57 min nəfər tələbə adını qazanıb .....                        MİQ-də müsahibə mərhələsi yekunlaşdı .....                        Yeni tələbələrin nəzərinə! - Təhsil kreditində yenilik var .....                        Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların ümumi həcmi .....                        Stiven Douti Bakıdan sonra İrəvana getdi .....                        MDB oyunlarında 10 ölkənin iştirakı təsdiqlənib - RƏSMİ .....                        Ramiz Rövşənin səhhəti pisləşib? - AÇIQLAMA .....                        Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA .....                        Minsk Qrupu bu tarixdə LƏĞV EDİLİR .....                       
10-12-2024, 18:13
Komandoların təlimindən yeni GÖRÜNTÜLƏR


Komandoların təlimindən yeni GÖRÜNTÜLƏR

2024-cü ilin hazırlıq planına əsasən, komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimin ssenarisinə uyğun olaraq, şərti düşmən mövqelərinə qəfil hücum və mövqelərin tutulması üzrə tapşırıqlar yerinə yetirilib:
"Ələ keçiriləcək mövqelərin əraziləri taktiki və vizual olaraq qiymətləndirilib, daha sonra minaatanların atəş dəstəyi ilə qəfil hücum icra edilib. Keçirilən taktiki-xüsusi təlimdə yüksək peşəkarlıq nümayiş etdirən komandolar atəş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər".

