Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
11-09-2023, 14:00
Şura qanun pozan telekanallara xəbərdarlıq etdi


Şura qanun pozan telekanallara xəbərdarlıq etdi

11 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib. İclasda 2 məsələ müzakirə olunub.
Bu barədə Şuradan bildirilib.
Qeyd edilib ki, ilk olaraq universal platforma operatoru lisenziyasının alınması üçün "Gammanet" MMC-dən Audiovizual Şuraya daxil olmuş müraciətə baxılıb, iddiaçının təqdim etdiyi sənədlər müzakirə olunub. Müzakirələrdən sonra "Gammanet" MMC-yə (xidmətin adı: "Gammanet TV" olmaqla) universal platforma operatoru lisenziyasının verilməsi barədə müvafiq qərar qəbul edilib.
Daha sonra "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə fəaliyyətinə dair Tədbirlər Planı"na uyğun olaraq hər iki orqan tərəfindən reklam yayımları ilə bağlı həyata keçirilən monitorinqlərin nəticələri müzakirə olunub. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Audiovizual Şurasına ünvanlanmış müraciətlərə əsasən həyata keçirilmiş təkrar monitorinq nəticəsində 2023-cü ilin iyun ayı ərzində əksər ümumölkə yerüstü televiziya kanallarının efirində "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun bir sıra tələblərinin mütəmadi olaraq pozulması halları təsbit olunub. Belə ki, həmin ay ərzində "Reklam haqqında" Qanunun 4.3-cü maddəsinin tələbinin (İstehsalı (satışı) lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda, reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir) pozulması "ARB", "Xəzər TV", "CBC Sport TV" kanallarında, 33.1-ci maddəsinin tələbinin (Maliyyə, bank, sığorta, investisiya xidmətlərinin, qiymətli kağızların raklamında bu xidmətləri təklif edən şəxsin hüquqi adı, hüquqi ünvanı, fiziki şəxslərin adı, soyadı, atasının adı, ünvanı, əlaqə vasitələri, qiymətli kağızın emitenti qeyd olunmalıdır) pozulması "ATV", "ARB", "Space TV", "Xəzər TV", "İTV", "CBC Sport TV" kanallarında, 33.4-cü maddəsinin tələblərinin (İstehlak kreditinə dair reklamda kreditin hər hansı xərci ilə bağlı zəruri məlumatların – həmin Qanunun 33.4.1-33.4.5-ci bəndlərdəki məlumatların verilməsi ilə bağlı tələblər) pozulması "ATV", "ARB", "Space TV", "Xəzər TV", "Real TV", "İTV", "CBC Sport TV" kanallarında müşahidə olunmuşdur. İclas zamanı həmçinin iyul və avqust ayları üzrə monitorinqlərin də ilkin müzakirəsi aparılmışdır. Məlum olmuşdur ki, həmin aylarda da iyun ayında baş verən pozuntular az intensivliklə təkrarlanmışdır.
Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası yayımçılara yeni televiziya mövsümündə belə halların təkrarlanacağı təqdirdə inzibati sanksiyaların tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdir.
11-09-2023, 13:54
Ermənistan rəhbərləri seperatçıların yeni başçısını təbrik etmədi


