantısı iyul ayında Şuşada keçiriləcək.
Bu barədə fevralın 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.
Türkiyə Prezidenti deyib: “Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da güclənməsi üçün fəaliyyətimizi davam etdiririk. Təşkilatımızın növbədənkənar Zirvə toplantısının iyul ayında Türk dünyasının mədəniyyət paytaxtlarından olan Şuşada keçirilməsindən məmnunluq hissi keçirdiyimi xüsusi qeyd etmək istəyirəm”.
19-02-2024, 20:07
Mehriban Əliyeva və Əminə Ərdoğan görüşdü


Mehriban Əliyeva və Əminə Ərdoğan görüşdü

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşüb.
Bu barədə Türkiyənin birinci xanımı Əminə Ərdoğan "X" səhifiəsində paylaşım edib.
“Azərbaycan Prezidentinin əziz xanımı, dostum Mehriban Əliyeva ilə görüşdük. Mən Mehriban xanım Əliyevaya Qarabağ Zəfəri nəticəsində 30 ildən sonra seçkinin bütün Azərbaycan torpaqlarında yüksək iştirakla keçirilməsindən məmnunluğumuzu bildirdim.
Bu il Azərbaycanın ev sahibliyi edəcəyi COP29 ilə bağlı birgə həyata keçirə biləcəyimiz işlər haqqında da fikir mübadiləsi apardıq.
Yenidən Prezident seçilən cənab İlham Əliyevi və onun dəyərli həyat yoldaşı Mehriban Əliyevanı ürəkdən təbrik edir, onlara uğurlu fəaliyyət arzulayıram. Ümid edirəm ki, seçkidəki qələbə dost Azərbaycan xalqına xeyir gətirəcək”, - paylaşımda deyilir.
19-02-2024, 19:32
İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatdı - FOTO


İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatdı - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri fevralın 19-da başa çatıb.
Ankaranın Esenboğa hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və digər rəsmi şəxslər yola saldılar.





����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!