Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
31-08-2023, 15:51
Müharibədə itkin düşmüş hərbiçilərin valideynləri nazir müavinini döydülər


Müharibədə itkin düşmüş hərbiçilərin valideynləri nazir müavinini döydülər

Ermənistanda İkinci Qarabağ müharibəsində itkin düşmüş hərbçilərin valideynləri müdafiə nazirinin müavini Arman Sarkisyanı döyüblər.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildirilib ki, valideynlərə may ayının 2-dən etibarən müdafiə naziri Suren Papikyanla görüş vəd edilib: “Lakin görüş hər dəfə müxtəlif bəhanələrlə təxirə salınıb”.
Valideynlərdən biri qeyd edib ki, uzun müzakirələrdən sonra nəhayət onlara nazirlik binasına daxil olmağa imkan yaradılıb: “İçəri girəndən sonra nazirin gəlməyini gözlədik. O da müavini göndərdi. Xeyli danışdı və bizi qəzəbləndirdi. Övladlarımızın harada olduğunu bilmədiyini söylədi. Nazir müavinin danışıq tərzi bizi özümüzdün çıxardı. Əlbəyaxa dava düşdü”.
31-08-2023, 15:35
Qarabağdakı qondarma rejimin "dövlət nazirinin müşaviri" istefa verdi


Qarabağdakı qondarma rejimin "dövlət nazirinin müşaviri" istefa verdi

Qarabağdakı qondarma rejimin "dövlət nazirinin müşaviri" Artak Beqlaryan "istefa verib".
Bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.
O, separatçıların "ombudsman"ı kimi məşhurlaşmışdı.
Qeyd edək ki, bu gün separatçı rejimin başçısı Arayik Arutyunyan "dövlət naziri" postundan Qurgen Nersisyanı çıxarıb yerinə "təhlükəsizlik şurasının katibi" Samvel Şahramanyanı gətirdikdən sonra özü də "istefa verib".
31-08-2023, 15:10
Ombudsman səfirliyimizə qarşı törədilən təxribatla bağlı bəyanat yaydı


Ombudsman səfirliyimizə qarşı törədilən təxribatla bağlı bəyanat yaydı

Azərbacyan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Azərbaycan səfirliyinə qarşı erməni əsilli şəxslər tərəfindən törədilən təxribatla bağlı bəyanat yayıb.
Bu barədə Ombudsmandan məlumat verilib.
Bildirilib ki, Ermənistan tərəfindən tarix boyu Azərbaycan-türk diplomatlarına qarşı terror siyasəti həyata keçirilmiş, cari ildə həmin siyasətin bu gün də dəstəklənməsinin rəmzi olaraq “Nemezis” terror əməliyyatına həsr olunan abidənin açılışı keçirilmişdir.
Bu siyasətin nəticələrindən biri kimi çıxış edən növbəti hal Livanda baş vermiş, 50-yə yaxın erməni əsilli şəxs Azərbaycan Respublikasının Livan Respublikasındakı səfirliyinin inzibati binası qarşısında toplaşaraq boya ilə doldurulmuş, partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atmış, hasarlara zərbə vurmuş və müxtəlif şüarlar səsləndirmişdir.
Səfirliyin heyəti arasında xəsarət alan olmasa da, bu kimi hallar azərbaycanlı diplomatların həyat və sağlamlığına zərər vurulması məqsədilə törədilən təxribat kimi qiymətləndirilməlidir. Eyni zamanda, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəldiyi zaman təxribatı törətmiş şəxslərin oranı tərk etməsi onlar barədə müvafiq məsuliyyət tədbirlərinin görülməsinin qarşısını almamalıdır.
Məlumdur ki, beynəlxalq hüquqa əsasən səfirlik binaları toxunulmazdır və hər hansı, müdaxilədən, zərər vurulmasından mühafizə edilməlidir. Hər bir dövlət diplomatik xidmət orqanlarının təhlükəsizliyinin təmini ilə bağlı zəruri tədbirləri görməlidir.
Təəssüf ki, bundan öncə də bir neçə dəfə Azərbaycanın xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinə ermənilər tərəfindən hücumlar edilmiş, müxtəlif vandalizm aktları törədilmişdir. Livandakı səfirliyimizin önündə də ötən il bu cür insident yaşanmışdır. Bu səbəbdən ermənilərin aksiya keçirmək adı ilə radikal hücumlarını davam etdirməsi və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirən, ittihamyönümlü əsassız şüarlar səsləndirməklə zorakı əməllər törətməsi ciddi narahatlıq doğurur.
Bildirmək istərdim ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı nifrət təbliğatının daha kəskin hal alması ilə bağlı dəfələrlə açıq müraciətlərimiz olmuşdur. Belə ki, bu Azərbaycanofobiya siyasətinin davam etdirilməsi Ermənistanla yanaşı, onun hüdudlarından kənarda da ermənilər tərəfindən müxtəlif formalarda Azərbaycanı hədəfə alan əməllərin törədilməsinə gətirib çıxarır.
Bu baxımdan, bütün xarici dövlətləri “Diplomatik əlaqələr haqqında” 1961-ci il tarixli Vyana Konvensiyasından irəli gələn öhdəliklərini yerinə yetirməyə, diplomatik nümayəndəliklərin hədəfə alınması hallarını qəti şəkildə pisləməyə, zəruri məsuliyyət tədbirlərinin görülməsinə dəstək verməyə çağırıram.
31-08-2023, 14:55
İranın XİN Başçısı Suriya Prezidentiylə görüşdü


