Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək .....                        Vaşinqtondan Azərbaycanla bağlı VACİB MESAJ .....                        Xameneinin iqamətgahı yaxınlığında atışma - ÖLƏNLƏR VAR .....                        Trampdan İrana hücum siqnalı .....                        Toliklə Elgizin verilişinin bağlanması təklifinə RƏSMİ REAKSİYA .....                        Azərbaycanda 900 kənddə qaz yoxdur .....                        Tramp 62 illik rekordu yenilədi .....                        Gültəkin Hacıbəyli sərbəst buraxılıb .....                        Luvr muzeyinin direktoru istefa verib .....                       
7-02-2026, 13:43
BÜTÖV AZƏRBAYCANIN ALİMİ



BÜTÖV AZƏRBAYCANIN ALİMİ

ELDAR MƏMMƏDBƏYLİ-85

Abunəçisi olduğum “Bütöv Azərbaycan“ qəzetinin səhifələrində vaxtaşırı rast gəldiyim və oxumamış ötə bilmədiyim imzalardan biri də tanınmış mütəfəkkir və alim Eldar Məmmədbəylinin imzasıdır. Onun yazıları və onun haqqında yazılanlar həmişə diqqətimi cəlb edir və məndə xoş təəssüratlar yaradır. Eldar müəllim kimya sahəsi üzrə tanınmış alım olsa da, onun yaradıcılığının çoxcəhətliyi adamda heyranlıq doğurur. Mən onun elmi yardıcılığından söhbət açmaq istəmirəm. Çünki bu sahə mətbuatda, o cümlədən oxucusu olduğum “Bütöv Azərbaycan” qəzetində o dərəcədə ətraflı işıqlandırılıb ki, artıq nə isə yazılsa yersiz alınar. Ancaq yaradıcılığının digər sahələri haqda bir neçə kəlmə yazmağı özümə borc bilirəm. Onun yaradıcılığının mühüm cəhəti ictimai-mənəvi problemlərə həssas yanaşmasıdır. O, cəmiyyətdə baş verən haqsızlıqlara biganə qalmır, sosial ədalət, vicdan, məsuliyyət kimi anlayışları bədii müstəvidə ön plana çəkərək, oxucunu cəmiyyət üçün pozitiv mənəvi mövqe tutmağa çağırır. Nəticə etibarıilə Eldar Məmmədbəyli yaradıcılığı milli ruh, vətənpərvərlik, insanpərvərlik və mənəvi dəyərlərin vəhdəti ilə səciyyələnir.
Eldar müəllimin poeziya aləminə baş vurduqda isə təkcə “Sarıtel“ şeiri və Aşıq Ələsgərin Bakıdakı abidəsinin önündən keçərkən təsirlənib yazdıgı “Qadan alım” qoşması onun, şair, sanballı sənətçi yazar deyil, kimyaçı alim olduğuna inanmaq çətinliyi yaradır.
Məhəbbətin xəncər kimi, baş kəsir,
Gözəlliyin almaz kimi daş kəsir,
Ayaq donub, yarpaq kimi diz əsir,
Axan göz yaşımı sil qadan alım.

Uçub yuvasından bir tərlan gedir,
Dünyadan zavallı bir insan gedir,
Eldara bəxş olmuş bir zaman gedir,
Gəl məni son yola sal qadan alım.

