29-01-2023, 00:01
İran prezidenti İlham Əliyevlə telefonda danışdıYanvarın 28-də İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı əsnasında Prezident Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə bağlı Prezident İlham Əliyevə və mərhumun ailəsinə başsağlığını ifadə edib və yaralananların tezliklə şəfa tapmasını arzulayıb. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını bildirib, bu qanlı terror aktının hərtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu qeyd edib. Həmçinin Prezident İlham Əliyev istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini vurğulayıb. Dövlətimizin başçısı səfirliyin digər mühafizə əməkdaşının əliyalın şəkildə terrorçunun üzərinə atıldığını, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah etdiyini bildirib. Prezident İlham Əliyev terrorçu tərk-silah olunmasaydı, səfirliyin digər əməkdaşlarını və onların səfirlik binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağının istisna edilmədiyini deyib. Dövlətimizin başçısı diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.
28-01-2023, 23:54
Son olanlar NATO-ya üzvlük prosesini müvəqqəti dayandırdı - İsveç XİNMüqəddəs "Qurani-Kərim"in yandırılması ilə bağlı aksiyalar fonunda İsveç NATO-ya üzvlük prosesini dayandırıb. Bu barədə İsveçin xarici işlər naziri Tobias Billström "Expressen" qəzetinə müsahibəsində bildirib. O, NATO ölkələrinin xarici işlər nazirlərinin iyulda Vilnüsdə keçiriləcək sammitində Türkiyənin İsveçin alyansa qoşulmasına razılıq verəcəyinə ümid etdiyini vurğulayıb. “Son bir neçə həftə ərzində baş verənlər NATO-ya qoşulma prosesini müvəqqəti dayandırdı. Əlbəttə, biz Vilnüsdə keçiriləcək sammiti səbirsizliklə gözləyirik”, - XİN başçısı deyib. Qeyd edək ki, NATO-nun növbəti sammiti 2023-cü il iyulun 11-12-də Vilnüsdə keçiriləcək.
28-01-2023, 23:48
Şolts Ukraynadakı müharibədən danışdıAlmaniya kansleri Olaf Şolts yeni videomüraciət yayıb. O, çıxışında Berlinin Rusiyaya qarşı siyasi kursundan və Ukraynadakı müharibədən danışıb. Şolts təkcə Ukraynaya dəstəyi deyil, həm də ölkəsinin təhlükəsizlik problemlərini nəzərə aldığını vurğulayıb. Kansler qeyd edib ki, hakimiyyətin prioriteti Almaniyanın təhlükəsizliyidir: “Bizim məqsədimiz aydındır - Rusiya güc tətbiq etməklə sərhədlərini genişləndirə bilməməlidir". Onun sözlərinə görə, Almaniyanın xarici siyasəti üç prinsipə əsaslanır: Ukraynaya humanitar, maliyyə və hərbi-texniki dəstək verilməsi; münaqişənin genişlənməsinin, onun Rusiya ilə NATO arasında müharibəyə çevrilməsinin qarşısının alınması; Birləşmiş Ştatların başçılıq etdiyi müttəfiqlər və tərəfdaşlarla bütün hərəkətlərin sıx əlaqələndirilməsi. Şolts bildirib ki, Rusiyanın Ukraynaya hücumu başlayandan Almaniya hökuməti hər zaman beynəlxalq səviyyədə razılaşdırılan qərarlar qəbul edib. O, həmçinin xatırladıb ki, Ukraynadakı “dəhşətli, qəddar və mənasız müharibə” Rusiya prezidenti tərəfindən təhrik edilib.
