İstanbulda məhkumları daşıyan avtobus aşdı - 19 yaralı .....                        Şirkət rəhbəri aylıq ödənişləri etməyən sakini vəhşicəsinə döydü - HƏBS OLUNMADI .....                        Zarubin də "qara siyahI"ya salındı .....                        Görüş yerini dəyişmək olmaz .....                        Dezinfeksiya şirkətlərinə RƏSMİ XƏBƏRDARLIQ .....                        Sel daşqınlarına qarşı 7 milyonluq işlər görüləcək .....                        Bakı-Tbilisi-Qars dəmiryol xətti üzrə müqavilələr imzalandı - FOTO .....                        Mərkəzi Banka yeni baş direktor təyin olundu .....                        Gənclər və İdman Nazirliyində nöqsanlar aşkarlandı .....                       
Tarix : 9-08-2017, 10:21
Atəşkəs rejimi 125 dəfə pozulub



Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 125 dəfə pozub.


Butov.az - ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan ordusu Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərindən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Fərəhli, Quşçu Ayrım, Məzəm, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə; Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərindən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində; Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.

İşğalçılar Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə məruz qoyub.


Paylaş



Bölmə: Hərbi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!