Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
12-09-2023, 00:12
Ərdoğanla söhbət əsaslı və faydalı oldu - Paşinyan


Ərdoğanla söhbət əsaslı və faydalı oldu - Paşinyan

Ermənistan baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığını mənalı və faydalı adlandırıb.
Bu barədə o, dövlət televiziyasına müsahibəsində bildirib.
“Ərdoğanla söhbət də çox rəsmi idi, deyə bilərəm ki, söhbət əsaslı və faydalı oldu. Bir sıra qarşılıqlı nüansların olması vacibdir, bu nüanslar, mövqelər, qiymətləndirmələr haqqında daimi ünsiyyət olmalıdır”, - deyə o qeyd edib.
Xatırladaq ki, danışıqlar zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.
Bundan əlavə, tərəflər regionda uzunmüddətli sülh və sabitliyin bütün region ölkələrinin inkişafına töhfə verəcəyini vurğulayıblar, bu istiqamətdə diplomatik səylərini davam etdirəcəklərini qeyd ediblər.
11-09-2023, 23:40
3 istiqamətdə mövqelərimiz atəşə tutuldu


3 istiqamətdə mövqelərimiz atəşə tutuldu

Sentyabrın 11-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil və İmirli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng, Göyəli və Qaravəllər yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.
11-09-2023, 22:54
Daşqın 2 min insanın həyatına son qoydu


Daşqın 2 min insanın həyatına son qoydu

Liviyada daşqın nəticəsində ölənlərin sayı 2 min
nəfəri ötüb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 5 mindən çox adam itkin düşüb.
Hökumətin qərarı ilə ölkədə 2 günlük matəm elan olunub.
11-09-2023, 22:32
Paşinyan: “Putinə gərginliyə görə zəng etməmişəm”


Paşinyan: “Putinə gərginliyə görə zəng etməmişəm”

Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgindir.
Bunu Nikol Paşinyan televiziyaya açıqlamasında bildirib.
O qeyd edib ki, həyat yoldaşının Ukraynaya səfəri siyasiləşdirilib.
"Mən Vladimir Putinə gərginliyə görə zəng etməmişəm, çünki ona yeni heç nə deyə bilmərəm. Vəziyyəti hamıdan yaxşı bilir", - Paşinyan deyib.
11-09-2023, 22:17
Qarabağı müstəqil və suveren ölkə kimi tanımırıq - ABŞ rəsmisi


Qarabağı müstəqil və suveren ölkə kimi tanımırıq - ABŞ rəsmisi

ABŞ Qarabağı müstəqil və suveren ölkə kimi tanımır.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.
"Biz ötən həftə də bəyan etdik ki, Qarabağı müstəqil və suveren ölkə kimi və eyni zamanda burada keçirilən qondarma "prezident seçkiləri"ni tanımırıq" – Miller qeyd edib.
O bildirib ki, ABŞ dövlət katibi Entoni Blinken regionda vəziyyətlə bağlı şəxsən tərəflərlə işləyir: “Siz görə bilərsiniz ki, həftə sonu cənab Blinken xarici ölkələrdə səfərdə olarkən belə - Hanoyda və Yeni Dehlidə, Azərbaycan və Ermənistan rəhbərləri ilə əlaqə saxlayıb. O, tərəfləri gərgilik yaradacaq addımlardan çəkinməyə, dialoqa çağırıb".
ABŞ Dövlət Departamentinin sözçüsü vurğulayıb ki, rəsmi Bakı ilə İrəvan arasında dialoq vacibdir.
"ABŞ Azərbaycan və Ermənistan arasında həll olunmamış məslələrin həlli istiqamətində səyləri, birbaşa dialoqu davamlı şəkildə dəstəkləyir", - o əlavə edib.
11-09-2023, 21:56
Erməni silahlı qüvvələri Gədəbəy istiqamətində mövqelərimizi atəşə tutdu


Erməni silahlı qüvvələri Gədəbəy istiqamətində mövqelərimizi atəşə tutdu

Sentyabrın 11-i saat 20:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan yenidən atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
11-09-2023, 20:46
Nazir Macarıstanla birgə layihələrin səmərəli nəticələrindən danışdı


Nazir Macarıstanla birgə layihələrin səmərəli nəticələrindən danışdı

Azərbaycanla Macarıstan arasında birgə layihələr üzrə tərəfdaşlığın səmərəli nəticələri barədə müzakirələr aparılıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov facebook hesabında bildirib.
"Macarıstana səfərimiz çərçivəsində bu ölkənin Baş naziri Viktor Orbanın qəbulunda olduq. İki ölkə arasında münasibətlərin inkişaf dinamikası, əməkdaşlıq perspektivləri barədə danışdıq", - deyə nazir paylaşımında qeyd edib.
11-09-2023, 15:48
“Nikosayağı” ləqəbi ilə tanınan bloqer xəstəxanadan evə buraxıldı


“Nikosayağı” ləqəbi ilə tanınan bloqer xəstəxanadan evə buraxıldı

Ötən ay ağır yol-nəqliyyat hadisəsi zamanı bir qolunu itirən “Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirli xəstəxanadan çıxıb.
Onun dünən xəstəxanadan evə buraxıldığı bildirilir.
Xatırladaq ki, hadisə avqustun 15-i gecə saat 01 radələrində paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, bloger Nicat Şakirlinin idarə etdiyi "Porsche" markalı avtomobil hərəkətdə olan zaman Ramiz Aivazovun idarə etdiyi yük maşınına çırpılıb. Nəticədə Nicat Şakirli xəsarət alıb, onun sərnişini, Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Ruslan Məmmədov ölüb. Bu zaman ərazidə olan vətəndaş Fəxri Rüstəmov kömək etmək üçün hadisə yerinə yaxınlaşıb. O, sağ əlindən xəsarət alıb. Sürücü Nicat Şakirli sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə və Fəxri Rüstəmov isə sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.
Dərhal əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb edilərək nəqliyyatın hərəkətini tənzimləməyə başlayıb. Bu zaman yoldan keçən avtomobillərdən biri DYP əməkdaşını vurub. Nəticədə polis əməkdaşı ayağından yüngül xəsarət alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
11-09-2023, 15:37
İtkin düşmüş şəhidin cənazəsi Füzuliyə gətirildi


İtkin düşmüş şəhidin cənazəsi Füzuliyə gətirildi

Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə itkin düşmüş hərbçi Hüseynov Əli Heydər oğlunun qalıqları Füzuli rayonunun Aşağı Yağlıvənd kəndinə gətirilib.
Əli Hüseynov Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. 6 avqust 1993-cü ildə itkin düşüb. Şəhidin meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda tapılıb. Qalıqlar bu gün Füzuli rayonunun Aşağı Yağlıvənd kəndinə gətirilib.
Şəhidin qalıqları ata-anasının məzarlarının yanında torpağa tapşırılır.

11-09-2023, 15:32
Özbəkistan XİN: Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik


Özbəkistan XİN: Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik

"Özbəkistan Respublikası dost Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir, onun daxili işlərinə hər hansı müdaxiləni pisləyir və 9 sentyabr 2023-cü ildə Qarabağda keçirilmiş qondarma "prezident seçkilərini" tanımır".
Bu barədə Özbəkistan XİN-in X platformasındakı rəsmi səhifəsində paylaşım edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!