Bakıda marketdə soyğunçuluq edilib - VİDEO .....                        ABŞ-ın Terrorla Mübarizə Milli Mərkəzinin direktoru istefa verdi - İranla müharibəyə görə .....                        İran Futbol Federasiyası FİFA-ya müraciət etdi .....                        "Neftçi" - "Qarabağ" oyununun tarixi AÇIQLANDI .....                        Yeraltı “raket şəhərləri” – İran Keşmdə nələr gizlədir... .....                        Təcridxanaya ayaqqabıda narkotik keçirmək istədilər .....                        "Bəsic"in 300 üzvü öldürülüb - KİV .....                        Prezident nazirlikdə müavinlərin sayını artırdı .....                        Orta aylıq əməkhaqqı və orta aylıq pensiyanın məbləği .....                       
1-03-2026, 08:36
İranda 40 gün matəm elan olundu


İranda 40 gün matəm elan olundu

İran hökuməti ölkənin ali dini rəhbəri Əli Xameneinin ölümü ilə əlaqədar 40 günlük ümummilli matəm elan edib.
Məlumata görə, həmçinin ölkə daxilində yeddi gün iş olmayacaq.
Daha əvvəl İranın dövlət mediası ali rəhbər Əli Xameneinin ölümünü təsdiqləyib.
1-03-2026, 08:30
Xamenei öldürüldü - RƏSMİ


Xamenei öldürüldü - RƏSMİ

İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Bu barədə İranın Dövlət Xəbər Agentliyi (İRNA) məlumat yayıb.
"İslam İnqilabının ali rəhbəri şəhid olub", - məlumatda bildirilib.
Qeyd olunub ki, o, ABŞ və İsrailin hücumları nəticəsində həlak olub.
1-03-2026, 01:34
Ərdoğandan ABŞ və İsrailin İrana hücumlarına REAKSİYA


Ərdoğandan ABŞ və İsrailin İrana hücumlarına REAKSİYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda çıxışı zamanı ABŞ və İsrailin İrana hücumlarından kədərləndiyini və narahat olduğunu bildirib.
Bu barədə “Sabah” qəzeti məlumat yayıb.
"Netanyahunun (İsrail Baş naziri) təhriki ilə başlayan ABŞ-İsrail hücumlarından dərin kədərləndik və narahatıq", - deyə Türkiyə Prezidenti bildirib.
Ərdoğan qeyd edib ki, əvvəllər ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkianla telefon danışıqları aparıb, lakin iki tərəf arasında etimadı bərpa etmək mümkün olmayıb.
1-03-2026, 00:54
Tehrandan cavab: Xamenei vəzifəsinin başındadır


]Tehrandan cavab: Xamenei vəzifəsinin başındadır

“Ali Rəhbər Ayətullah Əli Xamenei sağdır”.
Bu barədə məlumat İran mediasında yayılıb.
Məlumatda “Ali Rəhbər sahədə komandanlığı qətiyyətlə və möhkəm şəkildə davam etdirir” – deyə, əlavə edilib.
Bildirilib ki, məlumat İsrail rəsmisinin Reuters agentliyinə Xameneinin öldürüldüyünü və cəsədinin tapıldığını bildirməsindən sonra verilib.
1-03-2026, 00:34
Ərdoğandan İranla bağlı AÇIQLAMA


Ərdoğandan İranla bağlı AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İsrailin İrana qarşı hücumları ilə bağlı açıqlama verib.
O bölgədə gərginliyin daha da artmaması üçün diplomatik təşəbbüslərin gücləndiriləcəyini deyib.
“Eyni vaxtda əvvəlcə atəşkəsin təmin olunması, daha sonra isə danışıqlar masasına qayıdılması üçün diplomatik səylərimizi sürətləndirəcəyik”, – deyə Prezident vurğulayıb.
Ərdoğan qeyd edib ki, müharibənin genişlənməməsi və regionun daha böyük qarşıdurma ilə üzləşməməsi üçün bütün tərəflər məsuliyyətli davranmalıdır. Türkiyənin problemin dialoq və diplomatiya yolu ilə həllinə üstünlük verdiyini deyən dövlət başçısı, rəsmi Ankaranın bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini bildirib.
1-03-2026, 00:20
Bir İtaliya, 12 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib - YENİLƏNİB


