Mirzoyanın arvadına vəzifə verildi .....                        Prezidentdən Qurban bayramı ilə bağlı paylaşım .....                        İlon Mask "bombanı partlatdı" .....                        Bakı metrosunda yubanma - Səbəb AÇIQLANDI .....                        "Bəli, mən Ukraynanın yanındayam!" - Tramp .....                        Xankəndidəki paradla bağlı yeni faktlar .....                        Azərbaycan bu Şuraya üzv seçildi .....                        Mnatsakanyana Aprel döyüşlərində hansı tapşırıqlar verilib? .....                        Ağdamda müəllim bıçaqlandı .....                       
28-01-2023, 23:37
Mədəniyyət Nazirliyinin kollegiya dəyişikliyiylə bağlı qərar imzalandı


Mədəniyyət Nazirliyinin kollegiya dəyişikliyiylə bağlı qərar imzalandı

Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru kollegiyadan çıxarılıb. Respublika Kino Agentliyinin Baş direktoru nazirliyin kollegiyasına daxil edilib.
28-01-2023, 17:40
Mədəniyyət Nazirliyinin kollegiya dəyişikliyiylə bağlı qərar imzalandı


Mədəniyyət Nazirliyinin kollegiya dəyişikliyiylə bağlı qərar imzalandı

Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru kollegiyadan çıxarılıb. Respublika Kino Agentliyinin Baş direktoru nazirliyin kollegiyasına daxil edilib.
28-01-2023, 16:20
Mədəniyyət Nazirliyinin kollegiya dəyişikliyiylə bağlı qərar imzalandı


Mədəniyyət Nazirliyinin kollegiya dəyişikliyiylə bağlı qərar imzalandı

Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru kollegiyadan çıxarılıb. Respublika Kino Agentliyinin Baş direktoru nazirliyin kollegiyasına daxil edilib.
28-01-2023, 16:15
Sülh müqaviləsinin imzalanması lazımdır - Prezident


Sülh müqaviləsinin imzalanması lazımdır - Prezident

Sülh müqaviləsi mütləq imzlanmalıdır. Bunu Prezident İlham Əliyev Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: "Bu gün mən hörmətli qonağımı bizim bölgəmizdə gedən proseslər barədə məlumatlandırdım. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başa çatdı. Artıq bu münaqişə həll olundu, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır və əbədi qalacaqdır. Biz işğala artıq son qoyaraq, sülhə daha da yaxınlaşmışıq. Hələ ki, sülh əldə edilməyib. Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi artıq sülhün əldə edilməsinə gətirib çıxaracaq. Biz bəlli olan təklifləri irəli sürmüşük və bütün əzab-əziyyətlərə, bütün dağıntılara baxmayaraq, yenə də hesab edirik ki, sülh müqaviləsi mütləq imzlanmalıdır. Əks təqdirdə, bizim bölgəmizdə təhlükələr daha da arta bilər".
28-01-2023, 16:13
30 illik işğala hərbi-siyasi yollarla son qoyduq - İlham Əliyev


30 illik işğala hərbi-siyasi yollarla son qoyduq - İlham Əliyev

Azərbaycan 30 ilə yaxın davam edən işğala hərbi-siyasi yollarla son qoydu, öz ərazi bütövlüyünü bərpa etdi, BMT-nin dörd qətnaməsini özü icra etdi. Halbuki bu qətnamələri BMT özü icra etməli idi. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının islahatlarının labüdlüyü məhz buna əsaslanır. Çünki biz 30 ilə yaxın bu qətnamələrin icrasını gözləmişik, amma bunu görməmişik. Yəni, burada həm ikili standartlar hökm sürürdü, həm ayrı-seçkilik hökm sürürdü. Biz bu müharibəni apararaq işğala son qoyduq və ədaləti bərpa etdik. İndi isə azad edilmiş torpaqlarda qurub-yaradırıq və bütün dağıntıları görərkən bir daha görürük ki, biz Azərbaycanı və bölgəni hansı bəladan qurtardıq.
28-01-2023, 16:10
Səfirlik əməkdaşları təyyarə ilə təxliyə olunacaq


Səfirlik əməkdaşları təyyarə ilə təxliyə olunacaq

“Səfirlik əməkdaşları, onların ailə üzvləri və şəhid Orxan Əsgərovun cənazəsinin Azərbaycana gətirilməsi bir yerdə olacaq”. Bunu “Qafqazinfo”ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib. Onun sözlərinə görə, təxliyə Bakıdan yolda düşəcək təyyarə ilə həyata keçiriləcək. Qurum rəsmisi təxliyənin tarixi və saatı barədə dəqiq məlumat verə bilməyəcəyini deyib.
28-01-2023, 16:04
İsraildə silahlı insident baş verdi


İsraildə silahlı insident baş verdi

İsrailin Yerusəlim şəhərində, David rayonu yaxınlığında növbəti dəfə atışma olub. Hadisə nəticəsində 2 nəfər yaralanıb. Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb edilib, hücum edən şəxs zərərsizləşdirilib. Qeyd edək ki, yanvarın 27-də İsrailin Yerusəlim şəhərində sinaqoqa silahlı hücum olub. Hadisə nəticəsində 8 nəfər ölüb, 10 nəfər yaralanıb.
28-01-2023, 16:01
“Telekommunikasiya haqqında” qanuna edilən dəyişikliklər təsdiqləndi


