Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
22-09-2023, 13:06
Son 2 ildə ermənilər 258 dəfə atəşkəs rejimini pozub - Birgə Monitorinq Mərkəzi


Son 2 ildə ermənilər 258 dəfə atəşkəs rejimini pozub - Birgə Monitorinq Mərkəzi

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi son 2 ildə ermənilərin 258 dəfə atəşkəs rejimini pozması faktlarını qeydə alıb.
Mərkəz fəaliyyətini davam etdirir.
Qeyd olunub ki, mərkəz pilotsuz uçuş aparatları və digər texniki vasitələrlə müşahidələr həyata keçirir, atəşkəsin pozulması faktlarını qeydə alır. Həmçinin həmin faktlar sənədləşdirilir.
Xatırladaq ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 2021-ci il yanvarın 30-dan fəaliyyət göstərir.
22-09-2023, 12:44
İsveçrədə qadınlar üçün nəzərdə tutulmuş üz örtüyündən istifadə qadağan olundu


İsveçrədə qadınlar üçün nəzərdə tutulmuş üz örtüyündən istifadə qadağan olundu

İsveçrə parlamenti müsəlman qadınlar üçün nəzərdə tutulmuş üz örtüyü olan burkanı qadağan edən qanun qəbul edib.
Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Qəbul edilmiş qanuna əsasən, qadağanın pozulmasına görə 1000 franka qədər (təqribən 1900 manat) cərimə nəzərdə tutulub.
Qeyd edək ki, 2021-ci ilin fevralında İsveçrədə ümumxalq səsverməsində əhalinin 51%-i üz örtüyünün qadağan edilməsinə səs verib.
22-09-2023, 12:20
İranda keçirilən paradda ilk dəfə "Pave" qanadlı raketləri təqdim olundu


İranda keçirilən paradda ilk dəfə "Pave" qanadlı raketləri təqdim olundu

İranda keçirilən paradda ilk dəfə "Pave" qanadlı raketləri təqdim olunub.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Bildirilib ki, raket 1650 kilometr məsafəyədək çatmağa qadirdir. Həmçinin hipersəs ballistik raketləri olan "Fəttah"lar da ilk dəfə nümayiş etdirilib.
Tehranın iddiasına görə, HHM sistemləri "Fəttah"ı sıradan çıxara bilmir.
22-09-2023, 12:09
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sentyabrın 23-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.
Azərbaycanın rayonlarında əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-9° isti, gündüz 12-17° isti olacaq.
21-09-2023, 23:34
BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı müzakirələr başladı


BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı müzakirələr başladı

BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı müzakirələr başlayıb.
Müzakirələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edir.

21-09-2023, 22:55
Türkiyənin XİN Başçısı Borrellə Qarabağdakı vəziyyəti müzakirə etdi


Türkiyənin XİN Başçısı Borrellə Qarabağdakı vəziyyəti müzakirə etdi

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb.
Bu barədə Borel "X" platformasındakı paylaşımında qeyd edib.
O, bildirib ki, görüşdə Aİ-Türkiyə əlaqələrində atılacaq növbəti addımlar, həmçinin Qarabağdakı vəziyyət müzakirə edilib.
21-09-2023, 22:45
“Qarabağ” rəqibi üzərində qələbə qazandı


“Qarabağ” rəqibi üzərində qələbə qazandı

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində mübarizəyə start verib.
H qrupunda yer alan Azərbaycan çempionu ilk oyununu Norveç klubu “Molde”yə qarşı keçirib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşün birinci hissəsi o qədər də sürətli alınmayıb. Nəticədə fasiləyə qədər qapılara qol vurmaq mümkün olmayıb.
Əvəzində ağdamlılar ikinci hissədə tempi artırıblar. Ardıcıl hücumlar 56-cı dəqiqədə bəhrəsini verib. Leandro Andrade qapı qarşısına ötürülən topu tora göndərərək, hesabı açıb. Bu qol həm də matçın taleyini həll edib. Qarşılaşmada başqa qol olmadığından, “Qarabağ” rəqibinə 1:0 hesabı ilə qalib gəlib.
Qrupun digər oyununda Almaniyanın “Bayer” klubu öz meydanında İsveç təmsilçisi “Hakken”i 4:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, II turun oyunları oktyabrın 5-də keçiriləcək. Həmin gün “Qarabağ” “Hakken”in, “Bayer” isə “Molde”nin qonağı olacaq.
21-09-2023, 21:59
Azərbaycanla bu ölkə arasında saziş imzalandı


