Rəqsanənin həbsinin TƏFƏRRÜATLARI .....                        Yer yaxınlığında təhlükəli asteroid .....                        Bloger-jurnalist həbs edildi .....                        Türkiyədə saxta polislər - Əməliyyatçılar heyrətə gəldi .....                        Çin kosmosu fəth edir - Növbəti peyk orbitə buraxıldı .....                        FHN çimərliklərdə maarifləndirmə tədbirlərini davam etdirir .....                        Azərbaycanda cinayətlər ən çox hansı bölgədə törədilir? .....                        Türkiyədə meşə yanğınları davam edir .....                        İsrail Husilərə məxsus obyektləri vurdu .....                       
9-02-2024, 14:37
Qarabağ Universitetində təhsil alacaq şəxslər müəyyənləşdi - RƏSMİ


Qarabağ Universitetində təhsil alacaq şəxslər müəyyənləşdi - RƏSMİ

“2024-2025-ci tədris ilinin sentyabrında Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları əsasında bakalavriat səviyyəsinə I tədris ilinə müxtəlif ixtisaslara təxminən 1000 nəfər tələbənin qəbulu aparılacaq”
Bunu Mərkəzin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev deyib.
O bildirib ki, Elm və Təhsil Nazirliyi Qarabağ Universitetinə tələbə qəbulunu 2 formatda həyata keçirməyi planlaşdırır:
“Qarabağ Universitetində birinci tədris ilində professor-müəllim heyəti və tədqiqatçılar həm daimi əsaslarla, həm də dövri (həftəlik, aylıq, semestrlik və s.) fəaliyyət göstərə bilər. Bütün heyətin Universitet üçün nəzərdə tutulmuş ərazidə yerləşdirilməsi (mənzil-yataqxana təminatı) və digər xərclər qarşılanacaq.
Bundan əlavə Elm və Təhsil Nazirliyinin SABAH qruplarına imtahan əsasında və digər universitetlərlə mübadilə və mobillik proqramları çərçivəsində II tədris ilinə də tələbə qəbulu planlaşdırılır.
Birinci tədris ili üçün Universitetə yalnız dövlət sifarişi əsasında (ödənişsiz) qəbul aparılması nəzərdə tutulur. Eyni zamanda tələbələrə əlavə adlı təqaüdlərin verilməsi təklif olunur. Bütün təhsilalanların Universitet ərazisində yaşayış kompleksində mənzil tipli yataqxana ilə təmin olunacaqdır”.
Mətbuat katibi eyni zamanda qeyd edib ki, Qarabağ Universitetində təkcə keçmiş məcburi köçkünlər yox, bütün vətəndaşlar təhsil ala biləcəklər.
Xatırladaq ki, ötən il Prezidentin İlham Əliyev “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama görə, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır.
Universitetdə pedaqoji, iqtisadiyyat, mühəndislik, humanitar və sosial elmlərə aid, incəsənət, turizm sahələri üzrə ixtisaslar tədris olunacaq.
Elm və təhsil nazirinin müavini İdris İsayev universitetdə ilkin mərhələdə 70 nəfərin işlə təmin olunmasının gözlənildiyini, onların böyük hissəsinin akademik şəxslər olacağını söyləyib. Qeyd edib ki, dünyanın nüfuzlu ali təhsil müəssisələrində doktorantura təhsili alan tələbələrin də universitetdə akademik fəaliyyətə cəlb olunması nəzərdə tutulur.
9-02-2024, 14:25
Gürcüstanda yeni təyin olunmuş Baş nazir Prezidentə zəng etdi


Gürcüstanda yeni təyin olunmuş Baş nazir Prezidentə zəng etdi

Fevralın 9-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
İrakli Kobaxidze İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycanın rifahı naminə fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirərək, öz növbəsində İrakli Kobaxidzeni Gürcüstanın Baş naziri vəzifəsinə təsdiq olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildirib, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
9-02-2024, 14:06
Azərbaycan milli komandasının oyunlarının təqvimi müəyyənləşdi


