TƏBRİK EDİRİK! .....                        Hacı Oruc Quliyevin həyat hekayəti .....                        Əraqçı ABŞ və İsrailin siyasətini sərt tənqid edib .....                        İsrail–Livan danışıqları Vaşinqtonda keçiriləcək .....                        Tramp: "İranla razılaşma ilə bağlı çox nikbinəm" .....                        Rumıniya ABŞ-dən icazə istəyir: Azərbaycan nefti emal oluna bilər .....                        Tramp Netanyahudan xahiş etdi .....                        Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırdı .....                        Fidan: "İsrailin siyasəti ilə sülh mümkün olmayacaq" .....                       
23-03-2026, 13:49
Qalibaf öldürülüb? - Parlamentin spikeri haqda məlumat yayıldı


Qalibaf öldürülüb? - Parlamentin spikeri haqda məlumat yayıldı

İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibafın öldürüldüyü barədə iddialar yayılıb.
Monitorinq kanallarının məlumatına görə, Qalibaf Tehranın cənubunda öldürülüb.
Lakin İran KİV-ləri bu məlumatı təsdiqləmirlər.
23-03-2026, 13:17
“Biz təslim olmağı rüsvayçılıq sayırıq” - SEPAH rəsmisi


“Biz təslim olmağı rüsvayçılıq sayırıq” - SEPAH rəsmisi

"Düşmən üçün yeni sürprizlər var və o təslim olub məzara düşəcək".
Bunu İranın Ali Rəhbərinin SEPAH-dakı nümayəndəsi Höccətülislam Abdullah Hacı Sadeqi deyib.
“Biz təslim olmağı rüsvayçılıq hesab edən bir məktəbdə böyümüşük və İmam Hüseynin öldüyünü, lakin Yezidə beyət etmədiyini xatırlamalıyıq”, - Hacı Sadeqi vurğulayıb.
O, ABŞ-İsrail koalisiyasının məğlub duruma düşəcəyini qeyd edib.
23-03-2026, 13:06
Keçmiş baş nazir öldü


Keçmiş baş nazir öldü

Fransanın keçmiş baş naziri Lionel Jospen vəfat edib.
Bu barədə AFP məlumat yayıb.
O, Jak Şirakın prezidentliyi dövründə hökumətə rəhbərlik etmişdi.
Lionel Jospen 88 yaşında idi.
Jospen 1997-ci ildən 2002-ci ilə qədər Fransa hökumətinə rəhbərlik edib. O, 1995 və 2002-ci illərdə Fransa prezident seçkilərində namizəd olub.
22-03-2026, 21:40
Futbol azarkeşlərini daşıyan avtobus yandı


Futbol azarkeşlərini daşıyan avtobus yandı

"Mançester Siti" futbol klubunun azarkeşlərini daşıyan avtobus yanıb.
Bildirilib ki, onlar İngiltərə Liqa Kubokunun finalında "Arsenal"la keçiriləcək oyuna gedirdilər.
Hadisə Uorvikşir qraflığında yerləşən M6 avtomagistralında baş verib.
Məlumata görə, bütün sərnişinlər və sürücü vaxtında təxliyə olunub, xəsarət alan olmayıb. Yanğının səbəbi hələlik açıqlanmayıb.
22-03-2026, 21:10
ABŞ Mərkəzi Komandanlığ: F-15 qırıcısı vurulmayıb


ABŞ Mərkəzi Komandanlığ: F-15 qırıcısı vurulmayıb

ABŞ ordusu İranın F-15 qırıcı təyyarəsini vurmadığını iddia edir.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
"Yalan. İran rejiminin bu yaxınlarda F-15 qırıcı təyyarəmizi vurduğu barədə şayiələr yayılıb. Əməliyyatı zamanı ABŞ qüvvələri 8000-dən çox döyüş uçuşu həyata keçirib. İran bir dənə də olsun qırıcı təyyarəni vurmayıb", - deyə bildirilir.
Xatırladaq ki, İran ordusu martın 22-də Hörmüz adası yaxınlığında F-15 qırıcı təyyarəsinə hücum edildiyini və məhv edildiyini iddia edib.
22-03-2026, 20:45
Pezeşkian "İranı yox etmək fikri sadəcə boş xəyaldır"