Bir İtaliya, 12 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib - YENİLƏNİB

ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının qonşu ölkədən təxliyəsi davam edir.
Fevralın 28-i saat 08:00-dan martın 1-i saat 00:00-dək ümumilikdə 12 vətəndaşın İrandan təxliyəsi həyata keçirilib.
İrandan təxliyə edilən vətəndaşlardan üçü azyaşlıdır.
Bununla yanaşı, bir İtaliya vətəndaşı da "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana keçib.

22:26 28.02.2026

ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının qonşu ölkədən təxliyəsi davam edir.
Daha bir qrup vətəndaşın Azərbaycana təhlükəsiz keçidi təmin edilib.

20:22

Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib.
ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının qonşu ölkədən təxliyəsi həyata keçirilib.
Bu gün saat 08:00-dan 20:00-dək yeddi vətəndaşı Azərbaycana təxliyə olunub.
28-02-2026, 23:50
Netanyahu: “Xameneinin öldüyünə işarə edən əlamətlər var”


Netanyahu: “Xameneinin öldüyünə işarə edən əlamətlər var”

İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə endirilən zərbə zamanı İslam Respublikasının ali lideri Əli Xameneinin iqamətgahını hədəfə alıb.
Netanyahu televiziya ilə yayımlanan çıxışında bildirib ki, səhər saatlarında həyata keçirilən güclü və qəfil hücum nəticəsində Xameneinin yerləşdiyi bina kompleksi dağıdılıb.
Baş nazir əlavə edib ki, zərbə nəticəsində Xameneinin həlak olması ehtimalı mövcuddur. Onun sözlərinə görə, “İranda diktatorun artıq olmaya biləcəyinə dair əlamətlər var”.
Qeyd olunub ki, bu iddialar hələlik İran tərəfi tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.
28-02-2026, 23:45
Kəlbəcərdə avtomobil aşıb, xəsarət alanlar var


Kəlbəcərdə avtomobil aşıb, xəsarət alanlar var

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı 1960-cı il təvəllüdlü A. Hüseynov, 1976-cı il təvəllüdlü R. Mirzəyev və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Dərhal yaralılara yardım edilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
28-02-2026, 23:37
Qəzza dünyadan təcrid olunur: bütün sərhədlər bağlı


Qəzza dünyadan təcrid olunur: bütün sərhədlər bağlı

İsrail ordusu İranın cavab hücumunu əsas gətirərək, məhdud keçidlər üçün açıq saxlanılan Rəfah Sərhəd Keçid Məntəqəsi də daxil olmaqla, Qəzzaya açılan bütün keçid məntəqələrini bağlayıb.
Bu barədə İsrail ordusunun Fələstin ərazilərində Hökumət Fəaliyyətlərinin Əlaqələndirilməsi Bölməsi açıqlama yayıb.
Açıqlamada vurğulanıb ki, Qəzzanın dünyaya açılan yeganə qapısı hesab edilən Rəfah Sərhəd Keçid Məntəqəsi də daxil olmaqla bütün keçidlər ikinci bir bildirişə qədər bağlı saxlanılacaq.
İsrailin bütün sərhəd keçidlərini bağlama qərarının hazırda aclıqla mübarizə aparan Qəzzadakı humanitar vəziyyətə təsir göstərməyəcəyi iddia olunub.
Təl-Əviv rəhbərliyi Qəzzanın dünyaya açılan yeganə sərhəd qapısı olan Misir sərhədindəki Rəfah Sərhəd Keçid Məntəqəsini fevralın 2-də yalnız piyadaların iki istiqamətli keçidi üçün açmışdı.
28-02-2026, 23:23
Şamaxıda yenidən zəlzələ olub


Şamaxıda yenidən zəlzələ olub

Şamaxı-Ağsu sərhədində zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Yerin 7 km dərinliyində yerləşən zəlzələ ocağının maqnitudası 3,6 olub.
Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!