Azərbaycan milli komandasının oyunlarının təqvimi müəyyənləşdi

UEFA Millətlər Liqası turnirinin C Liqasında mübarizə aparacaq Azərbaycan milli komandasının oyunlarının təqvimi müəyyənləşib.
Bununla bağlı AFFA məlumat yayıb.
Azərbaycan yığması ilk oyununu sentyabrın 5-də öz meydanında İsveçə qarşı keçirəcək. Millimiz qrupdakı son matçında da İsveçlə qarşılaşacaq.

5 sentyabr
Azərbaycan – İsveç

8 sentyabr
Slovakiya – Azərbaycan

11 oktyabr
Estoniya – Azərbaycan

14 oktyabr
Azərbaycan – Slovakiya

16 noyabr
Azərbaycan – Estoniya

19 noyabr
İsveç – Azərbaycan.
9-02-2024, 13:56
BƏƏ Prezidentindən İlham Əliyevə təbrik


BƏƏ Prezidentindən İlham Əliyevə təbrik

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
Bu barədə “Emarat Al Youm” qəzeti məlumat yayıb.
Paylaşımda deyilir: “Prezident İlham Əliyevi son prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edir, ona Azərbaycanın daha da inkişafı naminə fəaliyyətində uğurlar arzulayıram. Ölkələrimizin və xalqlarımızın maraqları naminə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı maraqlar bazasının genişləndirilməsi məqsədilə onunla birgə işi davam etdirməyi səbirsizliklə gözləyirəm”.

9-02-2024, 13:32
Kürdəmirdə dəhşətli hadisə: Oğul anasının başını kəsdi, qonşusunu bıçaqladı


Kürdəmirdə dəhşətli hadisə: Oğul anasının başını kəsdi, qonşusunu bıçaqladı

Bu gün saat 12 radələrində Kürdəmir rayonunun Şıxımlı kənd sakini, 1981-ci il təvəllüdlü İlham İsa oğlu Alıyev yaşadığı evdə anası, 1949-cu il təvəllüdlü Nəsibə Soltan qızı Aliyevaya və həmkəndlisi, 1970-ci il təvəllüdlü Vüqar Davud oğlu Məmmədova, daha sonra isə kənd ərazisində digər bir həmkəndlisi, 1980-ci il təvəllüdlü Famil Oqtay oğlu Şükürova kəsici-deşici alətlə xəsarətlər yetirib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Qeyd edilib ki, hadisə nəticəsində N.Aliyeva və F.Sükürov ölüb, V.Məmmədov isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisəni törədən şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.
İlkin məlumata görə, aralarında yaranan mübahisə zəminində Şıxımlı kənd sakini Aliyev İlham İsa oğlu əvvəlcə anası Əliyeva Nəsibə Soltanəli qızının başını kəsib, sonra isə qonşusu Şükürov Famil Oqtay oğlunu qətlə yetirib.
8-02-2024, 21:58
UEFA-da püşkatma mərasimi keçirildi


UEFA-da püşkatma mərasimi keçirildi

UEFA Millətlər Liqasında 2024-2025-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.
Fransanın paytaxtı Parisdə təşkil olunan tədbirdə hər divizion üzrə qrupların tərkibi müəyyənləşib.

