Mirzoyanın arvadına vəzifə verildi .....                        Prezidentdən Qurban bayramı ilə bağlı paylaşım .....                        İlon Mask "bombanı partlatdı" .....                        Bakı metrosunda yubanma - Səbəb AÇIQLANDI .....                        "Bəli, mən Ukraynanın yanındayam!" - Tramp .....                        Xankəndidəki paradla bağlı yeni faktlar .....                        Azərbaycan bu Şuraya üzv seçildi .....                        Mnatsakanyana Aprel döyüşlərində hansı tapşırıqlar verilib? .....                        Ağdamda müəllim bıçaqlandı .....                       
9-02-2023, 21:05
Azərbaycanlı həkimlər Kahramanmaraşda 10 nəfəri əməliyyat etdi


Azərbaycanlı həkimlər Kahramanmaraşda 10 nəfəri əməliyyat etdi

Azərbaycanın hərbi həkimləri Kahramanmaraşda 10 nəfəri əməliyyat edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətini davam etdirir. Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən hərbi həkimlərimiz qardaş ölkədə ümumilikdə 10 cərrahi əməliyyat icra ediblər. Bundan başqa, tibb personalımız baş vermiş zəlzələdən zərərçəkən 98 nəfəri müayinə edərək onlara ambulator yardım göstəriblər.
9-02-2023, 20:59
56 ölkədən axtarış-xilasetmə qrupları bölgəyə cəlb olunub - Çavuşoğlu


56 ölkədən axtarış-xilasetmə qrupları bölgəyə cəlb olunub - Çavuşoğlu

"Hazırda 56 ölkədən 6500-ə yaxın şəxs axtarış-xilasetmə işlərinə cəlb olunub". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. "Bu gün isə 19 ölkədən xilasedicilər Türkiyəyə gələcəklər. Onların bəzisi Latın Amerikası ölkələrindən gəldiklərinə görə uzun məsafədədir. Ümumilikdə 95 və 16 beynəlxalq təşkilatdan yardım təklifi almışıq. Bir çox ölkə xilasedicilərini, səhra xəstəxanalarını, tibbi personalını ölkəmizə göndəriblər. Hazırda isə 56 900 axtarış-xilasetmə əməkdaşı dağıntı olan bölgədə fəaliyyət göstərir",- deyə nazir bildirib.
9-02-2023, 19:44
Prezident İTV-yə maliyyə ayrılmasıyla bağlı sərəncam imzaladı


Prezident İTV-yə maliyyə ayrılmasıyla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının yayım hüququnu Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin əldə etməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə 940 500,0 avronun manat ekvivalentində vəsait ayrılıb. Maliyyə Nazirliyi Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
9-02-2023, 19:31
Macarıstanın baş nazirindən atəşkəs çağırışı


Macarıstanın baş nazirindən atəşkəs çağırışı

Macarıstanın baş naziri Viktor Orban Ukraynanı Rusiya ilə atəşkəsə çağırıb. Orban bu barədə twitter səhifəsində yazıb. "Macarıstan Ukraynaya humanitar yardım və maliyyə dəstəyi göstərməyə davam edəcək. Daha çox insan itkisinin qarşısını almaq üçün təcili atəşkəsi dəstəkləyirik. Macarıstan sülh düşərgəsinə aiddir", - deyə o qeyd edib. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
9-02-2023, 19:28
Zelenski Şarl Mişellə görüşdü


Zelenski Şarl Mişellə görüşdü

Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşüb. Mişel bu barədə twitter səhifəsində paylaşım edib. "Evinə xoş gəldin, Avropa İttifaqına xoş gəldin, Zelenski", - deyə o yazıb. Qeyd edək ki, Zelenski Brüsselə Aİ sammitində iştirak etmək üçün gəlib və əsas mövzulardan biri Ukraynaya dəstək məsələsi olacaq.
9-02-2023, 18:15
Zelenski Şarl Mişellə görüşdü


Zelenski Şarl Mişellə görüşdü

Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşüb. Mişel bu barədə twitter səhifəsində paylaşım edib. "Evinə xoş gəldin, Avropa İttifaqına xoş gəldin, Zelenski", - deyə o yazıb. Qeyd edək ki, Zelenski Brüsselə Aİ sammitində iştirak etmək üçün gəlib və əsas mövzulardan biri Ukraynaya dəstək məsələsi olacaq.
9-02-2023, 14:28
Zelenski Şarl Mişellə görüşdü


Zelenski Şarl Mişellə görüşdü

Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşüb. Mişel bu barədə twitter səhifəsində paylaşım edib. "Evinə xoş gəldin, Avropa İttifaqına xoş gəldin, Zelenski", - deyə o yazıb. Qeyd edək ki, Zelenski Brüsselə Aİ sammitində iştirak etmək üçün gəlib və əsas mövzulardan biri Ukraynaya dəstək məsələsi olacaq.
9-02-2023, 14:23
Türkiyədə 51 ölkədən olan xilasetmə qrupları fəaliyyət göstərir


Türkiyədə 51 ölkədən olan xilasetmə qrupları fəaliyyət göstərir

Türkiyəyə yardım edən ölkələrin sayı açıqlanıb. Hazırda Türkiyədə 51 ölkədən olan axtarış-xilasetmə qrupları fəaliyyət göstərir. Ümumilikdə 94 ölkə Türkiyəyə yardım etməyə hazır olduğunu bildirib. Hazırda zəlzələ bölgələrində 5125 nəfər əcnəbi xilasedici işləyir. Xilasetmə işlərinə 257 it cəlb olunub. Məlumatda, həmçinin qeyd olunub ki, bundan sonra daha 3554 əcnəbi xilasedicinin Türkiyəyə gəlməsi gözlənilir.

9-02-2023, 14:19
28 mindən çox insan zəlzələ zonasından təxliyə edilib


28 mindən çox insan zəlzələ zonasından təxliyə edilib

Türkiyədə zəlzələ bölgəsindən 28 mindən çox insan təxliyə olunub. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 11:38-ə qədər zəlzələnin yaşandığı 10 vilayətdən avtomobil yolu, dəmir yolu və hava yolu vasitəsilə ümumilikdə 28 044 nəfər digər bölgələrə evakuasiya olunub. Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 12 873 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 62 937 nəfərdir.
9-02-2023, 14:16
Sabahın hava proqnozu - Qar gözlənilir


Sabahın hava proqnozu - Qar gözlənilir

Bakıda və Abşeron yarımadasında fevralın 10-da gecə saatlarında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3° şaxta, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 777 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında sabah hava bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Arabir duman. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 2-7° şaxta olacaq. Yollar buz bağlayacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!