Şükürlər olsun ki, qoşmada deyildiyi kimi Eldar müəllimə bəxş olunmuş zaman boşuna axıb getmir. Bu yaxınlarda AMEA-nın yubileyi ilə əlaqədar olaraq Eldar Məmmədbəylınin Azərbaycan elminin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 noyabr 2025-ci il tarixli fərmanı əsasında “Azərbaycan Respublikasının Prezidentinin fəxri diplomu” ilə təltif olunması xəbərini də “Bütöv Azərbaycan” qəzeti vasitəsilə öyrəndim. Sonradan bəlli oldu ki, Eldar müəllim və bu fərman əsasında mükafat alan AMEA-da uzun müddət çalışan digər dəyərli alimlərimiz, hər hansı təqdimat olmadan şəxsən möhtərəm Prezidentimizin göstərişi və nəzarəti ilə yoxlanılmış və ədalətli seçim edilmişdir.
Bu da ona əsas verir ki, mətbuatımız dövlət qürumları tərəfindən diqqətlə izlənilir və onun elmi və yaradıcılıq fəaliyyətinin mətbuatda geniş şəkildə işıqlandırılması öz bəhrəsini vermişdir. Bu sahədə “Bütöv Azərbaycan” qəzetinin də rolu danılmazdır. Məhz buna görə də Azərbaycanımızın bütövlüyü uğrunda əzmlə mübarizə aparan qəzetin təsisçisi Tamxıl Zirəddinoğluna da dərin minnətdarlığımızı bildiririk.
Eldar Məmmədbəyli özünün çoxcəhətli və əhatəli yaradıcılığı sayəsində təkcə Respublikamızda deyil, “Bütöv Azərbaycan” qəzeti vasitəsilə cənublu qardaşlarımız tərəfindən də tanınır və sevilir.
Bu il 85 illik yubileyi qeyd olunan Eldar Məmmədbəylinin 90 illik yubileyinin Bütöv Azərbaycanın alimi kimi Bütöv Azərbaycanımızda qeyd ediləcəyinə inanıram.

Elman RÜSTƏMOV,
Əczaçı, ehtiyatda olan tibb xidməti polkovnik- leytenantı,
yazıçı publisist

05.02.2026
7-02-2026, 13:38
At ətini mal əti adı altında satmaq istəyənlər TUTULDU


At ətini mal əti adı altında satmaq istəyənlər TUTULDU

Tərtər rayonunda qanunsuz ət kəsimi ilə məşğul olan dəstənin üzvləri saxlanılıb.
Polis əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə keçirdikləri tədbir zamanı qanunsuz ət kəsimi ilə məşğul olan Tural Cəfərov, Seymur Məmmədov, Seyfəddin Quliyev və Həsən Cəfərli saxlanılıblar. T.Cəfərova məxsus yarımtikiliyə baxış zamanı çəkisi 146 kiloqram olan qidaya yararsız at əti aşkarlanıb. Saxlanılanlar yararsız at ətini mal əti adı altında Bakı şəhərinə apararaq orada satmaq niyyətində olduqlarını bildiriblər.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
7-02-2026, 13:31
Teleaparıcı icra başçısı olan ərindən ayrılıb?


Teleaparıcı icra başçısı olan ərindən ayrılıb?

Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbəri Seymur Orucovla aparıcı Alidə Mustafayevanın boşanması haqda məlumatlar yayılıb.
Aparıcı iddialarla əlaqədar açıqlama yayıb.
O, yayılan informasiyaları təkzib edib: “Media nümayəndələrini məlumatları paylaşmazdan əvvəl rəsmi mənbələrlə yoxlamağa, peşə etikası və məsuliyyət prinsiplərinə riayət etməyə çağırıram. Dezinformasiyanın yayılması hüquqi və ictimai məsuliyyət yaradır.”
Qeyd edək ki, yayılan xəbərlərdə cütlüyün 6 aydır ayrı yaşadığı bildirilirdi.
Xatırladaq ki, icra başçısı ilə aparıcı 2024-cü ilin fevral ayında ailə həyatı qurub.
7-02-2026, 13:30
Hər şey yaxşı olacaq


Həqiqət ƏLİYEVA,
Binəqədi rayonu, Elşən Sultanov adına 217 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi.

Hər şey yaxşı olacaq

(Hökümə Əliyevanın xatirəsinə)

Görmüşük göylərdən yerə həmişə,
Gah yağış, gah dolu, gah qar tökülür.
Sən yalan dünyanın işinə bir bax,
Artıq simalardan sözlər tökülür-
Sakit olun, hər şey yaxşı olacaq.
***
Son saatın, son dəqiqən bitirdi,
Çin - çin olan olan arzuların itirdi.
Yaralanmış uçaq yerə yetirdi,
Titrək səsin son vidanı gətirdi.
Sakit olun, hər şey yaxşı olacaq.
***
Son mənzilin əngin səma oldumu?
Diləklərin buludlarda dondumu?
Bu, mərdliyə gedib - gələn yoldumu?
Ümid verən son çağırış buydumu?
Sakit olun, hər şey yaxşı olacaq.
***
Qapında yığışıb dostlar, tanışlar,
Kədərli ürəklər, qəmli baxışlar.
Dolan buludlardan yağan yağışlar
Səmadan asılan səsini nazlar:
Sakit olun, hər şey yaxşı olacaq...