İranın XİN Başçısı Suriya Prezidentiylə görüşdü

İranın Dəməşqdə səfərdə olan XİN başçısı Hüseyn Əmir Abdullahiyan Suriya prezidenti Bəşər Əsədlə görüşüb.
Bu barədə Suriyanın rəsmi SANA agentliyi məlumat yayıb.
Görüşdə ikitərəfli münasibətlər, regional vəziyyət, suriyalı qaçqınların ölkələrinə qayıtması məsələsi, eləcə də Türkiyə-Suriya normallaşması müzakirə olunub.
Həmçinin İranın ərəb ölkələri ilə əlaqələri barədə fikir mübadiləsi aparılıb. Görüşdə Abdullahiyanın başçılıq etdiyi nümayəndə heyəti, eyni zamanda Suriyanın XİN başçısı Faysal Mikdad da iştirak edib.


31-08-2023, 14:41
Ukrayna və Litva XİN Başçılarının görüşü keçirildi


Ukrayna və Litva XİN Başçılarının görüşü keçirildi

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Litvanın XİN başçısı Qabrielius Landsberqislə görüşüb.
Bu barədə X-də paylaşım ediblər.
Görüş İspaniyanın Toledo şəhərində keçirilən XİN başçıları toplantısı çərçivəsində baş tutub.
Tərəflər ikitərəfli əlaqələri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.
31-08-2023, 14:26
Böyük Britaniyanın yeni müdafiə naziri Ukraynayla bağlı açıqlama verdi


Böyük Britaniyanın yeni müdafiə naziri Ukraynayla bağlı açıqlama verdi

Böyük Britaniyanın yeni müdafiə naziri Qrant Şapps ilk açıqlamasını verib.
O, çıxışını Ukraynaya həsr edib.
Nazir Kiyevə yardımı prioritetlər sırasına daxil etdiyini xüsusi vurğulayıb.
“Ölkəmizin təhlükəsizliyini qoruyan Silahlı Qüvvələrimizin igid kişi və qadınları ilə Müdafiə Nazirliyində əməkdaşlığı səbirsizliklə gözləyirəm. Və Putinin vəhşi işğalına qarşı mübarizədə Böyük Britaniya Ukraynaya dəstəyini davam etdirir”, - o qeyd edib.
Xatırladaq ki, Şapps bu gün istefa verən Ben Uollesi əvəzləyib. O, təyinata qədər energetika naziri postunu tutub.
31-08-2023, 13:59
UEFA “Qarabağ” klubuna ödəniş etdi