UEFA Millətlər Liqası

A Liqası
1-ci qrup: Xorvatiya, Portuqaliya, Polşa, Şotlandiya
2-ci qrup: İtaliya, Belçika, Fransa, İsrail
3-cü qrup: Niderland, Macarıstan, Almaniya, Bosniya və Herseqovina
4-cü qrup: İspaniya, Danimarka, İsveçrə, Serbiya

B Liqası
1-ci qrup: Çexiya, Ukrayna, Albaniya, Gürcüstan
2-ci qrup: İngiltərə, Finlandiya, İrlandiya, Yunanıstan
3-cü qrup: Avstriya, Norveç, Sloveniya, Qazaxıstan
4-cü qrup: Uels, İslandiya, Monteneqro, Türkiyə

C Liqası
1-ci qrup: İsveç, Azərbaycan, Slovakiya, Estoniya
2-ci qrup: Rumıniya, Kosovo, Kipr, Litva/Cəbəllütariq
3-cü qrup: Lüksemburq, Bolqarıstan, Şimali İrlandiya, Belarus
4-cü qrup: Ermənistan, Farer adaları, Şimali Makedoniya, Latviya

D Liqası
1-ci qrup: Litva/Cəbəllütariq, San Marino, Lixtenşteyn
2-ci qrup: Moldova, Malta, Andorra

Qeyd edək ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin oyun günləri 5-7, 8-10 sentyabr, 10-12, 13-15 oktyabr, 14-16 və 17-19 noyabrdır.
8-02-2024, 21:30
Sumqayıtda dəm qazından zəhərlənənlərin son vəziyyəti açıqlandı


Sumqayıtda dəm qazından zəhərlənənlərin son vəziyyəti açıqlandı

08.02.2024-cü il tarixində saat 17:50 radələrində Sumqayıt şəhərində yerləşən müəssisələrdən birində baş verən zəhərlənmə ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 4 briqadası hadisə yerinə cəlb edilib.
Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib ki, hadisə nəticəsində 4 nəfər hospitalizasiya olunub. Dəm qazının toksiki təsiri diaqnozu ilə 1951, 1961, 1968 və 1996-cı il təvəllüdlü şəxslər (qadın cinsli) Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
1996-cı il təvəllüdlü şəxsə Reanimasiya şöbəsində, digərlərinə isə Təcili yardım şöbəsində zəruri tibbi yardım göstərilib, vəziyyətləri orta ağır qiymətləndirilir.
8-02-2024, 21:21
Azərbaycan beynəlxalq ictimaiyyətə açıq ölkədir - Müşahidə missiyaları