Azərbaycanla bu ölkə arasında saziş imzalandı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Ruanda Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Vensan Biruta ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə, iki ölkə arasında ikitərəfli, habelə çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov xüsusilə Qoşulmama Hərəkatına (QH) sədrlik dövründə ölkəmizin Afrika regionunun bir sıra ölkələri, o cümlədən Ruanda ilə əlaqələrinin inkişaf etdiyini diqqətə çatdırıb.
Bu xüsusda, bir-birindən coğrafi baxımdan uzaqda yerləşmələrinə baxmayaraq, iki ölkə arasında əməkdaşlığın inkişafının mümkün olduğu bildirilib və bu istiqamətdə siyasi məsləhətləşmələr mexanizminin prosesə müsbət töhfə verə biləcəyinə dair inam ifadə olunub.
Nazir Vensan Biruta Azərbaycanın QH-ya uğurlu sədrlik təcrübəsini məmnunluqla xatırlayaraq, xüsusilə COVID-19 pandemiyası dövründə Hərəkata üzv dövlətlər, o cümlədən Afrika regionu ölkələrini əhatə edən mühüm təşəbbüslərin əhəmiyyətini qeyd edib.
Görüş zamanı, həmçinin “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ruanda Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında anlaşma memorandumu” və “Azərbaycan Respublikası hökuməti və Ruanda Respublikası hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında saziş” imzalanıb.
21-09-2023, 21:33
Azərbaycan və Polşanın XİN Başçıları görüşdü


Azərbaycan və Polşanın XİN Başçıları görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb.
Görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri, habelə regionda mövcud vəziyyət müzakirə olunub.
Bölgədə sülh və sabitliyin bərqərar olmasına ən böyük maneələrdən biri kimi 30 ilə yaxın işğalın qalıqları olan qeyri-qanuni erməni silahlı qüvvələrinə qarşı tərəfimizdən görülən antiterror tədbirlərindən bəhs edən nazir Ceyhun Bayramov, sözügedən tədbirlər çərçivəsində Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tərəfimizdən bütün lazımi tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Ermənistan tərəfindən sülh prosesini, eləcə də erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyasını ləngitmək, beynəlxalq ictimaiyyəti yanıltmaq məqsədilə aparılan qarayaxma kampaniyası çərçivəsində səslənən, bölgədə guya “humanitar böhran”, “blokada” olması ilə bağlı iddiaların əsassız olduğu vurğulanıb.
Bu yaxınlarda Azərbaycan tərəfindən uzun müddətdir təklif və təşviq edilən Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni zamanda açılması təklifinin həyata keçirilməsinin, əslində məsələnin həllinin lap əvvəldən danışıqlar masasında olduğunun, lakin bunun Ermənistanın və qondarma rejimin maraqlarına xidmət etmədiyi üçün süni maneələr vasitəsilə gecikdirildiyini göstərdiyi bildirlib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
21-09-2023, 21:19
Ərdoğan: “Davam edəndə Azərbaycan da addımını atdı”


Ərdoğan:“Davam edəndə Azərbaycan da addımını atdı”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Qarabağdakı lokal antiterror tədbirlərindən danışıb.
Bu barədə TRT kanalı məlumat yayıb.
O qeyd edib ki, lokal antiterror tədbirlərinin Paşinyanla əlaqəsi yoxdur, bu, Qarabağdakı qanunsuz silahlılara qarşı həyata keçirilib.
Ərdoğan vurğulayıb ki, separatçıların "seçki" keçirmək cəhdi həm Paşinyanı, həm də Azərbaycanı ciddi şəkildə narahat edib.
"Çünki Azərbaycan bu hadisəyə "hələ də davam edən prosesi alovlandırır" kimi baxırdı. Bu arada, qardaşlarımızı şəhid etmək cəhdi hadisəni çox fərqli yerə aparıb. Xəbərdarlıqlar edildi, lakin bütün bu xəbərdarlıqlara baxmayaraq, onlar özlərini toparlamadılar. Əksinə, prosesi davam etdirdilər. Davam edəndə Azərbaycan da addımını atdı. Prosesi çox uzatmadan əməliyyatlarını tamamladılar”.
Türkiyə lideri vurğulayıb ki Azərbaycan 90-a yaxın strateji nöqtəni vurub:
"Bu gün qardaşım İlham Əliyevlə danışıqlarım oldu. Bu məqamda o, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında etdiyim çıxışa görə mənə təşəkkür etdi və heç bir problem olmadığını dedi".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!