Ana
Sənin şərəfinə sözlər aradım,
Tapmadım adına layiq, ay ana.
Sozlər düzüm-düzüm, sözlər bəzəkli,
Dünyanın ən gözəl kəlməsi – Ana.
***
Məclislər qurulur, sözlər verilir,
Ən gözəl, bahalı libas geyilir.
Qədəhlər toqquşur, sağlıq deyilir,
Dillərin sehrli cümləsi - Ana.
***
Dağların başında şimşəklər çaxır,
Dərədən şırhaşır bulaqlar axır.
Təpələr həsrətlə sulara baxır,
Axan çaylarımın gur səsi - Ana.
***
Sənsizlik üzündən qəmə bataram,
Səsini eşitsəm, bala qataram.
Adını ucadan uca tutaram
Uca dağlarımın zirvəsi - Ana.
***
Sənin ocağından təpər almışam,
Gözüm yollardadır, fikirə dalmışam.
İsti qucağına möhtac qalmışam,
Bütün övladların həsrəti - Ana.
***
Çölün bənövşəsi, düzün laləsi,
Neyin titrəməsi, tütəyin səsi.
Zərif çiçəklərin xoş rayihəsi,
Səni xatırladır mənə, ay Ana.
***
Ürəyim doludur, bitməmiş sətir,
Qərib xatirələr qarışıb itir.
Nə olur, uzağı yaxına gətir,
Qəlbimin ən şirin guşəsi - Ana.

Bəsimdir
Naşükür deyiləm, bədxah deyiləm,
Bir ovuc xoşbəxtlik belə bəsimdir.
Demirəm, dünyanı versinlər mənə,
Bir otaq səadət elə bəsimdir.
***
Səhərlər yuxudan sevinclə durum,
Hər günə gözəllik çələngi qurum,
İlləri qayğıyla mən başa vurum,
Övladım üzümə gulə, bəsimdir.
***
Qəmli xatirələr qəfil coşanda,
Qəlbimin həsrəti aşıb- daşanda.
Ana, bacı dərdi qoşalaşanda
Qapıma qardaşım gələ, bəsimdir.
***
Ömür vəfasızdır, olubdur yarı,
Həyat, gəl üstümə yağdırma qarı.
Demirəm, yaramı sən möhkəm sarı,
Deyirəm, eləcə belə bəsimdir.
***
Həyatdır, ağrı da, acı da olur,
Yanan ocaq varsa, sacı da olur.
Bəzən bir şirin söz əlacı olur,
Dərdimə təsəlli elə, bəsimdir.
Xatirələr
Xatirələr cığırı məni götürüb qaçır.
Fikrin qırışlarında gizlənən anlarımın
Üstunə sığal çəkir, sehirli süfrə açır.
Orda uşaqlığıma gül - çiçək ətri saçır.
Orda gənclik payıma günəş göydən nur saçır.
***
İllərin arxasından gizli - gizli boylanan,
Sevincindən gah gülən, kədərlənib ağlayan,
Qəlbi ümidlə dolu arzularla çırpınan,
Bir şıltaq uşaqlığım, bir də coşub çağlayan,
Ömrümün bahar çağı - cavanlığım dil açır.
***
Üzümdə bir təbəssüm, gözümdə sevinc yaşı
Yaşanmış günlərimin artıq bəllidir yaşı.
Şirin şirin olur, acısını gəl daşı.
Daha vidalaşıram,ay ömrümün sirdaşı.
Bu anda xatirələr qaçıb mənə əl açır.

7-02-2026, 13:27
Borc istədiyi tanışını talayan şəxs SAXLANILDI


Borc istədiyi tanışını talayan şəxs SAXLANILDI

Bakının Nəsimi rayonunda borc istədiyi tanışını sonradan talamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bir nəfər polisə müraciət edərək parkların birində tanışı tərəfindən ona fiziki zor tətbiq edilərək 106 manat və mobil telefonunun talandığını bildirib.
Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı Z.Tağıyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı Z.Tağıyevin zərərçəkəndən əvvəlcə borc pul istədiyi, sonuncunun bundan imtina etməsindən sonra isə qeyd edilən hadisəni törətdiyi məlum olub.
Araşdırma aparılır.
7-02-2026, 13:18
Nəsimidə 3 kiloqramdan çox narkotik aşkarlandı - VİDEO


