8-09-2023, 16:44
“Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nda dəyişiklik edildiPrezident İlham Əliyev “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nda dəyişiklik edilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin adı dəyişib.
Beləliklə, məktəb Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi adlanacaq.
8-09-2023, 16:32
“Qarabağ”dan ayrılan futbolçu Türkiyə klubuyla müqavilə imzaladı“Qarabağ”dan ayrılan Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Demirspor” klubuna keçib.
29 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, təcrübəli qolkiper Azərbaycanda “Şahdağ” və “Sumqayıt” komandalarının da formasını geyinib.
8-09-2023, 15:23
Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutduSentyabrın 8-i saat 13:35-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.
Bundan başqa, saat 14:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
8-09-2023, 14:56
Gürcüstanda təbii fəlakət 2 nəfərin həyatına son qoyduGürcüstanın Quriya bölgəsində təbii fəlakət nəticəsində 2 nəfər həlak olub.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Xilasedici qüvvələr Silauri kəndində 82 yaşlı qadının cəsədini tapıblar. Qonşu kənddə də torpaq sürüşməsi nəticəsində 13 yaşlı uşaq ölüb.
Hazırda regionda axtarışlar davam edir. Bölgəyə 200 xilasedici cəlb olunub. Ümumilikdə 11 nəfər evakuasiya edilib.
8-09-2023, 14:38
Rusiya Ermənistandan kök toxumlarının idxalını qadağan edirErmənistandan Rusiya Federasiyasına kök toxumlarının idxalı qadağan ediləcək.
Bu barədə “Rosselxoznadzor” məlumat yayıb.
Qərar Rusiya və Aİİ üzvü olan ölkələr üçün karantinli olan “zebra çipi” bakteriyasının aşkarlanması ilə əlaqədar qəbul edilib.
Qadağa sentyabrın 11-dən qüvvəyə minir.
8-09-2023, 14:24
Azərbaycan-İran birgə hərbi komissiyasının iclası keçiriləcəkSabah Bakıda Azərbaycan-İran birgə hərbi komissiyasının iclası keçiriləcək.
Bu barədə "Tasnim" məlumat yayıb.
Bildirilib ki, İran Silahlı Qüvvələri Baş Qərargahının nümayəndə heyəti iki ölkə arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərinin müzakirə olunacağı iclasda iştirak etmək məqsədilə Azərbaycana səfər edəcək.
Heyətdə İran müdafiə nazirinin müavini, briqada generalı Mehdi Fərhi də var.
8-09-2023, 14:14
“Volvo” Rusiyanı tərk edir"Volvo"nun Rusiya aktivləri yerli investora verilib.
Rusiya Sənaye və Ticarət Nazirliyindən RİA Novostiyə bu barədə məlumat verilib.
Bildirilib ki, Kaluqadakı zavodda istehsalın tez bir zamanda yenidən başlaması üçün işlər aparılır.
Qeyd edək ki, bu vaxta qədər xeyli şirkət Rusiya bazarını tərk edib.
8-09-2023, 13:59
Xersona hava hücumuyla zərbələr endirildi - 3 nəfər öldüUkraynanın Xerson vilayətindəhava hücumu nəticəsində 3 nəfər həyatını itirib.
Bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib.
Xerson vilayətinin Otradokamenka kəndinə idarə olunan aviabombanın endirilməsi nəticəsində 3 mülki şəxs (iki qadın və bir kişi) həlak olub, daha 4 nəfər yaralanıb. 2 dinc sakin də xəstəxanaya yerləşdirilib və orta ağır vəziyyətdədirlər.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
8-09-2023, 13:46
Gürcüstanın Aİ-yə namizəd ölkə statusunu alması üçün hələ çox işi var - Borel"Gürcüstan hazırda Aİ-yə namizəd ölkə statusu almaq üçün 12 şərtdən yalnız 3-nü yerinə yetirib, hələ çox iş var".
Bunu Tbilisidə səfərdə olan Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel deyib.
Gürcüstanın baş naziri İrakli Qaribaşvili Aİ diplomatiyasının rəhbəri Josep Borrell ilə görüşdən sonra bir sıra bəyanatlar verib: "Avropa Komissiyasının namizəd statusunun alınması ilə bağlı tövsiyələrinin əsas hissəsi yerinə yetirilib, yeganə problem depolarizasiya ilə bağlıdır ki, bu da müxalifətə görə mümkün deyil. Heç bir ölkə və ya hökumət mükəmməl deyil, lakin Gürcüstan Aİ-yə namizəd statusuna layiqdir. Radikal müxalifət qüvvələri namizədlik statusu məsələsindən ölkədə sabitliyi pozmaq üçün istifadə edir və prosesi sabotaj etməyə çalışır".
"Biz heç vaxt haqq etdiyimizdən artığını istəməmişik və ümid edirik ki, Avropa Komissiyası ədalətli qərar verəcək", - o əlavə edib.
8-09-2023, 13:29
İlham Əliyev yol təmiriylə bağlı tədbirlər haqqında Sərəncam imzaladıPrezident İlham Əliyev Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M–3) bir hissəsinin əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M–3) 217-ci kilometrdən 243-cü kilometrədək olan hissəsinin əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7,0 (yeddi) milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.