Azərbaycan beynəlxalq ictimaiyyətə açıq ölkədir - Müşahidə missiyaları

Milli Məclisin sədri Sahibə Qafarova növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Pakistan, İordaniya və Malayziya parlament müşahidə missiyaları ilə görüşlər keçirib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Sahibə Qafarova Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik bu seçkiləri ölkənin gələcək inkişafının müəyyən olunması baxımından mühüm siyasi hadisə adlandırıb. O, növbədənkənar prezident seçkilərinin ilk dəfə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü təmin olunmuş şəkildə ölkəmizin bütün ərazisində, o cümlədən Xankəndidə, Şuşada və digər işğaldan azad edilmiş rayonlarda keçirildiyini bildirib. Milli Məclisin sədri, keçmiş məcburi köçkünlərin artıq bir hissəsinin işğaldan azad olunmuş ərazilərə qayıtdığını və bu seçkilərdə öz doğma torpaqlarında səs verdiklərini diqqətə çatdırıb.
S.Qafarova prezident seçkilərinin azad, demokratik və şəffaf şəraitdə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü və seçkilərin qanunvericiliyin tələblərinə, bütün qabaqcıl standartlara uyğun təşkil olunduğunu vurğulayıb. O deyib ki, bu seçkilərdə əsas diqqət çəkən məqamlardan biri də yüksək seçici fəallığının qeydə alınmasıdır. Xalqımız seçki məntəqələrinə gedərək, dövlətimizin gələcəyi naminə səs verib.
Milli Məclisin sədri istər seçkilərə hazırlıq prosesinin, istərsə də səsvermənin çoxsaylı yerli və beynəlxalq müşahidəçilər tərəfindən izlənildiyini qeyd edərək bildirib ki, müşahidəçilər seçki prosesi barədə müsbət fikirlərini bölüşüblər.
Görüşlərdə Pakistan Senatının İqtisadi məsələlər üzrə daimi komitəsinin sədri Faysal Salim Rahman, İordaniya Nümayəndələr Palatası sədrinin birinci müavini Əbdürrəhim Əl Maayah, Malayziya Senatının sədr müavini Nur Cazlan bin Mohamed və Malayziya Nümayəndələr Palatasının sədr müavini Ramli Bin Mohd Nor seçkilərin uğurlu keçməsi ilə əlaqədar xalqımızı və dövlətimizi təbrik ediblər. Qeyd olunub ki, prezident seçkiləri demokratik, beynəlxalq standartlara uyğun, şəffaf və ədalətli şəkildə keçirilib. Vətəndaşların fəallığı, seçicilərin səsvermə başlayan andan məntəqələrə gələrək sərbəst şəkildə öz iradələrini ifadə etmələri prosesin yaxşı təşkil olunduğunu təsdiqləyir. Gənclərin seçkiyə yüksək münasibətinin və fəal qoşulmasının qonaqlarda müsbət təəssürat doğurduğu qeyd edilib.
Müşahidə missiyalarının üzvləri Azərbaycanın inkişafı təqdir edərək beynəlxalq ictimaiyyətə açıq ölkə olduğunu vurğulayıblar.
Pakistan Senatının Daimi Komitə sədri bu gün ölkəsində seçkilər keçirilməsinə baxmayaraq, prezident seçkilərini müşahidə etmək üçün Azərbaycana səfərə gəldiklərini, bunun ölkələrimiz arasında münasibətlərə verilən önəmin ifadəsi olduğunu bildirib.
Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlərimiz arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri ilə bağlı da müzakirələr aparılıb.
8-02-2024, 20:49
Sumqayıtda kütləvi zəhərlənmə: 4 qadın xəstəxanalıq oldu


Sumqayıtda kütləvi zəhərlənmə: 4 qadın xəstəxanalıq oldu

Sumqayıtda istehsal müəssisələrindən birində kütləvi zəhərlənmə olub.
Müəsisədə işləyən 4 qadın - Behbudova Asudə Əşrəf qızı, Əliyeva Nuranə Pərviz qızı, Mahmudova Gülpəri İbrahim qızı, Yarmədova Simnarə Ağabəy qızının dəm qazından zəhərləndikləri bildirilir.
Zəhərlənənlər xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.
8-02-2024, 20:42
Ukraynanın Ali Baş Komandanı dəyişdi


Ukraynanın Ali Baş Komandanı dəyişdi

Ukrayna prezidenti Volodimir Zelenski Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırskini silahlı qüvvələrin yeni baş komandanı təyin edib.
Bu barədə o, videomüraciətində bildirib.
“Mən general-polkovnik Sırskini Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı təyin etdim”, – Zelenski deyib.
Qeyd edək ki, Zelenski bundan əvvəl Baş Komandan Valeri Zalujnı ilə görüşüb və Silahlı Qüvvələrin rəhbərliyinin dəyişdirilməsini müzakirə edib.
Zalujnı bildirib ki, o, Zelenski ilə “vacib və ciddi söhbət” edib.
"Böyük Müharibənin ilk ən çətin günlərində mənfur və güclü düşmənə qarşı durmuşuq. Biz bir yerdə olmuşuq. Döyüşümüz davam edir və hər gün dəyişir. 2022-ci ilin vəzifəsi 2024-cü ilin vəzifələrindən fərqlidir. Ona görə də hamı dəyişməlidir. Biz birlikdə qalib gələ bilərik. Yaxınlıqda olan hər kəsə təşəkkür edirəm” – Zalujnı qeyd edib.
Ukrayna prezidenti 2 il ölkəni müdafiə etdiyinə görə ali baş komandana təşəkkür edib və bildirib ki, Zalujnı ilə Ukrayna Silahlı Qüvvələrinin yenilənmiş rəhbərliyində kimlərin ola biləcəyini müzakirə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!