Pezeşkian "İranı yox etmək fikri sadəcə boş xəyaldır"

İranı yox etmək fikri sadəcə boş xəyaldır.
Bu fikirləri İran Prezidenti Məsud Pezeşkian X platformasındakı paylaşımında bildirib.
Qeyd olunub ki, bu, güclü bir millətin iradəsi qarşısında aciz qalmaq deməkdir:
"Təhdidlər və terror əksinə, ölkə daxilində birliyi daha da gücləndirir. Hörmüz boğazı yalnız İranın ərazi bütövlüyünü pozanlar istisna olmaqla, hamı üçün açıq qalacaq. İran döyüş meydanında edilən təhdidlərə qarşı qətiyyətlə cavab verir".
22-03-2026, 20:27
İstanbulda bina çökdü - Ölən var-YENİLƏNİB


İstanbulda bina çökdü - Ölən var - YENİLƏNİB

İstanbulda çökən binada bir nəfər ölüb.
Dağıntılar altından bir nəfərin meyiti çıxarılıb.
10 nəfərin müalicəsi xəstəxanalarda davam etdirilir.

***

15:12

Türkiyənin İstanbul şəhərində çökən binaların sayı 3-ə çatıb. İlkin məlumata görə beş nəfər dağıntılar altında qalıb, onlardan dördü xilas edilərək xəstəxanaya aparılıb.
Hadisə şəhərin Fatih rayonunda baş verib.
İstanbul Valiliyindən verilən məlumata görə, hadisənin yerli vaxtla saat 12:00 radələrində binalardan birində təbii qaz səbəbindən baş verən partlayış nəticəsində meydana gəldiyi ehtimal edilir.
Hazırda bölgədəki ətraf binalarda sakinlər təxliyə edilir. Axtarış-xilasetmə işləri davam edir.

***

13:40

Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda bina çöküb.
Bir nəfər xilas olunub.
Hazırda dağıntılar altında axtarış-xilasetmə işləri davam etdirilir.
22-03-2026, 19:20
Bakı sakini Kürdəmirdə avtomobillə 7 yaşlı uşağı öldürdü


Bakı sakini Kürdəmirdə avtomobillə 7 yaşlı uşağı öldürdü

Kürdəmirdə yol-nəqliyyat hadisəsi olub, ölən var.
Hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 35 yaşlı İqbal Yadigar oğlu Quliyev idarə etdiyi VAZ-2106 markalı avtomobillə yolu keçən piyada, rayonun Çöl Ərəb kənd sakini 7 yaşlı Hidayət Sahil oğlu Hüseynovu vurub. Ağır xəsarətlər alan zərərçəkən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
22-03-2026, 18:46
Kansler Trampla nə danışdı?


Kansler Trampla nə danışdı?

Almaniya Kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Liderlər Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
"Bu gün ABŞ Prezidenti Donald Trampla İran, İsrail və Ukraynadakı vəziyyəti müzakirə etdim. Sıx əlaqə saxlamağa davam etmək barədə razılığa gəldik. Fikir mübadiləsimiz tezliklə davam edəcək".
22-03-2026, 18:41
Neftin qiyməti uzun müddət yüksək qalacaq - Qalibaf


Neftin qiyməti uzun müddət yüksək qalacaq - Qalibaf

Ölkəmizdə elektrik stansiyaları və infrastruktur hədəfə alındıqdan dərhal sonra region boyunca həyati əhəmiyyətli infrastrukturlar, enerji və neft obyektləri legitim hədəf hesab ediləcək.
Bunu İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf özünün X səhifəsində yazıb.
“Onlar geridönməz şəkildə məhv ediləcək. Neftin qiyməti isə uzun müddət yüksək qalacaq”, - o əlavə edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını 48 saat ərzində açmayacağı təqdirdə İranın müxtəlif elektrik stansiyalarına zərbələr endirəcəyi ilə hədələyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!