UEFA “Qarabağ” klubuna ödəniş etdi

UEFA 2023/2024 mövsümündə avrokuboklarda iştirak edən “Qarabağ” klubuna ödəniş edib.
Ağdam təmsilçisinə 200 min avro verilib.
Vəsait milli assosiasiyanın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
Qeyd edək ki, qitə futbol qurumu bu mövsüm Çempionlar Liqası və Avropa Liqasında iştirak edən bütün klublara ödəniş edib.
31-08-2023, 13:44
Rusiya sanksiyalara baxmayaraq, məsuliyyətli taxıl tədarükçüsüdür - Peskov


Rusiya sanksiyalara baxmayaraq, məsuliyyətli taxıl tədarükçüsüdür - Peskov

"Rusiya və KXDR yaxşı, qarşılıqlı hörmətə əsaslanan münasibətlər saxlayır və onları daha da inkişaf etdirmək niyyətindədir".
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov danışıb.
"Rusiya sanksiyalarla bağlı çətinliklərə baxmayaraq, məsuliyyətli taxıl tədarükçüsüdür. İndi inflyasiya hədəf səviyyəsindən "bir qədər yuxarıdır", lakin hələ də kifayət qədər aşağıdır. Rusiya Federasiyası, Türkiyə və Qətər arasında taxıl tədarükü ilə bağlı müzakirələrin konkret nəticəsi yoxdur, bu, yaxın gələcəkdə yüksək səviyyədə davam etdiriləcək", - o qeyd edib.
31-08-2023, 13:29
Qarabağ seperatçılarına yeni “dövlət naziri” təyin olundu


Qarabağ seperatçılarına yeni “dövlət naziri” təyin olundu

Qarabağ separatçılarının rəhbərliyindən istefa verdiyini bəyan edən Arayik Arutyunyan bu addımı atmazdan öncə qondarma “təhlükəsizlik şurasının katibi” Samvel Şahramanyan “dövlət naziri” təyin edib.
Bu barədə Ermənistan KİV xəbər yayıb.
Qeyd edək ki, bundan əvvəl qondarma “dövlət naziri” Qurgen Nersisyan postundan çıxarılmışdı.Beləliklə, bu gündən Qarabağ separatçılarının rəhbəri Samvel Şahramanyan olub.
Şahramanyan İrəvanda Beynəlxalq iqtisadiyyat fakültəsinə daxil olub, 1998-ci ildə Xankəndidəki "universitet"ə keçib və 1999-cu ildə oranı bitirib.
1996-1999-cu illərdə Qarabağdakı qanunsuz silahlı dəstədə “xidmət” edib. 2008-ci ildən Qarabağdakı qondarma qurumda bir sıra “vəzifələrdə” çalışıb. 29 may 2020-ci il tarixində “general-mayor” olub.
O, Qarabağdakı separatçı dəstənin “təhlükəsizlik xidmətinin direktoru", Ermənistanın hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri olub.
31-08-2023, 13:16
Peşə məktəblərinə tələbə qəbulunun II mərhələsinə start verildi


Peşə məktəblərinə tələbə qəbulunun II mərhələsinə start verildi

Sabahdan 2023/2024-cü tədris ili üzrə peşə təhsil müəssisələrinə boş qalan plan yerləri üçün tələbə qəbulunun II mərhələsinə start verilir.
Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən xəbər verilib.
Bildirilib ki, II mərhələdə müraciətçilər www.portal.edu.az platforması üzərindən elektron formada müraciət edə bilərlər. Boş qalan yerlərə sənəd qəbulu 5 sentyabr saat 18:00-dək davam edəcək. Peşə təhsil müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.
Həmçinin peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər də II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıqdır.
Peşə təhsil müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır.
Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərini təqdim etmək üçün müraciət etməlidirlər.
Məlumat üçün bildiririk ki, peşə təhsil müəssisələrinə tələbə qəbulunun I mərhələsi 28 iyul – 11 avqust tarixlərində 66 peşə təhsil müəssisəsində 128 ixtisas olmaqla 25420 yer üzrə aparılıb. İlk mərhələdə www.portal.edu.az platforması vasitəsilə 24090 nəfərdən 75140 müraciət daxil olub. Peşə təhsil müəssisələrinə qəbul olan namizədlərdən 13660 nəfəri sənədlərini qəbul olunduğu təhsil müəssisəsinə təqdim ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!