Nəsimidə 3 kiloqramdan çox narkotik aşkarlandı - VİDEO

Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı əvvəllər məhkum olunmuş 48 yaşlı Rizvan Fərəcov saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ondan 2 kiloqram 430 qram marixuana və 1 kiloqram 117 qram heroin (cəmi 3 kq 547 qr) aşkarlanıb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işləri başlanılıb. R.Fərəcov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

7-02-2026, 13:17
İnsanı həyata bağlayan ən gözəl hiss


İnsanı həyata bağlayan

ən gözəl hiss



(SƏDRƏDDİN MÜƏLLİM, 65-İN MÜBARƏK!)
Hamımız yaxşı bilirik ki, insan ömrü xatirələrlə zəngindir. İnstitut illəri də ömrümüzün ən şirin anlarıdır. İnsanın yaşadığı anlar yaddan çıxsa da, bəzi həqiqətlər yaddaşa möhür vurur. İnstitut illəri kimi. Biz o illəri xoş duyğu kimi dadırıq. Çünki ömrümüzün ən titrək, ən kövrək çağları məhz həmin illərə təsadüf edir. Hərənin taleyində bir səhifə açılır o illərdən sonra...
Dostlar da ulduzlar kimidir, onları hər zaman görə bilməzsən, amma bilirsən ki, onlar həmişə sənin yanındadırlar və səni düşünürlər...
Əziz Sədrəddin müəllim! Bu gün məni görə bilməsən də, bil ki, mən səninləyəm… Sənin kimi dostum olduğu üçün özümü çox xoşbəxt hiss edirəm. Qoy bütün pisliklər həyatınızdan uzaq olsun! Yaxşı dostsan! Ad günün - 65 illik yubileyin mübarək, qardaş! Özünüzü tənha hiss etdiyiniz zaman, sizi düşünən və ürəyində sizin üçün yer ayıran bir dostunuz olduğunu unutmayın.

Həyat dediyin bu qısa səfərdə çox insan tanıyırsan, amma dost dediyin adamlar barmaqla sayılır. Sən barmaqla göstəriləsi dostsan. Sənə həyatda qarşılaşacağın çətinliklərdə həmişə qalib olmağını və yeni yaşda ümidini itirməməyi arzulayıram. Sağlam, xoşbəxt və dinc günlər həmişə səninlə olsun.
Sədrəddin müəllim, sən də bilirsən, əsl dostluğun olmadığı həyat səhnələri notsuz, ya da notu pozulmuş musiqi kimidir. Qulaq asmağa cəhd edərsən, ancaq bir şey anlamazsan. Mən çox şadam ki, sənin kimi dostum, qardaşım olub və bu gün də var, aramızdakı o dostluq-qardaşlıq nə xoş ki, bu gün də davam edir. Çətin günlərimdə həmişə yanımda oldun, dəstəyini gördüm. Allah da daim səninlə olsun!
Məsafə əsl dostluğa mane ola bilməz. Bu xoşbəxt gündə sənin yanında ola biləcəm, ya yox, onu dəqiq deyə bilmirəm, ancaq əmin ol ki, hər zaman qəlbimdəsən. Doğum günün mübarək, əziz qardaşım. Sağlamlıq, müvəffəqiyyət, sevgi, xoşbəxtlik, bir sözlə, layiq olduğun hər şey yeni yaşında sənə yoldaşlıq etsin. Həyatın sürətlə getdiyinə üzülməyək.

Deyirlər, ən yaxşı illər tez keçən illərdir. Səninlə tanış olduğumuz 1983- cü ili xatırlayanda həmin gün dünən kimi görünür. Hər saniyəsini yaxşı xatırladığım o anlarda dərdlərimi bölüşdüyün üçün sənə təşəkkür edirəm.
365 günü səbrsizliklə gözləyirəm, əminəm ki, aramızdakı əsl dostluq bağları daha da artacaq, yaxşı gündə də, pis gündə də yenidən birlikdə olacağıq. 65 yaş, yubiley təbrikləri ilə qarşındayam.
Yaşa dolduqca doğum günlərini bir çox insan sevmir. Çünki qocaldığının fərqinə varır. Lakin hər yaşın öz gözəlliyi var. Bunu unutmamalıyıq. 65 yaş da bu qəlibə daxildir. Özünü daim cavan, gümrah və xoşbəxt hiss etsən, heç bir yaş səni qocalda bilməz.
Bir xatirə köçüdü institut illəri,
İllər bizi dost edir, sonra uzaq oluruq.
Eh, o illər çox şirin, çox acıdı bəlkə də,
Biz ömür qatarında qəmə tuzaq oluruq.