10-12-2024, 09:24
QƏRBİ AZƏRBAYCAN HAQQINDA YENİ KİTAB


QƏRBİ AZƏRBAYCAN HAQQINDA YENİ KİTAB

Azərbaycan əsilli, nəsilli olaraq ümumilikdə Bütöv Azərbaycan tarixi bizi də çox maraqlandırır. Son iki əsrdə Bati Azərbaycan adlandırılan, yəni Arazdan Qüzeydəki ata-baba torpaqlarımızın Batı parçasının ağrılı-acılı tarixi də bizim üçün diqqət mərkəzində qalmaqdadı. Bu baxımdan yaxınlarda “Elm və təhsil” nəşriyyatının nəşryyat-poliqrafiya müəssisəsində nəşr olunmuş “ Qərbi Azərbaycan türklərinin Ermənistan SSR-dən 1947-1950-ci illərdə deportasiyası “erməni məsələsi” kontekstində” kitabı da mənən bizə yaxındır. Batı Azərbaycan tarixinin faciəvi parçasından bəhs edən 503 səhifəlik kitab bu sətirlərin həmmüəlliflərindən birinə hədiyyə ediləndə maraqla oxuyaraq digərinə ötürmüşdür. Onlarda eyni təəssürat yarandığından birgə rəy qələmə almaq fikri ortaya çıxdı. Tarixçi-alim Əsəd Canəli Qurbanlının tarixi faktlar əsasında yazılmış bu kitabı haqında fikir söyləmək istəyi təbiidir.
Son iki əsrdə Güney Qafqazda həmyerlilərimizə qarşı məqsədyönlü soyqırımı və digər dəhşətlər törədilmiəsi nəticəsində qırğınlara məruz qalmaqla soydaşlarımız tarixi-etnik torpaqlarından qovulmuşdur. Sovet hökumətinin iki (4083 saylı 23. 12.1947 və 754 saylı 10.03.1948) qərarı əslində xalqımıza qarşı cinayət aktları sayılmalıdır. Belə qeyri-insani əməldə təkcə erməni sövinizmi təqsirkar deyildir. Sovet İttifaqının partiya və sovet rəhbərliyinin açıq-aydın antiazərbaycanlı siyasəti, həmin qurumların bilavasitə təsiri altında Azərbaycan SSR rəhbərliyinin öz xalqına qarşı həyata keçirdiyi əməllər də öz mənfi təsirini göstərmişdir. Təbii ki, həmin torpaqlardan həmyerlilərimizin 1948-1953-cü illərdə qo-vulması faktının ötən onilliklər ərzində layiqincə təhqiq edilməməsi və hüquqi-siyasi qiymətini alma-ması dərin təəssüf hissinə səbəb olurdu. Həmin faktların təhqiqi və hüquqi-siyasi qiymətin verilməsi vacib problem kimi qarşıda dururdu. Bu baxımdan tarixçi-alimin axtarışları və nəticədə yazdığı kitab əhəmiyyət kəsb edir.
Kitabın ilk fəslində oxucuya Azərbaycan türklərinin departasiyasına ümumi baxış təqdim edilir. Əslində bu yaxşı yanaşmadır. Yaxşı xatırlayırıq, ötən əsrin sonuncu onilliyinin başlanğıcında sovet imperiyasının süqutu da başlanmışdı. Beləliklə, sərt sovet senzurasının da fəaliyyəti başa çatırdı. Cəmiyyətdə yaranmaqda olan yeni siyasi ab-hava nəticəsində necə deyərlər, bağlı arxivlər açılırdı. Təhqiqinə qadağa qoyulmuş mövzulardan biri də Azərbaycan türklərini 1947-1953-cü illərdə doğma torpaqlarımızdan deportasiya problemi də açıq təhqiqat obyektinə çevrildi. Bolşeviklərin qurduğu sovet ölkəsində yeni cəmiyyətin, yəni sosializm quruculuğu dövründə təkcə totalitar reşimə əks çıxanlar amansız təqiblərə məruz qalmamışdı. Həmçinin bütöv xalqlar repressiyalara, repotasiyalara məruz qalmışdı. Sovetlərin xüsusi xidmət orqanları müxtəlif xalqların yüz minlərlə üzvünü bir yerdən digər yerlərə köçürmüşdü. Heç bir səbəb olmadan, özlərinin siyasi baxışına görə, məqsədlərinə münasib olaraq. Sovet ölkəsində xalqların ata-baba torpaqlarından zorla köçürülməsinin təsnifatı qısaca aşağıdakı kimi ifadə edilə bilər:
– Xaricdə yaşayan soydaşları ilə bir olduğuna və işğalçılara qarşı müharibədə mümkün xəyanətlərə görə qruplaşdırmaq olar.
–Siyasi və milli kimlikləri nəzərə alınmaqla qruplaşdırmaq mümkündür. Söhbət türk xalqlarından gedirsə onlar milli kimliklərinə görə ata-babalarından onlara qalmış doğma topaqlarından sürgün edilmişlər. Bizim Azərbaycanlılar da türk xalqlarına mənsub olduğumuza görə departasiyaya uğramışıq. Ümumiyyətlə götürüləndə isə 1948-1950-ci illərdə həmvətənlərimizin bir yerdən başqa yerə köçürülməsi sovet hökumətinin həyata keçirdiyi böyük deportasiya siyasətinin bir hissəsi olmuşdur.