28-01-2023, 23:44
Ədliyyə nazirindən iranlı həmkarına müraciəttAzərbaycanın ədliyyə naziri Fikrət Məmmədov İranın ədliyyə naziri Amin Hüseyin Rahimiyə müraciət ünvanlayıb. Nazir Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu qınayıb. F.Məmmədov ölümcül gücə malik avtomatik silahla törədilmiş, insan tələfatı və xəsarətləri ilə nəticələnən xain terror hücumunu qətiyyətlə pisləyib və bunun insanlıq və beynəlxalq hüquq normaları baxımından qəbuledilməzliyini qeyd edib. Nazir İran tərəfinin sözügedən qanlı terror aktını törədənləri ədalət naminə ən qısa müddətdə layiqli cəzalandırılmasını təmin edəcəyinə və Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərini tam yerinə yetirəcəyinə inamını ifadə edib. F.Məmmədov ümidvar olduğunu bildirib ki, iranlı həmkarı səlahiyyətləri çərçivəsində bu məsələdə səylərini əsirgəməyəcək.
28-01-2023, 23:41
Misir prezidenti Ermənistanda səfərdədirMisir Prezidenti Əbdülfəttah Əs-Sisi İrəvanda
səfərdədir. Bu, Misir dövlət başçısının Ermənistana ilk səfəridir. Onun həmkarı Vaaqn Xaçaturyanla görüşü gözlənilir. Qeyd edək ki, Əbdülfəttah Əs-Sisi yanvarın 27-28-də Azərbaycanda səfərdə olub.
28-01-2023, 23:37
Mədəniyyət Nazirliyinin kollegiya dəyişikliyiylə bağlı qərar imzalandıMədəniyyət Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru kollegiyadan çıxarılıb. Respublika Kino Agentliyinin Baş direktoru nazirliyin kollegiyasına daxil edilib.
28-01-2023, 17:40
Mədəniyyət Nazirliyinin kollegiya dəyişikliyiylə bağlı qərar imzalandıMədəniyyət Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru kollegiyadan çıxarılıb. Respublika Kino Agentliyinin Baş direktoru nazirliyin kollegiyasına daxil edilib.
28-01-2023, 16:20
Mədəniyyət Nazirliyinin kollegiya dəyişikliyiylə bağlı qərar imzalandıMədəniyyət Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru kollegiyadan çıxarılıb. Respublika Kino Agentliyinin Baş direktoru nazirliyin kollegiyasına daxil edilib.
28-01-2023, 16:15
Sülh müqaviləsinin imzalanması lazımdır - PrezidentSülh müqaviləsi mütləq imzlanmalıdır. Bunu Prezident İlham Əliyev Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: "Bu gün mən hörmətli qonağımı bizim bölgəmizdə gedən proseslər barədə məlumatlandırdım. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başa çatdı. Artıq bu münaqişə həll olundu, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır və əbədi qalacaqdır. Biz işğala artıq son qoyaraq, sülhə daha da yaxınlaşmışıq. Hələ ki, sülh əldə edilməyib. Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi artıq sülhün əldə edilməsinə gətirib çıxaracaq. Biz bəlli olan təklifləri irəli sürmüşük və bütün əzab-əziyyətlərə, bütün dağıntılara baxmayaraq, yenə də hesab edirik ki, sülh müqaviləsi mütləq imzlanmalıdır. Əks təqdirdə, bizim bölgəmizdə təhlükələr daha da arta bilər".
28-01-2023, 16:13
30 illik işğala hərbi-siyasi yollarla son qoyduq - İlham ƏliyevAzərbaycan 30 ilə yaxın davam edən işğala hərbi-siyasi yollarla son qoydu, öz ərazi bütövlüyünü bərpa etdi, BMT-nin dörd qətnaməsini özü icra etdi. Halbuki bu qətnamələri BMT özü icra etməli idi. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının islahatlarının labüdlüyü məhz buna əsaslanır. Çünki biz 30 ilə yaxın bu qətnamələrin icrasını gözləmişik, amma bunu görməmişik. Yəni, burada həm ikili standartlar hökm sürürdü, həm ayrı-seçkilik hökm sürürdü. Biz bu müharibəni apararaq işğala son qoyduq və ədaləti bərpa etdik. İndi isə azad edilmiş torpaqlarda qurub-yaradırıq və bütün dağıntıları görərkən bir daha görürük ki, biz Azərbaycanı və bölgəni hansı bəladan qurtardıq.