Ermənistan rəhbərləri seperatçıların yeni başçısını təbrik etmədi

Şənbə günü Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti altında olan ərazilərindəki erməni separatçılar özlərinə yeni başçı seçdilər. Xankəndidə keçiriliən qondarma “seçki”ni separatçılar “prezident seçkisi” kimi təqdim etsələr də, xarici dövlətlər və beynəlxalq təşkilatlar separatçıların bu addınını pisləyən bəyanalar verdilər.
Avropa Şurası bəyan edib ki, Xankəndidəki qondarma “prezident seçkiləri”nin heç bir hüquqi əsası yoxdur.
Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və TürkPA da seçkilərə kəskin mənfi münasibət bildirib.
Böyük Britaniya, Gürcüstan, Pakistan, Moldova, Ukrayna, Türkiyə və digər dövlətlər qondarma seçkiləri təhlükəsizliyə təhdid kimi dəyərləndiriblər.
Ermənistan hakimiyyəti də Qarabağdakı separatçı rejimin yeni başçısı Samvel Şahramanyanı təbrik etməyib. Nə baş nazir Paşinyan, nə parlamentin sədri Alen Simonyan, nə də Ermənistan prezidenti Vaaqn Xaçaturyan Samvel Şahramanyan haqqında bir kəlmə belə deməyə cəsarət edib.
Bu haqda Ermənistanın “Hraparak” nəşri bildirib.
Qəzet Ermənistan prezidentinin iqamətgahından Vaaqn Xaçaturyanın Samvel Şahramanyanın ünvanına nə üçün heç bir söz və ya təbrik mesajı göndərmədiyini öyrənməyə çalışıb. Prezident Aparatının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri A.Marqaryan açıqlama verməkdən yayınaraq deyib ki, o bu sualı cavablandıra bilməyəcək.
Ermənistan parlamentinin hakim “Mülki müqavilə” partiyasından olan deputatı Qaqik Melkonyan jurnalistlərə deyib ki, o da Şahramanyanı hələ təbrik etməyib. Amma vaxtı gələndə təbrik edəcək.
11-09-2023, 13:50
Geomaqnit qasırğası baş verə bilər


Geomaqnit qasırğası baş verə bilər

Kosmik hava durumuna görə, Günəşdə fəallıq orta səviyyədə olub.
Bu barədə Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Geomaqnit sahəsi 5 sentyabrda Günəşdə Yerdən əks istiqamətdə baş vermiş TKA-sı nəticəsində şok dalğasının təsiri ilə G1 səviyyəsinə qədər yüksələrək zəif geomaqnit qasırğası baş verib.
Kosmik hava proqnozuna görə, proqnoz günlərində (11 sentyabr - 17 sentyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.
Günəş küləyi sürətinin 12-13 sentyabrda TKA-nın və müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə artacağı gözlənilir. Geomaqnit sahəsinin də Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə 12-13 sentyabrda aktiv səviyyələrə qalxacağı və zəif (G1) sinifli geomaqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.
11-09-2023, 13:35
Putin prezidentliyə namizədliyini irəli sürsə, heç kim onunla rəqabət apara bilməz - Peskov


Putin prezidentliyə namizədliyini irəli sürsə, heç kim onunla rəqabət apara bilməz - Peskov

"Kremldə prezident seçkilərinə hazırlıq hələ başlamayıb".
Bunu Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.
"Əgər Putin prezident seçkilərində namizədliyini irəli sürərsə, o zaman heç kim onunla rəqabət apara bilməyəcək. Putin əhalinin mütləq dəstəyinə malikdir. Qarşıdan gələn prezidentlik kampaniyasının mənasını həm xarici gündəm, həm də Rusiya cəmiyyətinin inkişaf mərhələsi diktə edir. İnformasiya sahəsində əlavə tənzimləyici tədbirlər və qaydaların sərtləşdirilməsi əsaslandırılır. Rusiya bazarı getdikcə cəlbediciləşdikcə xaricə gedən ruslar geri qayıdacaqlar", - o əlavə edib.
11-09-2023, 13:22
Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra etdilər


Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra etdilər

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, hava kəşfiyyatının aparılması, eləcə də plana uyğun olaraq digər fəaliyyətlər yüksək peşəkarlıqla icra olunub.
Qeyd edək ki, hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi və peşəkarlığının artırılması məqsədi ilə keçirilən təlimlər davam edir.