İkinci bölüm azərbaycanlılarin tarixi torpaqlarından, yəni Ermənistan SSR adlanan ərazidən deportasiyasının siyasi zəmini məsələsinə həsr olunmuşdur.
Alman faşizmi üzərində sovet silahlı qüvvələrinin qələbəsindən sonra Sovet İttifaqının nüfuz dairəsi genişləndi. Ölkə rəhbərliyində özünə yer eləmiş və yüksək rəhbərliklə etibarlı tellərlə bağlı olan ermənilərin də iştahası açılırdı. Onlar “Böyük Ermənistan” ideyasını ortaya atmaqla qonşu ölkələrin torpaqlarına təkrar göz dikmələrindən xəbər verirdi. Ermənilər arasında türklərə qarşı düşmənçiliyi, ədavəti, nifrəti gücləndirirdi. “Böyük Ermənistan”ı da əsasən Azərbaycan və Türkiyə torpaqları hesabına yaratmaq nəzərdə tutulurdu. Azərbaycanlıların ata-baba torpaqlarından qovulması və oraya xaricdə yaşayan ermənilərin gətirilməsi də həmin məqsədə xidmət edirdi. Bu məqsəd yolunda aparlan işdə ilk baxışda qəribə görsənsə də sovet rəhbərliyi hətta, kilsələrlə əməkdaşlıq edir və xidmətindən də faydalanırdı.
Sovet rəhbərliyinin azərbaycanlıları Ermənistandan məcbiri surətdə və kütləvi surətdə köçürməsi xalqımıza qarşı böyük əbalətsizlik idi. Əsrlərlə dağ yerində yaşamış əhalinin arana köçürülməsi acınacaqlı nəticələr verdi. Bu köçürməni Azərbaycan və Ermənistan hökumətləri fərqli qiymətləndirirdi. Res-bublikamızın rəhbərliyi soydaşlarımızı yurd-yuvalarından köçürməklə guya Kür-Araz ovalığının inkişaf etdirilməsi ilə əlaqədar həmin rayonlarda tələb olunan işçi qüvvəsinə ehtiyacı ödəmək istəyirdi. Təbii ki, belə yalan yanaşma Moskvaya məxsus idi və Azərbaycan əhalisinin hiddətini, nifrətini nə dərəcədəsə yatırmağa hesablanmışdı. Ermənistan rəhbərliyi isə camaatımızı qovmaqla onların yaşayış evlərində xa-rıcdən gətirilmiş erməniləri yerləşdirmək məqsədi güdürdü. Onlar əslində belə böyük repartasiya ilə azərbaycanlıların etnik təmizlənməsini həyata keçirirdilər.
Əsərin üçüncü bölmündə azərbaycanlıların deportasiyasının həyata keçirilməsi prosesi geniş işıqlandırılır. Tarixdən bizə məlum olduğu kimi SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında” 1947-ci il 23 dekabr tarişli qərarı yerli azərbaycanlı əhalinin ata-baba torpaqlarından təmizlənməsi siyasətinə bö-yük təkan verdi. Azərbaycanlı kəndlərinin 138-i tamamilə və 130-u qismən olmaqla ümumilikdə 268-i dövlət səviyyərində depotdasiyaya məruz qalmışdı. Sovet rəhbərliyinin siyasətinə çevrilmiş bu iş nə dərəcədə ədalətsizlik olsa belə dayandırmaq mümkün deyildi. Lakin köçkünlər üçün ovalıqda ən adi şəraitin olmaması səbəbindən onların geri qayıtmasının ardı-arası kəsilmirdi. Hətta, hər iki respublikanın rəhbərliyinin gördükləri tədbirlər belə azərbaycanlıların geriyə köçünün qarşısını ala bilmirdi. Müəllif bu bölməni yazarkən yer adlarından və rəqəmlərdən geniş istifadə etməsiylə bir növ əyaniliyə nail olmaq istəmişdir.
Sonuncu, dördünçü bölümdə Azərbaycan və Ermənistan respublikaları hökumətlərinin köçkünlərin geri qayıdışı ilə əlaqədar həyata keçirdiyi tədbirlər və soydaşlarımızın deportasiyası məsələləri işıqlan-dırılmışdır.
Ölkəni diktatorcasına idarə edən Sovet hökuməti başçisının vəfatından sonra ölkədə köklü dəyişikliklər baş verdi. Dəyişikliklər köçkünlərə qarşı münasibətdə də özünü göstərdi. İllər boyu doğma ev-eşiyinə qayıtmaq həsrətiylə yaşayan azərbaycanlılar geriyə dönə bildi. Soydaşlarımızın Kür-Araz ovalğına köçürülməsi ylə bağlı onların boşaldılmış evlərinin və tikililərinin xaricdən gəlmiş ermənilərə verilməsi nəzərdə tutulmasına baxmayaraq bu nalayiq tədbir həyata kerilmədi.