Gör, nə qədər il ötüb o işıqlı həyatdan,
Yenə xatirələrdə imisti izlər qalıb.
Hərəmizin qəlbində bircə yığın xatirə,
Sabaha şövqlə baxan qıyqacı gözlər qalıb.

İnstitut dostlarımızı harda görsək, bir anlıq
Susuruq, bizdən qabaq gözlər dinir eləcə.
Düz beş il çiynimizdə yük olan şirin çağlar
Gah parıltılı olur, gah da sönür eləcə.

Tələbə olmaq necə xoşbəxt olmaqdır düzü,
O illər xatirətək hey düşdükcə eh, yada.
Bir xatirə köçüdü əziz institut illəri,
Beş il sakin oluruq o sehirli «adada».


Əziz qardaşımı - Biləsuvar şəhəri Xanlar Qafarov adına İsmətli kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, gözəl insan, səmimi dost, qaygıkeş və təcrübəli pedaqoq, gənc nəslin təlim-tərbiyəsində xüsusi xidmətləri olan tələbə yoldaşım Sədrəddin Əhməd oğlu Əliyevi 65 illik yubileyi münasibətilə təbrik etmək mənim üçün bir şərəfdir.
Sənə möhkəm can sağlığı arzulayıram, unudulmaz dost!

Dərin hörmətlə:
Hüseyn İsaoğlu,
tələbə yoldaşın


7-02-2026, 12:45
Astarada torpaq sürüşməsi - Çayın məcrası dəyişdirilir


Astarada torpaq sürüşməsi - Çayın məcrası dəyişdirilir

Astarada Pensərçayın Vaqo kəndi ərazisindən keçən hissəsində baş verən sürüşmə nəticəsində beton bəndlər sıradan çıxıb. Hadisə nəticəsində yol örtüyünün bir hissəsi dağılıb və nəqliyyat üçün yararsız vəziyyətə düşüb.
Hadisədən dərhal sonra əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Problemin qısa müddətdə aradan qaldırılması məqsədilə texnikalar vasitəsilə çayın məcrasının dəyişdirilməsi istiqamətində işlər aparılır.
Astara Su Meliorasiya Sistemləri İdarəsinin baş mühəndisi Fərid Yusifov bildirib ki, hazırda ərazidə vəziyyətin stabilləşdirilməsi və yaranmış problemin aradan qaldırılması üçün zəruri tədbirlər görülür.
Təhlükəsizlik məqsədilə ərazidə lentlənmə işləri aparılıb və nəqliyyat vasitələrinin dağılan yol hissəsindən keçməsinin qarşısının alınması üçün nəzarət tədbirləri görülür.

7-02-2026, 12:31
Bazar gününün hava proqnozu


Bazar gününün hava proqnozu

Fevralın 8-də gözlənilən hava Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-90 %, gündüz 75-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Məlumata görə, havanın temperaturu gecə 1-4, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
7-02-2026, 12:22
Ceyhun Bayramov pakistanlı həmkarına zəng etdi


Ceyhun Bayramov pakistanlı həmkarına zəng etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın Baş nazirinin müavini və XİN başçısı Məhəmməd İshaq Dar telefon danışığı aparıblar.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.
Söhbət zamanı C.Bayramov İslamabadda baş verən partlayışla əlaqədar Azərbaycan Prezidenti, hökuməti və xalqı adından başsağlığı verib, Pakistanla həmrəyliyini ifadə edib.
"Baş nazirin müavini/xarici işlər naziri hücumu qətiyyətlə pisləyib və Pakistanın terror təhlükəsi ilə mübarizə əzmini bir daha təsdiqləyib. XİN başçıları həmçinin qarşılıqlı maraq kəsb edən cari regional və beynəlxalq hadisələri müzakirə edib, Pakistanla Azərbaycan arasındakı möhkəm tərəfdaşlığı təsdiqləyiblər", - nazirliyin məlumatında vurğulanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!