11-09-2023, 12:23
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sentyabrın 12-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-12° isti olacaq.
11-09-2023, 11:55
Orban: “2034-cü ilə qədər ölkəni idarə etməyi planlaşdırıram”


Orban: “2034-cü ilə qədər ölkəni idarə etməyi planlaşdırıram”

Macarıstan baş naziri Viktor Orban 2034-cü ilə qədər ölkəni idarə etməyi planlaşdırdığını bildirib.
Bu barədə "Telex" yazıb.
Nəşrin məlumatına görə, o, Fidesz partiyasından olan həmkarları və tərəfdarları ilə görüşündə bunu bildirib.
Əvvəllər Orban 2030-cu ilə qədər hökumət başçısı olmağı planlaşdırdığına bir neçə dəfə açıq şəkildə eyham vursa da, indi fərqli açıqlama verib. İclas iştirakçılarından biri deyib ki, Orban sözlərini koronavirus və Rusiya-Ukrayna müharibəsinin “onun üçün 4 il çəkdiyi” ilə izah edib.
Baş nazir əlavə edib ki, son vaxtlar onun partiyasının populyarlığı azalsa da, bu, Avropanın digər hakim partiyalarında müşahidə olunan qədər deyil.
Qeyd edək ki, 1998-2002-ci illərdə Macarıstanın baş naziri olmuş Orban 2010-cu ildən bəri yenidən bu postu tutmaqdadır.
11-09-2023, 11:44
Elektron reseptin qüvvəyə minəcəyi tarix müəyyənləşdi


Elektron reseptin qüvvəyə minəcəyi tarix müəyyənləşdi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, Səhiyyə Nazirliyinə bu ilin sonunadək elektron resept sisteminin tətbiqi tapşırılıb.
Bunu səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov deyib.
O bildirib ki, E-Resept sistemi Azərbaycanın tibb müəssisələrində vətəndaşlara verilən reseptlərin elektron qeydiyyatını nəzərdə tutur. Bu, reseptlərin oxunaqlığını və ya səhv şərhini aradan qaldıracaq, əvvəllər təyin edilmiş dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşmağa imkan verəcək. Bu da, öz növbəsində, buraxılmış diaqnozları beynəlxalq təsnifata və vətəndaşların sağlamlığının sonrakı təhlilinə uyğunlaşdırmağa imkan yaradacaq.
"Dərman vasitələrinin yenilənmiş reyestri ölkə miqyasında makroanaliz üçün əsas olacaq. Belə ki, dərman vasitələrinin mövcudluğu və tələbat, dərman preparatlarını kimə və hansı diaqnoz üçün təyin etmiş həkimlər barədə dolğun məlumat olacaq. Bu, həm də dərman satışı sahəsində aparılan əməliyyatlara nəzarətin gücləndirilməsi, o cümlədən saxta məhsulların yayılmasının qarşısının alınması nəticəsində əlavə iqtisadi effekt yaradacaq", - müşavir vurğulayıb.
11-09-2023, 11:39
Moskvada mer seçkilərinin illik nəticələri açıqlandı


Moskvada mer seçkilərinin illik nəticələri açıqlandı

Rusiya paytaxtı Moskvada keçirilən mer seçkilərinin ilin nəticələri açıqlanıb.
Moskva şəhər Seçki Komissiyasının məlumatına görə, hazırkı mer Sergey Sobyanin paytaxtın bütün rayonlarında qələbə qazanıb.
Sergey Sobyanin 21 oktyabr 2010-cu ildən Moskva meri vəzifəsində işləyir.
11-09-2023, 11:31
Yeni seçilmiş erməni deputat and içdi


Yeni seçilmiş erməni deputat and içdi

Ermənistan parlamentində yeni deputat - Mher Melkonyan and içib.
Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
O, Andranik Tevanyanın yerinə “Hayastan” müxalifət fraksiyasının nümayəndəsi olaraq deputat mandatı əldə edib.
Qeyd edək ki, Ermənistanda proporsional siyahı üzrə hər hansı siyasi qüvvənin əldə etdiyi mandat sayına uyğun olaraq növbədəki deputatlığa namizədləri parlamentə düşə bilər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!