Təhqiqatçı bu kitabı yazmaqla irihəcmlı işi yerinə yetirərkən azərbaycan-türk, Anadolu –türk, rus və erməni dillərində olan birlikdə 226 adda mənbədən istifadə etmişdir. Həmçinin kitab yazılarkən 776 adda arxiv materialına, sənədlər toplusuna , ana mövzu ilə əlaqədar mənbələrə, ayrı-ayrı müəlliflərin işlərinə müraciət edilmişdir. Bütün bunlar müəllifin əsər üzərində işləyərkən nə qədər əhatəli mənbələrdən faydalanmağa çalışdığını göstərir.
Müəllif apardığı təhqiqatların nəticələrini ümumiləşdirərək şəxsi qənaətlərini də qələmə almışdır. Sonuncu bölümün axırınca oxuculara təqdim olunur. 14 bəddə geniş yazılmış qənaətlər real görünür.
Kitabda əlavələrə də kifayət qədər yer ayrılmışdır. SSRİ Nazirlər Sovetinin 1947-ci və 1948-ci il qərarlarının tam mətnlərinin, habelə Azərbaycan SSR-na Ermənistan SSR-dən köç ürülmüş vətəndaşların siyahısı , onlar üçün kənd təsərrüfatı bankına ödəniləsi ssuda borclarının qalıqlarının silinməsinə dair rayonlar üzrə siyahının, Ermənistandam köçürülmüş məktəbyaşlı uşaqların və pedaqoqların siyahısının və d. verilməsi, daha neçə -neçə müxtəlif səpkili siyahı və cədvəllərin oxuculara təqdim olunması kitabın müsbət cəhətlərindən sayıla bilər. Qeyd edək ki, belə siyahı, cədvəl , arayışların və s. sayı kitabda on-larladır. İri həcimli həmin materialın dövlət arxivi tərəfindən hazırlanması müəllif tərəfindən xatırlanır ki, bu da oradakı rəqəmlərin və adların ciddiliyinə inam doğurur.
Kitab müəllifi ilə şəxsən tanış olan bu sətirlərin həmmüəlliflərindən biri bəzi xoşagəlməzliklər, el dilində desək, əyri-əskikliklər haqda da qeydlər etməkdən yan keçmək fikrində deyildir. İrili-xırdalı bəzi ifadələr yerli-yersiz neçə-neçə dəfələrlə işlənir. Məgər belə istifadə əsərə gözəllik gətirirmi? “Güney Azərbaycan” və “Şimali Azərbaycan” yazılır. Güney yazılırsa məgər Qüzey yazılması münasib olmaz-dımı? Yer kürəsinin coğrafiyasında dörd əsas istiqamətin adları kimi işlədilən şimal,cənub, şərq, qərb sözləri əcnəbi sözlərdir. Dilimizin əcnəbi sözlərdən təmizlənməsi haqda söhbətlərin getdiyi bir vaxtda onların əvəzinə türkcə qüzey, güney, doğu, batı sözlərinin istifadəsi yerinə düşməzdimi? “SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları ...” kimi uzun -uzadı ifadələr kitab boyu neçə dəfələrlə təkrarlanır. İlk dəfədən sonra bunları qısaca ifadə etmək olmazdımı? «Ağır cümlələr” deyilən ifadə var. Təsadüfən bu cür ad almamış ifadələr hər hansı materialı asanlıqla oxumağa və mənimsəməyə kömək edirmi? Kitabda çoxsaylı olaraq təkrar çəkilən bəzi qurumların və d. (Kənt təsərrüfatı bankı, İkinci Dünya müharibəsi və s) adını da ixtisarların siyahısına daxil etmək nədənsə unudulmuşdur. Bu kimi iradların sayını artırmaq olardı.
Belə deyim var ki, iş olan yerdə çatışmazlıqlar da olur. Bu deyimlə razılaşmamaq çətindir. Ümumiyyətlə, əsərə yanaşdıqda necə deyərlər, irəli çəkilmiş, bu günümüz üçün aktual olan problemə toxunulması , təhqiqat aparılması, nəticələrin əldə edilməsi müsbət qiymətləndirilə bilər. Zamanın hökmü ilə ermənilərə müvəqqəti də olsa pay verilmiş Batı Azərbaycan torpaqlarında erməni faşistlərinin “minnətdarlıq” əlaməti kimi törətdikləri azğınlıqları bir daha qələmə almaq, gözdən keçirmək o deməkdir ki, biz azərbaycanlılar həmin qanlı tarixçəni, eləcə də həmin torpaqların bizə məxsus olduğunu unutmamışıq və unutmaq fikrində də deyilik.
Biz – bu sətirlərin həmmüəllifləri sonda nə demək istəyirik, diqqəti nəyə çəkmək istəyirik?
Biz azərbaycanlılar çox gözəl bilirik ki, hazırda Ermənistan Respublikası adlandırılan ərazinin tor-paqları həqiqətdə Batı Azərbaycan torpaqlarıdır, ata-babalarımızdan bizə miras qalmış doğma torpaq-larımızdır. Bizim camaatımız oraya qayıtmalıdır və bizdəki daxili əminliyə görə hökmən qayıdacaqlar. Respublika Prezidenti cənab İlham Əliyev də bu haqda birmənalı və qəti demişdir: ”Bizim tarixi torpaq-larımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtma-lıyıq. Bu bizim strateji hədəfimizdir”.