“Telekommunikasiya haqqında” qanuna edilən dəyişikliklər təsdiqləndi

Prezident İlham Əliyev Milli Məclisin “Telekommunikasiya haqqında” qanunda etdiyi dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərə əsasən, bundan sonra sellülar (mobil) xidmətlərdən istifadə ilə əlaqədar, mobil cihazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeydiyyatı aparılmalıdır. Mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin (tək və bənzərsiz olaraq yaradılmış beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrə) dəyişdirilməsi və ya surətinin köçürülməsi, habelə mobil operator tərəfindən İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsi qadağandır.
28-01-2023, 15:56
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda yanvarın 29-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5°, gündüz 6-8° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək. Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarda havanın arabir yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 10-15°, gündüz 0-5° şaxta olacağı bildirilir. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
28-01-2023, 15:53
İlham Əliyev və misirli həmkarı çıxış etdi


İlham Əliyev və misirli həmkarı çıxış etdi

Yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin geniş tərkibdə görüşü olub. Dövlət başçıları görüşdə çıxış etdilər. Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:
- Hörmətli cənab Prezident, hörmətli qonaqlar, bir daha sizi səmimiyyətlə salamlayıram. Səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər Misir-Azərbaycan əlaqələrinin inkişafı üçün çox mühüm addım olacaqdır. Biz indicə təkbətək görüşümüzdə bir çox məsələləri müzakirə etdik. Misir-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı bizim fikir ayrılığımız yoxdur. Bir çox sahələrdə əməkdaşlıq üçün çox gözəl imkanlar var. Əminəm, əldə olunmuş razılaşmaları biz səfərdən sonra icra edəcəyik. Dünən Azərbaycan iş adamları ilə cənab Prezidentin görüşü olmuşdur. Məndə olan məlumata görə, görüşün çox gözəl nəticələri olmuşdur. Əlbəttə ki, biznes dairələrinin birgə fəaliyyəti bizim əlaqələrimizi daha da gücləndirəcək. Biz gələcək əməkdaşlıq sahələri də müəyyən etdik. Əminəm ki, həm qarşılıqlı sərmayə qoyuluşu, həm ticarət dövriyyəsinin artırılması yaxın gələcəkdə mümkün olacaq. Əlbəttə ki, siyasi əlaqələrimizin gücləndirilməsi məsələləri də diqqətdən yayınmadı. Beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimizi gücləndirəcəyik və əməkdaşlığımızı dərinləşdirəcəyik. Əminəm ki, Prezident cənab Sisinin Azərbaycana səfəri ölkələrimizin gələcək uğurla inkişafına çox böyük töhfə verəcəkdir. Bir daha xoş gəlmisiniz.
Misir Prezidenti Əbdülfəttah Əs-Sisi dedi:
-Möhtərəm cənab Prezident, ilk növbədə, səmimi qəbula və qonaqpərvərliyə görə, dünəndən gördüyüm bu qonaqpərvərliyə görə Sizə dərin təşəkkürümü bildirmək və eyni zamanda, dünən Azərbaycan səfirliyinə baş vermiş hücumla əlaqədar başsağlığımı çatdırmaq istəyirəm. Cənab Prezident, görüşümüz zamanı bütün sahələrdə özünü büruzə verən qarşılıqlı anlayış, istər siyasi, istər iqtisadi, istər digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində hər iki tərəfin siyasi iradəsinin mövcudluğu bu əlaqələrin tez bir zamanda daha da gücləndiriləcəyinə məndə əminlik yaradır. Eyni zamanda, Azərbaycan xalqının Ümummilli Lideri, Misir xalqının yaxın dostu mərhum Prezident Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə də təbriklərimizi Sizə çatdırmağı şərəf bilirəm. Əlbəttə, ötən il keçirilmiş Azərbaycan-Misir Hökumətlərarası Müştərək Komissiyanın iclasında da gözəl nəticələr əldə olunmuşdur. Amma hesab edirəm ki, bu səfərdən də sonra qarşılıqlı anlayış şəraitində ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin inkişafı qarşılıqlı istəklər və mövcud olan siyasi iradəyə əsaslanaraq daha da dərinləşəcək. Eyni zamanda, cənab Prezident, Sizinlə razılaşdıq ki, istər Azərbaycan investorları, istərsə də misirli investorlar üçün ölkələrimizdə asanlaşdırıcı tədbirlər görülsün və onlara kömək göstərilsin. Əsasən də əczaçılıq sahəsində müştərək müəssisələrin və müştərək investisiyaların yaradılması da bizim aramızda əldə olunan razılaşmadır. Siz qeyd etdiyiniz kimi, Azərbaycanın ehtiyac duyduğu bütün dərman preparatlarının siyahısı hazırlanıb bizə təqdim olunandan sonra biz də bu istiqamətdə öz işlərimizi görəcəyik.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!