9-08-2017, 10:38
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı başlanır.
9-08-2017, 10:34
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Bakının Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində Statistika dairəsi, Nəriman Nərimanov prospekti və Abdulla Şaiq küçəsinin açılışında iştirak edib.
9-08-2017, 10:32
Milli Məclis “Təhsil haqqında” qanuna dəyişikliklər edildikdən sonra prezident İlham Əliyev bir müddət öncə sənədi təsdiqləyib.
9-08-2017, 10:21
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 125 dəfə pozub.
9-08-2017, 10:19
Abşeron rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi olub. Butov.az APA-ya istinadən verdiyi xəbərə görə, Novxanı-Binəqədi yolunda qeydə alınmış hadisə zamanı iki "Mercedes" və bir "Vaz 2106" markalı minik maşınları toqquşub. Nəticədə iki azyaşlı - 6 yaşlı Gülçöhrə Seyidova və 2 aylıq Mehram Seyidov dünyasını dəyişib. Daha 5 nəfər - 1980-ci il təvəllüdlü Mehman Seyidov, 1988-ci il təvəllüdlü Könül Seyidova, 1992-ci il təvəllüdlü Ləman Mahmudzadə, 1992-ci il təvəllüdlü Lamiyə Mahmudzadə və 1978-ci il təvəllüdlü Mehdixan Vəkilov isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
7-08-2017, 15:16
"Hadisə hamının başına gələ bilər, hamı qəza törədə bilər. Amma bunu içkili, avara, gözü ayağının altını görməyən edirsə, bir gülləsi əskikdir. Bir gündə 51 yaşında ananı, 23 yaşında nişanlı qardaşı, 29 yaşında 6 və 7 yaşlı iki gül balasıyla birgə bacını və 5 yaşlı başqa bacımın uşağını itirdim. Məzarlığa yox, bir evə gedirəm hər dəfə. 6 nəfəri bir gündə dəfn etdim, özüm də 7 aylıq hamiləydim, artıq gücüm yoxdur..."
7-08-2017, 15:01
“Magistr” jurnalının 6-cı nömrəsində 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul haqqında elan, müsabiqə şərtləri, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaların seçilməsi və təsdiqi üçün təlimat, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nin nümunəsi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerləri olan ixtisaslaşmalarının siyahısı, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbulun proqnozu və digər zəruri məlumatlar təqdim olunub.
7-08-2017, 14:22
Acı - acı baxma gözlərimdəki kədərə. Ovut qəlbimi ən kiçik mənliyinlə, ovut... gözlərimdən süzülən o bir gilə göz yaşına ürəyində yer saxla. Qoy dəniz olsun göz yaşımla dolan qəlbin, ümman olum, boğulduqca boğulum göz yaşlarımda. Ya da qəflətən güldür məni, göz yaşı içində güldür məni.
7-08-2017, 13:30
“Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” və “GUAM məkanında dondurulmuş münaqişələr, onların sülh, beynəlxalq təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihələri yenidən BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyinə salınıb.
7-08-2017, 13:20
“Dəniz kuboku - 2017” müsabiqəsinin yeni yarış həftəsi zamanı Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi dənizçiləri avqustun 7-də müsabiqənin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə ikinci mərhələsində Təlim-məşq kompleksində “Gəmiyə suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə 4-cü epizodu, növbəti gün isə “Xilasetmə vasitələrinin istifadəsi” üzrə 5-ci epizodu yerinə yetirəcəklər.