Eldar MƏMMƏDBƏYLİ,
kimya elmləri doktoru, professor,

Rəsul RƏXŞANLI,
kimya üzrə fəlsəfə doktoru.



9-12-2024, 22:51
Suriyalılar Türkiyəni tərk etməyə başlayıblar


Suriyalılar Türkiyəni tərk etməyə başlayıblar

Suriyanın gələcəyini Suriya xalqı müəyyən etməlidir.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O, Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılmasının vacibliyini vurğulayıb və bu ölkəyə dəstək verəcəyini vəd edib.
“Bir daha deyirəm: ərəb, türkmən, kürd, sünni, ələvi və ya xristian olmasından asılı olmayaraq, bütün suriyalıların sülh içində yaşadığı Suriya Türkiyənin ən böyük arzusu, arzusu və məqsədidir”, - deyə Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra qeyd edib.
Onun sözlərinə görə, Suriyada hakimiyyət dəyişikliyindən sonra suriyalı qaçqınlar Türkiyəni tərk edərək vətənlərinə qayıtmağa başlayıblar.
Ərdoğan əlavə edib ki, Türkiyə qaçqınların vətənlərinə gediş-gəlişini asanlaşdırmaq üçün Suriya ilə sərhəddə Yayladağı sərhəd-keçid məntəqəsini açıb.
Xatırladaq ki, noyabrın sonunda Suriyada hökumət əleyhinə qüvvələrin hücumu başlayıb. Dekabrın 8-nə keçən gecə onlar paytaxt Dəməşqə daxil olublar. Bəşər Əsəd prezident postunu tərk edib və Suriyadan qaçıb. Suriyanın baş naziri Məhəmməd Qazi Əl-Cəlali müxalifətlə əməkdaşlığa və hakimiyyəti sülh yolu ilə ötürməyə hazır olduğunu bəyan edib. Əsəd və ailəsi Rusiyaya sığınıb.
Qeyd edək ki, Türkiyədə 3.7 milyona yaxın suriyalı yaşayır.
9-12-2024, 22:31
Zelenskidən müharibənin dayandırılması ilə bağlı yeni təklif


Zelenskidən müharibənin dayandırılması ilə bağlı yeni təklif

Rusiya-Ukrayna müharibəsinin dayandırılması üzrə ortaq mövqe nümayiş etdirəcək bir neçə Avropa ölkəsindən ibarət yeni Təmas Qrupunun yaradılması təklif edilib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniya kanslerliyinə namizəd Fridrix Merts Kiyevdə danışıqlardan əvvəl bildiriblər.
Merts Avropa ölkələrinin Ukraynada fərdi sülh təşəbbüslərinə qarşı çıxıb. Onun sözlərinə görə, Avropa ölkələri müharibənin dayandırılması məsələsində ortaq mövqeyə malik olmalıdırlar.
“Bu, təkcə Aİ-yə aid deyil. Mənim təklifim var ki, Almaniya, Fransa, Polşa, Böyük Britaniya - Avropanın dörd böyük ölkəsindən və NATO-dan ibarət Təmas Qrupu yaradılsın. Onlar fikir mübadiləsi aparsınlar və beləliklə, ABŞ ilə birgə proses inkişaf etsin”, - deyə Merts əlavə edib.
Volodimir Zelenski belə bir təşəbbüsü dəstəklədiyini vurğulayıb. Dövlət başçısı bu qrupa Danimarkanın da əlavə edilməsi təklifini səsləndirib.
Xatırladaq ki, Donald Tramp ABŞ prezidenti seçiləndən sonra Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaq məsələsi daha çox müzakirə olunmağa başlayıb.
9-12-2024, 21:48
Putin 92 hərbçiyə general rütbəsi verdi


Putin 92 hərbçiyə general rütbəsi verdi

Rusiya prezidenti Vladimir Putin 92 hərbi qulluqçuya və xüsusi xidmət orqanlarının əməkdaşına general və admiral rütbələri verib.
Sənəd Rusiyanın hüquqi informasiya portalında dərc olunub.
Putin müdafiə nazirinin müavinləri Viktor Qoremikin və Yunus-Bek Yevkurova ordu generalı rütbəsi verib.
Həmçinin müdafiə nazirinin müavini Andrey Buliqa, Cənub qoşunlar qrupunun komandanı səlahiyyətlərini icra edən Aleksandr Sançik və Aerokosmik Qüvvələrin baş komandanının müavini Andrey Semenova general-polkovnik rütbəsi verilib.
Axmat xüsusi təyinatlılarının komandiri Aptı Alaudinova general-leytenant rütbəsi verilib. Rusiya Federasiyası müdafiə nazirinin digər müavini Pavel Fradkov isə general-mayor rütbəsinə layiq görülüb.
9-12-2024, 20:50
Fədakar insanlardan biri...

Fədakar insanlardan biri

Hər bir azərbaycanlı yaşadığı ölkənin tarixdən günümüzə qədər hələ də öz sözləri ilə yaddaşlara həkk olan simaların tanımalıdır. Bu simaları tanıtmaqda çoxları böyük addımlar atıb. Məhz elə o fədakar insanlardan biri Bakı Dövlət Unversitetinin Mətbuat tarixi kafedrasının müəllimi, dosent Aygün Əzimovadır. O, gələcəyin jurnalistlərinə “Görkəmli Azərbaycan Publisistləri” fənnini tədris edir. Doğrusu, tədris etməklə qalmayıb, həm də o ulduz simaları tələbələrə sevdirərək beyinlərinin ən dərin yaddaşlarında həkk edir. Məhz elə o ulduz simalardan biri də “Molla Nəsrəddin” jurnalının baş redaktoru, minlərlə ölməz əsərlərin müəllifi Cəlil Məmmədquluzadədir.
Bu şəxsiyyətin öyrənilməsinin isə bizdə çox gözəl bir xatirəsi oldu.
Yenə universitetdəki həmişəki günlərdən biri idi. Artıq saat 15:30-u göstərirdi. Biz Aygün Əzimovanın tədris etdiyi Görkəmli Azərbaycan Publisistləri dərsinə girməyə hazırlaşırdıq. Zəng vuruldu və hər kəs dərsə daxil oldu. Nəhayət, Aygün xanım da gəldi. Aygün xanım otağa daxil olanda üzündə çox gözəl təbəssüm var idi. Bir qədər ortam sakitləşdikdən sonra o, gələn dərsimizdə məşhur qonağımızın olacağını bildirdi. Hər kəs təəccüblə bu məşhur qonağın kim olacağını fikirləşirdi. Uşaqlar Aygün xanımdan qonağımızın kim olacağını soruşanda Aygün xanım dilləndi: “Uşaqlar, bizim qonağımız Görkəmli Azərbaycan publisisti Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığını dərindən araşdıran, Filologiya üzrə Fəlsəfə doktoru Gülbəniz Babayeva olacaq”. Aygün xanım qonağımız haqqında o qədər gözəl sözlər dedi ki, insanın marağı daha da artırdı. Dərsin sonlarına yaxın mən Aygün xanıma yaxınlaşaraq baş tutacaq görüş haqqında reportaj yazmaq istədiyimi bildirdim və Aygün xanım bu istəyimi qəbul etdi. Nəhayət, həmin gün gəldi. Mən Universitetin dəhlizində Aygün xanımı gördüm və ondan qonağımızın bu günmü gələcəyini soruşdum. O, yenə gözəl təbəssümlə,-“ Bəli, Mayıl gəlib,- dedi və sonra Universitetimizin dekan müavini olan Samir müəllimin qonağımızı qarşılamağa getdiyini əlavə etdi”. Artıq zəng vuruldu biz görüşümüzün baş tutacağı 406 nömrəli auditoriyaya yığışdıq. Doğrusu, auditoriyada səs deyəni qulaq eşitmirdi, lakin bu səsli səhnə Aygün xanım və qonağımız Gülbəniz xanımın otağa daxil olduğu anna qədər davam etdi. Onlar otağa daxil olanda auditoriyanı gözəl bir səssizlik bürüdü. Bir-iki dəqiqə gözlədikdən sonra Aygün xanım danışmağa başladı: “Uşaqlar, Gülbəniz xanım demək olar ki, bütün ömrünü, tədqiqatçı fəaliyyətini Molla Nəsrəddin – Cəlil Məmmədquluzadəyə həsr edib. Sanki Türk dünyasında Molla Nəsrəddinin izi ilə addım-addım irəliləyib və o irsi tamamilə təqdiq edib”. Sonra Aygün xanım sözü Gülbəniz xanıma vermək istədiyini və özünün də uşaqların oturduğu parta arxasında tələbə kimi ona qulaq asmaq istədiyini bildirdi. Aygün xanımın bu ifadəsindən sonra biz Gülbəniz xanımın təvazökarlığını görmüş olduq və o, mülayim səsi ilə,- “Aygün xanım ,əstəğfürullah, niyə tələbə kimi, məhz elə müəllim kimi qulaq asın”-,dedi. Daha sonra Gülbəniz xanım bizimlə salamlaşaraq sözə başladı: “Mən əvvəlcə özüm haqqında uşağlara kiçik bir arayış verim. Uşaqlar, mən uzun müddət Azərbaycan Dillər Unversiteti (ADU) və Bakı Slavyan Unversistetində (BSU) müəllim kimi fəaliyyət göstərmişəm. Tələbə auditoriyasında həddindən artıq çox olmuşam. Bu gün belə bir auditoriyada iştirak etmək mənim üçün də xoşdur. Gənclər, siz bu millətin, bu dövlətin gələcəyisiniz “,-deyib görüşümüzün əsas səbəbkarı olan Görkəmli Azərbaycan publisisti Cəlil Məmmədquluzadədən söz açdı. Gülbəniz xanım Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığından, Molla Nəsrəddin jurnalında olan fəaliyyətindən, Azərbaycan mətbuatına vurduğu töhfəsindən danışdı. Bundan əlavə, baş tutan görüşdə Mətbuatımızın banisi olan Həsən bəy Zərdabidən də söz açdı. O, Həsən bəy Zərdabinin bizə miras qoyduğu mətbuatın önəmini aşıladı. Gülbəniz xanım 20-ci illərin əvvəllərində Azərbaycan ədəbiyyatında və mətbuatında baş verən yeniliyi, intibahı Cəlil Məmmədquluzadənin adı ilə bağlayırdı, çünki o, 1906-cı ilin 7 Aprelində Tiflisdə nəşrinə başlanılan Molla Nəsrəddin jurnalının yaradıcısı idi. Təbii ki, tək bu deyil. Gülbəniz xanım 90 dəqiqəlik bir seminarda Cəlil Məmmədquluzadəni bizə sevdirməyi bacardı. Sözsüz, bu da onun ustadlığından irəli gəlirdi. Birinci 45 dəqiqə tamam oldu, zəng vuruldu və hər kəs 5 dəqiqəlik çölə çıxdı. Yenə sinifdə səs deyəni qulaq eşitmirdi. Nəhayət, fasilə bitdi və seminarımızın ikinci hissəsi başladı. Dərsin ikinci hissəsində isə daha çox uşaqlar sual verməyə başladılar. Uşaqlardan biri Gülbəniz xanıma ömrünün böyük bir hissəsini məhz niyə Cəlil Məmmədquluzadəyə həsr etdiyini sual verdi. Gülbəniz xanımın cavabı isə çox lakonik və aydın oldu. O cavabında bildirdi: “Bu, vətəndaşlıq borcudur. Hər bir Azərbaycan vətəndaşı bunları bilməlidir”. Bu sualdan sonra artıq yavaş-yavaş dərsi yekunlaşdırırdıq. Son dəqiqələrdə Gülbəniz xanımın bizə olan nəsihətləri isə bəlkə də, dünyanın ən bahalı əşyasından belə dəyərli idi. Onun bizə son cümləsi isə bu oldu: “Əziz tələbələr, sizin hər birinizə bu çətin və şərəfli yolda uğurlar arzulayıram. Hər nədən yazırsınız yazın, lakin qələminizi üç qəpiklik mürəkkəbə deyil, ürəyinə batıb onun qanı ilə yazın”. Beləliklə, sonda xatirə şəkli çəkdirib, auditoriyanı tərk etdik. Otaqda qalan yalnız Gülbəniz xanımın son sözlərində olan heyranlıq hissi idi.
Mayıl Soltanov
Bakı Dövlət Unversitetinin Jurnalsitka Fakültəsinin II Kurs tələbəsi

9-12-2024, 20:16
Bu ölkə suriyalı qaçqınlara sığınacaq verməyəcək


Bu ölkə suriyalı qaçqınlara sığınacaq verməyəcək

Belçika hökuməti suriyalılara sığınacaq verilməsi prosedurlarını dayandırıb.
Bu barədə Belçikanın "Belqa" agentliyi məlumat yayıb.
Məlumata örə, Belçikanın Qaçqınlar və Vətəndaşlığı olmayan Şəxslər üzrə Baş Komissarlığı “Suriyadan olan insanlara qaçqın statusu verilməsi üçün bütün prosedurları dayandırıb”.
Komissarlığın rəsmi nümayəndəsi Olivier Brasseur qeyd edib ki, Suriyadakı vəziyyət mümkün qayıdış risklərini qiymətləndirmək üçün çox qeyri-müəyyəndir.
Agentliyin məlumatına əsasən, 11 milyon əhalisi olan Belçikada son 10 ildə Suriyadan olan 35 min nəfər rəsmi qaçqın statusu alıb.
9-12-2024, 19:20
Azər Qasımlı barədə qərar verildi


Azər Qasımlı barədə qərar verildi

Siyasi Menecment İnstitutunun rəhbəri, politoloq Azər Qasımlı ilə bağlı 4 ay həbs qətimkan tədbiri seçilib.
Yasamal Rayon Məhkəməsi təqsirləndirilən şəxsin istintaq müddətində həbsdə qalması təqdimatını əsaslı hesab edib.
A.Qasımlı CM-nin 182.2.3 maddəsi ilə (zor tətbiq etməklə hədə-qorxu gəlmək) təqsirli bilinib.
9-12-2024, 19:17
Kılıçdaroğlu və xanımı qəzaya düşdü


Kılıçdaroğlu və xanımı qəzaya düşdü

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Kamal Kılıçdaroğlu və həyat yoldaşı Selvi Kılıçdaroğlu avtomobil qəzası keçirib.
Bildirilib ki, Kılıçdaroğlu qaynı Orxan Nadirin dəfnində iştirak etmək üçün Antalyaya gedərkən xidməti avtomobili ilə qəzaya düşüb.
Onların vəziyyətinin normal olduğu açıqlanıb.
9-12-2024, 18:57
Hikmət Hacıyev İsrailin XİN başçısı ilə görüşdü


Hikmət Hacıyev İsrailin XİN başçısı ilə görüşdü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin xarici işlər naziri Gideon Saar ilə regional gündəliyi müzakirə edib.
Bu barədə İsrail XİN-in Avrasiya və Qərbi Balkan şöbəsinin rəhbəri Liat Vekselman "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.
L.Vekselman qeyd edib ki, tərəflər Yaxın Şərq və Qafqaz regionunda cərəyan edən son hadisələri, regional təhlükəsizliyi və İsraillə Azərbaycan arasında ikitərəfli möhkəm münasibətləri müzakirə ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!